Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2019-cu il

 

2019-cu ildə Oğuz rayonunun social-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 

 

 

 

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlər                                                        

                                                                           

         Regionların sosial-iqtisadı inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə 10 tədbir nəzərdə tutulmuş və buna uyğun olaraq, rayonda qeyri-neft sektorunun inkişafı davam etdirilir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı, istehsalın inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazası möhkəmləndirilir. Rayonun Bayan və Bucaq kəndlərində tikilmiş 2 müasir tipli tütün qurutma məntəqəsində 35 qurutma kamerası istifadəyə verilmişdir. 10 qurutma kamerasının istifadəyə verilməsi nəzərdə tutulur. Sincan kəndində yeni tütün qurutma məntəqəsi tikilmişdir və yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Yeni fındıq bağlarının salınması üçün sahələr müəyyən edilmişdir. 535 ha fındıq bağı əkilmişdir. 300 qutu ipək qurdu toxumu gətirilərək kəndlər üzrə sahibkarlara paylanmışdır. Kümçülər tərəfindən 8891,93 kq barama istehsal edilmiş və tədarük məntəqələrinə təhvil verilmişdir.

         Gələcəkdə rayonda emal müəssisələrinin tikintisi nəzərdə tutulur. Aqrolizinq ASC-nin Oğuz Aqroserviz filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.

         Yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri davam etdirilir.

Oğuz  rayonu, Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş  avtomobil  yolunun  təmiri  üzrə işləri başa  çatmaq  üzrədir. 2019-cu ildə 32  km  yolun  əsası, 26  km  asfalt  örtüyü  tam  təmir edilmişdir.

Su ötürüçü borular tam quraşdırılmış, boru başlıqları 90% tikilmiş,  2 ədəd dayanacağın  tikintisi  başa  çatmışdır.

         Rayonun elektrik enerjisi təminatının, qaz təchizatının, telekommunikasiya və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir.

Böyük Söyüdlü kəndində güc mərkəzində quraşdırılmış 1 ədəd 160 kva gücündə Komplekt transformator məntəqəsi (KTM) şəbəkəyə qoşulmuş və   1876 metr məsafədə SİP kabel xətti ilə əvəz olunmuşdur.

50 ədəd 10/0.4 kv-luq yarımstansiya cari təmir olunmuş,15 ədəd 10/0.4 kv-luq yarımstansiya əsaslı təmir olunmuşdur.

Oğuz Elektrik Şəbəkəsində  442 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunmuşdur.

Asan Xidmət xətti ilə 72 ədəd yeni 0.4 kv-luq metal dayaq quraşdırılmış və 3700 metr SİP   ( 4x35) kabel xətti çəkilmişdir.

Rayonun kəndlərində 3 ədəd qaz tənzimləyici quraşdırılmışdır. Oğuz şəhərində 558 p/m d-89 mm-lik,  263 p/m d-76 mm-lik, 380 p/m d-57 mm-lik yeni qaz xətti çəkilmişdır. Qarabaldır kəndində 44 p/m yeraltı qaz xəttləri yerüstü qaz xəttləri ilə əvəz olunmuş, 269 p/m d 57 mm-lik korroziyaya uğramış qaz xəttləri yenisi ilə əvəz edilmişdir.

Xalxal, Dəymədərə, Qarabaldır və Filfili kəndlərində yüksək sürətli internet istifadəsi üçün 60 port artırılmışdır. Hesabat dövründə ümumilikdə 804 port artırılmışdır.Telefon çəkilişi üçün Baş Daşağıl kəndində 16 NN, Calut kəndində 32 NN, Xaçmaz qışlaq kəndində 32 NN, Bayan kəndində 32 NN, Oğuz şəhərində 16 NN montaj olunmuşdur. Mollalı, Yemişənli, Xalxalqışlaq kəndlərinin və Oğuz şəhərinin Gənclik qəsəbəsinin layihə smeta sənədləri hazırlanmış, yeni ATS-lərin tikilməsi planlaşdırılmışdır.

         Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Padar, Dəymədağlı, Bayan, Qumlaq, Yenikənd kəndlərində və Oğuz şəhərində subartezian quyuları qazılıb.

         Sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər davam etdirilir. Daşağıl çay, Türyan çay, Xalxal çay, Oğuz çay, Qala çay sistemlərində əkin sahələrini və yaşayış məntəqələrini sel sularından mühafizə məqsədi ilə çay məcralarında ekskavator və buldozerlərlə qum-çınqıl dambalarının yığılması, tənzimləmə işləri görülmüşdür. Oğuz şəhərində Oğuz kənd arxının üzlük betonunun davamı olaraq 450 p/m uzunluğunda beton işi görülmüşdür. Qala çay sistemində Filfili kəndinin mühafizəsi məqsədilə 100 p/m daş beton bəndi, Baş Daşağıl kəndinin mühafizəsi üçün 100 p/m uzunluğunda daş beton bəndi quraşdırılmış və istismara verilmişdir.

         Mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işləri davam etdirilir. Oğuz şəhərinin 3 ictimai yaşayış binasında fasadların, giriş bloklarının və dam örtüklərinin təmiri, şəhərin 18 küçəsində asfalt-beton örtüyünün salınması, şəhərin küçələrində 32 ədəd iki aşırımlı işıqlandırıcı dirəyin quraşdırılması, səkilərdə 1280 metr beton bardyurun düzülməsi, 3700 m² divar səthinin qaya daşı ilə üzlənməsi işləri üzrə smeta sənədləri hazırlanmışdır.

           Həmçinin şəhərin Dədə Qorqud küçəsində özəl vəsait vəsait hesabına yeni 100 yerlik uşaq bağçası binasında dam örtüyü, fasad bəzək və daxili bəzək işləri başa çatdırılmış, hal-hazırda son tamamlama işləri davam etdirilir.  

         Kənd İnvestisiya layihəsi çərçivəsində Padar, Dəymədərə, Ərmənət, Tayıflı, Şirvanlı, Xalxalqışlaq kəndlərinə içməli su xətti şəkilib, Xalxal və Hallavar kəndlərində kənd daxili yollar təmir olunub.

Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət obyektlərinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi çərçivəsində 7 illik Uşaq Musiqi məktəbində əsaslı, Sincan kənd kitabxanasında cari təmir işləri aparılmışdır.

         Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilir. Padar kənd tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış və istifadəyə verilmişdir. Digər məktəblərdə işə başlanılmayıb.

Hesabat dövründə rayonda açılmış 578 yeni iş yerlərindən  388-i daimi olmuş, onlardan   8-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 52-i mövcud müəssisə və təşkilatlarda, 328-i fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır. 190 müvəqqəti iş yeri digər tədbirlər üzrə (beynəlxalq və yerli lahiyələr, mövsümü, abadlıq işləri və.s) yaradılmışdır.

                            Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər

         Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.

  Respublikada, eləcə də Oğuz rayonunda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara və quşların yetişdirilməsi sahəsində işlər davam etdirilir.

  Rayonda icra hakimiyyəti tərəfindən formalizm, bürokratizm, korrupsiya, rüşvətxorluq kimi neqativ amillərə qarşı aparılan işlər hesabat dövründə də ciddi şəkildə davam etdirilmişdir.

  2002-2019-cu illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 228 sahibkara 12,361 milyon manat, o cümlədən 2019-cu ildə 3 sahibkara 36,0 min manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 995, o cümlədən 2019-cu ildə 12 yeni iş yeri yaranmışdır.

  Oğuz rayonunda 2019-cu ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 7,7% azalaraq 120,9 milyon manat təşkil etmişdir.

Ondan kənd təsərrüfatında 43,8 milyon manatlıq (36,2 %), sənayedə 18,6 milyon manatlıq (15,4%), tikintidə 22.1 milyon manatlıq (18,3%), nəqliyyatda  2,5 milyon manat (2,1%), rabitə və informasiya sahəsində 606,9 min manatlıq (0,5%), ticarət və xidmətlər sahəsində 33,2 milyon manatlıq (27,5 %) məhsul və  xidmətlər istehsal olunmuşdur.

         Ümumi məhsulun həcmi keçən ilə nisbətən müqayisəli qiymətlərlə 6,6% azalmışdır. O, cümlədən sənayedə 23,2%, nəqliyyatda 4,6%, rabitə və informasıya sahəsində 13,6 %, ticarət və xidmətlər sahəsində 13,9 % artım,  kənd təsərrüfatında 2,6 %, tikinti-quraşdırma işlərində 41,9 %, azalma müşahidə olunmuşdur.

           2019-cu ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 22,4 milyon manatlıq investisiya yönəldilmişdir. Bu, keçən ilə nisbətən 16,2 milyon manat (41,9 %) azdır. İnvestisiyaların 15,0 milyon manatı (66,9%) istehsal təyinatlı, 7,4 milyon manatı (33,1 %) qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyadan 22,1 milyon manat(98,7%) tikinti-quraşdırma işlərinə sərf edilmişdır. İnvestisiyaların 17,3 milyon manatı (77,2 %) dövlət müəssisə və təşkilatlarının, 5,1 milyon manatı (22,8%) qeyri-dövlət müəssisə və təşkilatlarının payına düşür. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 6,5 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.     

