Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

İctimai şura

                                                                    

AZƏRBAYCAN  RESPUBLİKASI
OĞUZ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISININ
                                17 sentyabr 2020-ci tarixli 16 №-li SƏRƏNCAMINDAN

Oğuz rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şuraya seçkinin təşil edilməsi haqqında .


Azərbaycan Respublikasının “İctimai iştirakçılıq  haqqında” 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin “İctimai iştirakçılıq  haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə  16 yanvar 2014-cü il tarixli 89 nömrəli fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında 30 may 2014-cü il tarixli 171 nömrəli qərarına əsasən, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. Oğuz RİH yanında yaradılan ictimai şuraya seçkinin təşkil edilməsi məqsədilə aşağıdakı tərkibdə seçki komissiyası yaradılsın:
    Komissiyanın sədri:
1-1. Yusif Naxçıvanski   -      Oğuz RİH başçısının müavini-İctimai-siyasi və humanitar
                                        məsələlər şöbəsinin müdiri
Komissiyanın üzvləri:
1-2. Sənan Əliev -                Oğuz RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri
1-3. Saleh Məhərrəmov-      Oğuz RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların
       müraciətləri ilə iş şöbəsinin müdiri
1-4. Cavidan Həsənov-        İnkişafa doğru Sosial Araşdırmalar İctimai Birliyinin sədri.
1-5. Cuma Cumayev-           Oğuz Rayon Ağsaqqallar Şurasının sədri
1-6. Elmdar Məhərrəmov-    DİİXİ Hİ Oğuz Komissiyasının sədri
1-7. Firdovsi Şirinov  -          Əmək, Müharibə, Silahlı Qüvvələr Veteranlatı təşkilatının Oğuz
                                             rayon Şöbəsinin sədri
1-8. Müşviq İsmayılov-         Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
                                             Ailələri İB-nin Oğuz rayon Filialının sədri
1-9. Elşən Alcansoy --        “Müasir Oğuz Gənci” İB-nin sədri
2. Seçki Komissiyasına tapşırılsın ki, ictimai şuraya seçkini “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin  tələblərinə uyğun təşkil etsin.
3. Bu Sərəncam Oğuz RİH-nin rəsmi internet səhifəsində (oguz-ih.gov.az)  yerləşdirilsin və “Oğuz yurdu” qəzetində dərc edilsin.
4. Sərəncamdan çıxarışın aidiyyəti üzrə çatdrılmasını RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın.
        5. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
  

                                      Başçı:                                    E. D. Qurbanov
 

Keçidlər