Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

İqtisadiyyat

 

2023-cü il ərzində OĞUZ  RAYONUNUN SOSİAL, İQTİSADİ İNKİŞAFI HAQQINDA

  

       Son illərdə Azərbaycan iqtisadiyyatı öz inkişaf sürətinə görə dünya tarixində böyük uğurlara imza atıb. Azərbaycanın bölgələrində yeni, müasir tələblər baxımından bütün standartlara cavab verən infrastruktur yaradılıb. Məhz belə əlverişli mühitin yaradılması nəticəsində həm xarici, həm daxili investisiyaları cəlb etmək və ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək mümkün olub.

     Ümumi məhsul. 2023-cü ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 147468,9 min manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,7 faiz az olmuşdur.

 

                                                        Diaqram 1

2023-cü ilin yanvar-dekabr aylarında istehsal olunmuş ümumi daxili

məhsulun strukturu

 

 İstehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmində 105539,4 min manat (71,6 faiz) istehsal sahələrinin, 41929,5 min manat  (28,4 faiz)  xidmət sahələrinin payına düşür. 

cədvəl 1

             2023-cü ilin yanvar-dekabr aylarında iqtisadiyyatın əsas sahələri üzrə

                                                    məhsul buraxılışı             (ilkin məlumatlara əsasən)           

S/S

 

İqtisadiyyatın

sahələri

2023-cü ilin yanvar-dekabr ayları,

faktiki

(min manat)

2022-ci ilin yanvar-dekabr ayları,

faktiki

(min manat)

Qiymət

indeksi

(faizlə)

2023-cü ilin yanvar-dekabr  ayları

2022-ci ilin yanvar-dekabr aylarının

qiymətlərilə

(min manat)

Fiziki

həcm

indeksi

(faizlə)

1.

Sənaye

24315,1

30159,8

90,3

26932,7

89,3

2.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

64618,3

59431,1

107,2

60283,6

101,4

3.

Tikinti-quraşdırma işləri

16606,0

24631,6

100,0

16606,0

67,4

4.

Nəqliyyat və anbar təsərrüfatı

3360,2

3240,8

104,4

3218,6

99,3

5.

İnformasiya və rabitə

1118,2

835,2

100,0

1118,2

133,9

6.

Ticarət; nəqliyyat vasitələrinin təmiri

37451,1

34410,8

109,1

34342,0

99,8

X

Yekunu:

147468,9

152709,3

103,5

142501,1

93,3

      Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 64618,3 min manatlıq və ya ümumi məhsulun 43,8 faizi qədər, sənayedə 24315,1 min manatlıq (16,5 faiz), tikintidə 16606,0 min manatlıq (11,3 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 3360,2 min manatlıq (2,3 faiz), informasiya və rabitə sahəsində 1118,2 min manatlıq (0,7 faiz), ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 37451,1 min manatlıq (25,4 faiz) məhsul və xidmətlər istehsal edilmişdir.

cədvəl 2

2023-cü  ilin yanvar-dekabr aylarında makroiqtisadi göstəricilər

 

S/S

 

GÖSTƏRİCİLƏR

2023-cü il yanvar-dekabr ayları,

min manatla

2022-ci ilin

yanvar-dekabr aylarına nisbətən,

(müqayisəli qiymətlərlə, faizlə)

1.

Ümumi məhsul buraxılışı

147468,9

93,3

2.

Sənaye məhsulunun (iş və xidmətlərin) ümumi həcmi

24315,1

89,3

3.

Əsas kapitala yönəldilən investisiyalar

17820,0

62,1

4.

Kənd təsərrüfatı məhsullarının ümumi həcmi

64618,3

101,4

5.

Nəqliyyat sektorunda yük daşınması, min ton

1040,0

112,1

6.

İnformasiya və rabitə xidmətlərinin dəyəri

1118,2

133,9

7.

Pərakəndə ticarət dövriyyəsi

117034,8

99,8

8.

Əhaliyə göstərilən ödənişli xidmətlər

15968,0

106,9

9.

Hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı, manatla

 

594,9

 

111,0

 

     Kənd təsərrüfatı. Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır və iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarıda istehsal olunur. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 faizini təşkil edir.     

        2023-cü ilin məhsulu üçün ümumi əkin sahəsi 17937 hektar olmuş  və əvvəlki ilə nisbətən 378 hektar (2,1 faiz) azalmışdır. Əkin sahələrinin 111 hektarı bağların cərgələri arasındadır. Yaz əkini qurtaranadək 760 hektar buğda və 30 hektar arpa sahələri tamamilə məhv olmuşdur.  2023-cü ilin məhsulu üçün əkin sahələrinin 17435 hektarı (97,2 faiz) ailə kəndli və ev təsərrüfatlarının, 5 hektarı dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının, 497 hektarı (2,8 faiz) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının payına düşür. Ailə kəndli və ev təsərrüfatlarında əkin sahələri əvvəlki ilə nisbətən 469 hektar (2,6 faiz), dövlət  kənd təsərrüfatı müəssisə və təşkilatlarında 20 hektar (80,0 faiz) az olmuş, qeyri-dövlət  kənd təsərrüfatı müəssisə və təşkilatlarında isə 111 hektar (28,8 faiz) çox olmuşdur. 16159 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər əkilmiş, 51091,2 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 2173,5 ton (4,1 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 0,5 sentner azalaraq  31,6 sentner olmuşdur.