2019-ci ildə ailə kəndli və ev təsərrüfatlarında 86 yaşayış evi tikilib istifadəyə verilmişdir. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 12847 m², yaşayış sahəsi 10940 m² olmuşdur. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 3235 min manatdır.

Rayon üzrə əmtəə dövriyyəsinin həcmi 89,2 milyon manat olmuş, keçən ilə nisbətən əmtəə dövriyyəsinin həcmı 2,3 milyon manat artmışdır. Ümumi əmtəə dövriyyəsinin həcmində hüquqi şəxslərə məxsus əmtəə dövriyyəsi 7,9 milyon manat, fiziki şəxslərə məxsus əmtəə dövriyyəsi 81,2 milyon manat  təşkil edir.

         Əhalinin hər nəfərinə düşən əmtəə dövriyyəsinin həcmi 2005,6 manat olmuşdur. Bu, keçən ilə nisbətən 35,2 manat (1,8 %) çoxdur.

01 yanvar 2020-ci il tarixinə 6 sənaye müəsissəsi fəaliyyət göstərmişdir. Rayonun sənayesi əsasən qida məhsulları istehsalı, ağac məmulatlarının istehsalı, suyun yığılması və paylanması, habelə elektrik enerjisi və təbii qazın bölüşdürülməsi sahələri ilə təmsil olunur.

     Sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 18,6 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, keçən ilə nisbətən istehsalın həcmi 150,3 min manat (0,8%) artmışdır. İstehsalın ümumi həcmində məhsul istehsalının payı 77,1%, sair iş və xidmətlərin payı 22,9% olmuşdur.

Rayonda sənaye sahəsində işləyənlərin orta sayı 446 nəfər, onlara hesablanmış əmək haqqı fondu 2,8 milyon manat, hər işçiyə düşən orta aylıq əmək haqqı 534,9 manatdır.

Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında  taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi  rayonun  ümumi  sahəsinin  36,5  %-ni  təşkil  edir.

2019-cu ilin məhsulu üçün rayon üzrə ümumi əkin sahəsi 19118 hektar olmuşdur. Bu, keçən ilə nisbətən 235 hektar (1,2 %) azdır. Əkin sahələrinin 16496 hektarı (86,3 %) payızlıq, yazlıq dənlilər və dənli paxlalılar, 636 hektarı (3,3 %) kartof, tərəvəz və bostan bitkiləri, 137 hektarı (0,7 %) texniki bitkilər, 1849 hektarı (9,7 %) yem bitkilərindən ibarətdir. Payızlıq, yazlıq dənlilər və dənli paxlalı bitkilərin əkin sahəsinin 16087 hektarı (97,5 %), ümumi əkin sahələrinin 84,1%-i dən üçün payızlıq taxıl sahələridir. Yaz əkini qurtaranadək salamat qalmış payızlıq taxılın 11969 hektarı (74,4 %) buğda, 4118 hektarı (25,6 %) arpadır.

2019-cu ildə rayonun taxılçıları tərəfindən 31,1 sentner/hektar olmaqla 51656 ton dənlı və dənli paxlalılar istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 569 ton (1,1 %) çoxdur. Payızlıq taxıl istehsalı keçən ilə nisbətən 133 ton (0,3 %) artaraq  49908 ton olmuşdur.

         İstehsal edilmiş payızlıq taxılın 37213 tonu (74,6 %) buğda, 12695 tonu (25,4%) arpa məhsulu olmuşdur.

Hesabat ilində 53 hektar vələmir sahəsindən 165 ton məhsul istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 45 ton (37,5 %) çoxdur.

Ailə kəndli və ev təsərrüfatlarında səpilmiş 25 hektar dən üçün lobya sahəsindən 25 ton, 1 hektar soya sahəsindən 0,5 ton istehsal edilmişdir.

         Cari ildə ailə  kəndli və ev təsərrüfatlarında 327 hektar dən üçün qarğıdalı səpilmişdir. Bu,  əvvəlki ilə nisbətən 100 hektar çoxdur. Hesabat dövründə 1556 ton məhsul  istehsal  edilmişdir. Bu, keçən ilə nisbətən 446 ton çoxdur.

Rayonun taxılçıları tərəfindən 2020-ci ilin məhsulu üçün 16135 hektar payızlıqlar səpilmişdir. Bu, əvvəlki ilə nisbətən 48 hektar (0,3 %) çoxdur. Dən üçün payızlıq taxılın 11970 hektarı (74,2 %) buğda, 4165 hektarı (25,8 %) arpadır.

         Hesabat ilində rayond 110 hektar tütün əkilmişdir. Bu, əvvəlki İlə nisbətən 140 hektar (56,0 %) azdır. 110 hektar tütün sahəsindən 215,6 ton quru tütün istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 161,8 (30,4 %) azdır.

Cari ildə aılə kəndli və ev təsərrüfatlarında 27 hektar dən üçün günəbaxan səpilmişdir. Həmin sahədən təmizlənmədən sonrakı çəkidə 56 ton məhsul istehsal edilmişdir.

         Cari ildə 288 hektar kartof əkilmişdir. 2647 ton kartof istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 344 ton azdır.

Ərzaq üçün bostan bitkilərinin əkin sahəsi keçən ilə nisbətən 2 hektar azalaraq 4 hektar olmuşdur. Hesabat ilndə 36 ton bostan məhsulları istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 8 ton azdır.

Cari ildə 3032 ton tərəvəz istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 25 ton  çoxdur. Tərəvəzin 228 tonu kələm, 462 tonu xiyar, 532 tonu pomidor, 30 tonu süfrə çuğunduru, 36 tonu süfrə yerkökü, 290 tonu baş soğan, 391 tonu sarımsaq, 1064,3 tonu sair tərəvəz bitkiləri olmuşdur.

         Rayonda 5751 hektar meyvə bağları mövcuddur. 2019-cu ildə  944,5 hektar yeni bağlar salınmışdır. Yeni bağların 535 hektarı fındıq, 325 hektarı qoz, 36,5 hektarı alma, 25 hektarı armud, 23 hektarı gilas bağlarıdır.

Bağların 2738 hektarı bar verən yaşda olan əkmələrdir. Rayonda 4123 ton meyvə istehsal edilmişdir.  Meyvə istehsalı keçən ilə nisbətən 218 ton azdır. Meyvə bağlarının 4231 hektarı (73,6%) fındıq bağlarından ibarətdir. Fındıq bağlarının 1842 hektarı (43,5 %) bar verən yaşdadır. Hesabat ilində 954 ton fındıq məhsulu istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 152 ton azdır.

         Cari ildə rayonda 31 hektar üzümlük mövcuddur ki, onun da hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsusdur. Cari ildə 2,5 hektar üzüm bağı məhsuldar olmadığına görə silinərək yerinə başqa bitkilər əkilmişdir. Üzümlüklərin hamısı bar verən yaşdadır. Sahələrdən 100 ton üzüm yığılmışdır. Bu, keçən ilə nisbətən 20 ton azdır.

Rayonda İpəkçiliyi inkişaf etdirmək üçün hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 4,1 hektar yarpaq üçün yeni çəkilliklər əkilmişdir. Çəkil əkmələrinin ümumi sahəsi 24,8 hektardır. Hesabat ilində 300 qutu olmaqla 5700 qram barama–ipəkqurdu toxumu 120 istehsalçıya bəslənməsi üçün paylanmışdır. 8892 kq barama istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 3704 kq çoxdur.    

01 yanvar 2020-ci il tarixə rayonda iri buynuzlu mal-qa-ranın sayı 20464 baş olmuşdur. Bu, keçən ilə nisbətən 1029 baş (4,8 %) azdır.

         Hesabat tarixinə rayonda mövcud qoyun və keçilərin sayı 43971 baş olmuşdur. Bu, keçən ilə nisbətən 2062 baş (4,5 %) azdır.

01 yanvar 2020-ci il tarixə Quşların sayı əvvəlki ilə nisbətən 11000 baş (8,1%) azalaraq 124685 baş olmuşdur. Arı ailələrinin sayı keçən ilə nisbətən 430 ailə (7,1%) artaraq 6505 ailə olmuşdur. Atların sayı 524  baş olmuşdur. Rayonun ailə kəndli və ev təsərrüfatlarında 222  baş eşşək və qatır saxlanılır. Bu, əvvəlki ilə nisbətən 11 baş azdır.    

2019-cu ildə 2376 ton ət, 14374 ton süd, 5393 min ədəd yumurta,105 ton yun istehsal edilmişdir. Keçən ilə nisbətən ət istehsalı 135 ton, süd istehsalı 1015 ton yun istehsalı 600 kq azalmış, yumurta istehsalı 21 min ədəd artmışdır.  

Oğuz rayonu üzrə 2019-cu il ərzində Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət tərəfindən ayrılan 1 milyon 65 min manat subsidiya rayon üzrə cəmi 5418 nəfər istehsalçının kart hesabına köçürülmüşdür.

 Bundan əlavə 120 barama istehsalçısının kart hesablarına 43882 manat subsidiya köçürülmüşdür. 2019-cu ilin məhsulu üçün istehsal edilən 215,6 ton  quru tütünə görə 8524 manat subsidiya istehsalçıların kart hesablarına köçürülmüşdür.

