Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2016-cı il

2016-cı ilin l rübündə Qğuz rayonunun sosiala--iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun

 

H e s a b a t ı

 

         Hörmətli iclas iştirakçıları!

 

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin l rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin iclasda nitqlərindən məlum oldu ki, 2016-cı ilin də Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmışdır. Ümumiyyətlə 2016-cı il dərin iqtisadi islahatlar ili olacaqdır. iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir.

Ancaq ilk öncə Azərbaycan Ermənistan münaqişəsi, son dövrlərdə baş verənlərə münasibət bildirək. Bildiyiniz kimi, bu ayın əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təxribatın qarşısı alındı, düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruya, öz hərbi mövqelərini daha da möhkəmləndirə bildi. Bu qanlı toqquşma bir daha onu göstərir ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir və çalışır ki, danışıqlar prosesi pozulsun. Ermənistan sadəcə olaraq danışıqları sonsuz proses kimi görmək istəyir. Digər tərəfdən, danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan müxtəlif yollarla danışıqları pozmağa cəhd göstərir.

Cənab Prezident Amerika Birləşmiş Ştatlarında olarkən Amerikanın siyasi rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə edilmişdir. Onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bütün həmsədr ölkələr – ABŞ, Rusiya, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

 Dünyada Ermənistandan başqa elə bir ölkə yoxdur ki, azəribaycanın ərazi bütövlüyümüzü dəstəkləməsin. Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpağında gözümüz yoxdur. Ali Baş Komandanın rəhbərliyi ilə öz torpaqlarımızı heç kimə verməyəcəyik. Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq.

Bildiyiniz kimi, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. Həmsədr ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdilər. Azərbaycan tərəfi məsələnin sülh yolu ilə, siyasi yollarla öz həllini tapmasını istədiyimizi dəfələrlə bəyan etmişik. Ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli möhtərəm Prezidentin söylədiyi kimi: - erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. 

Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Ölkəmizdə inkişaf dinamikamız daha da sürətləndirməli və Azərbaycan öz dayanıqlı inkişafını davam etdirməlidir.

Birinci rübdə iqtisadi islahatlar daha da sürətlə aparılmış, bir çox sərəncamlar, qanunlar imzalanmış və qəbul edilmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Maliyyə nizam-intizamı, şəffaflıq istiqamətində böyük işlər görülüb.

Qeyri-neft sektorunun inkişafı istiqamətində uğurla addımlar atılmağa başlanıb.

Birinci rübdə 37 min yeni iş yeri yaradılmışdır. Onlardan 31 mini daimi iş yeridir. Yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. Bu da cənab Prezidentin göstərişi ilə öz həllini tapan məsələdir.

Sosial siyasət həmişə prioritet olmuşdur və olacaq. Birinci rübdə atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, bu il Azərbaycanda maaşlar və pensiyalar artırılıb, 10 faiz artım var. Bu da nadir hadisələrdən biridir.

Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub.

         Biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlara daha da böyük dəstək vermək istiqamətində çox önəmli addımlar atılmışdır. Xüsusilə qeyd olunmalıdır ki, yoxlamalarla bağlı cənab Prezidentin göstərişləriyerinə yetirilir. Belı ki, 2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilmişdir. 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilmişdir.

Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur. Beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir.

Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı 2,7 faiz artıb.

 Birinci rübdə çox operativ addımlar, dərin iqtisadi islahatlar və düşünülmüş müdrik xarici siyasət nəticəsində bütün riskləri minimum səviyyəyə endirilib. Cənab Prezidentin söylədiyi kimi:  Mən ümid edirəm ki, müsbət dinamika 2016-cı ildə davam edəcək. İkinci rübdə iqtisadiyyat daha da sürətlə inkişaf edəcək və biz ilin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələləri həll edəcəyik.

 

  1. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər:

 

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 27 fevral tarixli 118 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) qəbul edilmişdir. Qəbul ounmuş Dövlət Proqramına Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 13 maddə daxil edilmişdir.

         Yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri və körpülərin tikintisini davam etdirmək üçün 2016-cı ildə görüləcək işlərin tədbirlər planı hazırlanır.

         Rayonun elektrik enerjisi təminatının, istilik və qaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb. Qarabulaq, Böyük Söyüdlü kəndlərinə təbii qaz çəkilərək istifadəyə verilib. Xaçmaz, Sincan, Tərkeş, Dəymədağlı və Xaçmazqışlaq kəndlərinə qaz çəkilişi işləri aparılır.

         Oğuz PEŞ tərəfindən 6 kəndin ərazisindən keçən hava xətlərində  83 ədəd dayaq dəyişdirilib. 3,5 km yeni naqi çəkilib, 32 ədəd yeni sayğac quraşdırılıb, 84 ədəd qüsürlü sayğac dəyişdirilib.

         2016-cı ilin birinci rübündə  Oğuz royanu Muxas kəndi ərazisində Daşağıl çayı üzərində təməli qoyulmuş  kiçik su elektrik stansiyalarının  (KSES)  tikinti altı sahəsi 7,22 hektardır. Layihə üzrə burada 1 ədəd hidroqovşaq, 3 ədəd SES binası , 3 ədəd basqılı boru və 1 ədəd aparıcı kanal tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırda tikinti işləri davam etdirilir,  cari ilin dekabr ayında 1,5 meqovat gücündə  1  kiçik su elektrik stansiyasının  (KSES)  tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Meliorasiya-irriqasiya işlərinin görülməsi üçün sənədləşmə işləri aparılıb. 2016-cı ildə subartezian quyularının qazılması üçün Oğuz şəhərində, Şirvanlı, Tayıflı kəndlərində yerlər müəyyənləşdirilmişdir. Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müvafiq işlər davam etdirilir. 2016-cı ildə görüləcək işlərin tədbirlər planı hazırlanır. Sel sularından mühafizə ediləcək yerlər dəqiqləşdirilir.

