Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2017-ci il

2017-ci ildə Oğuz rayonunun social-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair rayon İcra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun 

 

                     HESABATI

 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülmüş işlər                                                         .                                                                              

        

         Regionların sosial-iqtisadı inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq Elektrik şəbəkələrin yenidən qurması işləri 7 kənddə başa çatmış, Oğuz şəhəri və 6 kənddə yenidən qurma işləri davam etməkdədir.

         Beləki, 2527 ədəd beton dayaq,  7397 ədəd dəmir dayaq quraşdırılmış, 20 km hava xətti, 198,4 km Sip kabel xətti çəkilmişdir. 25 ədəd yarımstansiya cari təmir, 6 ədəd  yarımstansiya əsaslı təmir  olunmuşdur. Oğuz Elektrik Şəbəkəsində  5 ədəd yeni müasir tipli transfarmator məntəqəsi şəbəkə tərəfindən quraşdırlılmışdır. Oğuz Elektrik Şəbəkəsinin yeni inzibati binası tikilib, Oğuz şəhər yarım stansiyasının tikintisi başa çatdırılıb.

Oğuz royanu Muxas kəndi ərazisində Daşağıl çayı üzərində təməli qoyulmuş  kiçik su elektrik stansiyalarının  (KSES)  tikinti altı sahəsi 7,22 hektardır. Layihə üzrə burada 3 ədəd 1,5 meqovat gücündə  kiçik su elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırda tikinti işləri davam etdirilir 2017-ci il ərzində Oğuz rayonunun Xaçmaz-Qışlaq kəndinə təbii qaz xətti çəkilmiş, 142 abonent təbii qazla təmin edilmişdir.

Oğuz şəhərində, Kərimli və Tayifli kəndlərində 1159  paqonmetr yeni qaz xətləri çəkilmiş, 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. Əhalinin təbii qaza olan tələbatını daha yaxşı ödəmək üçün 4 kənddə yeni qaz tənzimləyicisi quraşdırılmışdır. Təbii qaz olmayan 9 kəndə təbii qaz çəkilişi ilə bağlı Nazirlər Kabineti və “Azəriqaz” ASC-yə tərəfimizdən müraciət olunub.  

2017-ci ildə Xaçmaz və Xalxal kəndlrinə 19,7 km, uzunluğunda optik xətt çəkilmiş, bu kəndlərin də yüksəksürətli internetə qoşulması sahəsində olan problemi öz həllini tapmışdır. Bundan başqa rayonun Xaçmaz-Qışlaq kəndində yeni Elektron ATS istifadəyə verilmiş, bu istiqamətdə də 2,3 km optik xətt çəkilmişdir. 

Meliorasiya işləri ilə bağlı 2017-ci ildə subartezian quyularının qazılması üçün yerlər müəyyənləşdiril-mişdir. Oğuz şəhəri, Muxas, Zərrab və Padar kəndlərinin hər birində bir ədəd subartezian quyusunun qazılmasına başlanılıb. 2018-ci ildə 6 kənddə subartezian quyularının qazılması üçün yerlər müəyyənləşdirilib. Sel sularından mühafizə ediləcək yerlərdə dəqiqləşdirilib. Yaşayış məntəqələrini və əkin sahələrini sel sularından mühafizə məqsədi ilə çay sisyemlərində təmizlənməsi,  qum-çınqıldan mühafizə bəndləri quraşdırılması işləri görülmüşdür. Daşağıl çay sisteminin sol sahilində yaşayış məntəqəsinin sel sularından mühafizəsi məqsədi ilə 400 kub metr daş-beton bəndi quraşdırılmışdır.

2017-ci ildə Yemişanlı, Xalxal qışlaq və Qarabaldır kəndlərində yeni modul tipli məktəblər quraşdırılıb istifadəyə verilib.

         Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Baş Daşağı və Top kəndlərində Qarabağ müharibəsi əlilləri üçün evlər tikintisi davam etdirilir.  Axıska türklərinin evə ehtiyacı olan ailələrinə 2017-ci il ərzində rayonun müxtəlif yaşayış məntəqələrində 11 yaşayış evi tikilərək istifadəyə verilib. 

Oğuz şəhərində 15 ədəd  ictimai yaşayış binalarının fasadının,  pilləkən qəfəsinin və dam örtüyünün təmiri işləri aparılmışdır.  Oğuz RIH sifarişi ilə Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar olaraq Oğuzçay çayı üzərində piyada keçid körpüsündə, Yeni uşaq bağçasının ətrafında,  Olimpiya idman kompleksinin ətrafında, Heydər Əliyev parkında, yeni istirahət parkında, Oğuz şəhərinin 3 küçəsində təmir və abadlıq işləri başa çatdırılmışdır.

         Həmçinin Oğuz RİH sifarişi ilə Oğuz şəhərində küçələrin təmiri işləri ilə əlaqədar olaraq şəhərin 14 küçəsində  ümumilikdə 15900 m² yol sahəsinə asfalt-beton örtüyün salınması işləri yerinə yetirilimişdir. 

Bundan başqa rayonun Bucaq kəndində tütün qurutma sexinin inşasına başlanmış  və  hal-hazırda tikinti-quraşdırma işləri davam etdirilir.

Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi təmir-tikinti işləri başa çatdırılıb, yol istifadəyə verilib. Oğuz-Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolunun tikintisinə başlanılıb. Oğuz-Xanabad, Padar-Böyük Söyüdlü avtomobil yolunun tikintisi ilə bağlı sənədləşmə işləri aparılır.

Azərbaycan kənd investisiya layihəsi çərçivəsində:

Rayonun Top və Zərrab kəndlərinə içməli su xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.

Rayonun Dəymədağlı kənd daxili 5,3-km uzunluğunda olan yol təmir olunmuş, 7-ədəd su keçidi, 2-ədəd dayanacaq quraşdırılmışdır.

Ərmənət kəndində 9-km uzunluğunda kənd daxili yol təmir olunmuş, 17-ədəd su keçidi, 2-ədəd dayanacaq quraşdırılmışdır.

Padar-Böyük Söyüdlü avtomobil yolunun 14-km hissəsinə qreyder vurulmuş, qum-çınqıl tökülərək təmir olunmuş, 2 ədəd dayanacaq quraşdırılmışdır.

Xalxal kəndində 8-km uzunluğunda yeni içməli su şəbəkəsi çəkilmiş, 25 tonluq su çəni quraşdırılmış, 2 ədəd bulaq tikilmişdir.

Bayan Kənd qəbiristanlığının ətrafının abadlıq işlərinə başlanılmışdır.

Şirvanlı, Tayıflı kənd əhalisinin müraciətləri əsasında AzKİL mütəxəssisləri kəndlərdə yeni su şəbəkəsinin tikintisi ilə əlaqədar olaraq yerlərdə olub, baxış keçirmişlər. Hal-hazırda təşkilatı işlər aparılır. Yaxın vaxtlarda su şəbəkəsinin tikintisinə başlanılacaqdır.

Son 4 il ərzində rayonunun bütün yaşayış məntəqələri daxil olmaqla Azərbaycan Kənd İnvestisiya layihəsi xətti ilə 49 layihə icra olunmuşdur.

Hesabat dövründə rayonda açılmış 350 yeni iş yerlərindən hamısı daimi olmuş, onlardan 1-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-i fəaliyyətini bər-pa etmiş müəssisə və təşkilatlarda, 28-i mövcud müəssisə və təşkilatlarda, 319-u fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır. 

                            Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər

  Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların  cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir.

