HESABATLAR
2021-ci il
“Regionların Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər)”nın 2021-ci ildə Oğuz rayonunda icra vəziyyəti haqqında
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Bu strategiyanın həyata keçirilməsində, o cümlədən ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açmışdır.
Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, baramaçılığın inkişaf etdirilməsi üçün 2021-ci ildə Oğuz rayonuna 262 qutu ipəkqurdu toxumu gətirilərək ayrı-ayrı kəndlərdə kümçülərə paylanmışdır. Hesabat dövründə rayon üzrə 3894.9 kq barama qəbul məntəqəsinə təhvil verilmişdir.
7000 m² ərazidə tütün şitillikləri salınmış, 220 ha sahədə tütün əkilmiş və 368 ton quru tütün istehsal edilmişdir. Rayonda yaş tütün qəbulu və emalı ilə 2-si hüquqi, biri isə fiziki şəxs olmaqla 3 ədəd tütün qəbulu məntəqəsi fəaliyyət göstərir ki, həmin məntəqələrdə ümumilikdə 100-ə yaxın kameralar quraşdırılmışdır. Həmin kameraların mövsüm ərzində yaş tütünü qəbul etmək gücü 12000 tondur. Rayonda 30 tütün istehsalçısı fəaliyyət göstərib. 2021-ci ildə rayon ərazisində 203.4 ha yeni bağ salınmışdır ki, ondan 21 ha fındıq bağı, 81.4 ha qoz bağı, 101 ha badam bağıdır.
Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.
Yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidənqurulmasının və əsaslı təmiri işləri davam etdirilmişdir.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 93/111 km-nin çiyin hissəsi, dayanacaqlar, körpülərin məhəccərləri və səkilər zibildən və tullantılardan təmizlənmiş, yolun çiyin hissələri avtoqreyderlə hamarlanmış, yol örtüyü avtoqreyderlə palçıqdan təmizlənmişdir.
2021-ci ildə xidmət ərazisinə daxil olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında 994 m² yol elementləri əhəng və boya ilə rənglənmişdir.
Cari ildə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna, Kərimli, Padar, Böyük Söyüdlü-Çayqovuşan və Baş Daşağıl avtomobil yollarına 732 ədəd yeni işarə dirəyi basdırılmış, 200 ədəd yol nişanı və yol nişanları dirəyi yenisi ilə əvəz edilmiş, 1248 ədəd işıq əksetdirici pərdə yapışdırılmışdır.
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 93/111 km hissəsində 168 metr uzunluğunda metal maneə çəpəri dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Kərimli avtomobil yolunun 7-ci km hissəsindəki yararsız vəziyyətdə olan körpü məhəccərinin 70 metrlik hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunub.
Rayonun elektrik enerjisi və qaz təminatının yaxşılaşdırılması sahəsində müvafiq işlər davam etdirilmişdir.
2021-ci ildə 0,4 kv-luq şəbəkədə 72 ədəd qəzalı vəziyyətdə olan dayaq istismara yararlı ağac dayaqla əvəz olunmuş, 82 ədəd əyri dayaq dikəldilmiş, 68 ədəd yeni metal dayaq quraşdırılaraq 3291 metr Sip kabel çəkilmiş, 1216 metal dayaq rənglənmiş, 433 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətrilmişdir.
10 kv-luq EVX-də 22 ədəd qəzalı dayaq istismara yararlı dayaqla əvəz olunmuş, 17 ədəd əyri dayaq dikəldilmiş, 8 ədəd yeni beton dayaq quraşdırılmış, 62 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətrilmişdir.
410 ədəd 10/0,4 kv-luq yarımstansiya cari təmir olunmuşdur.
11 ədəd 10/0,4 kv-luq yarımstansiya əsaslı təmir olunmuşdur.
12 ədəd 10/0,4 kv-luq yarımstaniya rənglənmişdir.
Oğuz Elektrik Şəbəkəsində 739 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunub.
Rayonda qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Zaqatala RQİİ-nin
Oğuz Rayon xidmət sahəsi 2021-ci ildə Oğuz Rayon Qarabaldır kəndində 200 p/m d-89 mm-lik, Kərimli kəndində 190 p/m d-76 mm-lik yeni qaz xətti çəkmiş, dayaqlar betonlanmış və rənglənmişdir.
Şəhid ailələrinin müraciətinə əsasən 10 fərdi yaşayış evi qazlaşdırılmış, 6 həyətdə qaz xəttinin yeri dəyişdiril-mişdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar müxtəlif diametirli 1600 p/m qaz xətti dayaqlar üzərinə qaldırılmış, karroziyaya uğramış hissələri yenisi ilə əvəz edilmiş və antipas boyası ilə rənglənmişdir.