           2015-ci il sentyabrın 4-də Respublika ərazisində  baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün rayonun 524 yerlik Padar, 240 yerlik Astraxanovka kənd tam orta məktəblərində, 35 yerlik Yenikənd kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir aparmaq üçün layihə-smeta sənədləri hazırlanır.    

         Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlər davam etdirilir. Oğuz şəhərində, Calut, Qumlaq, Xaçmaz kəndlərində şəhid ailələri üçün evlər tikilir. 28 məhsəti türkü ailəsi üçün Oğuz şəhərində, Calut, Qumlaq kəndlərində evlər tikilib istifadəyə verilib. Aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Oğuz şəhərində çoxmənzilli binaların tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmışdır.

         Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi ilə bağlı Oğuz şəhərində 2 ədəd hərəsi 100 yerli uşaq bağçasının tikintisi davam etdirilir.

2016-ci ilin I rübü  Oğuz şəhərində abadlıq və təmir işləri ilə əlaqədar şəhərin 28 küçə və  dalanlarında qum-çinqıl qatının hazırlanması və asfalt beton örtüyün salınması üzrə smeta sənədləri hazırlanmış və yaxın vaxtlarda tikinti işlərinə başlanacaqdır.

Hesabat dövründə ailə kəndli və ev təsərrüfatla-rında 9 yaşayış evi tikilib istifadəyə verilmişdir. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 820 kv. metr, yaşayış sahəsi 576 kv. metr olmuşdur.

      2016-cı ilin hesabat dövründə bütün maliyyə mənbələri hesabına əsas kapitala 517,5 min manatlıq investisiya yönəldilmişdir. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 1055,4 min manat (67,1 %) azdır. İnvestisiyaların 234,5 min manatı (45,3 %) istehsal təyinatlı, 283,0 min manatı (54,7 %) qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə edilmişdir. Əsas kapitala yönəldilmiş investisiyadan 493,2 min manat (95,3 %) tikinti-quraşdırma işlərinə sərf edilmişdır.

         Hesabat dövründə rayonda açılmış 211 yeni iş yerlərindən hamısı daimi olmuş, onlardan 70-i mövcud müəssisə və təşkilatlarda, 141-ü fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır.

 

  1. Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər:

Rayonda icra hakimiyyəti tərəfindən formalizm, bürokratizm, korrupsiya, rüşvətxorluq kimi neqativ amillərə qarşı aparılan işlər hesabat dövründə də ciddi şəkildə davam etdirilmişdir.

Rayonda tütünçülüyün və qarğadalı bitkisinin əkini ilə əlaqədar  tədbirlər keçirilmiş, təsərrüfatçılığın bu istiqaməti üzrə əhali arasında maarifləndirmə işləri aparılmışdır. Tütünçülüyün inkişafına  25 hektar yer nəzərdə tutulmuş, sahələrdə şum,mala işləri aparılmış ,tütün şitilinin əkilməsi üçün torpaqların hazırlanması işlərinə başlanılmışdır.

Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır.

         Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamından irəli gələn vəzifələırin yerinə yetirilməsi ilə əlaqədar rayonda istehsalçılara yanacaq və motor yağlarına, buğda əkinlərinə görə yardımların verilməsi ilə bağlı xeyli işlər görülmüşdür.

 “Aqrolizinq”ASC-nin Oğuz Aqroservis filialı tərəfindən rayona gətirilmiş 373 ton azot kübrəsi mart ayında güzəçtli qiymətlərlə  taxıl istehsalçısına çatdırılmışdır.

         Bakı şəhərin  keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında hər həftə və bayam günləri rayonun sahibkarları istehsal etdirkləri məhsulları çıxarırlar.

                   

  1. Əhalinin sosial müdafiəsi məsələləri:

Oğuz rayonunun 01 aprel 2016-cı il tarixə 43098 nəfər olmuşdur. 2016-cı ilin birinci rübündə 129 doğulmuş, 65 nəfər ölmüşdür. Diri doğulanların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 35 nəfər azalmış, ölənlərin sayı 2 nəfər artmışdır. 1 nəfər 1 yaşa qədər uşaq ölmüşdür. Hesabat dövründə 39 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 8 vahid olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən nikahlar 17 vahid (30,4 %), boşanmalar 5 vahid (38,5 %) azalmışdır. Rayona 11 nəfər gəlmiş, 8 nəfər getmişdir.

      Oğuz rayonu üzrə 2016-cı ilin birinci rübü üçün yerli gəlirləri xərclərinə bərabər lmaqla 2,8 milyon manat proqnozlaşdırılıb. Proqnozun 573,3 min manatı yerli gəlirlərə, 2.2 milyon manatı Yerli gəlir və xərcləri tənzimləmək üçün büdcələrarası ayrılan vəsait olmuşdur. Yerli gəlirlər 587,5 min mаnаt və ya 102,5% icra olunub.

         Büdcə daxil olmaları hüquqi şəxslərin mənfəət vergisi(17,2%), hüquqi şəxslərin əmlak vergisi(26%), dövlət mülkiyyətində olan torpaqların icarə haqqı üzrə proqnoz (5,1%), sair daxilolmalar(7%) böyük kəsrlə icra olunub.