  Respublikada, eləcə də Oğuz rayonunda sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik növ mal-qara və quşların yetişdirilməsi sahəsində işlər davam etdirilir.

  2002-2017-ci illərdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Oğuz rayonu üzrə 223 sahibkara 12,3 milyon manat, o cümlədən 2017-ci ildə 12 sahibkara 165,0 min manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 980, o cümlədən 2017-ci ildə 13 yeni iş yeri yaranmışdır.

  Oğuz rayonunda 2017-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 22,4 % artaraq 100,8 milyon manat təşkil etmişdir.

                2017-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 18,5 milyon manatlıq investisiya yönəldilmişdir. Bu, keçən ilə nisbətən 6,7 milyonn manat (56,3 %) çoxdur. İnvestisiyaların 9,5 milyon manatı (51,1%) istehsal təyinatlı, 9,0 milyon manatı (48,9 %) qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə edilmişdir.

 2017-ci ildə ailə kəndli və ev təsərrüfatlarında 211 yaşayış evi tikilib istifadəyə verilmişdir. Tikilmiş yaşayış evlərinin ümumi sahəsi 20143 kv. metr, yaşayış sahəsi 16930 kv.metr olmuşdur. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri 7,0 milyon manatdır.

01 yanvar 2018-ci il tarixə  Rayonun sənayesi əsasən qida məhsulları istehsalı, ağac məmulatlarının istehsalı, suyun yığılması və paylanması, habelə elektrik enerjisi və təbii qazın bölüşdürülməsi sahələri ilə təmsil olunmuşdur.

         Sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 11,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, keçən ilə nisbətən istehsalın həcmi 4,2 milyon manat (60,8%) artmışdır.

Rayonda sənaye sahəsində işləyənlərin orta sayı 363 nəfər, onlara hesablanmış əmək haqqı fondu 2,2 milyon manat, hər işçiyə düşən orta aylıq əmək haqqı 49547 manatdır. Keçən ilə nisbətən hər işçiyə düşən orta aylıq əmək haqqı 13,4 % çoxdur.

Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında  taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi  rayonun  ümumi  sahəsinin  36,5  %-ni  təşkil  edir.

2017-ci ilin məhsulu üçün rayon üzrə ümumi əkin sahəsi 20593 hektar olmuşdur. Əkin sahələrinin 17639 hektarı (85,6%) payızlıq, yazlıq dənlilər və dənli paxlalılar, 671 hektarı (3,3 %) kartof, tərəvəz və bostan bitkiləri, 190 hektarı (0,9 %) texniki bitkilər, 2093 hektarı (10,2 %) yem bitkilərindən ibarətdir.  Payızlıq  taxılın 12797 hektarı (74,6 %) buğda, 4360 hektarı (25,4 %) arpadır.

2017-ci ildə rayonun taxılçıları tərəfindən 24,4 sentner olmaqla 43657 ton dənli və dənli paxlalılar istehsal edilmişdir.

Hesabat ilində 50 hektar dən üçün vələmir səpilmişdir. Bu,əvvəlki ilə nisbətən 20 hektar (28,6 %) azdır. Həmin sahələrdən 125 ton məhsul istehsal edilmişdir. Bu,keçən ilə nisbətən 8 ton azdır.

Ailə kəndli və ev təsərrüfatlarında səpilmiş 34 hektar dən üçün lobya  sahəsindən 34 ton məhsul istehsal edilmişdir. Bu, keçən ildəkindən 1 ton azdır.

Ailə kəndli və ev təsərrüfatlarında 44 hektar noxud sahəsindən 38 ton məhsul istehsal edilmişdir. Bu, əvvəlki ilə nisbətən 18 ton  çoxdur.

Cari ildə ailə  kəndli və ev təsərrüfatlarında 346 hektar dən üçün qarğıdalı səpilmişdir. Bu,  əvvəlki ilə nisbətən 88 hektar çoxdur. Hesabat dövründə 1628 ton məhsul istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 296 ton çoxdur.

         Hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 190 hektar tütün əkilmişdir. Bu, əvvəlki İlə nisbətən 176,3 hektar (13,9 dəfə) çoxdur. Həmin sahələrdən 289,4 ton quru tütün istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 274,1 ton (18,9 dəfə) çoxdur.

         3389 ton kartof  istehsal edilmişdir.

         2924 ton tərəvəz istehsal edilmişdir. Tərəvəzin 289 tonu kələm, 569,6 tonu xiyar, 606,4 tonu pomidor, 31,0 tonu xörək çuğunduru, 310,0 tonu baş soğan,147 tonu sarımsaq olmuşdur.

         Rayonda 4423 hektar meyvə bağı mövcuddur. Cari ildə 445 hektar yeni bağlar salınmışdır. Meyvə bağlarının 399 hektarı tumlu meyvə, 3556 hektarı bərkqabıqlılar, 468 hektarı sair  bağlardan  ibarətdir. Bağların 2699 hektarı (65,8 %) bar verən yaşda olan əkmələrdir. Rayonda 4152 ton meyvə istehsal edilmişdir.

Meyvə bağlarının 3376 hektarı (76,3 %) fındıq bağlarından ibarətdir.Bu bağların 435 hektarı cari ildə salınmışdır. Hesabat ilində 903 ton fındıq məhsulu istehsal edilmişdir. Bu, keçən ilə nisbətən 40 ton (4,6 %) çoxdur.

         Cari ildə ailə kəndli və ev təsərrfatlarında 2,5 hektar üzümlük salımışdır. Hal-hazırda rayonda 33,5 hektar üzümlük mövcuddur. 31 hektar bar verən üzüm sahəsindən 110 ton məhsul yığılmışdır. Bu,keçən ilə nisbətən 70 ton çoxdur.

          Rayonda ipəkçiliyi inkişaf etdirmək üçün hesabat ilində 58 min ədəd tut tihgi 9,8 hektar sahəyə əkilmişdir. Çəkil əkmələrinin ümumi sahəsi 20,7 hektardır. Hesabat ilində ailə kəndli və ev təsərrüfatlarında 2524,05 kq barama istehsal edilmişdir.    

         Rayonun taxılçıları tərəfindən 2018-ci ilin məhsulu üçün 16795 hektar dən üçün payızlıqlar səpilmişdir. Bu, əvvəlki ilə nisbətən 362 hektar azdır.

01 yanvar 2018-ci il tarixə rayonda iri buynuzlu mal-qaranın sayı 23811 baş olmuşdur. İri buynuzlu mal-qaranın 11257 başı inək və camışlardır.

         Hesabat tarixinə rayonda mövcud qoyun və keçilərin sayı 51082 baş olmuşdur.

01 yanvar 2018-ci il tarixə Quşların sayı əvvəlki ilə nisbətən 8675 baş artaraq 136036 baş olmuşdur. Arı ailələrinin sayı keçən ilə nisbətən 3,3% artaraq 2083 ailə olmuşdur. Atların sayı əvvəlki illə nisbətən 8,6 % azalaraq 605 baş olmuşdur. Rayonun ailə kəndli və ev təsərrüfatlarında 253 baş eşşək və qatır saxlanılır. Bu, əvvəlki ilə nisbətən 71 baş  azdır.                                                  

2017-ci ildə 2623 ton ət,16086 ton süd, 5185 min ədəd yumurta,110,5 ton yun istehsal edilmişdir. Keçən ilə nisbətən ət istehsalı 1 ton, yumurta istehsalı     1 min ədəd, yun istehsalı 0,1 ton artmış, süd istehsalı eyni olmuşdur.  

