Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

2020-ci il

“Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər)”-nın 2020-ci ildə Oğuz rayonunda icra vəziyyəti haqqında

 

 

      Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

      Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.

      Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

      Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, baramaçılığın inkişaf etdirilməsi üçün 2020-ci ildə Oğuz rayonuna 320 qutu ipəkqurdu toxumu  gətirilərək ayrı-ayrı kəndlərdə kümçülərə paylanmışdır. Hesabat dövründə  rayon üzrə 620,2 kq barama qəbul məntəqəsinə təhvil verilmişdir.

     2020-ci ildə rayonun ayrı-ayrı kəndlərində 9000 m² ərazidə şitilliklər salınmış, 269 hektar sahədə tütün əkilmiş  və 1,5 ton quru tütün istehsal edilmişdir. Rayonda 65 tütün istehsalçısı fəaliyyət göstərir.

     Nazirlər kabinetinin 400 saylı qərarına əsasən arıçılıqla məşğul olan arıçılara saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi üşün sənədləşmə işləri başa çatmış və 412 arıçının saxladıqları 10441 arı ailəsi elektron sistemə işlənmişdir.

     Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.

     Rayonun elektrik enerjisi, istilik və qaz təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlər davam  etdirilmişdir.

     0,4 kv-luq şəbəkədə 90 ədəd qəzalı dayaq, söküntüdən əldə edilmiş istismara yararlı ağac dayaqla əvəz edilmiş, 57 ədəd yeni metal dayaq quraşdırılaraq 1710 metr Sip kabel xətti çəkilmişdir. 124 ədəd metal dayaq rənglənmiş, 112 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilmişdir.

     10 kv-luq EVX-də 15 ədəd yeni dəmir-beton dayaq quraşdırılmış, 10 ədəd qəzalı dayaq söküntüdən əldə olunmuş yararlı dayaqla əvəz olunmuşdur, 2100 metr yeni  AS-50 markalı naqil çəkilmiş, 41 ədəd metal dayaq rənglənmiş, 123 dayaq arası məsafədə xəttin qabarit ölcüləri normal vəziyyətə gətrilmişdir.

     Böyük Söyüdlü kəndinin 0,4 kv-luq elektrik veriliş xəttlərində yenidən qurma işləri aparılır. Bu istiqamətdə 7377 metr yeni SİP kabel xətti çəkilmişdir.

     35/10 kv-luq Yaqublu y/st-nın ətrafına 160 m məsafədə daş hasar hörülmüş, Y/st-ya 1600 kv gücündə 1 ədəd transformator, 1 ədəd VT-35  tipli yağ açarı quraşdırılmaqla əsaslı təmir olunmuşdur.

    

 

 

     36 ədəd 10/0,4 kv-luq yarımstansiya cari təmir olunmuşdur.18 ədəd 10/0,4 kv-luq yarımstansiya əsaslı təmir olunmuşdur.18 ədəd 10/0,4 kv-luq yarımstansiyanın ətrafı çəpərlənmişdir. 6 ədəd 10/0,4 kv-luq  yarımstansiya rənglənmişdir. Oğuz Elektrik Şəbəkəsində 445 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunmuşdur.

     Rayonda qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Oğuz şəhəri Q. Ağakişiyev küçəsində 198 p/m d-76 mm-lik yeni qaz xətti çəkilmiş, dayaqlar betonlanmış və rənglənmişdir, R. Ocaqov küçəsində 2 saylı məktəbin həyətyani sahəsindən keçən 300 p/m d-108 mm-lik qaz xətti küçə xəttinə çıxarılaraq dayaqlar üzərinə qaldırılmışdır. B. Vahabzadə küçəsində sayğacların küçə xətinə çıxarılması məqsədilə 60 p/m d-40 mm-lik yeni qaz xətti çəkilmişdir.

     Qumlaq kəndində 320 p/m d-18 mm-lik torpaqla təmasda olan qaz xətti, Şirvanlı kəndində 580 p/m 57-lik  mövcud qaz xətti dayaqlar üzərinə qaldırılaraq rənglənmiş, Şirvanlı kəndində 152 p/m yeni qaz xətti çəkilmişdir.