2016-cı ilin birinci rübündə xərclərə dair rüblük proqnoz 2,78 milyon manata qarşı 2,26 milyonmanat olmaqla 81% icra olunub.

Səhiyyə  xərcləri(59%), Bədən tərbiyyəsi və idman təşkili(38%), Mənzil kommunal təsərrüfatı bölməsi üzrə(40%) xərslər  böyük kəsrlə icra olunub.

2016-cı ilin birinci rübündə  Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon şöbəsi tərəfindən 6018 nəfər pensiyaçıya xidmət olunmuşdur. Onlara  təyin  olunmuş  aylıq  pensiyaların  orta  məbləği 176 manat  təşkil  etmişdir.  Qeyd olunan dövr ərzində pensiyaların və müavinətlərin ödənilməsinə 3024,5 min manat vəsait xərclənmişdir ki, bunun da 2605,0 min manatı mərkəzləşmiş qaydada Fond tərəfindən ödənilmiş, 419,5 min manatı isə yerli yığım hesabına maliyyələşdirilmişdir.

2016-cı ilin birinci rübündə  Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon şöbəsi üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 516,9 min manat müəyyənləşdirilib. Proqnoza 103,3% əməl olunub.

2016-cı ilin birinci rübündə sosial  müavinət  alanların  sayı  2011  nəfər olmuşdur.

Ünvanlı Sosial Yardım almaq məqsədilə Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 123 ailəyə sənədləri qəbul edilərək ünvanlı sosial yardım təyin edilmişdir. Ümumilikdə 593 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Üç ay ərzində hər ailəyə aylıq orta hesabla 154 manat sosial  yardımı  verilmişdir.

Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil növbəsinin uçotu RİH Mənzil komissiyası tərəfindən aparılır. Hal-hazırda 118 nəfər imtiyazlı şəxs mənzil növbəsinə götürülüb.

         Oğuz rayon Məşğulluq Mərkəzində 310 hüquqi şəxs qeydiyyatdan keçmişdir ki, onlardan da hal-hazırda 116-ı fəaliyyət göstərir. 2016-cı  ilin birinci rübündə   1653 nəfər Mərkəzə müraciət etmiş, onlardan  1506 nəfəri  işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, əhalinin məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Belə ki, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni açılmış iş yerlərinə birinci rübdə 306 nəfərə işə göndərilmiş verilmiş və 211 nəfəri işlə təmin edilmişdir. Onlardan 175 nəfəri yeni açılmış iş yerlərinə, digər 36 nəfər isə Mərkəzdə olan vakant iş yerlərinə göndərilmişdir.               

Qovşaq üzrə hər 100 abunəçiyə düşən ADSL istifadəçilərinin sayı 32,0 nəfər, hər 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı isə 22,2 ədəd təşkil edir. Bu gün sürətli internetdən daxil olan gəlir Qovşaq üzrə ümumi gəlirin 38,2%-ni təşkil edir.

Ölkənin  sosial-iqtisadi  həyatında  mühüm  rol  oynayan  aparıcı  sahələrdən biri  poçt rabitəsidir. Hesabat  ilində  Oğuz Poçtamt 1 müştəri xidmətlər bölməsi  və 16 kənd poçt şöbəsi fəaliyyət göstərib. Əhaliyə 35,1 min manatlıq xidmət göstərilib, bu da ötən ilin müvafiq dövründən 8,3 min manat çoxdur.

             2016-cı ilin birinci rübündə rayona 18,34 mln Kv/saat Elektrik enerjisi verilib. Ondan 17.90 mln Kv/saat faydalı sərfiyyat olub. Əhaliyə 4,5 mln Kv/saat—272,2 min manat dəyərində Elektrik enerjisi satılıb. Ödəniş 248,4 min manat—91,15% olub. İstehlakçılar bəzi xırda qəzalar nəzərə alınmasa fasiləsiz olaraq sutka ərzində elektrik enerjisi ilə təmin olunublar.

         2016-cı ilin birinci rübündə rayona  4,43 mln kub metr təbii qaz  verilib. Əhaliyə 3,47 mln kub metr – 346,9 min manat dəyərində təbii qaz satılıb. Ödəniş 291 min manat— 83,9% olub. İstehlakçılar bəzi xırda qəzalar nəzərə alınmasa fasiləsiz olaraq sutka ərzində təbii qazla təmin olunublar.

2016-cı ilin birinci rübündə rayona  0,22 mln kub metr içməli su verilib. Əhaliyə 0,17 mln kub metr – 41,8 min manat dəyərində içməli su satılıb. Ödəniş 38,6 min manat—92,3 % olub. İstehlakçılar bəzi xırda qəzalar nəzərə alınmasa fasiləsiz olaraq sutka ərzində içməli su verilib.

         Bu sahədə rayonda görüləcək işlər çoxdur. Oğuz şəhərinin 30-% SİP kabelləşib. Digər ərazilərdə Elektrik dayaq və xətlərinin əsaslı təmirinə ehtiyac vardır. Rayonun cəmi 73,5-% qazlaşdırılıb. Digər ərazilərin də qazlaşdırılması ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər olunub. Rayonun 12 kənddə içməli su problemi var. Məsələnin həlli ilə bağlı Azərsu ASC-yə müraciət olunub.

         Oğuz  “ 61  saylı  Yol  İstismarı ”  MMC  Oğuz  rayonunun  ərazisindən  keçən  71  km  uzunluğunda  Respublika  əhəmiyyətli  avtomobil  yollarına , 152  km  uzunluğunda  yerli  əhəmiyyətli  avtomobil  yollarına , uzunluğu  1020  m  olan  17  ədəd  körpülərə , həmçinin  su ötürücü  borulara , yol  nişanları  və  qurğularına  xidmət  edir.