    Hesabat dövründə idarə tərəfindən 5188 nəfər Kənd Təsərrüfatı məhsulları istehsalçılarına 1,03 milyon nanat, süni mayalanma yolu ilə alınmış doğulan buzovlara görə 38200 manat subsidiya hesablanaraq vətəndaşların bank hesablarına köçürülmüşdür.

İl ərzində respublikamızın  bölgələrində, eləcə də rayonumuzda  kənd  təsərrüfatının inkişafı sahəsində bir sıra yüksək nəticələr əldə edilmişdir. 

     Oğuz rayonunda 5 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərib, 1 - i MMC - də, 4 - ü isə fiziki şəxs qismində fəaliyyət göstərir. Bu təsərrüfatlarda 516 ha elit, 578 ha R – 1,10.5 ha super elit toxum yetişdirilib.

       Rayon Baytarlıq İdarəsi tərəfindən 2017-ci il ərzində Epizootik plan əsasında görülmüş tədbirlər aşağıdakı qaydada olmuşdur. 

           12306  baş i.b.h-dan , 1669 baş qoçdan , 358 baş ana qoyundan qan nümunəsi götürülərək Bruselyoza görə yoxlanılmışdır.  1669 baş qoçda  Epididemitə , 3673  baş i.b.h-da Vərəmə qarşı müayinə aparılmışdır. Bundan başqa heyvanlarda Qarayaraya, Dabaq A.O Asiya-1, Dabaq AO,  Leptospiroz,  Nyukasl “H”, “La-Sota”,  Çiçək, REV-1,  Nodulyar dermatit,  quduzluğa qarşı peyvəndləmə aparılmışdır.

       Il  ərzində 1360 obyektdə 70418 m2 ərazi profilaktiki dezinfeksiya edilmişdir.

 Ölkəmizin paytaxt bazarlarında süni qiymət artımının qarşısını almaq məqsədilə Bakı şəhər Nərimanov rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir. Rayonumuzun fermerləri hər həftənin şənbə və bazar günləri müxtəlif çeşiddə istehsal etdikləri kənd təsərrüfatı məhsullarını maneəsiz olaraq həmin bazarlara çatdıraraq, əhaliyə yüksək xidmət göstərir.

  Rayon ərazisində 16000 hektar yay otlaq sahəsi və 601 hektar əkinə yararlı Dövlət  Ehtiyat  Fondu torpağı vardır. Əkinə yararlı Dövlət  Ehtiyat  Fondu torpağında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün 30 nəfərə yaxın vətəndaşla qısa müddətli icarə  müqavilələri  bağlanaraq  istifadələrinə  verilib. Yay otlaq sahələrindən isə 23 nəfər vətəndaşın istifadə etməsinə  şərait yaradılır.

Rayonumuzda 3 böyük fermer təsərrüfatı və 36 ailə -fermer təsərrüfatları  fəaliyyət göstərir. Gələcəkdə bir neçə iri təsərrüfatın yaradılması istiqamətində mühüm işlər aparılır.

         Oğuz rayonu üzrə 19 ədəd tırtıllı, 341 təkərli traktor,33 ədəd ekskovator,   15 ədəd buldozer,42 ədəd taxıl biçən kombayn,93 ədəd traktor yedəyi, 99 asma və qoşulan digər texnikalar qeydiyyatdadır. 2018-ci ildə istifadə etmək üçün 5 ədəd şum traktor, 5 ədəd taxıl biçən kombayn, 4 ədəd taxıl səpən, 3 ədəd pres bağlayan, 2 ədəd çiləyici alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunmuşdur.

           Aqrolizinq ASC  - nin balansında  10 ədəd saz kombaynla əhaliyə və fermerləri 55550 manatlıq xidmət göstərilib. köməklik göstərib.  vardır. Aqrolizinq ASC-nin qeydiyyatında olan şum traktorları tərəfindən 2017-ci ildə 2000 hektara yaxın şum aparılmışdır və buna görə də 13556 manat vəsait dövlətə köçürülmüşdür.

2017-ci il ərzində “Aqrolizinq” ASC tərəfindən məhsul istehsalçılarına 2003 ton mineral gübrə və 2943 litr pestisidlər güzəştli qiymətlərlə satılmışdır.  

   Ümumiyyətlə  analizin  nəticələri  göstərir  ki, rayonumuzun  əkin  torpaqlarının  üzvi  və mineral  gübrələrə  tələbatı həddən artıqdır.

   Payızlıq  taxıl  və s. əkinlərə  təxminən  orta hesabla  verilən  50- 60 kq fosfor, kalium, azot gübrələri məhsuldarlığa az təsir edir. Ona görə də həmin gübrələrin, azot  gübrəsindən  başqa  hektara 100-150 kq  miqdarında  verilməsini  rayonumuzun  fermerləri  nəzərə almalıdırlar.

   Azot gübrəsi məhsuldarlıqda əsas rol oynayır. Rayonumuzun  təsərrüfatlarında  əldə  olunmuş  analizlərdən aydın olur ki, azot  gübrəsinin   əkilmiş  bitkiyə  norma  daxilində  verilməsini  təmin  etməklə  yüksək    məhsul götürülməsinə nail ola bilərik.

   Aparılmış  çoxsaylı  analizlərdə bir  daha qeydə alındı ki, azot (N) və azot birləşmələri olan  gübrələrə  tələbat  150-250 kq arası təşkil edir.

   Bütün bunlarla yanaşı kəndlərdə sahələrdə qonşu ilə qonşu arasında olan torpaqlarda lazımsız yerə qazılan kanallar, sərhədlər, əkinçilik mədəniyyətinə heç də xoş gəlməyən digər  proseslərin şahidi  olduq.  Həmin  kanallar mövcud olan  zaman birinci növbədə təsərrüfatın torpaq  sahəsi kəskin azalır, güclü  sel,  yağış yağarkən  qonşu  təsərrüfatlara ziyan vurulur, eroziyalar yaranır və nəticədə  torpaqlar öz  münbitliyini  itirir.

        

                   Əhalinin sosial müdafiəsi məsələləri

  Oğuz rayonunda əhalinin sayı 1 yanvar 2018-ci il tarixə 43925 nəfər olmuşdur. Əhalinin 22213 nəfərini (50,57 %) kişilər, 21712 nəfərini (49,43 %) qadınlar təşkil edir. Əhalinin 7361 nəfəri (16,8 %) şəhərdə, 36564 nəfəri (83,2 %) kənd yaşayış məntəqələrində yaşayır.

         2017-ci ildə 634 körpə doğulmuş, 266 nəfər ölmüşdür. Doğulanların sayı əvvəlki ilə nisbətən 83 nəfər azalmış, ölənlərin sayı 33 nəfər artmışdır. 2 nəfər 1 yaşa qədər uşaq ölümü olmuşdur. Təbii artım əhalinin hər 1000 nəfərinə 8,4 nəfər olmuşdur. Hesabat dövründə 311 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 54 vahid olmuşdur. Keçən ilə nisbətən nikahlar 19 vahid, boşanmalar 2 vahid azalmışdır. Rayona 56 nəfər gəlmiş, 39 nəfər getmişdir.

Oğuz rayonu üzrə 2017-ci ilin yerli gəlirləri 2884000 manat müəyyənləşdirilmişdir. 2017-ci ilin yerli gəlirlərinin icrası 2907354 manat(101,9%) icra olunmuşdur.  

2017-ci il üçün yerli xərclərə dair illik proqnoz 5502398 manat dürüstləşmiş təyinata qarşı 5282095 manat olmaqla 96% icra olunmuşdur. Xərc maddələri hamısı kəsirlə icra olunmuşdur.