      15834 hektar sahədə payızlıq taxıl əkilmiş, 49003,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 2420,0 ton (4,7 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 0,7 sentner azalaraq 30,9 sentner olmuşdur. 11102 hektar sahədə dən üçün payızlıq buğda əkilmiş, 34394,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 723,0 ton (2,1 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 0,1 sentner azalaraq 31,0 sentner olmuşdur. 4732 hektar sahədə dən üçün payızlıq arpa əkilmiş, 14609,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 1697,0 ton (10,4 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 1,9 sentner azalaraq 30,9 sentner olmuşdur. Hesabat dövründə 13 hektar sahədə dən üçün vələmir əkilmiş, 38,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 99,0 ton (72,3 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 3,4 sentner azalaraq 29,2 sentner olmuşdur.

                                                                                           

                                                                                                                   cədvəl 3

2023-cü ilin məhsulu üçün əkin sahələri

                                                                                                              (hektar)

S/S

 

ƏKİN  SAHƏLƏRİNİN  ADI

2023-cü il

2022-ci il

Fərq

+;-

faizlə

1.

Payızlıq taxıl

15834

16253

-419

97,4

1.1

    o cümlədən:  buğda

11102

11283

-181

98,4

1.2

                          arpa

4732

4970

-238

95,2

2.

Yazlıq dənli bitkilər

299

265

34

112,8

2.1

      o cümlədən:  dən üçün qarğıdalı

286

223

63

128,3

2.2

                                 vələmir

13

42

-29

31,0

3.

Paxlalılar bitkilər

26

82

-56

31,7

3.1

      o cümlədən:  lobya

26

25

1

104,0

3.2

                            soya

0

57

-57

x

4.

Payızlıq və yazlıq dənli

və dənli paxlalı bitkilər

 

16159

 

16600

 

-441

 

97,3

5.

Texniki bitkilər

163

67

96

 2,4 d.

5.1

        o cümlədən:  tütün

163

67

96

 2,4 d.

6.

Kartof

290

351

-61

82,6

7.

Tərəvəz

280

276

4

101,4

8.

Bostan

4

5

-1

80,0

9.

Yem bitkiləri

1041

1016

25

102,5

9.1

    o cümlədən:  birillik otlar

310

330

-20

93,9

9.2

                       cari ilin çoxillik otları

134

106

28

126,4

9.3

       keçən illərin əkilmiş çoxillik otları   

597

580

17

102,9

10.

Çoxillik otlar

731

686

45

106,6

10.1

     o cümlədən: yonca

731

682

49

107,2

10.2

                          xaşa  

0

4

-4

x

X

Əkin sahələri  cəmi:

17937

18315

-378

97,9

 

   ondan  bağların cərgələri arasında

111

110

1

100,9

    

           Payızlıq taxıl sahələrinin tərkibində buğda sahələrinin xüsusi çəkisi əvvəlki ilə nisbətən 0,7 faiz çox olmuşdur. Yaz əkini qurtaranadək salamat qalmış payızlıq taxıl sahələrinin 5 hektarı dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının, 429 hektarı (2,7 faiz) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının, 15400 hektarı (97,3 faiz) ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

      Payızlıq taxılın 48696,0 tonu (99,4 faiz) ailə kəndli və ev təsərrüfatlarında, 10,0 tonu  dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında, 297 tonu (0,6 faiz) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında istehsal edilmişdir. Əvvəlki ilə nisbətən payızlıq taxıl istehsalı ailə kəndli və ev təsərrüfatlarında 1953,0 ton (3,9 faiz), qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında 453,0 ton (60,4 faiz), dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında 14,0 ton (58,3 faiz) az olmuşdur. İstehsal edilmiş buğda məhsulunun 24119,2 tonu (70,1 faiz) ərzaqlıq yumşaq buğda növünə aiddir.   

     Ailə kəndli və ev təsərrüfatlarında 26 hektar dən üçün lobya əkilmiş, 26 ton məhsul  istehsal  edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 1,0 ton (4,0 faiz) çox olmuş, hər hektardan məhsuldarlıq isə əvvəlki illə eyni, yəni 10,0 sentner olmuşdur. 

      2023-cü ildə 286 hektar dən üçün qarğıdalı əkilmiş, 2024,2 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 460,9 ton (29,5 faiz) artmış, hər hektardan məhsuldarlıq isə 0,7 sentner artaraq 70,8 sentner olmuşdur. Qarğıdalı əkin sahələrinin 218 hektarı       (76,2 faiz) ailə kəndli və ev təsərrüfatlarının, 68 hektarı (23,8 faiz) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının payına düşür.      

 

 

cədvəl 4

2023-ci ildə bitkiçilik məhsullarının istehsalı

                                                                                                                                          (ton)

 

S/S

 

GÖSTƏRİCİLƏR

 

2023-cü il

 

 

2022- ci il

 

        Fərq

+;-

faizlə

1.

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər cəmi:

 

51091,2

 

53264,7

 

-2173,5

 

95,9

1.2

  o cümlədən;  payızlıq taxıl

49003,0

51423,0

-2420,0

95,3

 

                           ondan buğda

34394,0

35117,0

-723,0

97,9

 

                                      arpa

14609,0

16306,0

-1697,0

89,6

1.3

        vələmir

38,0

137,0

-99,0

27,7

1.4

        qarğıdalı

2024,2

1563,3

460,9

129,5

1.5

        lobya

26,0

25,0

1,0

104,0

1.6

        soya

0,0

116,4

-116,4

x

2.

Tütün

517,8

196,3

321,5

2,6 d.

3.

Kartof

3175,0

4756,9

-1581,9

66,7

4.

Tərəvəz

2548,3

2480,1

68,2

102,7

5.

Bostan

36,8

49,2

-12,4

74,8

6.

Üzüm

87,8

108,5

-20,7

80,9

7.