         2016-  cı  ilin  ötən  dövründə  də  üzərimizə  düşən  vəzifələrin  öhdəsindən  layiqincə  gəlmək  üçün  səy  göstərmişik. Ötən  3  ay  ərzində  207.6  min  manatlıq  təmir  işləri, 87.2  min  manatlıq  cari  təmir  və  30  min  manatlıq  saxlanma  işləri  yerinə  yetirilmişdir.

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 ha sahədə meşə əkini aparılıb, 20 ha mövcud meşə əkininə xidmət göstərilib, 29.6 min ədəd əkin materialı yetişdirilib.

  Meşələrin qanunsuz qırılmasının qarşısını almaq məqsədilə 539 m3 həcmdə 3360 manat dəyərində ziyanlıq hesablanmışdır. Hesablanmış ziyanlıqdan 633 manat könüllü olaraq ödənilmişdir. Cari ilin birinci rübündə işlərində ciddi nöqsanlara yol verdiklərinə görə 3 nəfər tutduqları vəzifələrindən azad olunmuşdur. 1 nəfər işçi  haqqında  isə digər intizam (töhmət və şiddətli töhmət) tədbirləri görülmüşdür.

  1. Təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələri:

Rayonda  34  dövlət  gündüz  ümumtəhsil  məktəbi, o  cümlədən  2  ibtidai, 4 ümumi  orta  və  28  tam  orta  məktəb  vardır.  Məktəblərdən  3-ü  şəhərdə,  31-i  kəndlərdə  fəaliyyət göstərir. Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində son illər əsaslı tədbirlər həyata keçirilmişdir.

Son on ildə Oğuz rayonunda 3760 şagird yerlik 17 yeni məktəb binası,  115 yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağşası tikilib istifadəyə  verilmiş, şəhər 1 və 2 saylı tam orta məktəblərin binası əsaslı sürətdə təmir olunmuşdur.

Təhsil müəssisələrinin İKT vasitələri ilə təchizatı, məktəblərin internet şəbəkəsinə qoşulması, elektron lövhələrdən, elektron tədris resuslarından istifadə edilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Bu gün təhsil müəssisələrimizdə mövcud olan 323 ədəd kompyuter, 58 ədəd noutbuk və 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir.

23 məktəb internet şəbəkəsinə qoşulmuş, rayon Təhsil Şöbəsinin rəsmi saytı fəaliyyətə başlamışdır.

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 dekabr 2015-ci il tarixli 1117 №-li əmrinin icrasının təmin olunması ilə əlaqədar 01 yanvar 2016-cı il tarixdən rayonun təhsil müəssisələrində çalışan və  əməkhaqqı yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə verilən texniki heyətlə bağlı ştat və tarifləşmə cədvəllərinin, eləcə də, təsdiq olunmuş icmal xərclər smetalarının rayon Təhsil Şöbəsinə verilməsi və onların əməkhaqlarının təhsil şöbəsi xətti ilə hesablanması və ödənilməsi təmin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698№-li Fərmanının 13.2-ci bəndinin icrasını təmin etmək məqsədilə  respublika üzrə 15 ərazi maliyyə-hesablaşma mərkəzlərinin, o cümlədən Şəki, Oğuz və Qəbələ rayonları əhatə olunmaqla Oğuz rayonunda 4 saylı ərazi Maliyyə-hesablaşma mərkəzinin mərhələli şəkildə təşkili planlaşdırılmış,01 aprel 2016-cı il tarixdən mərkəz fəaliyyətə başlamışdır.

         Fənn olimpiadalarının bu ilin mart ayında keçirilən yarımfinal mərhələsində iştirak edən 7 məktəblimiz olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

         Məktəblilərin ümumi orta təhsil mərhələsi üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsini öyrənmək, tədris prosesində yol verilən gerilikləri aşkara çıxarmaq və onların vaxtında aradan qaldırılmasını təmin etmək məqsədilə Rayon Təhsil şöbəsinin təşəbbüsü ilə sınaq imtahanları keçirilmiş, nəticələri  Təhsil Şöbəsinin şura iclasında geniş təhlil olunmuşdur.

         Rayonun təhsil müəssisələrində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin daha da yaxşılaşdırılması məqsədilə rayon Təhsil Şöbəsi tərəfindən Gənclərin Çağırışaqədər hazırlığı fənnini tədris edən müəllimlər üçün bir həftəlik kurs təşkil olunmuş, hərbi hazırlıq dərslərinin birinci və ikinci dərs saatlarnda tədris olunması üçün məktəb rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. “Azərbaycan əsgərinə məktub” mövzusunda epistolyar inşa-yazı müsabiqəsində 75 nəfər məktəbli işrirak etmişdir.

Azərbaycan və rus hərb sənətində xüsusi xidmətləri olan general-leytenant Əliağa Şıxlinskinin 150 illik, general-leytenant Səməd bəy Mehmandarovun 160 illik və general Cəmşid Naxçıvanskinin 120 illik yubileyləri ilə əlaqədar Oğuz şəhər 3№-li məktəb-liseydə, H. Babayev adına Oğuz şəhər 1№-li, Padar, Kərimli, Tərkeş, Xaçmazqışlaq və Qumlaq kənd tam orta məktəblərində keçirilən tədbirlər gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb etmişdir.