2017-ci il ərzində Nazirlik yanında Fondun Oğuz rayon şöbəsi üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 9,8 milyon manat müəyyənləşdirilmişdir ki, bunun da 9,2 milton manatı büdcə təşkilatlarının, 582.0 min manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür. Dövr ərzində sığortaedənlərdən 7,1 milyon manat vəsait toplanaraq proqnoz tapşırığa şöbəmiz üzrə 72.0 faiz əməl olunmuşdur.

         2017-ci il ərzində uçotda olan 6002 nəfər pensiyaçıya xidmət olunmuşdur. Onlardan da 3750 nəfəri yaşa görə, 1977 nəfəri əlilliyə görə, 275 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Qeyd olunan dövr ərzində pensiyaların və müavinətlərin ödənilməsinə 14,2 milyon manat vəsait xərclənmişdir.

         Hal-hazırda Oğuz rayonu üzrə bir nəfərə düşən orta aylıq pensiya məbləği 172,5 manat təşkil edir.

         2017-ci il ərzində sosial müavinət, təqaüd və kompensasiya  alan cəmi 2124 nəfər olmuşdur ki, onlara da aylıq 136,6 min manat vəsait ödənilmişdir.           2017-cı ildə Nazirlik tərəfindən 2 nəfər Qarabağ əlilinə fərdi evin inşası davam etdirilib.

01yanvar 2018-ci il tarixə rayonda mövcud əhalinin 23965 nəfəri əmək qabiliyyətlidır. Rayonda əhalinin 22546 nəfəri və ya 51,8 %-i iqtisadi fəal əhalidir. İqtisadi fəal əhali-nin 4006 nəfəri idarə və təşkilatlarda çalışır.

2017-ci il ildə rayon üzrə müəssisə və təşkilatlarda muzdla işləyən hər işçinin orta aylıq əmək haqqı 266,3 manatdır. Bu, keçən ilə nisbətən 8,0% çoxdur. Dövlət müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 245,3 manat, qeyri-dövlət müəssisələrində işləyənlərin orta aylıq əmək haqqı 565,5 manat olmuşdur.

         2017-ci hesabat ilində  1053  nəfər Mərkəzə müraciət etmiş, onlardan  821

nəfəri  işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Onlardan 309

nəfər gənc, struktur dəyişikliyi ilə 10 nəfər, kadr axıcılığı ilə 192 nəfər, hərbi xidmətdən tərxis olunanlar, cəzaçəkmədən 2 nəfər, digər səbəbdən işdən azad olunanlar 589 nəfərdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dövlət və qeyri dövlət sektoruna aid iri işəgötürənlər arasında işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin işəgtötürülənlər yaranmış iş yerləri barədə nazirliyə konkret məlumatlar verirlər. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 133 işaxtaran vətəndaşa işlə təmin edilmişdir.   

Hesabat dövründə  69 nəfərə işsizlik statusu verilmiş, 110 nəfərə müavinət təyin edilmişdir. Müvafiq dövrə müavinətin orta aylıq məbləği 152,4 manat olmuşdur. Hazırda Mərkəzdə 01 yanvar 2018-ci il tarixə 102 nəfər işsiz statusu  almış  vətəndaş   qeydiyyatdadır.

  Oğuz rayonu ərazisində 367 ailə-1698 nəfər qaçqın, onlardan 184 ailə-780 nəfər Ermənistan Respublikasından, 183 ailə-918 nəfər Özbəkistan Respublikasından qaçqın düşərək  rayon ərazisində daimi məskunlaşmışlar. 14 icra nümayəndəliyi  ərazisində 665 ailə-2648 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

  Məcburi köçkünlər ictimai binalarda, qohum, tanış evlərində, özləri  tərəfindən qurma mənzillərdə, sadə daş evlərdə, fermalarda, yol kənarlarında  uyğunlaşdırılmış mənzillərdə müvəqqəti məskunlaşıblar. Dövlətqaçqınkom tərəfindən hər ay xidmət haqları müəyyən olunmuş norma daxilində xidməti təşkilatlara ödənilib.

  Məcburi köçkün uşaqları rayon ərazisində fəaliyyət göstərən işğal olunmuş rayonların 6 məktəbində və yerli məktəblərdə təhsil almaqla təhsildən kənar qalan şagird yoxdur.

  Məcburi köçkünlərə yaşadıqları ərazilərdə şəxsi təsərrüfatlarını inkişaf etdirmək üçün torpaq sahələri ayrılaraq şərait yaradılmışdır.

  Axıska türklərinin evə ehtiyacı olan ailələrinə 2017-ci il ərzində rayonun müxtəlif yaşayış məntəqələrində 11 yaşayış evi tikilərək istifadəyə verilib. 

         Rayon üzrə əmtəə dövriyyəsinin həcmi 85,0 milyon manat olmuş, keçən ilə nisbətən əmtəə dövriyyəsinin həcmı 10,5 milyon manat artmışdır. Ümumi əmtəə dövriyyəsinin həcmində hüquqi şəxslərə məxsus əmtəə dövriyyəsi 4,9 milyon manat, fiziki şəxslərə məxsus əmtəə dövriyyəsi 80,1 milyon manat  təşkil edir.

         Hesabat ilində iaşə dövriyyəsi əvvəlki ilə nisbətən 216 min manat artaraq 2,0 milyon manat olmuşdur. İaşə dövriyyəsinin 8,3 % hüquqi şəxslərin, 91,7% fiziki şəxslərin payına düşür.

         Əhalinin hər nəfərinə düşən əmtəə dövriyyəsinin həcmi 1943,1 manat olmuşdur. Bu, keçən ilə nisbətən 222,6 manat (12,9 %) çoxdur.

         Avtomobil nəqliyyatı ölkənin sosial-iqtisadi həyatına ciddi təsir sahələrdən biridir. Bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4294 min sərnişin daşınmışdır. Bu, keçən ilə nisbətən 113 min sərnişin (2,7 %) çoxdur. Ötən ildə 1214 min ton yük daşınmışdır.Bu, keçən ilə nisbətən 42 min ton (3,6 %) çoxdur.

         Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri rabitədir. 2017-ci ildə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 578,7 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmişdir.

         2017-ci ildə 69 ədəd telefon artımı olmuş, yüksəksürətli internetə qoşulanların sayı 386 nəfər artmışdır. Hazırda rayon üzrə yüksəksürətli internetə qoşulanların sayı 2638 nəfər təşkil edir ki, bu da ümumi abunəçilərin 41% deməkdir.

         Yüksəksürətli internetə qoşulanların 2243 nəfəri “Aztelekom”net provayderinin istifadəçisidir ki, bu da ümumi istifadəçilərin 85 % təşkil edir.

2017-ci il üzrə qovşaqda hər 100 ailəyə düşən ADSL istifadəçilərinin sayı 27,5 ədədə, hər 100 ailəyə düşən  telefonların sayı isə 60,3 ədədə çatdırılmışdır.

Rabitə müəssisələrində işləyənlərin orta sayı 60 nəfər olmuş, onlara 238,9 min manat əmək haqqı hesablanmışdır. Hər işçiyə düşən orta aylıq əmək haqqı 332,3 manat olmuşdur. Bu, keçən ilə nisbətən 21,2 manat çoxdur.