2019-ci il ərzində 1550 baş mal – qarada süni mayalanma işləri aparılmış, bu sahədə görülən bütün işlərin elektron uçotu aparılaraq Nazirliyin elektron bazasına yerləşdirilmişdir. Rayon baytarları tərəfindən də hesabat dövründə heyvanlar və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktiki və diaqnostik tədbirlər aparılmışdır.

2019-cu il ərzində Oğuz rayonu üzrə 290 arıçının ərizələrə əsasən saxladıqları 7585 arı ailəsinə baxış keçirilmiş və arıçılığın inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına 75850 manat subsidiya hesablanaraq arıçıların kart hesablarına köçürülmüşdür

Rayon baytarları tərəfindən də hesabat dövründə heyvanlar və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktiki və diaqnostik tədbirlər aparılmışdır.

         2019-cu ilin məhsulu üçün 2018–ci ildə səpilmiş payızlıq əkin sahələrində cari ilin ötən dövrü ərzində müvafiq olaraq aqrotexniki tədbirlər həyata keçirilmiş, bu məqsədlə sahibkarlara rayon Aqroservis müəssisəsinin xətti ilə güzəştli qiymətlərlə 1558.8. ton azot, 25.6 ton ammofos, 135 ton nitroammofoska gübrəsi, 65.35 ton karbamid, və digər herbisidlər satılmışdır.

 2019-cu il ərzində Bitki Mühafizə İdarəsi tərəfindən aşağıdakı fitosanitar tədbirlər həyata keçirilmişdir. Belə ki, 7407 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılmış, 200 hektar yonca sahəsində zərəvericilərə qarşı mübarizə aparılmış, 57 hektar tütün sahəsində ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə aparılmış, 79 hektar kartof sahəsində, 63 hektar bostan və tərəvəz sahəsində, 343 hektar meyvə bağlarında,33 hektar üzüm bağlarında xəstəliklərə qarşı mübarizə aparılmışdır.9450 hektar taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə aparılmışdır.

     Ölkəmizin paytaxt bazarlarında süni qiymət artımının qarşısını almaq məqsədilə Bakı şəhər Xəzər  rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Rayonumuzun fermerləri hər həftənin şənbə və bazar günləri müxtəlif çeşiddə istehsal etdikləri kənd təsərrüfatı məhsullarını maneəsiz olaraq həmin bazarlara çatdıraraq, əhaliyə yüksək xidmət göstərir.

  Rayon ərazisində 16000 hektar yay otlaq sahəsi və 601 hektar əkinə yararlı Dövlət  Ehtiyyat  Fondu torpağı vardır. Yay otlaq sahələrindən isə 28 nəfər vətəndaşın istifadə etməsinə  şərait yaradılır.

         2019-cu ildə istifadə etmək üçün 5 ədəd şum traktor, 5 ədəd taxıl biçən kombayn, 4 ədəd taxıl səpən, 3 ədəd pres bağlayan, 2 ədəd çiləyici alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunmuşdur.

2019-cu il ərzində Şəki Regional Aqrokimya Laboratoriyasının Oğuz nümayəndəliyi tərəfindən 107 torpaq nümunəsi götürülərək analiz edilmiş və cavabları istehsalçılara təqdim edilmişdir.

           Ümumiyyətlə  analizin  nəticələri  göstərir  ki, rayonumuzun  əkin  torpaqlarının  üzvi  və mineral  gübrələrə  tələbatı həddən artıqdır.

   Payızlıq  taxıl  və s. əkinlərə  təxminən  orta hesabla  verilən  50- 60 kq fosfor, kalium, azot gübrələri məhsuldarlığa az təsir edir. Ona görə də həmin gübrələrin, azot  gübrəsindən  başqa  hektara 100-150 kq  miqdarında  verilməsini  rayonumuzun  fermerləri  nəzərə almalıdırlar.

   Azot gübrəsi məhsuldarlıqda əsas rol oynayır. Rayonumuzun  təsərrüfatlarında  əldə  olunmuş  analizlərdən aydın olur ki, azot  gübrəsinin   əkilmiş  bitkiyə  norma  daxilində  verilməsini  təmin  etməklə  yüksək    məhsul götürülməsinə nail ola bilərik.

Bütün bunlarla yanaşı kəndlərdə sahələrdə qonşu ilə qonşu arasında olan torpaqlarda lazımsız yerə qazılan kanallar, sərhədlər, əkinçilik mədəniyyətinə heç də xoş gəlməyən digər  proseslərin şahidi  olduq.  Həmin  kanallar mövcud olan  zaman birinci növbədə təsərrüfatın torpaq  sahəsi kəskin azalır, güclü  sel,  yağış yağarkən  qonşu  təsərrüfatlara ziyan vurulur, eroziyalar yaranır və nəticədə  torpaqlar öz  münbitliyini  itirir.

        

                   Əhalinin sosial müdafiəsi məsələləri

         Oğuz rayonunda  əhalinin sayı 01 yanvar 2020-ci il tarixə 44638 nəfər olmuşdur. Əhalinin 22573 nəfərini (50,57 %) kişilər, 22065 nəfərini (49,43 %) qadınlar təşkil edir. Əhalinin 7465 nəfəri (16,7 %) şəhərdə, 37173 nəfəri (83,3 %) kənd yaşayış məntəqələrində yaşayır.

         2019-cu ildə 574 körpə doğulmuş, 267 nəfər ölmüşdür. Doğulanların sayı əvvəlki ilə nisbətən 36 nəfər,  ölənlərin sayı 9 nəfər artmışdır. 3 nəfər 1 yaşa qədər uşaq ölümü olmuşdur. Təbii artım əhalinin hər 1000 nəfərinə 6,9 nəfər olmuşdur. Hesabat dövründə 261 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 91 vahid olmuşdur. Keçən ilə nisbətən nikahlar 31 vahid azalmış, boşanmalarin sayı 30 vahid artmışdır. Rayona 68 nəfər gəlmiş, 15 nəfər getmişdir.

         2019-cu ildə yerli gəlirlərə dair müəyyən olunmuş 2 milyon 731 min manat proqnoza qarşı büdcəyə 3 milyon 430 min manat vergi, rüsum və sair gəlir daxil olmuşdur ki, bu da proqnozun  125, 6% icra olunması deməkdir.

Hesabat ilində ayrı-ayrı vergi növləri üzrə proqnoz tapşırıqları kəsrlə icra olunmuşdur. Belə ki, sadələşdirilmiş vergisi üzrə 67,4%, hüquqi şəxslərdən əmlak vergisi 82,8%, dövlət mülkiyyətində olan torpaqların icarə haqqı  üzrə proqnoz  65,3%, sair daxilolmalar 50,3% və hüquqi şəxslərdən torpaq vergisi üzrə 7, 2% yerinə yetirilmişdir.

2019-cu il üçün yerli xərclərə dair illik proqnoz 7 milyon 559 min manat dürüstləşmiş təyinata qarşı 6 milyon 839 min olmaqla 90% icra olunmuşdur.

2019-cu il ərzində Nazirlik yanında Fondun Oğuz rayon şöbəsi tərəfindən uçotda olan 5733 nəfər pensiyaçıya xidmət olunmuşdur. Onlardan da 3458 nəfəri yaşa görə, 1967 nəfəri əlilliyə görə, 308 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.

         Hal-hazırda Oğuz rayonu üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 218,71 manat təşkil edir. Rayon üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün hər ay orta hesabla 1 milyon 194 min manat vəsait tələb olunur.

         2019-cu il ərzində sosial müavinət, təqaüd və kompensasiya  alan cəmi 3292 nəfər olmuşdur. Dövr ərzində müxtəlif növdə aylıq sosial müavinət, təqaüd, həmçinin birdəfəlik müavinət alınması üçün 446 nəfər vətəndaşın ərizəsinə komissiyada baxılmışdır ki, onların hər birinə müvafiq təyinat aparılaraq, müavinət ödənişləri təmin edilmişdir. 

         2019-cu il ərzində şöbə tərəfindən 18 nəfər tənha ahıl və əlil vətəndaşa sosial məişət xidməti göstərilmişdir.

2019-cu  il ildə Məşğulluq Xidməti orqanlarının fəaliyyətində işaxtaranların və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması məqsədi ilə aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinə daha çox üstünlük verilir.

2019-cu ildə Mərkəzə 2450 nəfər müraciət etmiş, onlardan  2399 nəfəri  işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Onlardan 588 nəfəri gənc,  kadr axıcılığı ilə 260 nəfər, hərbi xidmətdən tərxis olunanlar 65 nəfər, digər səbəbdən işdən azad olunanlar 1486 nəfərdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Həmin işəgtötürülənlər yaranmış vakant iş yerləri barədə nazirliyə konkret məlumat vermişlər. Təqdim olunan həmin yerlərə qeydiyyatda olanlardan 28 nəfər Zaqatala Regional Qaz İstismarı idarəsinə, 35 nəfəri “Şimal-Qərb” Regional Elektrik Təchizatı şəbəkəsi idarəsinə və 196 nəfər isə “DOST İŞ MƏRKƏZİNƏ” göndərilməklə işlə təmin edilmişlər. Ümumilikdə 2019-cu hesabat ilində 710 nəfər işlə təmin edilmişdir.