         2016-cı ilin I rübü  ərzində rayonun ambulator – poliklinika müəssisələrinə  57,9 min müraciət olunmuşdur. Təcili yardım şöbəsi tərəfindən 415 çağırış qeydə alınmış. Cərrahiyyə şöbəsində 19 cərrahi əməliyyat aparılmışdır. 

           2016-cı ilin I rübü ərzində Dövlət proqramında nəzərdə tutulmuş yaş qruplarına görə qeydiyyatda olan uşaq kontingentinin Elektron sağlamlıq kartı ilə təminatı üçün aparılan işlər davam etdirilmişdir. Bu göstərici 93% təşkil edir.

2016-cı ilin I rübü ərzində 13 yeni şəkər xəstəsi qeydiyyata alınmışdır. Dispanser müşahidədə olan 851 şəkərli diabet xəstəsi dərmanla təmin olunurlar. 

         Hemofiliya və Talassemiyalı xəstələrə Dövlət proqramına uyğun olaraq  dərman preparatları verilir. Rayon üzrə 26 Talassemiyalı xəstə qeydiyyatdadır.

         Onkoloji xəstələrin həyati vacib preparatlarla təmin edilməsi 2016-cı ilin I rübü    ərzində Dövlət proqramı çərçivəsində təmin edilmişdir. 2016-cı ilin I rübü  ərzində  12 yeni onkoloji xəstə aşkar edilməklə, cəmi olaraq  157 xəstə qeydiyyatdadır.

       2016-cı ilin  Fevral ayının 15 –dən  Oğuz səhiyyəsində Rayon miqyaslı yeni bir tədbirə start verilmişdir. Belə ki, Fevral –Mart –Aprel ayları ərzində Rayonda 17 yaşdan yuxarı  əhalinin  dispanserizasiyasına başlanılmışdır. Bu məqsəd ilə Respublikanın bütün tibb müəssisələrində olduğu kimi, Oğuz Mərkəzi Rayon  Xəstəxanasında da  lazımi şərait yaradılmış , müraciət edən Rayon əhalisinə keyfiyyətli tibbi xidmətin təşkili məqsədilə gözəl imkan yaradılmışdır.

          Əhalinin  müayinəsinin təşkili  məqsədi ilə həkim qrupu və  səyyar həkim  qrupları təşkil olunmuşdur. 31144 nəfər rayon əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Tibbi müayinə aylığı ərzində 90-a yaxın  idarə və müəssisəsinin işçi heyyəti habelə 34 kənd yaşayış məntəqələrinin əhalisi tibbi müayinədən keçiriləcəkdir.

        Rayon səhiyyəsində görülən işlərlə  bərabər bir sıra problemlər də mövcuddur. Rayonda 29 tibb müəssisəsindən 24-nün əsaslı və cari təmirə ehtiyacı vardır. On minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının  binasının əsaslı təmiri yarımçıq qalmışdır.Problemlərdən biri kadr çatışmamazlığıdır. Hal-hazırda Rayon səhiyyəsində ayrı-ayri ixtisaslar üzrə 26 həkim akladı vakantdır.

Rayonumuz turizm bölgəsidir.  Turizmin inkişafı sahəsində Oğuz rayonunda da mühüm işlər görülür. Bu sahədə sürətli inkişaf gedir və Oğuz şəhərində aparılan geniş quruculuq, abadlıq, yaşıllaşma işləri və prespektiv planda nəzərdə tutulan tədbirlərin reallaşması rayonumuza gələn turistlərin sayının artırılmasına çox böyük təsir göstərəcəkdir.

      Rayonumuzda   hazırda  20    turizm   və   ailəvi   istirahət   mərkəzləri   fəaliyyət    göstərir.   Hər   il   yüzlərlə    turist    və   qonaq  bu  mərkəzlərdə  istirahət  edirlər.

Rayon mədəniyyət və turizm şöbəsinin şəbəkəsində 4 mədəniyyət evi, 23 klub, mərkəzi kitabxana sistemi və onun 26 filialı, tarix diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, 7- illik uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.

Oğuz   rayon   MKS – də  171525   nüsxə    kitab     vardır.   Bu    kitabların  52274  nüsxəsi  latın  qrafikalı   ədəbiyyatdır.   Kitabxanada   ilin   birinci rübündə  xeyli işlər görülmüş, bir sıra tədbirlər keçirilmişdir.

 Tarix—diyarşunaslıq muzeyi rayonumuzun tarixinin öyrəhilməsi və tanıdılmasında mühüm rol oynayır. Hazırda muzeydə 4331 eksponat və əşya qorunub saxlanılır. Ekspozisiya zalında sahəsinin az olması səbəbli cəmi 501 eksponat nümayış etdirilir.

Bütün bunlarla yanaşı şöbənin işində bir sıra problemlər və çatışmazlıqlar mövcuddur. Bir sıra klub və kitabxanalır cari və əsaslı təmirə ehtiyacı vardır. Tarix –diyarşünaslıq muzeyi, uşaq kitabxanası, uşaq musiqi məktəbi üçün yeni binaların tikilməsinə ciddi ehtiyac vardır. Bir sözlə rayonda 56 mədəniyyət müəssisəsi fəaliyyət göstərir, onlarda 54-nün təmirə ehtiyacı vardır.

Rayonda 32 tarix və mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 17-si ölkə,    15-i isə yerli əhəmiyyətli abidələrdir. 2012-ci ildə 5 yeni abidə haqqında məlumatlar hazırlanaraq qeydiyyata götürülməsi üçün AR Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir. Gənc nəslə tarix və mədəniyyət abidələrinin tanıdılması üçün vaxtaşırı ekskursiyalar təşkil olunub. Həmin abidələri hamısının təmir və bərpaya ehtiyacı vardır.