Rayon ərazisində mövcud olan 4 tikinti müəssisəsi tərəfindən 600,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin 570,2 min manatı əsaslı təmir, 30,5 min manatı cari təmirdir. Bu müəssisələrdə işləyənlərin orta sayı 14 nəfər, onlara hesablanmış əmək haqqı fondu 142,9 min manat, hər işçiyə düşən orta aylıq əmək haqqı 850,9 manat olmuşdur. Bu, keçən ilə nisbətən 188 manat çoxdur.

         Oğuz Mənzil İstismar və Kommunal  Təsərrüfatı İdarəsi şəhərin küçələrinin və parklarının sanitar təmizliyinə‚ yaşıllığına‚ abadlığına, işıqlanmasına, əhaliyə, kommersiya mağazalarına və büdcə təşkilatlarına  müqavilə ilə kommunal xidmətləri göstərir. 2017-ci il ərzində  25 idarə və təşkilatla  182  sahibkarlıq və kommersiya obyektləri , 890  fərdi təsərrüfat , içtimai yaşayış massivləri üzrə 300 olmaqla, cəmi 1472 sayda müqavilə bağlanmışdır.

Oğuz MİKTİ 42596 manatlıq manatlıq kommunal xidməti göstərilmişdir. Yığım 36164 manat(84,8%) olmuşdur.Müəssisə ümumi sahəsi 38944 m2 olan 31 binaya xidmət  göstərir.

         Hesabat dövründə Oğuz Paylayıcı Elektrik Şəbəkəsində 8142 abonentə xidmət olunub. 2017-ci ildə rayona 62,9 milyon kv/saat faydalı sərfiyyat olub. Əhaliyə 12,8 milyon kv/saat- 906,5 min manat dəyərində elektrik enerjisi satılıb. Ödəniş 945,5 min manat-104,3 % olub.

          Oğuz Qaz İstismarı Sahəsi tərəfindən 8142 abonentə xidmət olunub.   2017-ci ildə rayona 12,4 milyon m³ təbii qaz  satılıb. Əhaliyə 9,8 milyon m³ təbii qaz -1187,2 min manat dəyərində satılıb. Ödəniş 1122,5 min manat-94,6 % olub.

Oğuz Sukanal idarəsi Oğuz şəhəri və 7 kəndə xidmət göstərir. Ümumilikdə Sukanal idarəsi 6721 əhali 362 qeyri əhali abonentinə cəmi 7083 abonentə xidmət göstərir. Xidmət göstərilən 5620 abonent sayğaclaşdırılmışdır. Sayğaclaşdırılmış 2184 abonentə smart kart tipli su sayğacı quraşdırılmışdır. İdarə tərəfindən 2017-ci il ərzində 366 abonenə içməli su sayğacı quraşdırılmışdır.

İdarə 2017-ci ildə rayon əhalisinə 837153 m3, idarə və müəssisələrə 73650 m3 cəmi 910803 m3 içməli su verilmişdir. Bununla bərabər idarə əhaliyə 217496 m3, idarə və müəssisələrə 125418 m3, cəmi 342914 m3 çirkab su xidməti göstərmişdir. 01 yanvar 2017-ci il tarixə verilmiş suyun haqqının yığılması üzrə proqnoza 78,5 % əməl olunmuşdur.

Ev təsərrüfatlarının 73,5%-i qaz , 40,5 %-i su xətlərinə qoşulmuşdur. Rayonun 9 yaşayış məntəqəsinin qazlaşmaya, Malıx, Yaqublu, Top, Dəymədərə, Yenikənd, Zərrab kəndlərinin içməli su problemi qalmışdır.

Rayon ərazisində SİP kabelləşmə işinin sürətləndirilmsi. Məsələnin həlli ilə bağlı aidiyyəti üzrə tərəfimizdən müraciət olunub.

   Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 186 ha sahədə meşə bərpa  tədbirləri, 86 ha sahədə meşə əkini aparılıb, 1610 kq toxun tədarük edilib, 0,7 ha sahədə tinglik səpilib, 57 ha mövcud meşə əkininə xidmət göstərilib, 100  ha sahədə təbii bərpaya köməklik olunub, 81 min ədəd əkin materialı yetişdirilib,

  Hesabat dövründə 517 m3 vətəndaşlara  və müəssisələrə tədarük edilərək satılıb.

  Meşələrin qanunsuz qırılmasının qarşısını almaq məqsədilə  300 ədəd akt tərtib olunmuşdur ki, 15451 m3 həcmdə 144955 manat dəyərində ziyanlıq hesablanmışdır. Hesablanmış ziyanlıqdan 10736 manat könüllü olaraq ödənilmişdir. İl ərzində işlərində ciddi nöqsanlara yol verdiklərinə görə 22 nəfər meşə gözətçisi, İl ərzində müəssisənin rəhbəri dəyişdirilib. 21 nəfər işçi  haqqında  isə digər intizam (töhmət və şiddətli töhmət) tədbirləri görülmüşdür.

 

  Təhsil, səhiyyə, mədəniyyət, turizm, idman, ekologiya sahələri

         Rayonda 34 dövlət gündüz ümumtəhsil məktəbi, o cümlədən 2 ibtidai,         4 ümumi orta və 28 tam orta məktəb vardır.

Bu gün elə bir inkişaf mərhələsində yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənir və kəmiyyətə deyil, keyfiyyətə istiqamətlənir.

         “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” rayonumuzda da uğurla həyata keçirilməkdədir. Son 12 il ərzində Oğuz rayonunda 17 yeni məktəb binası və Oğuz şəhərində 115 yerlik yeni bağça binası inşa edilmiş, 3 məktəb binası, 1 körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Yeni tikilmiş və əsaslı təmir olunmuş ümumtəhsil məktəbləri 3700 şagirdin təhsilalma şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. 2017-2018-ci dərs ilində rayonun Qarabaldır, Yemişənli və Xalxalqışlaq kəndlərində modul tipli məktəb binaları məktəblilərin istifadəsinə verilmişdir.

         Ötən dövr ərzində tarixi günlər və əlamətdar bayramlar münasibətilə məktəblilərin iştirakı ilə inşa-yazı və rəsm müsabiqələri, müzakirələr, elmi-praktik konfranslar, dəyirmi masalar, sərbəst güləş, şahmat və voleybol yarışları keçirilmişdir. 

        2017-ci ilin aprelində rayonun futbol komandası 10-11 yaşlılar arasında ölkə birinciliyinin qalibi olmuş, diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışlar.

         12-13 yaşlılar arasında 2017-ci ilin iyun ayında “Sevinc kuboku” uğrunda ölkə birinciliyində  rayonun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komanda II yeri tutmuşdur.

        Oğuz şəhər 1 nömrəli məktəbin şagirdi İlyasova Aysel Qəbələ şəhərində keçirilən Rus dili və ədəbiyyatı Olimpiadasında I yeri tutmuşdur. 

         Məktəblilərimiz Heydər Əliyev Fondunun və respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə 5 tam orta məktəbi əhatə edən “Məktəb bağları” layihəsinin icrasında da fəal iştirak etmiş, layihədə nəzərdə tutulan 500 ədəd əvəzinə 1000 (min) ədəd  ağac tingi əkilmişdir.

         2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Quliyeva Sevinc Hikmət qızı Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində I yeri tutmuşdur.

         May ayında Qax şəhərində keçirilən diaqnostik qiymətləndirmədə rayonun ümumtəhsil məktəblərində çalışan 840 nəfər müəllim iştirak etmişdir. 26 rayonun təhsil işçilərinin iştirak etdiyi bu mərhələdə diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən orta nəticə 36 bal qeydə alındığı halda, Oğuz rayonu üzrə bu göstərici 43 bal olmuşdur. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 241 nəfəri 50-60 ballıq nəticə göstərmişdir. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən Oğuz rayonu bölgə üzrə I, respublika üzrə IV yerdə qərarlaşmışdır.   