     Yaqublu kəndində Kimya birliyi ərazisində 100 m³/saat və Sincan kəndinin ərazisində  200 m³/saat tipli yeni qaz tənzimləyicilər quraşdırılmışdır.

     Top kəndində 200 p/m d-57-lik yeni qaz xətti çəkilmiş və rənglənmişdir.

     Kərimli kəndində abadlıq işləri ilə əlaqədar olaraq magistiral yolun kənarında 534 p/m d-108 mm-lik orta təzyiqli və 108 mm-lik aşağı təzyiqli yerüstü qaz xəttləri və 200 p/m d-57 mm-lik qaz xəttləri dayaqlar üzərinə qaldırılaraq səliqəyə salınmış, 52 ədəd dayaq qurraşdırılmış və rənglənmişdir.

     104 qəza xidməti ərazisində kollektor və şkaflar səliqəyə salınaraq rənglənmiş və ətrafı çəpərlənmişdir. Oğuz rayonun Padar, Kərimli və Bayan kəndlərində 4500 p/m qaz xəttləri kol-kosdan təmizlənmişdir. 15 ədəd qaz  sayğacı həyətyani sahədən mövcud küçə xəttinə çıxarılmışdır. Təmiz qaz xidməti tərəfindən 1057 ədəd aşkar edilmiş qaz sızması aradan qaldırılmışdır. Rayon ərazisində  93808 p/m qaz xətti kipliyə və möhkəmliyə qarşı sınaqdan keçrilmişdir.

      Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər davam etdirilmişdir. Oğuz rayonu ərazisində 40 telefon artımı olmuş, yüksək sürətli internetə qoşulanların sayı 317 nəfər artaraq 4440 nəfər təşkil etmişdir. Rayon ərazisində 448 internet port artımı olmuşdur. Telefon çəkilişi üçün Kərimli kəndində 32 nömrə montaj olunmuşdur.     

    Daşağıl çay, Türyan çay, Xalxal çay, Oğuz çay,  Qala çay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcralarında tənzimlənmə işləri, kənd təsərrüfatı bitkilərinin suvarılmasının mütəşəkil təşkili məqsədi ilə suvarma kanallarında suyun maneəsiz axımının təmin olunması üçün lildən təmizlənmə işləri görülmüşdür.

    Filfilli kəndinin mühafizəsi üçün planda nəzərdə tutulmuş daş-beton bəndin tikintisinə başlanmış və 600 m³  beton işi görülmüşdür. Hal-hazırda işlər davam etdirilir..

    2020-ci il ərzində 12964 nəfər 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Oğuz rayon şöbəsinə müraciət etmiş, onlardan 12864 nəfəri işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Hal-hazırda 190 manat müavinət almaq üçün 11057 nəfər online sistemdə qeydiyyatdadır. Mərkəzdə qeydiyyatda olan işsiz vətəndaşlardan 228 nəfəri işlə təmin olunmuşdur ki, onlardan 164 nəfəri ictimai işlərə cəlb olunub.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq çərçivəsində Mərkəzdə 2020-ci il üzrə qeydiyyata alınan işsiz və işaxtaran vətəndaşlardan 46 nəfəri bu layihəyə cəlb edilmişdir. Ümumiyyətlə  qeydiyyata alınmış və özünüməşğulluq proqramı çərçivəsində layihəyə cəlb edilmiş işsiz və işaxtaran vətəndaşlardan 122 nəfəri öz biznes layihələrini müvəffəqiyyətlə müdafiə etmiş və 77 nəfəri əmlakla təmin edilmişdir.

    Səhiyyə, mədəniyyət, Idman, təhsil müəssisələrinin tikintisi və yenidənqurulması işləri davam etdirilir. Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb. Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb.

    Yuxarıda qeyd olunanları nəzərə alsaq “Azərbaycan Respublikası regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-ci illər)-nın Oğuz rayonu üçün nəzərdə tutulmuş tədbirlərin 2020-ci ilin ötən dövr üçün icrasında işlər görülmüş və görülməkdə davam etdirilir.

   

 

      Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər)”-nın regionlarda uğurlu icrası, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.

                    

Keçidlər