2016-cı  ilin I rübündə H.Əliyev Mərkəzində 5 tədbir  keçirilmişdir. Bu günlərdə Mədəniyyət Mərkəzində təşkil olunmuş “Oğuz rayonu tolerant mühiti ilə Multikulturalizmin simvoludur“ adlı tədbirdə rayonumuzda yaşayan azsaylı xalqların - yəhudi, ləzgi, udi və rusların nümayəndələri də iştirak etmişdir. Tədbirdə bu xalqların tarixindən, adət, ənənələrindən, musiqilərindən, mətbəxlərindən söhbət açılmış, nümunələr sərgilənmişdir. Çıxış edən azsaylı xalqların nümayəndələri Azərbaycan dövlətinə tolerant mühitə görə təşəkkürlərini bildirmişlər. Tədbir iştirakçılarına bukletlər paylanmışdır.

         Məlum olduğu kimi Prezidentin müvafiq sərəncamına əsasən Şəki Regional Mədəniyyət və Turizm idarəsi yaradılmışdır. 2017-ci ilin yanvar ayından həmin idarələr fəaliyyətə başlayacaqdır. Oğuz rayonu da həmin idarənin tərkibində fəaliyyət göstərəcəkdir. Hazırda Nazirlik tərəfindən bu səhədə müvafiq işlər həyata keçirilir.

Oğuz rayon Gənclər və Idman İdarəsi il ərzində uşaq, yeniyetmə və gənclərin ideya-siyasi, vətənpərvərlik, hüquqi, mənəvi, dini, estetik tərbiyyəsi və təhsili, sosial müdafiəsi, fiziki inkişafı məsələlərini əhatə edən ümumi və ayrı-ayrı sahələr üzrə konkret iş planları hazırlayaraq bu planlar əsasında fəaliyyət göstərmişdir.

         Oğuz Rayon Gənclər və İdman İdarəsi “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq-gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədi ilə tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, vəzifələrinin yerinə yetirilməsini nəzərdə tutur.

         Oğuz Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2016-cı ilin I rübü ərzində gənclərlə iş, təşkilati məsələlər və idman sahəsi üzrə 29 ( iyirmi doqquz ) tədbir həyata keçirilmiş və bu tədbirdə 1944 ( min doqquz  yüz qirx dörd ) nəfərdən çox uşaq,yeniyetmə və gənc iştirakçı iştirak etmişdir.

Rayon ərazisində gənclərin öz asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələri üçün, gənclərin kütləvi idmana cəlb edilməsi məqsədilə sərbəst güləş, sambo, boks, cudo, stolüstü tennis, ağır atletika, üzgüçülük, futbol, voleybol federasiyaları yaradılıb. Oğuz Olimpiya İdman Kompleksinin bazasında müvafiq qrupları yaradılır  və  bu  istiqamətdə  işlər  davam  etdirilir.

 

  1. İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət:

Rayonda  10  siyasi  partiyanın  rayon şöbələri  fəaliyyət  göstərir.   Fəaliyyət  göstərən  müxalifət  yönümlü  partiyaların  sayı  əvvəlki  illərə nisbətən  xeyli  azalmışdır.  Bunun  səbəbi  Azərbaycan  Respublikasının  Prezidenti    İlham  Əliyevin  rəhbərliyi ilə  ölkəmizin  hərtərəfli  inkişafı,   Azərbaycanın  beynəlxalq  nüfuzunun  artması,  vətənimizin  gələcəyinə  olan  böyük  inamla  əlaqədardır.

Rayonda  qeydiyyatdan  keçən  9  qeyri-hökümət  təşkilatı  fəaliyyət  göstərir.  Onların  hamısı  iqtidaryönümlüdür. Onların  fəaliyyəti  daim  nəzarətdə  saxlanılır  və  onlara  köməklik  göstərilir.  Onların  fəaliyyəti  əsasən  maarifçilik,  sosial  sahədə  layihələrin  həyata  keçirilməsi,  müxtəlif  zümrələrdən  olan  vətəndaşların  hüquqların  müdafiəsi  və  problemlərinin  həllinə  yardım  göstərilməsi  ilə  bağlıdır.

Rayonda  10  dini  icma  fəaliyyət  göstərir.  Onların  fəaliyyəti  daim  nəzarətdə  saxlanılır.  Məlum   olduğu  kimi  “Dini  etiqat  azadlığı  haqqında”  Qanuna  edilən  əlavə  və  dəyişikliklərdən  sonra  rayonda  fəaliyyət  göstərən  əksər  dini  icmalar  yenidən  dövlət  qeydiyyatından  keçmişlər.  Dövlət Komitəsinin  tövsiyəsi ilə  icra  hakimiyyəti  başçısı  yanında yaradılmış  dini  işlər  üzrə  komissiya  iş  planına  və  təlimata  uyğun  olaraq  fəaliyyət  göstərmiş,  onların  digər  dövlət  orqanları  ilə  birgə  işi  uğurla  həyata  keçirilmişdir.  Komissiya  üzvlərinin  əlavə  rəy  və  təklifləri  müzakirə  edilərək  rayon  ərazisində  fəaliyyət  göstərən  qeyri-ənənəvi  təriqətlərin  zərərli  təbliğatının qarşısının  alınması  istiqamətində  müvafiq  tədbirlərin  görülməsi  ilə  bağlı  qərarlar  qəbul  edilmişdir.