      2016-2017-ci dərs ilində rayon üzrə XI sinfi 498 şagird bitirib. Bu il 390 nəfər, o cümlədən 2017-ci il məzunu olan 327 nəfəri ali məktəbə daxil olmaq  üçün sənəd vermişdir. Rayon üzrə  220 nəfər (65,7%)respublikanın ali məktəblərinə daxil olmuşdur. 82 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Tələbələrdən 131 nəfəri və ya  59,5 faizi ödənişsiz ixtisaslar üzrə, oxumaq hüququ qazanmışdır. 

         Ali məktəblərə qəbul olanlardan 58 nəfəri 500-700 bal arasında, o cümlədən, 18 nəfər 600-dən yuxarı bal toplamışlar.

Qəbul imtahanında 688 bal toplayan Oğuz şəhər 3 nömrəli məktəb-liseyin məzunu Orxan Əsgərov Prezident təqaüdünə layiq görülmüşdür.   

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Sərəncamı ilə 5 oktyabr Müəllim Günü münasibətilə Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Rəhimova Dilguşə Rəhim qızının “Əməkdar müəllim” fəxri adına layiq görülməsi  və Oğuz şəhər 1 nömrəli tam orta məktəbin fizika müəllimi Manafov Xanbala  Hüseynalı oğlunun “Tərəqqi” medalı ilə təltif olunması bütövlükdə Oğuz təhsilinə verilən yüksək qiymətdir.

 2017-ci ildə rayonun tibb müəssisələrində  69-həkim, 255 -orta tibb işçisi və 230-a yaxın sair işçilər fəaliyyət göstərirlər. Rayon üzrə stasionar çarpayıların sayı 106 çarpayı təşkil edir. Bunlardan  91-i şəhər, 15-i isə Xaşmaz kənd sahə xəstəxanasının payına düşür. Bundan əlavə kəndlərdə 8 kənd həkim məntəqəsi,

19 tibb məntəqəsi fəaliyyət göstərir.

         2017-ci ildə Təcili yardım şöbəsi tərəfindən 1678 çağırış qeydə alınmış. Cərrahiyyə şöbəsində  347 cərrahi əməliyyat aparılmışdır. 

        2017-ci ildə çarpayı fondu 106 olmaqla stasionarlarda 1796 xəstə müalicə almışdır. 23348 çarpayı günü keçirilmişdir. Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən stasionarda müalicə alan xəstələr 120 sayda dərman preparatları, 25  sayda tibbi ləvazimatlar və köməkçi materiallarla  təmin olunurlar.

Əhalinin sağlamlığının qorunması məqsədi ilə təstiq olunmuş Dövlət proqramı ilə əlaqədar tədbirlər planı çərçivəsində 2017-ci il  ərzində də Şəkərli diabet, Xroniki böyrək çatmamazlığı, Vərəm, Onkoloji, Talassemiya, Hemofiliya kimi xəstəliklərin aşkarlanması, qeydiyyatı və müalicəsi işinə diqqət artırılmışdır. Belə ki, 2017-ci il ərzində 36  yeni şəkər xəstəsi qeydiyyata alınmışdır. Dispanser müşahidədə olan 852  şəkərli diabet xəstəsi  dərmanla təmin olunurlar. 

       Hemofiliya və Talassemiyalı xəstələrə Dövlət proqramına uyğun olaraq dərman preparatları verilir. Rayon üzrə 32 Talassemiyalı xəstə qeydiyyatdadır.

Onkoloji xəstələrin həyati vacib preparatlarla təmin edilməsi 2017-ci ilin doqquz ayı ərzində Dövlət proqramı çərçivəsində təmin edilmişdir. Ümumi olaraq İl ərzində 67 yeni onkoloji xəstə aşkar edilməklə, cəmi olaraq 176 xəstə qeydiyyatdadır.

AR Prezidentinin tapşırığına əsasən 2017-ci il Fevral ayının 15–dən may ayının 01-dək rayonda 18 yaşdan yuxarı əhalinin dispanserizasiyasına həyata keçirilmişdir. Ümumilikdə 30566  nəfər müayinədən keçmişdir ki, bu da nəzərdə tutulmuş müraciətlərin 97,1 % təşkil etmişdir. Müayinələr zamanı 1084 nəfərdə xəstəlik aşkarlanaraq ambulator müalicəyə, 293 nəfər stasionar müalicəyə cəlb olunmuşdur. 63 nəfər müayinə və müalicə məqsədi ilə Bakı şəhərinə göndərilmişdir.                

         Göstərilən uğurlarla, görülən işlərlə yanaşı bir sıra problemlər də mövcuddur Belə ki, on minə yaxın əhaliyə tibbi xidmət göstərən Xaçmaz kənd sahə xəstəxanasının  binasının əsaslı təmiri yarımçıq qalmışdır.

         Kənd əhalisinə tibbi xidmət göstərən əksər tibb məntəqələrinin –Qumlaq , Zərrab, Bayan, Yaqublu, Bucaq tibb məntəqələri istisna olmaqla əsaslı təmirə ehtiyacı vardır. Həmçinin demək olar ki , əksər tibb məntəqələrində elektrik, istilik və su problemləri mövcuddur. Malıx və Daşüz yaşayış məntəqələrində tibb məntəqələrinin tikintisi vacib məsələlərdəndir. Rayon üzrə 26 ştat həkimə ehtiyac vardır.

         Oğuz GEM tərəfindən 2017-ci ildə rayon ərazisində epidemioloji xidmət işinin yaxşılaşdırılmasına səy göstərilmişdir.

         2017-ci ildə 102 kommunal  obyekt, 63 uşaq və yeniyetmə müəssisəsi, 7 yeyinti müəssisəsi nəzarətinə götürülmüşdür. Bu obyektlərdə 215 sanitar müayinə aparılmışdır. 60 nöqsan aşkar edilib, 55-i aradan qaldırılıb.

         18 mərkəzləşmiş, 52  mərkəzləşməmiş su mənbəyinə cari sanitar nəzarəti həyata keçirilib.

         2017-ci ildə xəstəliklərə qarşı peyvəndləmə 100% yerinə yetirilib.

  2017-ci ilin yanvar ayından Oğuz Mədəniyyət və turizm idarəsi ləğv edilərək  Şəki Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyinə verilmişdir.

Hazırda Şəki Regional Mədəniyyət və Turizm idarəsinin Oğuz nümayəndəliyində Mədəniyyət Mərkəzi və onun 20 filialı, MSK və onun 23 filialı, Uşaq Musiqi Məktəbi, Tariz Diyarşunaslıq muzeyi və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.

 2017-ci ildə bu müəssisələrin iştirakı ilə bir sıra mədəni-kütləvi tədbirlər həyata kecirilmişdir.Bu tədbirlərə Gənclər  günü,   8  Mart  Qadınlar    və  Novruz bayramı münasibəti ilə kecirilən ədəbi– bədii gecələri, konsertləri, oxucu  konfranslarını misal göstərmək olar.

