Rayon haqqında
Subsidiyalar
OĞUZ RAYONUNDA KƏND TƏSƏRRÜFATI
Oğuz rayonunda kənd təsərrüfatı sahəsində görülmüş işlər.
2014-cü ildə Oğuzda 17157 hektar sahədə dənli və dənli paxlalılar əkilmiş, 33290 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 19.4 sentner olmuşdur. Məhsul istehsalının azalmasına səbəb 2014- cü ildə havaların həddindən artıq quraq keçməsi olmuşdur. Bundan əlavə cari ildə rayonda 2434 ton kartof, 2495 ton tərəvəz, 2289 ton meyvə, 70 ton bostan və 65 ton üzüm istehsal olunmuşdur.
Carı ildə rayonda 2013 ton ət, 12061 ton süd, 2 milyon 887 min ədəd yumurta, 110 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 ton və ya 0,1 faiz, Süd istehsalı 11 ton və ya 0,1 faiz, yumur istehsalı 112 min ədəd və ya 4 faiz, Yun istehsalı 0,1 ton və ya 0,1 faiz artmışdır.
2013- cü ilin dekabr ayında 2013- cü ildə rayonda toxumçuluqla məşğul olan 5 Toxumçuluq təsərrüfatının istehsal etdiyi və satdığı birinci və ikinci reproduksiyalı buğda və arpa toxumlarına görə Respublika komissiyasının qərarı ilə 70892 manat dövlət büdcəsindən subsidiyanın toxumçulara verilməsi təmin olunmuşdur.
2014 –ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarının icrası ilə bağlı 4221 istehsalçıya 17492 hektar ərazidə əkib becərdiyi taxıl, kartof, bostan, tərəvəz, yem bitkiləri və yeni əkilmiş bağ sahələrinə görə 699672 manat dövlət yardımı hesablanmış və sentyabr ayında Respublika komissiyasının qərarına əsasən bu yardımın plastik kartlar vasitəsi ilə istehsalçılara ödənişi təmin olunmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 32 nömrəli Qərarının icrası ilə bağlı 2014- cü ildə “Aqrolizinq” ASC- nin Oğuz Aqroservis filialı tərəfindən rayona 310 ton azot, fosfor və Amafoska gübrələri gətirilmiş və güzəştli qiymətlərlə Kənd təsərrüfatı məhsulları istehsalçılarına satılmışdır.
Bundan əlavə rayonda kənd təsərrüfatı məhsullar istehsalı ilə məşğul olan 51 istehsalçı tərəfindən “Aqrokimya” MMC- dən 308.7 ton güzəştli qiymətlə azot, fosfor və amofoska gübrələri rayona gətirilərək əkin sahələrinə verilmişdir.
Oğuz ölkənin mühüm Kənd təsərrüfatı rayonlarındandır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 faizini təşkil edir. Cari ildə 2015- ci ilin məhsulu üçün 17000 hektara yaxın sahədə payızlıq taxıl səpininin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Payızlıq taxıl səpinini həyata keçirilməsi üçün rayonda kifayət qədər toxum fondu yaradılmışdır. Rayonda bu günə kimi 10000 hektara yaxın sahə şum çıxarılmış və 3000 hektardan yuxarı sahədə səpin aparılmışdır . Səpin hal- hazırda davam etdirilir.
SUBSIDIYA ALANLAR