Meyvə və giləmeyvə cəmi:

4826,5

4886,6

-60,1

98,8

 

o cümlədən: meyvə

4612,8

4654,4

-41,6

99,1

 

                    ondan  tumlu

1890,3

1717,0

173,3

110,1

 

                                bərkqabıqlılar

1415,7

1553,9

-138,2

91,1

 

                                   ondan fındıq

943,0

1071,7

-128,7

88,0

     

      2023-cü ildə 163 hektar tütün əkilmiş, 517,8 ton quru tütün istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 321,5 ton (2,6 dəfə) artmış, hər hektardan məhsuldarlıq isə 2,5 sentner artaraq 31,8 sentner olmuşdur. 2023-cü ildə 290 hektar kartof bitkisi əkilmiş, 3175,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 1581,9 ton (33,3 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 26,0 sentner azalaraq 109,5 sentner olmuşdur. 4 hektar sahədə ərzaq üçün bostan bitkiləri əkilmiş, 36,8 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 12,4 ton (25,2 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 6,4 sentner azalaraq 92,0 sentner olmuşdur. İstehsal edilmiş bostan məhsullarının 53,3 faizi qarpız, 46,7 faizi yemiş məhsuludur. 2023-cü ildə 280 hektar sahədə tərəvəz bitkiləri əkilmiş, 2548,3 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 68,2 ton (2,7 faiz) artmış, hər hektardan məhsuldarlıq isə 1,1 sentner artaraq 91,0 sentner olmuşdur. Tərəvəz istehsalının 187,6 tonu (7,4 faiz) kələm, 415,4 tonu (16,3 faiz) xiyar, 481,4 tonu (18,9 faiz)  pomidor, 31,8 tonu (1,2 faiz) süfrə çuğunduru, 36,2 tonu (1,4 faiz) süfrə yerkökü, 274,2 tonu    (10,8 faiz) baş soğan, 121,2 tonu (4,7 faiz) sarımsaq, 1000,5 tonu (39,3 faizi) sair tərəvəz bitkilərinin payına düşür. Sair tərəvəz istehsalının 5,2 faizini qabaq, 9,8 faizini  badımcan,    5,7 faizini şirin bibər, 4,4 faizini acı bibər, 3,5 faizini turp və 71,4 faizini isə digər tərəvəz bitkilərinin istehsalı təşkil etmişdir.

      Yem bitkilərinin ümumi əkin sahəsi 1041 hektar olmuş, 2126,4 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 56,3 ton (2,7 faiz) az olmuşdur. Səpilmiş yem bitkilərinin 310 hektarını yem üçün birillik otlar, 134 hektarını cari ilin çoxillik otları və 597 hektarını əvvvəlki illərdə əkilmiş çoxillik otların çalım sahəsi təşkil etmişdir. 2023-cü ildə 146,2 hektar sahədə silos, yaşıl yem və senaj üçün təkrar qarğıdalı əkilmiş və 2509,4 ton məhsul istehsal edilmişdir.

                                                                                                                                        

 

 

 

cədvəl 5

2023-cü ildə istehsal edilmiş bitkiçilik məhsullarının hər hektardan məhsuldarlığı

                                                                                                                           (sentner/hektar)

 

S/S

 

GÖSTƏRİCİLƏR

 

2023-cü il

 

2022-ci il

Fərq

+,-

faizlə

1.

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər cəmi:

 

31,6

 

32,1

-0,5

98,4

1.1

        o cümlədən;  payızlıq taxıl

30,9

31,6

-0,7

97,8

 

                                           ondan  buğda

31,0

31,1

-0,1

99,7

 

                                                       arpa

30,9

32,8

-1,9

94,2

1.2

        vələmir

29,2

32,6

-3,4

89,6

1.4

        qarğıdalı

70,8

70,1

0,7

101,0

1.5

        lobya

10,0

10,0

0,0

100,0

1.6

        soya

0,0

10,4

-10,4

X

2.

Tütün

31,8

29,3

2,5

108,5

3.

Kartof

109,5

135,5

-26,0

80,8

4.

Tərəvəz

91,0

89,9

1,1

101,2

5.

Bostan

92,0

98,4

-6,4

93,5

6.

Üzüm

25,8

32,3

-6,5

79,9

7.

Meyvə və giləmeyvə cəmi:

15,6

17,0

-1,4

91,8

 

     o cümlədən; meyvə

15,1

16,4

-1,3

92,1

 

                           ondan  tumlu

58,7

53,6

5,1

109,5

 

                             bərkqabıqlılar

6,2

7,4

-1,2

83,8

 

                                  ondan fındıq

4,4

5,6

-1,2

78,6

       6255,8 hektar bağlar və giləmeyvəliklər mövcud olmuş, 4826,5 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 60,1 ton (1,2 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 1,4 sentner azalaraq 15,6 sentner olmuşdur. 6204,4 hektar meyvə bağlarından 4612,8 ton məhsul istehsal edilmiş, əvvəlki ilə nisbətən istehsalın həcmi 41,6 ton  (0,9 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 1,3 sentner azalaraq 15,1 sentner olmuşdur.

      2023-cü ildə ailə kəndli və ev təsərrüfatlarında və qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində 27,2 hektar yeni bağlar salınmışdır. Yeni salınmış bağların 6 hektarı       (22,1 faiz) fındıq, 18,5 hektarı (68,0 faiz) qoz və 2,7 hektarı (9,9 faiz) gilas bağlarıdır. Mövcud meyvə bağlarının 5519,1 hektarı (89,0 faiz) ailə kəndli və ev təsərrüfatlarına, 685,3 hektarı (11,0 faiz) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarına məxsusdur. Meyvə və giləmeyvə bağlarının 3095,9 hektarı (49,5 faiz), o cümlədən meyvə bağlarının 3046,4 hektarı (49,1 faiz) bar verən yaşda olan əkmələrdir.