Hesabat dövründə  2 nəfərə işsizlik statusu verilmişdir. Müvafiq dövrə müavinətin orta aylıq məbləği 217 manat olmuşdur. Hal-hazıda Mərkəzdə 01 yanvar 2020-ci il tarixə 282 nəfər işsiz statusu  almış  vətəndaş   qeydiyyatdadır.

Mərkəzə müraciət edən və qeydiyyatda olan vətəndaşlardan 16  nəfəri “Bərbər” peşəsi üzrə kursuna cəlb edilmişdir. 

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında özünüməşğulluq proqramı çərçivəsində Mərkəzdə qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşlardan 146 nəfər bu layihəyə cəlb edilmişdir. Onlardan 122 nəfəri öz biznes layihələrini müvəffəqiyyətlə müdafiə etmiş və 77 nəfər əmlakla təmin edilmişdir. Hal-hazırda  özünüməşğulluq layihəsi üzrə “Öz biznesinə başla” təlimləri 2020-ci ildə də mütəmadi olaraq davam etdiriləcəkdir.

Oğuz rayonu ərazisində 367 ailə-1698 nəfər qaçqın, onlardan 184 ailə-780 nəfər Ermənistan Respublikasından, 183 ailə-918 nəfər Özbəkistan Respublikasından qaçqın düşərək  rayon ərazisində daimi məskunlaşmışlar. 14 icra nümayəndəliyi  ərazisində 654 ailə-2485 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Məcburi köçkünlər ictimai binalarda, qohum, tanış evlərində, özləri  tərəfindən qurma mənzillərdə, sadə daş evlərdə, fermalarda, yol kənarlarında  uyğunlaşdırılmış mənzillərdə müvəqqəti məskunlaşıblar.

Məcburi köçkün uşaqları rayon ərazisində fəaliyyət göstərən işğal olunmuş rayonların 5 məktəbində və yerli məktəblərdə təhsil almaqla təhsildən kənar qalan şagird yoxdur.

  Məcburi köçkünlərə yaşadıqları ərazilərdə şəxsi təsərrüfatlarını inkişaf etdirmək üçün torpaq sahələri ayrılaraq şərait yaradılmışdır.

  Qeyd olunduğu kimi məcburi köçkünlərin yaşadıqları mənzillər əsasən uyğunlaşdırılmış  mənzillərdir. Bu mənzillər yaşayış üçün yararsız vəziyyətdədir. Məcburi köçkünlərin mənzil-məişət şəraitlərini yaxşılaşdırmaq üçün “Dövlət Proqramı”na uyğun olaraq mənzil tikintisi yaxın zamanlarda öz həllini tapacaq.

   2019-cu ildə rayonun idarə, müəssisə və təşkilatlarında işləyənlərin siyahı tərkibi üzrə orta sayı 4206 nəfər olmuşdur. 1081 nəfər işə qəbul olunmuş, 1064 nəfər işdən çıxmışdır. İşləyənlərin 3739 nəfəri dövlət, 467 nəfəri qeyri-dövlət müəssisələrində çalışır.

2019-cu ildə fərdi sahibkarlar da daxil olmaqla muzdla işləyənlərin orta aylıq əmək haqqı 372,3 manat olmuşdur. Bu, əvvəlki ilə nisbətən 89,0 manat çoxdur.

Dövlət müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 363,6 manat, qeyri-dövlət müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 393,3 manat olmuşdur.

         Təhsil işçılərinin orta sayı 1974 nəfər, hər işçiyə düşən orta aylıq əmək haqqı 332,9 manat olmuşdur. Bu, keçən ilə nisbətən 60,4 manat çoxdur.

Səhiyyə və sosial xidmətlər sahəsində işləyənlərin orta sayı 513 nəfər, hər işçiyə düşən orta aylıq əmək haqqı 312,8 manatdır. Bu, keçən ilə nisbətən 105,1 manat çoxdur.

Mədəniyyət və turizm sahəsində fəaliyyət göstərənlərin sayı 229 nəfər, hər işçiyə düşən orta aylıq əmək haqqı 284,0 manatdır. Bu, keçən ilə nisbətən 92,4 manat çoxdur.

Dövlət idarəetməsi, məcburi sosial təminat sahəsində işləyənlərin orta sayı 377 nəfər, hər işçiyə düşən orta aylıq əmək haqqı 575,4 manat olmuşdur. Bu, keçən ilə nisbətən 96,1 manat çoxdur.

         2019-cu ildə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 14,7 milyon manat olmuş, əvvəlki ilə nisbətən 630 min manat artmışdır. Ödənişli xidmətlərin 1,8 milyon manatı məişət xidmətləridir.

 Xidmət təşkilatlarında işləyənlərin orta sayı 29 nəfər, hesablanmış əmək haqqı fondu 81,4 min manat, hər işçiyə düşən orta aylıq əmək haqqı 234 manatdır.

Ticarət təşkilatlarında işləyənlərin orta sayı 61 nəfər, onlara hesablanmış əmək haqqı fondu 252,5 min manat, hər işçiyə düşən orta aylıq əmək haqqı    345 manatdır. Bu, keçən ilə nisbətən 87 manat çoxdur.

         Avtomobil nəqliyyatı ölkənin sosial-iqtisadi həyatına ciddi təsir sahələrdən biridir. 2019-cu ildə nəqliyyat sektorunda faktiki qiymətlərlə məhsul buraxılışının həcmi (fiziki şəxslər də nəzərə alınmaqla) 2,5 milyon manat olmuşdur. Bu, keçən ilə nisbətən 113 min manat çoxdur.

Avtomobil nəqliyyatı ilə bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4445 min sərnişin daşınmışdır. Bu, keçən ilə nisbətən 48 min sərnişin  çoxdur. 2019-cu ildə 1249 min ton yük daşınmışdır. Bu, keçən ilə nisbətən 3 min ton çoxdur.

         Nəqliyyat müəssisələrində işləyənlərin orta sayı 40 nəfər olmuş, onlara 103,3 min manat əmək haqqı hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqı 214,3 manat olmuşdur. Bu, keçən ilə nisbətən 4,6 manat çoxdur.

Rayon ərazisində fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən 13,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin 11,7 milyon manatı əsaslı təmir, 1,3 milyon manatı cari təmir, 0,5 milyon manati sair işlərdir. 

         Bu müəssisələrdə işləyənlərin orta sayı 81 nəfər, hər işçiyə düşən orta aylıq əmək haqqı 393,0 manat olmuşdur.

Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri rabitədir. 2019-cu ildə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 642,8 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmişdir.  

          2019-cu ildə 108 ədəd telefon artımı olmuş, yüksəksürətli internetə qoşulanların sayı 865 nəfər artmışdır. Hazırda rayon üzrə yüksəksürətli internetə qoşulanların sayı 4127 nəfər təşkil edir ki, bu da ümumi abunəçilərin 62,5% deməkdir.

         Yüksəksürətli internetə qoşulanların 3772 nəfəri “Aztelekom”net provayderinin istifadəçisidir ki, bu da ümumi istifadəçilərin 91,4 % təşkil edir.

     2019-cu il ərzində qovşaqda hər 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı 45,1 ədədə, hər 100 ailəyə düşən telefonların sayı isə 72,2 ədədə çatdırılmışdır.

         Oğuz Poçt  Filialı əhaliyyə, idarə və müəssisələrə göstərilən rabitə xidmətlərinin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılması, xidmət mədəniyyətinin yüksəldilməsi üçün səylərini günbəgün artırır. Filialın tabeliyində bir Müştəri xidmətləri şöbəsi və 16 kənd poçt şöbəsi fəaliyyət göstərir. 2019-cu il ərzində əhali, idarə və müəssisələrə 199,1 min manat həcmində poçt və bank-maliyyə xidmətləri göstərilmişdir. Göstərilən xidmətlərin 177 min manatı əhali sektorunun payına düşür.

Hesabat dövründə filial tərəfindən dövlət büdcəsinə 14,6 min manat, büdcədənkənar fondlara isə 21,7 min manat vəsait ödənilmişdir.

         Problemli kreditlərin həlli istiqamətində Oğuz rayonunda qeydiyyatda olan 174 sakinə onlara çatacaq vəsaitlərin verilməsi təmin edilmişdir. Bundan başqa il ərzində 281 nəfərə 72 min manat problemli kreditlər ilə bağlı vəsait ödənilmişdir.

Rabitə müəssisələrində işləyənlərin orta sayı 63 nəfər olmuş, onlara 283,6 min manat əmək haqqı hesablanmışdır. Hər işçiyə düşən orta aylıq əmək haqqı 376,1 manat olmuşdur. Bu, keçən ilə nisbətən 26,9 manat çoxdur.

Oğuz Mənzil İstismar və Kommunal  Təsərrüfatı idarəsi şəhərin küçələrinin və parklarının sanitar təmizliyinə‚ yaşıllığına‚ abadlığına, işıqlanmasına, əhaliyə, kommersiya  mağazalarına  və büdcə təşkilatlarına  müqavilə ilə kommunal xidmətləri göstərir.