Oğuz şəhəri 104 xidməti ərazisində RDQ-150 tipli qaz tənzimləyici quraşdırılmışdır. Padar, Xaçmaz, Kərimli və Bayan kəndlərində 3400 p/m müxtəlif diametirli qaz xətləri kol-kosdan təmizlənmişdir.
Təmiz qaz xidməti tərəfindən 2611 ədəd qaz sızması aradan qaldırılmışdır.
Rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər davam etdirilmişdir Aztelekom MMC-nin Oğuz filalı tərəfindən 2021-ci il üçün nəzərdə tutulmuş tədbirlər uğurla yerinə yetrilmişdir. Belə ki, telefon abunəçilərinin sayı 6671 nəfərdən 6682 nəfərə, internet istifadəçilərinin sayı 4867 nəfərdən 5416 nədərə çatdırılmışdır.
İnternet rabitəsinin dayanıqlığının artırılması, sürətin yüksəldilməsi məqsədilə dairəvi sistem yaratmaq üçün Qəbələ istiqamətində FO-48 kebeli çəkilmiş, ən müassir DWDM transmissiya avadanlığı istismara verilmişdir. Həmçinin kəndlər istiqamətində sürət və keyfiyyətin yüksəldilməsi məqsədilə Muxas, Kərimli, Padar, Böyük Söyüdlü, Xaçmaz, Sincan, Yaqulu istiqamətində Gbt/s sürətli ASP-901 ROUTER avadanlığı, Bayan istiqa-mətində isə SWITCH avadanlığı tətbiq edilmişdir.
Şəbəkədə təmir işləri aparılmış, 170 ədəd köhnəlmiş dirəklər beton calaqlarla bərkidilmiş, 32 ədəd ağac dirək dəmir dirəklə əvəz edilmişdir. 19 ATS-də HUAWEY tipli DSLAM avadanlığı montaj edilmişdir.
Daşağıl çay, Türyan çay, Xalxal çay, Oğuz çay, Qala çay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcarasının təmizlənməsi işləri yerinə yetrilmişdir. Qala çay sistemində sol sahildə Xaçmaz kəndini muha-fizə edən beton bəndlərin də təmir işləri görülmüşdür.
Suvarma kanalında suvarma suyunun maneəsiz və itkisiz axımını təmin etmək məqsədi ilə 570,7 km uzunluğundakı kanallarda 55 % lildən təmizlənmə işləri görülmüşdür.
Oğuz kənd arxında beton üzlüyün çəkilməsi işlərinin davamı olaraq 2021-ci ildə 700 p/m uzunluğunda beton hissəyə üzlük çəkilmiş və kanal üzərində 3 ədəd avtomo-bil körpüsü inşa edilmişdir.
2021-ci ilin suvarma dövründə Oğuz SSİ tərəfindən sudan istifadə birliklərinə 34366 min m³ suvarma suyu verilmişdir və 29530 hektar sahədə rejimlə suvarılma aparılmışdır.
2021-ci il ərzində 11 saylı Ərazi Məşğulluq Mərkəzinin Oğuz Rayon filalına 1216 nəfər müraciət etmişdir ki, onlardan da 585 nəfəri işlə təmin olunmuş, 404 nəfərinə isə işsizlik statusu verilmişdir.
131 nəfər ictimai işlərə cəlb olunub, 196 nəfər isə özünüməşğulluq layihəsinə cəlb edilib.
Əmlakla təmin olunan şəxslərin sayı 215 nəfər olmuşdur.
10 nəfər şəhid ailəsi üzvü və 30 nəfər qazi özünü-məşgulluq layihəsinə cəlb edilib.
11 saylı Ərazi Məşğulluq Mərkəzinin Oğuz Rayon filalı tərəfindən 11 nəfər işsizlikdən sığota olunan vətəndaşa 12171,43 (manat) sığorta ödənişi edilmişdir.
Səhiyyə, mədəniyyət, Idman, təhsil müəssisələrinin tikintisi və yenidənqurulması işləri davam etdirilir. Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb. Mədəniyyət obyektlərinin əsaslı təmiri, tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi üçün görüləcək işlərin tədbirlər planı hazırlanıb.
Yuxarıda qeyd olunanları nəzərə alsaq “Azərbaycan Respublikası regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-ci illər)-nın Oğuz rayonu üçün nəzərdə tutulmuş tədbirlərin 2021-ci ilin ötən dövr üçün icrasında işlər görülmüş və görülməkdə davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər)”-nın regionlarda uğurlu icrası, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.