      4375,5 hektar fındıq bağlarından 943,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 128,7 ton (12,0 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 1,2 sentner azalaraq 4,4 sentner olmuşdur. Fındıq bağlarının 2126,9 hektarı (48,6 faiz) bar verən yaşdadır.     

     31 hektar üzüm sahələrindən 80,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 20,0 ton (20,0 faiz) azalmış, hər hektardan məhsuldarlıq isə 6,5 sentner azalaraq 25,8 sentner olmuşdur. Bundan başqa, ailə kəndli və ev təsərrüfatlarında 7,8 ton talvar üzümü istehsal edilmişdir. 0,2 hektar sahədə yeni yarpaq üçün çəkil əkmələri salınmış və çəkil əkmələrinin ümumi sahəsi 24,0  hektar olmuşdur.         

     01 yanvar 2024-cü il tarixinə iri buynuzlu mal-qaranın sayı 19086 baş və əvvəlki ilə nisbətən 668 baş (3,4 faiz) az olmuşdur. Mal-qaranın 18808 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmaqla mövcud mal-qaranın 98,5 faizini təşkil edir. Ailə kəndli və ev təsərrüfatlarında iri buynuzlu mal-qaranın sayı əvvəlki ilə nisbətən 672 baş (3,4 faiz) azalmışdır. İri buynuzlu mal-qaranın 9791 başını inək və camışlar təşkil etmiş və ya əvvəlki ilə nisbətən 361 baş (3,6 faiz) az olmuşdur. Naxırda ana malın xüsusi çəkisi 51,3 faiz olmuşdur.        

       Ailə kəndli və ev təsərrüfatlarında inək və camışların sayı 9733 baş və ya əvvəlki ilə nisbətən 341 baş (3,4 faiz) az olmuşdur.

       2023-cü ildə mövcud qoyun və keçilərin sayı 42739 baş və ya əvvəlki ilə nisbətən 420 baş (1,0 faiz) az olmuşdur. Ailə kəndli və ev təsərrüfatlarında 40184 baş qoyun-keçi saxlanılır. Bu, əvvəlki ilə nisbətən 581 baş (1,4 faiz) az olmuşdur. Qoyun-keçilərin 29366 başını        (68,7 faiz) ana qoyun-keçi, şişək və küərlər təşkil etmiş və əvvəlki ilə nisbətən 556 baş        (1,9 faiz) az olmuşdur.

      Ailə kəndli və ev təsərrüfatlarında donuzların sayı 53 baş azalaraq (46,1 faiz) 62 baş olmuşdur. Quşların sayı əvvəlki ilə nisbətən 4479 baş (3,6 faiz) artaraq 129956 baş olmuşdur. Arı ailələrinin sayı əvvəlki ilə nisbətən 387 ailə (5,2 faiz) azalaraq 7102 ailə olmuşdur. Atların sayı əvvəlki ilə nisbətən 64 baş (12,9 faiz) azalaraq 434 baş olmuşdur. Atların 430 başı     (99,1 faiz) ailə kəndli və ev təsərrüfatlarına məxsusdur. Ailə kəndli və ev təsərrüfatlarında 182 baş eşşək və qatır saxlanılır ki, bu da əvvəlki ilə nisbətən 7 baş (3,7 faiz) az olmuşdur.

      2107,0 ton diri çəkidə ət, 14093,8 ton süd, 5533 min ədəd yumurta, 73,4 ton yun istehsal edilmişdir. Əvvəlki  ilə nisbətən ət istehsalı 40,5 ton (1,9 faiz) azalmış, süd istehsalı 45,0 ton (0,3 faiz), yun istehsalı 0,3 ton (0,4 faiz), yumurta istehsalı 61,0 min ədəd (1,1 faiz) artmışdır.     

     2023-cü ildə ailə kəndli və ev təsərrüfatlarında 2899,0 kq barama istehsal edilmiş, əvvəlki ilə nisbətən 88,8 kq (3,0 faiz) az olmuşdur.

cədvəl 6

          01 yanvar 2024-cü il tarixinə mal-qaranın sayı               (başla)

S/S

    GÖSTƏRİCİLƏR

             miqdarı

            fərq:                 

   
 

 

2023-cü il

2022-ci il

   +, -

faizlə

   

1.

İri buynuzlu mal-qara

19086

19754

-668

96,6

   

2.

     o cümlədən:   müəssisələrdə

278

274

4

101,5

   

3.

                            əhalidə

18808

19480

-672

96,6

   

4.

İnək və camışlar

9791

10152

-361

96,4

   

5.

    o cümlədən:   müəssisələrdə

58

78

-20

74,4

   

6.

                           əhalidə

9733

10074

-341

96,6

   

7.

Naxırda ana malın xüsusi çəkisi (faizlə)

51,3

51,4

-0,1

99,8

   

8.

Qoyun - keçilər

42739

43159

-420

99,0

   

9.

     o cümlədən:   müəssisələrdə

2555

2394

161

106,7

   

10.

                            əhalidə

40184

40765

-581

98,6

   

11.

Ana qoyun-keçi, şişək və küərlər

29366 

29922

-556

98,1

   

12.

      o cümlədən:   müəssisələrdə

925 

923

2

100,2

   

13.

                             əhalidə

28441

28999

-558

98,1

   

14.

Dоnuzlаr

62

115

-53

53,9

   

15.

      o cümlədən:  əhalidə

62

115

-53

53,9

   

16.