2019-cu il ərzində 25 idarə və təşkilatlarla, 250 sahibkarlıq və kommersiya obyektləri, 1300 fərdi təsərrüfat, ictimai yaşayış massivləri üzrə 340 olmaqla, cəmi 1915 sayda müqavilə bağlanmışdır.Bağlanmış müqavilələrə əsasən yığıma 98 % əməl olunub.

Müəssisə ümumi sahəsi 39033 m2 olan 32 binaya xidmət  göstərir.

         Yaşıllaşdırma sahəsi üzrə il ərzində  şəhər abadlığı üçün lazım olan ağac tingləri və gül kollarının alınması təmin edilmiş və 4000 ədəd ağac tingi və 2000 ədəd gül kolu əkilmişdir.Bundan başkqa parnik salınmış 3000 ədəd qızıl gül qələmi əkilmişdir.

Oğuz Elektrik Şəbəkəsində  10 kv-luq hava xəttində 42,3 km , 0.4 hava xəttində isə 57,1 km məsafədə xəttə yaxın ağaclar budanmışdır.

10 kv-luq elektirik veriliş xəttində  241 ədəd qəzalı ağac dayaq beton və  metal dayaqla əvəz olunmuş, 4100 metr məsafədə 10 kv-luq elektrik verilişi xəttləri təmir olunmuşdur.

         2019-cu il ərzində Oğuz EŞ-si üzrə 68,03 milyon  kvt/saat faydalı elektrik enerji istehlak olumuşdur. Həmin enerjinin dəyəri  5,84 milyon manat manat təşkil edir. Bu enerjinin 6,02 milyon manatı yığılmışdır. Bu da alınan enerjinin dəyərinin 103,1 % olmuşdur. Əhaliyə 15,1 milyon kv/saat- 1,07 milyon manat dəyərində elektrik enerjisi satılıb. Ödəniş 1,13 milyon manat-105,4 % olub.

12 ay ərzində 125 yeni əhali  abonentinə  təbii  qaz  verilmişdir. 2622 ədəd sızma aradan qaldırılıb, 52 ədəd sayğac həyətdən çölə çıxarlıb. 11800 p/m qaz xətti kol kosdan təmizlənmişdir.

2019-cu il ərzində rayonun əhali və təşkilatlara 12,5 milyon m3  təbii qaz satılmışdır ki, onun da dəyəri 1,4 milyon manat təşkil edir. İl ərzində 1,37 milyon manat vəsait toplanaraq plana 97,8 % əməl  edilmişdir. O, cümlədən yerli əhaliyə 12,1 milyon  m3 təbii qaz satılaraq  1,35 milyon manat vəsait toplanmışdır. Əhali üzrə plana 97,9% əməl olunmuşdir.

Oğuz rayon Sukanal idarəsi şəhərdə 6998 abonentə xidmət göstərir. Xidmət göstərilən abonentlərin 6176-sı sayğaclaşdırılmışdır.

2019-cu il ərzində əhali abonentlərinə 253 içməli su sayğacı quraşdırılmışdır.

2019-cu il ərzində rayonun əhali və təşkilatlara 1,02 milyon m3 içməli su satmış, dəyəri 314,4 min manat təşkil edir. İl ərzində 333,4 min manat vəsait toplanaraq plana 106,0% əməl  edilmişdir. O, cümlədən əhaliyə 0,85 milyon m3 içməli su satmış, dəyəri 254,5 min manat təşkil edir. İl ərzində 270,52 min manat vəsait toplanaraq plana 106,3 % əməl  edilmişdir.

         Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə Oğuz şəhəri S.Vurğun küçəsi ünvanında yerləşən labaratoriya binasında mütəmadi olaraq labaratoriya personalı tərəfindən içməli suyun əsas dəyişkən parametrlərinin nəzarət olunub. Bununla yanaşı əhalinin su ilə yarana biləcək bakteroloji xəstəliklərdən qorumaq məqsədi ilə daimi olaraq içməli suyun təyin olunmuş normalar çərçivəsində xlorlanması işi aparılıb.

Ev təsərrüfatlarının 79,4%-i qaz, 40,5%-i su xətlərinə qoşulmuşdur. Rayonun 7 yaşayış məntəqəsinin qazlaşmaya, Malıx, Yaqublu, Top, Dəymədərə, Yenikənd, Zərrab kəndlərinin içməli su problemi qalmışdır.

Rayon ərazisində SİP kabelləşmə işinin sürətləndirilmsi. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə tərəfimizdən müraciət olunub.

  Oğuz 11 saylı Yol  İstismarı MMC Oğuz  rayonunun  ərazisindən keçən 71 km uzunluğunda Respublika Əhəmiyyətli avtomobil yollarına, 152 km  uzunluğunda yerli əhəmiyyətli avtomobil  yollarına, uzunluğu 1020 m olan 17  ədəd  körpülərə,  su ötürücü borulara, yol nişanları və qurğularına  xidmət   edir. Müəssisənin  əsas  vəzifəsi  avtomobil yollarında  nəqliyyatın  təhlükəsiz hərəkətinin təmin edilməsi, yol infrastrukturunun normal vəziyyətdə  saxlanılmasından ibarətdir.

         Ötən müddət  ərzində  R-9 Qaraməryəm- İsmayıllı-Şəki, M-5 (17 km)-Kərimli  a/yollarında çala  təmiri , çatların  bitumlanması  işləri, çiyinlərdə  hamarlama  işləri  aparılmış, sıradan çıxmış yol nişanları, siqnal dirəkləri dəyişdirilmişdir. Körpü keçidləri, avtobus dayanacaqları daim tozdan-palçıqdan, yolun çiyinləri və yol yatağı  otdan- alaqdan təmizlənmişdir. Bundan  əlavə  236  ədəd  qırılmış  siqnal  dirəyi  yenisi  ilə  əvəz  olunmuş, həmçinin  1260  ədəd  işıqəksetdirici  pərdə  bərpa  olunmuşdur.

Yerli  əhəmiyyətli Dəymədərə, Qumlaq-Xalxalqışlaq, Oğuz-Xalxal-İstisu, Yenikənd, Yaqublu- Zərrab,   Sincan-Xaçmaz-Filfilli avtomobil yollarında  çala  təmiri, çiyinlərdə çala  təmiri  və qreyderlə  çiyinlərin hamarlanması işləri, həmçinin a/yollarında  çiyinlərin  bərpası  işləri yerinə  yetirilmişdir.

         Müəssisədə kollektivin və mövcud texnikaların gücü səfərbər edilərək  2019-cu il ərzində müəssisənin xidmət etdiyi avtomobil yollarında nəqliyyatın  təhlükəsiz hərəkətinin təmin edilməsi, yol infrastrukturunun normal vəziyyətdə  saxlanılmasına  səy  göstərmişdir.

Bu  il  Oğuz  rayonunun  əhalisinin  böyük  razılıq  hissi  ilə  qarşıladığı, uzun  illər  problemi  olan  uzunluğu  31 km, R-56  Kərimli  avtomobil  yolu  əsaslı  şəkildə  təmir  edilir, təmir  işləri  yaxın  müddətdə  başa  çatdırılacaqdır.

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəylikləri tərəfindən 2019-cu ildə 35 ha Meşə əkini aparılıb, 520 ha təbii bərpaya köməklik olunub, 315,0 ha Meşə əkinlərinə xidmət edilib, 35 ha Torpaq hazırlığı görülüb, 2600 m3 odun satışı həyata keçirilib.

 2019-cu ildə 4410,32 m3 həcmində 6527 ədəd ağaca, 82390 manat dəyərində ziyanlıq dəyməsi faktı aşkar edilmiş və sənədləşdirilərək qanunamüvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. İl ərzində 11 nəfər işdən azad olunmuş, 4 nəfər işçiyə isə intizam tənbehi tətbiq edilmişdir.

        

  Təhsil, səhiyyə, mədəniyyət, turizm, idman, ekologiya sahələri

 

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin başlıca strateji istiqamətlərindən biridir.

Azərbaycan təhsilinin tərkib hissəsi olan Oğuz təhsiliinin inkişafında son illər mühüm nailiyyətlər əldə edilmişdir. Ötən dövr ərzində rayonumuzda təhsilin maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrlarla təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə daha yaxşı təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, istedadlı uşaqların inkişafı və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. 2005-ci ildən ötən dövr ərzində Oğuz rayonunda 26 yeni məktəb binası inşa olunmuş və ya quraşdırılmış, 4 məktəb binası əsaslı təmir edilmişdir. Cari dərs ilində Xaçmazqışlaq, Mollalı və Baş Daşağıl kəndlərində modul tipli tədris binalarının quraşdırılmışdır. 2019-cu il dekabrın 19-da Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramov Oğuz rayonunda bərpa gücləndirmə və əsaslı təmir işlərindən sonra istifadəyə verilən Arzu Əliyev adına Padar kənd tam orta məktəbinin  binasının açılış mərasimində iştirak etmişdir. Əgər Sovet hakimiyyəti illərində rayonumuzda 25 ümumtəhsil məktəbi uyğunlaşdırılmış binada yerləşirdisə, hazırda bu vəziyyət cəmi 4 məktəb üzrədir.