Rayonun yeganə informasiya vasitəsi olan “Oğuz Yurdu” qəzeti çap olunaraq oxucu ünvanına çatdırılır. Qəzet ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davam etdirilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərman və Sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlət siyasətinin həyata keçirilməsi, rayonun inkişaf etdirilməsi və digər mühüm məsələrlə bağlı tədbirlərin ardıcıl şəkildə işiqlandırılması daim diqqət mərkəzində saxlamışdır.

 

  1.                Bələdiyyə orqanları ilə  aparılan iş:

 

         Ölkədə aparılan uğurlu Demokratik və Hüquqi Dövlət quruculuğu siyasəti nəticəsində yerli özünüidarəetmə sistemi getdikcə daha çox demokratik əsaslara yiyələnib. Əhalinin sosial problemlərinin həllində abadlıq, quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin də üzərinə böyük məsuliyyət düşür.

         Hazırda zəngin qanunvericilik bazasına əsaslanan yerli özünüidarəetmə sistemi formalaşmış, vətəndaş təşəbbüskarlığı üçün əlverişli şərait yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında bələdiyyələr də öz səmərəli fəaliyyəti ilə aparıcı mövqeyə çıxmışlar.

         Hesabat ilində rayonun 15 bələdiyyəsi şəhər və kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı səmərəli fəaliyyətin qurulmasına nail olmuşdur.

         Qumlaq bələdiyyəsi tərəfindən Tayıflı və Şirvanlı kəndlərinin bəzi məhəllələrində olan su problemi aradan qaldırılmış, Tayıflı və Qumlaq kəndlərində AzKİLlayihəsi çərçivəsində qəbiristanlıqların ətrafı abadlaşdırılmışdır.

         Baş Daşağıl Bələdiyyəsi tərəfindən Muxas-Baş Daşağıl yoluna qreyder vurularaq təmir edilmişdir.

Muxas, Bucaq, Yaqublu, Kərimli, Böyük Söyüdlü, Xalxal bələdiyyələri tərəfindən ərazidəki kəndlərdə su arxlarının təmizlənməsi, məişət tullantılarının yığılması və daşınması, yerli əhəmiyyətli yolların saxlanılması, yaşıllaşdırılması işlərinin aparılması sahəsində müəyyən işlər görülmüşdür. Bu işlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Baş Daşağıl, Muxas, Böyük Söyüdlü, Padar, Malıx kəndarası yollarına Bələdiyyələr tərəfindən qreyder vurularaq, təmir işləri aparılmışdır.

Oğuz-Bayan, Oğuz-Şəki, Calut yolunun kənarlarında, Oğuz şəhərinin müxtəlif yerlərində dekorativ ağaclar və gül kolları əkilmiş, qulluq göstərilmişdir.

        

         Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili:

         Oğuz Rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan ərizə, təklif və şikayətlərə “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun tələblərinə və  AR Prezidentini Administrasiyasından daxil olan tövsiyələrə uyğun olaraq baxılır. 2016-cı ilin birinci rübündə Oğuz RİH-nə 176 müraciət daxil olmuşdur. Onlardan 165-i ərizə, 1-i təklif və 10-u şikayət olmuşdur. 

Daxil olan müraciətlərin  36-ı AR Prezidentinin Administrasiyasından, 2-si  Milli Məclisindən, 1-i  Nazirlər Kabinetindən, 10-u respublikanın mərkəzi təşkilatlarından, 127-i vətəndaşlardan olmuşdur.

Daxil olan müraciətlər ötən ilin müvafiq dövrünə nisbətən 62 ədəd çox olmuşdur. O cümlədən, 2 ədəd  Milli Məclisindən azalmış,  15 ədəd AR Prezidentinin Administrasiyasından, 6 ədəd respublikanın mərkəzi təşkilatlarından, 39 ədəd vətəndaşlardan daxil olan müraciətlər artmışdır.

Daxil olan müraciətlərin 11-nə nəzarət qaydasında baxılıb. Müraciətləri 83-ü müsbət həll olunub, 2-i qismən həll olunub, 62-nə müvafiq izahat verilib, 2-i əsassız sayılıb, 1-nin icrası müvafiq dövlət proqramlarında nəzərdə tutulub, 24-ü aidiyyəti üzrə göndərilib.

AR Prezidentinin Administrasiyasından nəzərət qaydası ilə 1 müraciət daxil olub. Müraciət müsbət həll olunub.

Daxil olan ərizələrin mahiyyətinə görə müqayisəli analiz etdikdə məlum olur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxil olan müraciətlərdən Kənd Təsərrüfatı və  Torpaq məsəlləri 32 ədəd, Əhalinin sosial müdafiə məsələləri 8 ədəd, enerji, qaz və icməli su təchizatı 7 ədəd, Zəlzələ ilə bağlı müraciətlər 12 ədəd, maddi yardımla bağlı müraciətlər 14 ədəd artmışdır. 

Artım qeydə alınan mənzil məsələləri əsasən kəndlərdən köçüb Oğuz şəhərinə gələn ailələr, 2015-ci ilin sentyabr ayında olan güclü zəlzələ nəticəsində rayonun Padar, Astraxanovka, Qarabulaq, Yaqublu, Yenikənd kəndlərində çoxlu sayda evlərin, sosial obyektlərin yararsız hala düşməsi ilə bağlı olmuşdur.  Kənd təsərrüfatı ilə bağlı  məsələlərdə olan artım əhalidə dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən kompensasiyaların yaratdığı maraq və bu məqsədlə Dövlət Ehtiyat Fondu torpaqlarının əkilməsi ilə bağlıdır.  Daxil olan müraciətləri 28,4 % maddi yardımla bağlı olmuşdur.