Quşlar

129956

125477

4479

103,6

   

17.

o cümlədən:  əhalidə

129956

125477

4479

103,6

   
   

18.

Arılar - ailə

7102

7489

-387

94,8

   

19.

        o cümlədən:  əhalidə

7102 

7489

-387

94,8 

   

20.

Аtlar

 

434

498

-64

 

87,1

 
   
   

21.

     o cümlədən:   müəssisələrdə

4

6

-2

66,7

   

22.

                             əhalidə

430

492

-62

87,4

   

23.

Eşşəklər və qatırlar

182

189

-7

96,3

   

24.

         o cümlədən:   əhalidə

182

189

-7

96,3

   

25.

                    Məhsul  istehsalı

 

 

 

 

   

26.

Ət (diri çəkidə, ton)                                       

2107,0

2147,5

-40,5

98,1

   

27.

Süd    (ton)

14093,8

14048,8

45,0

100,3

   

28.

Yumurta   (min ədəd)

5533,0

5472

61,0

101,1

   

29.

Yun  ( ton)

73,4

73,1

0,3

100,4

   
 

 

 
               

 

      Sənaye. 01 yanvar 2024-cü il tarixinə 10 sənaye müəssisəsi fəaliyyət göstərir. Sənaye əsasən emal sənayesi, su təchizatı, tullantıların təmizlənməsi və emalı, habelə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı sahələri ilə təmsil olunur.

 

Diaqram 2

 

 01 yanvar 2024-cü il tarixinə sənayenin fəaliyyət növlərinə görə strukturu

 

 

 

      2023-cü ilin yanvar-dekabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 19,4 faiz  azalaraq 24315,1 min manat təşkil etmişdir.

cədvəl 7

2023-cü ilin yanvar-dekabr aylarında emal sənayesində məhsul istehsalı

 (ton)

 

 

S/S

 

 

 

Məhsul növləri

 

 

2023-cü ilin yanvar-dekabr ayları   

 

2022-ci ilin yanvar-dekabr ayları

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

 

1.

 

 

Qarğıdalının ələnməsindən, döyülməsindən və ya digər şəkildə emal edilməsindən alınan kəpəklər, ələntilər və başqa qalıqlar

 

 

 

6115,7

 

 

 

7502,8

 

 

 

81,5

2.

Qarğıdalı nişastası

4436,6

5141,6

86,3

3.

Qlükoza və qlükoza siropu

4860,1

5700,0

85,3

 

4.

Buğda və ya çovdarla qarışıq buğda unu

            

2219,1

 

2372,9

 

93,5

    Hesabat dövründə emal sənayesi üzrə əsas sənaye məhsullarından olan qarğıdalı ələnməsindən, döyülməsindən və ya digər şəkildə emal edilməsindən alınan kəpəklər, ələntilər və başqa qalıqların həcmi 1387,1 ton (18,5 faiz), qarğıdalı nişastası 705,0 ton     (13,7 faiz), qlükoza və qlükoza siropu 839,9 ton (14,7 faiz), buğda və ya çovdarla qarışıq buğda unu 153,8 ton (6,5 faiz) az olmuşdur.

     Hesabat dövründə emal sənayesi üzrə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit qiymətlərlə 22,6 faiz azalaraq 17619,1 min manat, elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsi üzrə 9,9 faiz azalaraq 6033,6 min manat, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə 662,4 min manat  təşkil etmişdir.

     İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2024-cü il vəziyyətinə 785,9 min manatlıq hazır məhsul qalığı olmuşdur.

      Ticarət. Ticarət sahəsində 15 qeyri-dövlət müəssisəsi, bir yarmarka bazar və seçməyə düşmüş 38 fərdi sahibkardan 35-nin fəaliyyəti olmuşdur.

      Pərakəndə ticarət dövriyyəsinin həcmi 117034,8 min manat olmuş, əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 9501,0 min manat (8,8 faiz) artmışdır. Ümumi əmtəə dövriyyəsinin həcmində hüquqi şəxslər üzrə əmtəə dövriyyəsi 12266,6 min manat (10,5 faiz), 35 fərdi sahibkarlar üzrə əmtəə dövriyyəsi 73040,3 min manat (62,4 faiz), bazar və yarmarkalar üzrə əmtəə dövriyyəsi isə 31727,9 min manat (27,1 faiz) təşkil etmişdir. Hüquqi şəxslər üzrə əmtəə dövriyyəsi əvvəlki ilə nisbətən 2084,8 min manat (20,5 faiz), bazar və yarmarkalar üzrə əmtəə dövriyyəsi 19544,1 min manat (2,6 dəfə) artmış, 35 fərdi sahibkarlar üzrə əmtəə dövriyyəsi isə 12127,9 min manat (14,2 faiz) azalmışdır.

      Əhalinin hər nəfərinə düşən əmtəə dövriyyəsinin həcmi 2634,7 manat olmuşdur. Bu, əvvəlki ilə nisbətən  342,5  manat  (14,9 faiz ) çox olmuşdur.

Diaqram 3

2023-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu

 

      Xidmət. Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 15968,0 min manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2168,7 min manat (6,9 faiz) çox olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 5713,1 min manatı (35,8 faiz) hüquqi şəxslərin, 10254,9 min manatı (64,2 faiz) fiziki şəxslərin payına düşür. Ödənişli xidmətlərin 1616,0 min manatını (10,1 faiz) məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 583,1 min manat  (11,4 faiz) artaraq 2975,0 min manat olmuşdur. İaşə dövriyyəsinin 235,0 min  manatı (7,9 faiz) hüquqi şəxslərin, 2740  min manatı (92,1 faiz) fiziki şəxslərin payına düşür.