Mədəni  maarif  müəssisələrində  20  Yanvar  və Xocalı faciəsinin il dönümü ilə əlaqədar bir sıra tədbirlər, ədəbi bədii kompozisiyalar təşkil  edilmişdir. Azərbaycanlıların Soyqırım günü münasibəti ilə mədəniyyət  müəssisələrində söhbətlər təşkil edilmiş, sərgilər, guşələr yaradılmışdır. Aprel döyüşləri ilə əlaqədar Mədəniyyət mərkəzinin kollektivi rayonun bir çox kəndlərində “Şəhidlər ölməz, vətən bölünməz” adlı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, Xaçmaz Diyarşünaslıq evində şəhid anaları ilə görüş keçirilmişdir.

Qədim  və  zəngin  tariximizi  araşdırmaq,  mühafizə  etmək, gənc  nəsillərə  doğru  və  düzgün  aşılamaq  üçün  muzeylərdə  keçirilən  ədəbi-bədii  gecələrin,  görüş  və  söhbətlərin,  yubiley  tədbirlərinin  böyük  əhəmiyyəti  vardır.

Oğuz son illər respublikamızda turizm bölgəsi  kimi  tanınmaqdadır. Rayonumuz  günbəgün  gözəlləşir  və  inkişaf  edir. Yollar  abadlaşdırılır. Yeni  parklar, küçələr salınır, turizm obyektləri inşa edilir. Yaxşı hal kimi qeyd olunmalıdır ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rayonumuz yeni açılmış turizm marşurutuna daxil edilmişdir. Bu məqsəd ilə geniş tədbirlər planı tərtib edilmiş və çoxlu mədəni kütləvi tədbirlər təşkil edilmişdir.

Hazırda  rayonumuzda 5 otel, 4 turizm istirahət mərkəzi, 20-dən çox  ailəvi   istirahət mərkəzi fəaliyyət göstərir. Hər il yüzlərlə turist və qonaq bu mərkəzlərdə istirahət  edirlər.

     Yaxşı haldır ki, 2017-ci ildə Oğuzda 17000-dən çox turist istirahət  etmişdir. Bunlardan 2200 nəfəri xarici vətəndaş olmuşdur. Rayonun  mədəniyyət müəssisələri tərəfindən turizmin təbliği məqsədi ilə bir sıra  tədbirlər həyata  keçirmişdir. Abidələrimiz, milli  mətbəximiz  və  folklorumuz  haqqında müxtəlif televiziya kanallarında verilişlər nümayış olunmuşdur.

         Oğuz Rayon Gənclər və İdman İdarəsinin 2017-ci ilin ərzində idarənin illik və ayrı-ayrı sahələr üzrə konkret iş planları əsasında uşaq, yeniyetmə və gənclərin “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı məsələləri istiqamətində fəaliyyət göstərmişdir.

“Gənclər siyasəti haqqında” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq-gənc nəslin Vətənə məhəbbəti, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, istedadlı gənclərin aşkar edilməsi, gənclərin sahibkarlıq fəaliyyərinin dəstəklənməsi sahəsində tədbirlərin həyata keçirilməsi vəzifələrinin yerinə yetirilməsini nəzərdə tutulur.

         2017-ci ilin ərzində gənclərlə iş, təşkilati məsələlər və idman sahəsi üzrə 115 ( yüz on beş ) tədbir həyata keçirilmiş və bu tədbirdə 10575 (on min beş yüz yetmiş beş) nəfərə yaxın uşaq, yeniyetmə və gənc iştirakçı iştirak etmişdir.

         Tədbirlər müxtəlif yaş qruplarını əhatə etməklə müxtəlif növ idman yarışları, yay düşərgələri, rayondaxili və xarici ekskursiyalar, təbligat-maarifləndirici seminarlar olmaqla genişmiqyaslı həyata keçirilir.

     Oğuz Rayon Gənclər və İdman İdarəsi,Rayon Təhsil Şöbəsi, Mədəniyyət şöbələri, Hərbi Komisarlıq, Hüquq mühafizə orqanları, yerli icra nümayəndəlikləri, Yeni Azərbaycan Partiyası,bələdiyyələr, idarə və təşkilatlar gənclər təşkilatları ilə fəaliyyətə üstünlük vermişdir.

Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə 1999-cu ildə doğulmuş və çağırış günü 18 yaşı tamam olan 1982-1998-ci il təvəllüdlü, habelə yaşı 35-dək olan və çağırışdan möhlət hüququ olmayan çağırış yaşlı gənclər 2017-ci ilin yanvar, aprel, iyul və oktyabr aylarında həqiqi hərbi xidmətə çağırılmışdır. 200 nəfər hərbi xidmətə yola salınıb. Çağırışdan yayınan olmayıb. Çağırış yaşlı gənclərin hərbi xidmətə yola salınması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi daim diqqət mərkəzində saxlanılmışdır. Hərbi xidmətini başa vurmuş 215 nəfər gənc qeydiyyata alınmışdır. 

2017-ci ildə Oğuz rayonu ərazisində 34 cinayət faktı qeydə alınmışdır. Ondan 31 faktın açılmışdır.(açılma faizi 91,2 %).

Ötən il ümumi axtarışda olanların sayı 9 nəfər, onlardan yaxalananların sayı 8 nəfər olmuş, tutulma faizi 88,9  faiz təşkil etmişdir.  

2017-ci ildə  narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4 fakt aşkar edilmişdir.

2017-ci ildə Post Patrul Xidməti əməkdaşları tərəfindən ümumi qaydaları pozan 102 şəxs barədə inzibati protokollar tərtib edilmişdir.

Polis sahə rəisləri tərəfindən 178 inzibati protokollar tərtib edilmişdir.

2017-ci ildə rayon prokurorluğunun icraatında 3 cinayət işi olmuşdur. Hesabat dövründə  rayon prokurorluğuna 49 yazılı şikayət daxil olmuşdur.   

Oğuz Rayon Məhkəməsinin icraatına 2017-ci ildə 28 cinayət işi, 1208 mülkü iş, 202 inzibati material daxil olmuşdur.

2017-ci ildə 128 yanğın hadisəsi qeydə alınmışdır. Baş vermiş yanğınlarda insanlar arasında xəsarət alan və ölən, mal-qara tələfatı olmamışdır. 

2016-cı ildə Oğuz rayon Natariusu tərəfindən 3926 natariat hərəkəti aparılmış, büdcəyə 41350 manat vəsait ödənilib.

        

Bələdiyyə orqanları ilə işin təşkili

 

2017-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 440,7 min manat olmuşdur. Bu, keçən ilə nisbətən 24,7 % çoxdur. Gəlirlərinin 124,7 min manatı vergilər hesabına əldə edilmişdir. Hesabat ilində fiziki şəxslərdən yığılmış torpaq vergisi əvvəlki ilə nisbətən 29,6 min manat (35,6 %) artaraq 135,6 min manat olmuşdur. Fiziki şəxslərdən 11,9 min manat əmlak verğisi yığılmışdır. Bu, keçən ilə nisbətən 22,7% çoxdur.

Bələdiyyə büdcəsinin gəlirləri bələdiyyə xərclərinə öz təsirini göstərir. 2017-ci ildə bələdiyyələrin xərcləri 439,9 min manat olmuşdur.

Bələdiyyələrdə işləyənlərin orta sayı 76 nəfər, hesablanmış əmək haqqı fondu 176,2 min manat, hər işçinin orta aylıq əmək haqqı 192,0 manat olmuşdur. Bu, keçən ilə nisbətən 10,0 manat (5,5 %) çoxdur.   

    

          Vətəndaşların müraciətlərinə baxılması

           və onların qəbulunun təşkili

2017-ci il ərzində Oğuz RİH-nə 619 müraciət daxil olmuşdur. Onlardan 560-ı (90,5%)  ərizə və 59-u(9,5%) şikayət olmuşdur. Daxil olan müraciətlərin 81-nə(13,09%) nəzarət qaydasında baxılıb.