Bu gün təhsil müəssisələrimizdə mövcud olan 330 ədəd kompyuter, 140 ədəd noutbuk, 11 ədəd  elektron lövhə və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir. 2019-2029-cu dərs ilində Oğuz rayonunda 34 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 4 ümumi orta və 2 ibtidai məktəb fəaliyyət göstərir. Cari dərs ilində 410 sinif komplektində 5880 nəfər şagird  və 34 məktəbəhazırlıq qrupunda 489 nəfər 5 yaşlı uşaq təhsilə cəlb olunmuşdur.  Rayon üzrə müəlimlərin orta dərs yükü 15,5 saat təşkil edir. 

Son üç ildə rayonun ümumtəhsil məktəblərinə respublika Təhsil nazirliyi tərəfindən təşkil olunmuş müsabiqədən uğurla keçmiş 130 nəfərdən çox pedaqoji kadr işə qəbul edilmişdir.

2019-2020-ci dərs ilində 6 məktəbdə 134 nəfər şagirdi əhatə edən 7 təmayül sinfi təşkil olunmuşdur.

         Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz kənd 1№li tam orta məktəbin direktoru Hacıyev Eyvaz Mirhüseyn oğlu  “Əməkdar müəllim” adına layiq görülmüş, Oğuz şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəlilova İmarət Cəlil qızı “Tərəqqi” medalı ilə, 2 nəfər müəllimimiz “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə, bir nəfər müəllimimiz isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

03 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Milli Məclisində "İlin Gənc Müəllimi" müsabiqəsinin qaliblərinin təltif edilmə mərasimində Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Elçin qızı Kərimova  təltifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

2019-cu il fənn olimpiadalarının  respublika mərhələsində qalib gəldiklərinə görə Oğuzlu 6 məktəbli də təltif olunanlar sırasında olmuşdur. Onlardan biri qızıl medal, 3 nəfəri gümüş medal, 2 nəfəri bürünc medalla təltif olunmuşlar.

         Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin rayon mərhələsinin qalibi, Tərkeş kənd tam orta məktəbinin X sinif şagirdi Məcidli Şəbnəm Ceyhun qızı müsabiqənin respublika mərhələsində də uğurla çıxış edərək II yeri tutmuş, diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.

         Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə mart ayında Göyçay şəhərində keçirilən “Məktəblilər arasında respublika çempionatı”nın proqramına daxil olan şahmat üzrə zona yarışında məktəblilərdən ibarət Oğuz komandası keçirdikləri 11 oyunun hamısında qalib gərərək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanmışlar.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi Azərbaycan şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə respublikamızda  650 min ağacın əkilməsiilə əlaqədar keçirilən kampaniya çərçivəsində Oğuz rayonunun ümumtəhsil məktəblərinin həyətində yerli şərait üçün əlverişli olan 345 ədəd müxtəlif növ ağac tingi əkilmişdir.

2019-cu ildə rayonumuzun ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin ümumi orta və tam orta səviyyələri üzrə buraxılış imtahanlarını uğurla başa vurmuşlar. IX sinif şagirdlərinin buraxılış imtahanlarının hər iki mərhələsinin nəticələrinə əsasən Oğuz şəhər 3 nömrəli məktəb-liseyin IX sinif şagirdi Ənsərli Cahan Akif qızı respublikadaən yüksək nəticə göstərən yeganə şagird olaraq 300 balı toplamağa müvəffəq olmuşdur. 

Hesabat dövründə respublikanın ali məktəblərinə qəbul imtahanlarında da Oğuz məzunları üçün uğurlu olmuşdur. 42 nəfər məktəblimiz 500 baldan, o cümlədən 6 nəfər 600 baldan yuxarı nəticə göstərmişlər.

     2019-cu ildə ümumtəhsil məktəblərinin 205 nəfər məzunu 45 faizi tələbə adını qazanmışdır.

         Son illər təhsil müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndiril-məsi sahəsində həyata keşirilən tədbirlərlə yanaşı, hələ də öz həllini gözləyən problemlərimiz vardır. 4 ümumtəhsil məktəbi uyğunlaşdırılmış binalarda yerləşir.

         Xaçmaz kənd 1 №-li tam orta məktəbinin əsaslı təmirə, 1992-ci ildə akt zalının, idman zalının və yeməkxananın tikintisi başa çatdırılmadan yarımçıq istifadəyə verilən Kərimli kənd tam orta məktəbinin əsaslı təmir və bərpa-gücləndirmə tədbirlərinə ciddi ehtiyacı vardır.

Oğuz rayonunun təhsil işçiləri inkişafımızın müasir mərhələsində qarşıda duran vəzifələrin məsuliyyətini tamamilə dərk edir və inanırıq ki, bu vəzifələrin yüksək səviyyədə icrasına gələcəkdə də ciddi səy göstərəcəklər.  

2019-cu il ərzində  Təcili yardım şöbəsi tərəfindən 2160 çağırış qeydə alınmışdır. Ambulator yardım və çağırış zamanı 2393 nəfərə tibbi yardın  göstərilmişdir.

       2019-cu il ərzində  Mərkəzi  Rayon   Xəstəxanasının      cərrahiyyə şöbəsində  243 cərrahi əməliyyat aparılmışdır.  Bunlardan 151-i planlı, 92-i isə təxirə salınmaz əməliyyat olmuşdur.

      Rayonun doğuşayardım müəssisələrində  2019-cu ərzində  426 doğuş qəbul edilmişdir. 3 ölü doğuş halı qeydə alınmışdır.

        2019–cu il ərzində  Dövlət proqramında nəzərdə tutulmuş yaş qruplarına görə qeydiyyatda olan uşaq kontingentinin Elektron sağlamlıq kartı ilə təminatı üçün aparılan işlər davam etdirilmişdir. Belə ki, 2006-2019–cu il təvəllüdlü uşaqların kartla təminatı işi süətləndirilmiş, görülən müvafiq tədbirlər nəticəsində bu göstərici 91% təşkil edir. Uşaqların kartla təminatı ciddi nəzarət altında davam etdirilməkdədir.

         2019-cu il ərzində çarpayı fondu 106 olmaqla stasionarlarda 1907 xəstə müalicə almışdır. 26048 çarpayı günü keçirilmişdir. Stasionarda müalicə alan xəstələrdən 886 nəfəri şəhər, 1021 nəfəri isə kənd əhalisi olmuşdur. Rayon üzrə stasionarda bir xəstənin orta davamiyyəti 13.6 gün, çarpayı dövriyyəsi 246 gün olmuşdur.Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən stasionarda müalicə alan xəstələr 120 sayda dərman preparatları, 25  sayda tibbi ləvazimatlar və köməkçi materiallarla  təmin olunurlar.

         Əhalinin sağlamlığının qorunması məqsədi ilə təstiq olunmuş Dövlət proqramı ilə əlaqədar tədbirlər planı çərçivəsində 2019-cu il  ərzində də Şəkərli diabet, Xroniki böyrək çatmamazlığı, Vərəm, Onkoloji, Talassemiya, Hemofiliya kimi xəstəliklərin aşkarlanması, qeydiyyatı və müalicəsi işinə diqqət artırılmışdır. Belə ki, 2019-cu il ərzində 117 yeni şəkər xəstəsi qeydiyyata alınmışdır. Dispanser müşahidədə olan 1020 nəfər şəkərli diabet xəstəsi var.

         Xroniki böyrək çatmamazlığı olan xəstələrin qeydiyyatı və müalicələri üçün lazımi şərait yaradılmışdır. Xroniki böyrək çatmamazlığı diaqnozu ilə qeydiyyatda olan 6 xəstə Dövlət proqramları çərçivəsində mütamadi olaraq dializ seanslarına göndərilərək müalicə alırlar.                                        

         Hemofiliya və Talassemiyalı xəstələrə Dövlət proqramına uyğun olaraq  dərman preparatları verilir. 2019-cu ilin sonu üçün rayon üzrə 42 Talassemiyalı xəstə qeydiyyatdadır.

         Onkoloji xəstələrin həyati vacib preparatlarla təmin edilməsi 2019-cu il ərzində Dövlət proqramı çərçivəsində təmin edilmişdir. Ümumi olaraq  2019-cu il  ərzində 61 yeni onkoloji xəstə aşkar edilməklə, cəmi olaraq 211 xəstə qeydiyyatdadır.

Göstərilən uğurlarla, görülən işlərlə yanaşı bir sıra problemlər də mövcuddur Belə ki, on minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının  binasının əsaslı təmiri yarımçıq qalmışdır.

         Kənd əhalisinə tibbi xidmət göstərən əksər tibb məntəqələrinin –Qumlaq , Zərrab, Bayan, Yaqublu, Bucaq, Muxas tibb məntəqələri istisna olmaqla əsaslı təmirə ehtiyacı vardır. Həmçinin demək olar ki , əksər tibb məntəqələrində elektrik, istilik və su problemləri mövcuddur. Malıx və Daşüz yaşayış məntəqələrində tibb məntəqələrinin tikintisi vacib məsələlərdəndir. Rayon üzrə 30 ştat həkimə ehtiyac vardır.