      Rabitə və informasiya.  Hesabat dövründə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 1118,2 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 283,0 min manat    (33,9 faiz) artmışdır.

     Şəhərlərarası və beynəlxalq telefon rabitəsi üzrə xidmətlərin həcmi 17,5 min manat, şəhər  telefon rabitəsi üzrə 152,9 min manat, kənd telefon rabitəsi üzrə 138,6 min manat, sair rabitə xidmətləri üzrə 809,2 min manat olmuşdur.

      Nəqliyyat. Hesabat dövründə nəqliyyat sektorunda faktiki qiymətlərlə məhsul buraxılışının həcmi (fiziki şəxslər də nəzərə alınmaqla) 3360,2 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 119,4 min manat (3,7 faiz) çox olmuşdur. Nəqliyyat sektorunda məhsul buraxılışının fiziki həcm indeksi 99,3 faiz olmuşdur. Avtomobil nəqliyyatı ilə bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3851 min sərnişin, 1040 min ton yük daşınmışdır. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 655 min sərnişin (20,5 faiz), 112,0 min ton yük    (12,1 faiz) çox olmuşdur

    Tikinti və mənzil kommunal xidmətləri. Hesabat dövründə 29 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, evlərin ümumi sahəsi 3727 m², yaşayış sahəsi 3180 m², dəyəri 1214,0 min manat olmuşdur. Rayon ərazisində fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən 1529,6 min manatlıq cari təmir işləri həyata keçirilmişdir.

     2023-cü ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına əsas kapitala 17820,0 min manatlıq investisiya yönəldilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 10867,8 min manat (37,9 faiz) az olmuşdur. İnvestisiyaların 16329,2 min manatı (91,6 faiz) dövlət, 1490,8 min manatı (8,4 faiz) qeyri-dövlət mülkiyyətində olan müəssisələr tərəfindən yönəldilmişdir. 

 

Diaqram 4

Əsas kapitala yönəldilmiş vəsaitlərin maliyyə mənbələri üzrə strukturu, faizlə

       Əsas kapitala yönəldilmiş investisiyadan 16606,0 min manatı (93,2 faiz) tikinti quraşdırma işlərinə sərf edilmişdır. Tikinti quraşdırma işlərinə yönəldilən investisiyaların 15175,9 min manatı (91,4 faiz) dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 1430,1 min manatı    (8,6 faiz) isə qeyri-dövlət mülkiyyətində olan müəssisələrin payına  düşür.     

       Hesabat dövründə bütün maliyyə mənbələri hesabına 2579,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

      “Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” (2019-2023) üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi.

       Rayon ərazisində 2 tütün qurutma məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdə birlikdə 50 tütün qurutma kamerası istifadəyə verilmişdir. Rayon üzrə  2023-cü il ərzində 6 hektar fındıq bağları salınmışdır.

      Baramaçılığın inkişaf etdirilməsi üçün 2023-cü ildə Oğuz rayonuna 170 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmışdır. İl ərzində rayon üzrə 2899 kq quru barama istehsal edilərək qəbul məntəqələrinə təhvil verilmişdir.

     Oğuz rayonunda 2023-cü ilin məhsulu üçün 163 hektar sahədə tütün əkilmişdir.Tütün əkilməsi üçün rayonun ayrı- ayrı kəndləri üzrə 9000 kv² ərazidə şitilliklər salınmışdır. İl ərzində 517,8 ton quru tütün istehsal edilərək tütün qəbulu məntəqələrinə təhvil verilmişdir.

    Heyvandarlıqla əlaqədar olaraq  rayon ərazisində fəaliyyət göstərən texniklər tərəfindən Oğuz DAİM-ə təqdim edilmiş süni mayalanma sənədləri elektron sistemə daxil edilmişdir.Hal hazırda bu işlər  davam etdirilir.

      Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi texniki bazasının möhkəmləndirilməsi üçün gələcəkdə Oğuz rayonunda emal müəssisələrinin tikilməsi nəzərdə tututlur.

     Aqrolizinq ASC-nin Oğuz Aqroserviz filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.

     R-56 (M-5.17 km) Kərimli avtomobil yolunun 21-31 km-lik hissəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişinə əsasən yenidənqurma işləri aparılıb.

    2023-cü ildə 0,4 kv-luq şəbəkədə 51 ədəd qəzalı vəziyyətdə olan dayaq istismara yararlı ağac dayaqla əvəz olunmuş, 63 ədəd əyri dayaq dikəldilmiş, 95 ədəd yeni metal dayaq quraşdırılaraq 3114 metr Sip kabel xətti çəkilmiş, 828 ədəd metal dayaq rənglənmiş, 389 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilmişdir.

   10 kv-luq EVX-də 38 ədəd yenimetal dayaq quraşdırılmış, 26 ədəd qəzalı dayaq normal istismara yararlı dayaqla əvəz olunmuş,27 ədəd əyri dayaq dikəldilmiş, 5460 metr məsafədə yeni AS-50 markalı naqil çəkilmiş, 93 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilmişdir. 210 ədəd 10/0,4 kv-luq yarımstansiya cari təmir olunmuş, 11 ədəd 10/0,4 kv-luq yarımstansiya əsaslı təmir olunmuşdur. 1 ədəd yeni güc mərkəzində 63 kv gücündə KTM quraşdırılmışdır.

     Oğuz Elektrik Şəbəkəsində 949 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunub.