Daxil olan müraciətlərin 151-i(24,39%) AR Prezidentinin Administrasiyasın-dan (O,cümlədən 66-ı(10,66%) AR Prezidentinin Administrasiyası şöbələrindən, 85-i(13,73%) AR Birinci Vitse prezidentinin Katibliyindən),  8-i(1,29%) AR Milli Məclisindən, 11-i(1,78%) AR Nazirlər Kabinetindən, 36-ı(5,82%)  Respublikanın mərkəzi təşkilatlarından, 413-ü(66,72%) birbaşa vətəndaşlardan olmuşdur.

         Daxil olan müraciətlər ötən ilin müvafiq dövrünə nisbətən 116 ədəd az olmuşdur. O, cümlədən 4 ədəd AR Milli Məclisindən, 3 ədəd AR Nazirlər Kabinetindən, 2 ədəd Respublikanın mərkəzi təşkilatlarından, 110 ədəd vətəndaşlardan daxil olan müraciətlər azalmış,  3 ədəd AR Prezidentinin Administrasiyasından daxil olan müraciətlər artmışdır.

Müraciətləri 331-i(53,47%) müsbət həll olunub, 35-i (5,65%) qismən həll olunub, 20-i (3,23%) əsassız sayılıb,  208-nə(33,6%) müvafiq izahat verilib, 8-nin(1,29%) icrası müvafiq dövlət proqramlarında nəzərdə tutulub, 13-ü(2,1%) aidiyyəti üzrə göndərilib, 4-ü(0,6%)  baxılmamış saxlanılıb. 

2017-ci ildə 43(6,95%) kollektiv, 51(8,24%) təkrar müraciət olmuşdur. Kollektiv ərizələrin sayı ötən illə müqayisədə 9 ədəd, təkrar müraciətlərin sayı isə 26 ədəd azalmışdır. 

Əlavə olaraq 2017-ci ildə RİH başçısının İƏD üzrə nümayəndəliklərində 432 vətəndaş müraciəti qeydə alınıb. Onlardan 321-i ərizə, 111-i şikayətdir. İƏD üzrə nümayəndəliklərə daxil olan müraciətlərin  383-ü müsbət həll olunub, 16-ı ilə bağlı müvafiq izahat verilib, 33-ü baxılmaq üçün aidiyyəti üzrə göndərilib.

2017-ci ildə Oğuz RİH başçısının 102 qəbulu olmuş, vətəndaşlar tərəfindən 477 müraciət olmuşdur. O cümlədən RİHB-nın 51 səyyar qəbulu olmuş, 209 müraciət olmuşdur. Qəbullarda 5090 nəfər iştirak edib. Qəbullarda qaldırılan məsələlərin 261-i (54,7 %)  müsbət həll olunub, 82-i(17,1%) qismən həll olunub, 116-ı (24,4%) ilə bağlı müvafiq izahat verilib, 18-nin (3,8%) həllinin Oğuz RİH-nin səlahiyyətlərinə aid olmadığı barədə vətəndaşa cavab verilib.

Ümumiyyətlə RİHB Aparatının şöbələrində 2017-ci ildə 1134 nəfər, tabe qurumlarda 1248 nəfər vətəndaş qəbul edilib.

         Bundan əlavə Azərbaycan Respublikası Prezidenti Administrasıyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri cənab S.İsmayılovun  “Azərbaycan” qəzetinin 15-16 fevral nömrələrində çap olunmuş “Azərbaycan Prezidentinin apardığı əsaslı islahatlar dövründə vətəndaşların müraciətlərinə diqqət yenə ön plandadır” adlı təhlili məruzəsini İşimizdə rəhbər tuturuq.

         Ümumiyyətlə daxil olan ərizələr göstərir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların inkişafına, əhalinin rifah halına göstərdiyi böyük diqqət və qayğının nəticəsidə əhalinin cənab Prezidentə və onun komandasına inamı gündən—günə artır. Vətəndaşların hüquqları müdafiə olunur, həyat şəraitləri yaxşılaşdırılır. Vətəndaşların qaldırdıqları problemlər öz həllini tapır.

         Hörmətli iclas iştirakçıları!

 

Oğuz Rayon İcra Hakimiyyəti səlahiyyətləri daxilində 2017-ci il ərzində görülmüş işlər, həyata keçirilən tədbirlər, yol verilmiş nöqsanlar və qarşıya çıxan problemlər haqqında hesabat verdim.

2018-ci ildə görəcəyimiz işlərdə Azərbaycan Respublikası Prezidentinin ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasında və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda verdiyi tapşırıqlar bizim üçün prioritet olmalıdır.

-- Sahibkarlığın inkişafına dəstək verilməlidir. Sahibkarlara kreditlərin verilməsi üçün müvafiq köməklik göstərilməli, onların hüquqları qorunmalıdır. İstehsal ( xırda emal sexləri) sahələrinin yaradılmasına, kənd təsərrüfatına və xidmət sektorunun inkişaf etdirilməsinə diqqəti artırmalı. 

Rayonda Kənd təsərrüfatı texnikaları daha da böyük həcmdə alınmalı və onlardan səmərəli istifadə olunmalıdır.

--Rayonda baramaçılığın inkişafı, tut bağlarının salınması işini surətləndirməsi, barama istehsalının iki qat artırılmasına nail olmaq;

-- Rayonda fındıqçılığın inkişafı, yeni fındıq bağlarının salınması işini surətləndirməsi, yeni fındıq bağlarının 2000 hektara çatdırmaq, məhsul istehsalının artırılması;

-- Rayonda ənənəvi sahə olan Tütünçülüyün inkişafı ilə bağlı tədbirlər həyata keçirmək, tütün əkin sahələrinin 400 hektara çatdırılması, məhsul istehsalını iki qat artırmaq;

-- Rayonda Üzümçülüklə bağlı tədbirlər görmək, mövcud bağlara aqrotexniki xidmətin keyfiyyətini artırmaq, yeni üzümlüklərin salınması ilə bağlı əhali arasında təbliğatı gücləndirmək;

-- Rayonda heyvandarlığın inkişafı ilə bağlı tədbirlər görmək, ətlik və südlük istiqamətində heyvandarlığın inkişafına xüsusi diqqət verməliyik;

--Rayonda səmərəsiz istifadə olunan örüş torpaqlarının müəyyənləşdirilməsi,  onların təyinatı dəyişdirilməsi və findiq, üzüm, tut bağlarının salınmasında istifadə olunması işinin təşkili;

-- Rayonda Qazlaşdırılmayan 9 yaşayış məntəqəsi ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;

-- Rayonda qəzalı vəziyyətdə olan 5 məktəb binası ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq;

-- Rayonda turizm sektorunun inkişafı üçün investorların cəlb edilməsi il bağlı tədbirlər görülməlidir.

-- Rayonda ağacəkmə daimi proses olmalıdır.

-- 2018-ci ili Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı müvafiq tədbirlər planının hazırlanması;

         Mən, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevi əmin edirəm ki, rayonumuzda son vaxtlar əldə olunan nailiyyətlər, aparılan  geniş quruculuq işləri 2018-ci ildə də davam etdiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 10 yanvar 2018-ci il tarixdə keçirilən “Nazirlər Kabinetinin 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclasınakı və 29 yanvar 2018-ci il tarixdə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı giriş və yekun nitqindən irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunacaqdır.  

Keçidlər