         Qeyd edilməlidir ki, Rayon Mərkəzi Xəstəxanası sistemi 01.01.2020-ci il tarixdən icbari tibbi sığorta sisteminə keçib. Əminəm ki, yeni tədbiq olunan sistem vasitəsi ilə tibb işçilərimiz əhaliyə daha da yüksək səviyyədə xidmət göstərəcəklər.

         Oğuz GEM tərəfindən 2019-cu ildə rayon ərazisində epidemioloji xidmət işinin yaxşılaşdırılmasına səy göstərilmişdir.

         2019-cu ildə 102 kommunal  , 63 uşaq və yeniyetmə müəssisəsi, Bu obyektlərdə 217 obyektdə sanitar müayinə aparılmışdır. 8 nöqsan aşkar edilib,  aradan qaldırılıb. 

54  mərkəzləşməmiş su mənbəyinə cari sanitar nəzarəti həyata keçirilib.

         2019-cu ildə xəstəliklərə qarşı peyvəndləmə tam yerinə yetirilib.

Hazırda Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz nümayəndəliyində 4 mədəniyyət evi,17 klub, 24 kütləvi kitabxana, 2 muzey fəaliyyət göstərmişdır. Muzeylərdən biri H.Əliyev Mərkəzi, digəri tarix-diyarşünaslıq muzeyidir. Muzeylərin fondu 5256 eksponatdan ibarətdir ki, onun da 783-ü H.Əlyev Mərkəzinə, 4473-ü tarix-diyarşünaslıq muzeyinə aiddir.

Rayonun mədəniyyət müəssisələri tərəfindən 2019–cu il ərzində   əlamətdar  və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı bir sıra tədbirlər həyata  keçirilmişdir. 

Noyabr ayında Regional İdarənin təşkilatçılığı ilə Mədəniyyət Mərkəzində “Milli Musiqi Alətləri İfaçılarının” musiqi festivalı keçirilmişdir. Festivalda Balakən, Zaqatala, Qax, Şəki və Oğuzun 100 nəfərdən çox gənc musiqiçisi iştirak etmişdir.

Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  fondunda  171301  nüsxə kitab vardır. 2019–cu il ərzində   MKS-da da əlamətdar  və bayram günləri, tarixi hadisələr qeyd olunub. Hazırda MKS-nin oghuz.cls.az saytı fəaliyyət göstərir.

         Qədim və zəngin tariximizi araşdırmaq, mühafizə etmək, gənc nəsillərə  doğru və düzgün aşılamaq üçün muzeylərdə keçirilən ədəbi-bədii gecələrin,  görüş və  söhbətlərin, yubiley tədbirlərinin böyük əhəmiyyəti vardır.

         Oğuz artıq Respublikamızda turizm bölgəsi kimi tanınmaqdadır. Yay mövsümündə Oğuzda 35 turizm və ailəvi istirahət mərkəzləri fəaliyyət göstərmişdir. Hazırda Oğuzda 10-na yaxın otel vardır. Hesabat ilində yeni turizm obyektləri tikilib istifadəyə verilmişdir.

         2019-cu ildə Oğuz rayonuna təxminən 20000 nəfər turist gəlmişdir. Bu turistlərin təxminən 6500 nəfəri xarici vətəndaşlar olmuşdur. Bütün bunlar onu göstərir ki, Oğuz yaxın vaxtlarda Respublikamızın gözəl bir turizm məkanına çevriləcək.

         Oğuz Rayon Gənclər və İdman İdarəsinin 2019-cu ildə illik və ayrı-ayrı sahələr üzrə konkret iş planları əsasında uşaq, yeniyetmə və gənclərin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı məsələləri istiqamətində fəaliyyət göstərmişdir.

“Gənclər siyasəti haqqında” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq-gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi sahəsində tədbirlərin həyata keçirilməsi vəzifələrinin yerinə yetirilməsini nəzərdə tutulur.

         Oğuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2019-cu il ərzində gənclərlə iş, təşkilati məsələlər və idman sahəsi üzrə 102 (yüz on iki) tədbir həyata keçirilmişdir.

         İdarə tərəfindən gənclərlə iş, təşkilati məsələlər üzrə 60 (altmış), idmanın inkişafı sahəsində və gənclərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar isə şənbə və bazar günləri də daxil olmaqla 42 (qırx iki) tədbir həyata keçirilmişdir. Bu tədbirlərdə iştirak edənlərin sayı 9750  nəfərdən artıq olmuşdur.

         Rayondan kənarda 2019-cu il ərzində gənclər sahəsi üzrə  respublikamızın müxtəlif rayon və şəhərlərində keçirilmiş tədbirlərdə rayonumuz 74  nümayəndə ilə təmsil olunmuşdur.

         2019-cu il ərzində rayondan kənarda idman sahəsi üzrə 30 (otuz) yarış keçirilmiş, bu yarışlarda 336  nəfər idmançımız iştirak etmişdir. Onlardan 19 nəfəri birinci yerə, 12 nəfəri ikinci, 4 nəfər isə  üçüncü yerə layiq görülmüşdür.

Oğuz Rayon Gənclər və İdman İdarəsi,Rayon Təhsil Şöbəsi, Mədəniyyət şöbələri, Hərbi Komisarlıq, Hüquq mühafizə orqanları, yerli icra nümayəndəlikləri, Yeni Azərbaycan Partiyası, bələdiyyələr, idarə və təşkilatlar gənclər təşkilatları ilə fəaliyyətə üstünlük vermişdir.

 

                            Bələdiyyə orqanları ilə işin təşkili

 

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə etdikdən sonra onun strateji məqsədlərindən biri də hüquqi dövlət qurulması və vətəndaş cəmiyyətinin yaranması idi.

Ölkəmizdə Bələdiyyələrin fəaliyyətə başlamasından 20 ildən artıq vaxt keçir. Bu müddət ərzində bələdiyyələrin təşkili, səlahiyyətləri, mülkiyyət və maliyyə əsasları xeyli təkmilləşdirilmiş, inkişaf etdirilmiş, dövlət qayğısı gücləndirilmişdir. Bunun nəticəsində bələdiyyələr özünüidarəetmə sahəsində qarşıya qoyulmuş vəzifələri maksimum yerinə yetirməyə çalışmışlar.

         Hesabat dövründə 1-şəhər, 14-kənd Bələdiyyələrin Milli Assosiasiyaları ilə birlikdə qarşılıqlı səmərəli fəaliyyətlərinin qurulmasına nail olmuş, Assosiasiyanın irəli sürdüyü “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində konkret layihələrin gerçəkləşməsini təmin etmişlər.

         Bələdiyyələr tərəfindən təqdim olunmuş layihələrin icrasına icra hakimiyyəti və əlaqələndirmə şurası tərəfindən nəzarət edilmiş, yekun məlumatlar Milli Assosiasiyaya təqdim olunmuşdur.

     2019-cu ildə bələdiyyə büdcəsinin gəlirləri 594,1 min manat olmuşdur. Bu, keçən ilə nisbətən 26,9 % çoxdur. Gəlirlərinin 112,1 min manatı vergilər hesabına əldə edilmişdir. Bu, ümumi gəlirin 18,9 %-ni təşkil edir və əvvəlki ilə nisbətən 9,3 % çoxdur. Hesabat ilində fiziki şəxslərdən yığılmış torpaq vergisi əvvəlki ilə nisbətən 6,2 min manat artaraq 98,9 min manat olmuşdur. Bələdiyyə büdcəsi gəlirlərinin 474,7 min manatını vergi olmayan gəlirlər təşkil etmişdir. Bu, keçən ilə nisbətən 31,6 % çoxdur. Vergi olmayan gəlirlərin 80,0 %-i bələdiyyə əmlakının özəlləşdirilməsindən, 13,6 %-i bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən əldə olunub.

             Bələdiyyə büdcəsinin gəlirləri bələdiyyə xərclərinə öz təsirini göstərir. 2019-cu ildə bələdiyyələrin xərcləri 595,6 min manat olmuşdur. Bu, əvvəlki ilə niisbətən 28,6 % çoxdur. Xərclərin 438,6 min manatı bələdiyyə özünüidarəetmə orqanlarının saxlanmasına, 17,4 min manatı sosial müdafiə və sosial təminat xərclərinə, 70,7 min manatı nəqliyyat və rabitə xərclərinə sərf olunmuşdur.

          Bələdiyyələrdə işləyənlərin orta sayı 74 nəfər, hesablanmış əmək haqqı fondu 234,0 min manat, hər işçinin orta aylıq əmək haqqı 262,7 manat olmuşdur. Bu, keçən ilə nisbətən 59,1manat çoxdur.   

         Bələdiyyələr yerli vergilərin tam həcmdə toplanmasına nail olmalı,  mülkiyyətlərində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi qanunvericiliyə uyğun olaraq istifadə edilməli, əldə olunan gəlir yerli problemlərin həllinə sərf olunmalıdır.    

 

          Vətəndaşların müraciətlərinə baxılması

           və onların qəbulunun təşkili.

 

Oğuz Rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun tələblərinə və  AR Prezidentini Administrasiyasından daxil olan tövsiyələrə uyğun olaraq baxılır.