    Zaqatala RQİİ-nin Oğuz xidmət sahəsi 2023-cü il ərzində şəhid, qazi və müharibə veteranları ailələrinin müraciətiərinə əsasən 10 ədəd fərdi yaşayış evi qazlaşdırılmış, 9 ədəd qaz xəttinin yeri dəyişdirilmişdir. Oğuz rayonunun kəndlərində 7500 p/m müxtəlif diametrli qaz xəttləri kol-kosdan təmizlənmişdir.Abonentləri fasiləsiz təbi qazla təmin etmək üçün Zərrab kəndində 200 p/m qaz xətti dayaqlar üzərinə qaldırılaraq normal vəziyyətə gətirilmiş və korroziyanın qarşısını almaq üçün rənglənmişdir. Yaqublu QPS ərazisində D 200 filter quraş-dırılmış, yararsız d150 mm-lik siyirtmə yenisi ilə əvəz edilmişdir. ”Təmiz qaz”QSC və         ”Dost MMC”-nin təhkim olunmuş işçiləri tərəfindən və 104 qəza xidmətinə vətəndaşlar tərəfindən edilən müraciətlər əsasında 1786 ədəd aşkar edilmiş qaz sızması aradan qaldırılmışdır.Qaz tənzimləyicilərə və siyirtmələrə mütamadi olaraq profilaktik və texniki baxış keçirilib. 2023-cü il ərzində  690 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmişdir.Kərimli kəndində 1ədəd,Oğuz şəhər Gənclik yaşayış massivində 2 ədəd qaz tənzimləyici quraşdırılmışdır. Gənclik yaşayış masivində vətəndaşlara qaz verilməsini təmin etmək üşün 5155 p/m yeni qaz xətti çəkilmişdir.

     Oğuz şəhəri, Calut, Bayan, Qumlaq, Şirvanlı, Tayiflı, Xalxal, Ərmənət, Xalxalqışlaq, Muxas, Baş Daşağıl, Bucaq, Padar, Kərimli kəndlərində GPON texnologiyaları şəbəkəsinin tikintisi tam başa çatdırılmış, əhali və təşkilatlara  95 faiz telefon, internet, İPTV paketinin tətbiqi ilə yeni xəttlər çəkilmişdir. Bu məqsədlə Oğuzda 6144 portluq, Kərimlidə 2048 portluq, Qumlaqda 2048 portluq  Muxasda 2048 portluq OLT  tikilmişdir.

     Qumlaq, Xaçmaz, Muxas, Kərimli kəndlərində GPON şəbəkəsini yüksək sürətlə təmin etmək üçün ASR-920 markalı transmissiya avadanlıqları istismara verilmişdir.

     Xaçmaz kəndində podratçı təşkilat tərəfindən GPON şəbəkəsi tikilmiş montaj işləri başa çatdırılmışdır. Bu məqsədlə Xaçmaz kəndində  2048 portluq OLT terminalı tikilmişdir və Xaçmaz, Xaçmazqışlaq, Abdallı, Filfilli kəndlərini əhatə edir.

     Muxas-Bucaq arası 8 km FO-24, Kərimli-Padar  arası 4 km FO-24, Oğuz-Bayan arası 7 km FO-24, Oğuz-Calut arası 5 km FO-12, Qumlaq-Xalxalqışlaq arası 4 km FO-24 birləşdirici fiberoptik kabel xətti çəkilmişdir.

    Qarabulaq, Qarabaldır, Yemişənli, Yaqublu kəndlərində tikinti işlərinə başlanmış,işlərin 50 faizi  icra edilmişdir.

    Yeni OLT ( ATS) terminallarını ehtiyyat enerji ilə təmin etmək məqsədi ilə Oğuz, Muxas, Kərimli, Sincan, Xaçmaz kəndlərində avtomatik idarə olunan dizelgeneratorlar quraşdırılmışdır. Ümumilikdə Oğuz rayonu ərazisində 316 km fiber optik kabel xətti çəkilib.

     Xaçmazqışlaq, Kərimli, Qumlaq, Yenikənd, Padar kəndlərində subartezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib.

     Daşağıl çay, Türyan çay, Xalxal çay, Qala çay və Oğuz çay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədilə çay məcrasının təmizlənməsi işləri yerinə yetirilmişdir. Daşağıl çayda  400 m³  və Qalaçayda 1100 m³ həcmdə daş-beton mühafizə bəndləri cari təmir edilib.

    Suvarma kanallarında suvarma suyunun maneəsiz və itkisiz axınını təmin etmək məqsədilə lildən təmizlənmə işləri görülmüşdür.

    2023-cü ildə 33 ədəd subartezian quyusu cari təmir edilmişdir.

     9 kəndin suvarma kanallarını su ilə təmin edən Həsənbəy kanalının 1600 p/m hissəsinə beton üzlük çəkilib.

    Cari ilin suvarma dövründə Oğuz SSİ tərəfindən sudan istifadə birliklərinə                          (su istifadəçilərinə) 38742 min m³ suvarma suyu verilmişdir və 39856 hektar sahədə rejimlə suvarılma işləri aparılmışdır.

   2023-cü  il  ərzində   Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar şəhərin  4 küçəsində ümumilikdə səkilərdə  350 m³ qum-çinqıl qatının hazırlanması, 2900 m² beton səki daşlarının düzülməsi, 3455 m² sahədə asfalt-beton örtüyün salınması, 60 m² sahədə tomet tavaların döşənməsi və sel sularının axıdılması üçün 115metr uzunluğunda D=300mm olan azbest-sement boru xəttinin çəkilməsi işləri yerinə yetirilmişdir.

   Həmçinin Oğuz şəhərində küçələrinin təmiri işləri ilə əlaqədar 17 küçədə ümümilikdə      2160 m³  qum-cınqıl qatının hazırlanması, 8600 m² ərazidə qırmadaş əsasın hazırlanması və  32300 m²  sahədə  asfalt-beton örtüyün salınması işləri yerinə yetirilmişdir.