2016-cı ilin birinci rübündə 10 kollektiv, 4 təkrar müraciət olmuşdur. Kollektiv ərizələrin sayı ötən illə müqayisədə 6 ədəd artmış, təkrar ərizələri sayı isə 2 ədəd azalmışdır.

2016-cı ilin birinci rübündə Oğuz RİH başçısının 24 qəbulu keçirilmiş, vətəndaşlar tərəfindən  106 müraciət olmuşdur. Qəbullarda qaldırılan məsələlərin 57-i (53,5 %)  müsbət həll olunub, 19-u (18,2%) qismən həll olunub, 26-na (24,9%) ilə bağlı müvafiq izahat verilib, 4-nün (3,4%) həllinin Oğuz RİH-nin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa cavab verilib.

 O cümlədən RİHB-nın 13 səyyar qəbulu olmuş, 54 müraciət olmuşdur. Həmin müraciətlərin 10-u prioritet təşkil edir. Qəbullarda 1240 nəfər iştirak edib.

Keçirilən səyyar qəbul görüşlərdə insanları narahat edən bir çox problemlər operativ olaraq həll edilmişdir. Vətəndaşlar tərəfindən irəli sürülən 54 müraciətin 75%-nin icrası təmin edilmiş, 20% nəzarətə götürülmüş, icrası davam etdirilir. Digərləri isə aidiyyəti üzrə qanunauyğun olaraq baxılması barədə vətəndaşlara dürüst, əsaslandırılmış cavablar verilmişdir.

Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahəsində möhkəm sistem təşəkkül tapmışdır. Keçirilən səyyar qəbullarda vətəndaşların öz istəklərini sərbəst şəkildə ifadə etmələrinə lazımi şərait yaradılmışdır.

Ümumiyyətlə daxil olan ərizələr göstərir ki, Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin regionların inkişafına, əhalinin rifah halına göstərdiyi böyük diqqət və qayğının nəticəsində əhalinin cənab Prezidentə və onun komandasına inamı gündən-günə artır. Vətəndaşların hüquqları müdafiə olunur, həyat şəraitləri yaxşılaşdırılır. Vətəndaşların şəxsi problemləri ilə bağlı Mərkəzi orqanlara, eləcə də yerli icra hakimiyyətinə müraciətləri azalır.

Ümumiyyətlə RİHB Aparatının şöbələrində 2016-cı ilin birinci rübündə 220 nəfər vətəndaş qəbul edilib.

 

Hörmətli iclas iştirakçıları!

         Oğuz Rayon İcra Hakimiyyəti səlahiyyətləri daxilində 2016-cı ilin birinci rübündə   görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan problemlər haqqında hesabat verdim. 2016-cı ildə görəcəyimiz işlərdə Cənab Prezidentin Nazirlər Kabinetinin iclasında verdiyi tapşırıqlar bizim üçün prioritet olmalıdır.

--Sahibkarlığın inkişafına dəstək verilməlidir. Azad sahibkarlığın, azad rəqabətin inkişafı şərait yaratmaq. İş adamlarına kreditlərin verilməsi üçün müvafiq köməklik göstərilməli, onların hüquqları qorunmalıdır.

-- rayonun sosial-iqtisadi inkişafı templəri müəyyən edilməli, yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələri yaradılmalıdır. Rayonda sənaye zonası  yaradılmalıdır.

-- rayonda kifayət qədər uzun müddət istifadəsiz qalan torpaq sahələri var. Torpaqları əldə edən, ancaq uzun müddətdir ki, ondan istifadə etməyən şirkətlər, insanlarla əlaqə saxlanılmalıdır.  Bu məqsədlə həm inzibati tədbirlər, eyni zamanda, stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir.

-- Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarından səmərəli, təyinatına uyğun istifadə ounmalı, əkin dövriyyəsi torpaqlarının sahəsi artırılmalıdır.

-- Ekoloji tədbirlərin davam etdirilməli, mövcud zibilxanalarda təmizlənməli, cay kənarlarında qanunsuz yaradılan zibilliklər təmizlənməlidir. Ərazidə yeni yaşıllıq zolaqlarının salınması ilə bağlı tədbirlər həyata keçirilməlidir.

-- Ərzaq təhlükəsizliyi proqramının icrası ilə bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd təsərrüfatı texnikaları daha da böyük həcmdə alınmalı və onlarda səmərəli istifadə olunmalıdır. İri Fermer təsərrüfatlarının yaradılmasına nail olmaq.

-- Tütünçülük,üzümçülük və baramaçılıq  sektorunun inkişafına nail olunmalıdır. Rayonda bu sahələrin inkişafı ilə bağlı konkret təkliflər hazırlanmalıdır.

         İcazə verin Ümummilli lider H. Əliyevin iqtisadi və siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycanın əksər dünya dövlətləri tərəfindən etiraf olunan böyük nailiyyətlərə imza atmasını təmin edən, ölkəmizi, xalqımızı xoşbəxtliyə, firavan gələcəyə aparan cənab İlham Əliyevə oğuzlular adından dərin minnətdarlığımızı  bildirim.

Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan  geniş quruculuq işləri 2016-cı ildə də davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan (2014-2018-ci illər), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza səfərləri zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır. 

 

Oğuz rayon İcra

 Hakimiyyətinin başçısı:                               E.D.Qurbanov

Keçidlər