2019-cu il ərzində Oğuz RİH-nə 597 müraciət daxil olmuşdur. Onlardan 557-i (93,3%)  ərizə, 40-ı(6,7%) şikayət olmuşdur. Daxil olan müraciətlərin 79-na(13,2%) nəzarət qaydasında baxılıb.

Daxil olan müraciətlərin 183-ü(30,6%) AR Prezidentinin Administrasiyasın-dan (O,cümlədən 91-i(15,4%) AR Prezidentinin Administrasiyası şöbələrindən, 92-i(15,4%) AR Birinci Vitse prezidentinin Katibliyindən), 8-i(1,3%) AR Milli Məclisindən, 15-i(2,5%) AR Nazirlər Kabinetindən, 26-ı(4,4%) Respublikanın mərkəzi təşkilatlarından, 365-i(61,2%) birbaşa vətəndaşlardan olmuşdur.

         Daxil olan müraciətlər ötən ilin müvafiq dövrünə nisbətən 9 ədəd az olmuşdur. O, cümlədən 27 ədəd AR Prezidentinin Administrasiyasından daxil olan artmış, 3 ədəd AR Milli Məclisindən, 5 ədəd AR Nazirlər Kabinetindən, 12 ədəd Respublikanın mərkəzi təşkilatlarından daxil olan müraciətlər artmış, 16 ədəd vətəndaşlardan daxil olan müraciətlər azalmışdır.

Müraciətləri 232-i(38,9%) müsbət həll olunub, 7-i(1,2%) qismən həll olunub, 3-ü (0,5%) rədd edilib(əsassız sayılıb), 290-na(48,5%) müvafiq izahat verilib, 10-nun(1,7%) icrası müvafiq dövlət proqramlarında nəzərdə tutulub, 47-i(7,5%) aidiyyəti üzrə göndərilib, 10-u(1,7%)  baxılmamış saxlanılıb. 

  AR Prezidentinin Administrasiyasından nəzərət qaydası ilə 9(0,5%) müraciət daxil olub. Ondan 7-i ərizə, 2-i şikayət olmuşdur. Onların hamısına vaxtında cavab verilib.

2019-cu ildə 46(7,7%) kollektiv, 66(11,1%) təkrar müraciət olmuşdur. Kollektiv ərizələrin sayı ötən illə müqayisədə 12 ədəd azalmış, təkrar müraciətlərin sayı isə 18 ədəd artmışdır. 

Əlavə olaraq 2019-cu ildə RİH başçısının İƏD üzrə nümayəndəliklərində 378 vətəndaş müraciəti qeydə alınıb. Onlardan 296-ı(78,3%) ərizə, 82-i (21,7%) şikayətdir. İƏD üzrə nümayəndəliklərə daxil olan müraciətlərin 342-i (90,5%) müsbət həll olunub, 26-ı (6,9%) ilə bağlı müvafiq izahat verilib, 10-u (2,6%) baxılmaq üçün aidiyyəti üzrə göndərilib.

2019-cu ildə RİHB aparatına daxil olan ərizələrin mahiyyətinə görə müqayisəli bölgüsü aşağıdakı kimi olmuşdur:

RİH, bələdiyyələrin fəaliyyəti, Dövllət qulluğu və kadr məsələləri—50(8,4%) müraciət, Qəbul haqqında --11(1,8%) müraciət,HMO və Orduya çağırış—10(1,7%) müraciət, Maliyyə-kredit,  Özəlləşdirmə, Sahibkarlığın inkişafı və iqtisadi məsələlər –22(3,7%) müraciət, Kənd təsərrüfatı və Torpaq məsələləri—90(15,1%) müraciət, Təhsil, səhiyyə məsələləri, elm mədəniyyət və turizm məsələləri- 16(2,7%) müraciət,Nəqliyyat, rabitə  və informasiya texnologiyaları məsələləri-17(2,8%) müraciət, Əhalinin sosial müdafiəsi, birdəfəlik maddi yardım, Qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər—249(41,7%) müraciət, Mənzil və tikinti məsələləri--93(15,6%) müraciət, Enerji, qaz və su təchizatı məsələləri–17(2,8%) müraciət, Ekologiya və təbii sərvətlər və Təbii texnogen hadisələr –11(1,8%) müraciət, Digər məsələlər--10(1,7%) müraciət olmuşdur.

Müraciətlərin çox olmasının səbəbi bir qisim vətəndaşların müraciətlərinə  müvafiq cavab verilməsinə baxmayaraq, onlar dəfələrlə eyni məzmunlu müraciət etmələri olmuşdur. Belə ki, 2019-cu ildə 1 vətəndaş 16 dəfə, 2 vətəndaş 12 dəfə, 2 vətəndaş 6 dəfə, 5 vətəndaş 5 dəfə, 8 vətəndaş 4 dəfə, 13 vətəndaş 3 dəfə, 49 vətəndaş 2 dəfə eyni məzmunlu müraciətlərini göstərə bilərik.  

         2019-cu ildə Oğuz RİH başçısının 103 qəbulu olmuş, vətəndaşlar tərəfindən 497 müraciət olmuşdur. O cümlədən RİHB-nın 52 səyyar qəbulu olmuş, 172 müraciət olmuşdur. Qəbullarda 4652 nəfər iştirak edib. RİHB-nın ümumi qəbullarında qaldırılan məsələlərin 266-ı (53,5 %) müsbət həll olunub, 100-ü (20,1%) qismən həll olunub, 116-ı (23,3%) ilə bağlı müvafiq izahat verilib, 15-nin (3,1%) həllinin Oğuz RİH-nin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa cavab verilib.

Ümumiyyətlə RİHB Aparatının şöbələrində 2019-cu ildə 1164 nəfər, tabe qurumlarda 1360 nəfər vətəndaş qəbul edilib.

         2019-cu ildə vətəndaşlardan daxil olan ərizə, təklif və şikayətlərin baxılma vəziyyəti 2 dəfə RİH başçısı yanında Şura iclasında müzakirə olunmuşdur. RİH başçısının İƏD üzrə 15 nümayəndəliyində vətəndaş müraciətləri ilə bağlı 25 şura iclası keçirilib.

         Ümumiyyətlə daxil olan ərizələr göstərir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların inkişafına, əhalinin rifah halına göstərdiyi böyük diqqət və qayğının nəticəsidə əhalinin cənab Prezidentə və onun komandasına inamı gündən—günə artır. Vətəndaşların hüquqları müdafiə olunur, həyat şəraitləri yaxşılaşdırılır. Vətəndaşların qaldırdıqları problemlər öz həllini tapır.

                  

Hörmətli iclas iştirakçıları!

 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətləri daxilində 2019-cu il ərzində görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan problemlər haqqında hesabat verdim.

RİH başçısının inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında, rayon fəalları, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri ilə birgə keçirilən tədbirlərdə 2019-cu ildə görülmüş işlər, rayonda aparılmış yenidənqurma tədbirləri, mövcud nöqsanlar, problemlər, onları doğuran səbəblər geniş şəkildə təhlil olunmuş, nöqsan və problemlərin aradan qaldırılması üçün ciddi tədbir görülmüşdür.

2020-ci ildə görəcəyimiz işlərdə aşağıdaklar bizim üçün prioritet olmalıdır.

Sahibkarlığın inkişafına dəstək verilməlidir. İstehsal (xırda emal sexləri) sahələrinin yaradıl-masına, kənd təsərrüfatına və xidmət sektorunun inkişaf etdirilməsinə diqqəti artırmalı. 

-- Rayonda Ərzaq təhlükəsizliyi proqramının icrası ilə bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması, kənd təsərrüfatı texnikaları daha da böyük həcmdə alınmalı və onlardan səmərəli istifadə olunmalıdır.

--Rayonda baramaçılığın inkişafı, tut bağlarının salınması işini surətləndirməsi, barama istehsalının iki qat artırılmasına nail olmaq;

-- Rayonda fındıqçılığın inkişafı, yeni fındıq bağlarının salınması işini surətləndirməsi artırılması;

-- Rayonda ənənəvi sahə olan Tütünçülüyün inkişafı ilə bağlı tədbirlər həyata keçirmək, tütün əkin sahələrinin artırmaq;

-- Rayonda Üzümçülüklə bağlı tədbirlər görmək, mövcud bağlara aqrotexniki xidmətin keyfiyyətini artırmaq.

-- Rayonda heyvandarlığın inkişafı ilə bağlı tədbirlər görmək, ətlik və südlük istiqamətində heyvandarlığın inkişafına xüsusi diqqət verməliyik;

-- Rayonda Qazlaşdırılmayan 7 yaşayış məntəqəsi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;

-- 2019-cu ili Azərbaycanda “Könünlülər ili” elan edilməsi ilə bağlı müvafiq tədbirlər planının hazırlanması;

-- Rayonda turizm sektorunun inkişafı üçün investorların cəlb edilməsi il bağlı tədbirlər görülməlidir.

Mən, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan  geniş quruculuq işləri 2020-ci ildə də davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin yanında 13 yanvar 2020-ci il tarixdə keçirilən “2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasındakı və 03 fevral 2020-ci il tarixdə keçirilən “Regionların 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş və yekun nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır.  

 

 

 

Keçidlər