      Yeni iş yerlərinin açılması. 2023-cü ildə rayonda 45 yeni iş yeri açılmışdır. Onlardan 21-i yeni yaradılmış, 24-ü mövcud  müəssisə və təşkilatlarda açılmışdır. 534 yeni fərdi sahibkarlıq  subyekti yaradılmışdır.

      Mədəniyyət. Hesabat dövründə 4 mədəniyyət evi, 21 klub, 24 kütləvi kitabxana və 2 muzey fəaliyyət göstərmişdir. Muzeylərdən biri Heydər Əliyev Mərkəzi, digəri                     tarix-diyarşünaslıq muzeyidir. Muzeylərin fondu 5337 eksponatdan ibarətdir ki, onlarında   787-i Heydər Əliyev Mərkəzinə, 4550-i tarix-diyarşünaslıq muzeyinə aiddir. 01 yanvar       2024-cü il tarixinə tamaşaçı və mühafizə zallarında yerlərin sayı 2900 ədəd həmçinin kitabxana fondu 171,6 min ədəd olmuşdur.

2023-ci ildə 400 eksponat, o cümlədən, 200 vahid H.Əliyev Mərkəzinin, 200 vahid tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Muzeylərə fərdi gələnlərin sayı 1300 nəfər olmuşdur. Muzeylərdə 20 nəfər çalışır, onlardan 17 nəfəri qadınlardır. Muzeylərdə işləyənlərin 7 nəfəri mütəxəssisdir. Muzeylərin saxlanması üçün 132,5 min manat dövlət büdcəsi vəsaitindən istifadə edilmişdir. Bu vəsaitin 104,4 min manatı (78,8 faiz)  əməkhaqqı xərcləri olmuşdur.

    Əmək bazarı. 01 yanvar 2024-cü il tarixinə rayonda mövcud olan iqtisadi fəal əhalinin 5050 nəfəri muzdla çalışır.

     Ərazi və əhali. Oğuz rayonunun ərazisi 1077 km², əhalisinin sayı 01 yanvar 2024-cü il tarixinə 44420 nəfər olmuşdur. Əhalinin 22432 nəfərini (50,5 %) kişilər, 21988 nəfərini       (49,5 %) qadınlar təşkil edir, 7935 nəfər (17,9 %) şəhərdə, 36485 nəfər (82,1 %) kənd yaşayış məntəqələrində  yaşayır.

cədvəl 8

                                     2023-cü ilin bəzi demoqrafik göstəriciləri.       ( ilkin məlumatlar )

S/S

 

GÖSTƏRİCİLƏR

nəfər

 

əhalinin hər

1000 nəfərinə

2022-ci il

2023-ci il

2022-ci il

2023-cü il

1.

Ümumi artım

312

213

7,1

4,8

2.

Təbii artım

292

182

6,7

4,1

3.

Diri doğulanlar

538

454

12,3

10,3

4.

Ölənlər

246

272

5,6

6,2

4.1

o cümlədən 1yaşa qədər ölən uşaqlar

1

3

0,02

0,07

5.

Gələnlər

33

31

0,8

0,7

6.

Gedənlər

13

0

0,3

0

7.

Miqrasiya saldosu

20

31

0,5

0,7

8.

Nikahlar              (vahid)

336

220

7,7

5,0

9.

Boşanmalar         (vahid)

73

67

1,7

1,5

 

       Hesabat dövründə əhalinin sayı 213 nəfər artmışdır. 2023-cü ildə 454 doğulan körpə qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 10,3-ə düşmüşdür. Bir yaşa qədər uşaq ölümü 3 nəfər olmuşdur. 2023-cü ilin yanvar-dekabr ayları ərzində 272 ölüm halı qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə bü göstərici 5,6-dan 6,2-yə qalxmışdır. 2023-cü ildə 220 nikah və 67 boşanma halları qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 7,7-dən 5,0-ə, boşanmaların sayı isə 1,7-dən 1,5-ə azalmışdır. Rayona 31 nəfər gəlmiş, rayondan gedən olmamışdır.     

     Səhiyyə. 2023-cü ilin yanvar-dekabr aylarında əhalinin sağlamlığını qorumaq məqsədi ilə 1 xəstəxana, 8 həkim məntəqəsi və 19 tibb məntəqəsi və 1 poliklinika  fəaliyyət göstərmiş, onlarda 59 həkim, 259 orta tibb işçisi çalışır. Xəstəxanalarda çarpayıların sayı 96-ya bərabərdir. Rayon əhalisinin hər 10000 nəfərinə 13 həkim, 59 orta tibb işçisi, 21 xəstəxana çarpayısı düşür.

      Təhsil. Rayonda 34 dövlət gündüz ümumtəhsil məktəbi, o cümlədən 2 ibtidai, 4 ümumi orta və 28 tam orta məktəb vardır. Məktəblərdən 3-ü şəhərdə, 31-i kəndlərdə fəaliyyət göstərir.

      Ötən dərs ilinin yekunları üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən tam orta təhsil haqqında attestat alanların sayı 384 nəfər , ümumi orta təhsil haqqında attestat alan şagirdlərin sayı 523 nəfər olmuşdur. Məzunların 181 nəfəri ali təhsil  müəssisələrinə,  66 nəfəri  orta  ixtisas  təhsil  müəssisələrinə  qəbul  olmuşdur.

      2023/2024-cü dərs ilində məktəblərdə 6067 şagird, o cümlədən 1783 nəfər (29,4 faiz) şəhərdə, 4284 nəfər (70,6 faiz) kəndlərdə təhsil alır. Şagirdlərin 2939 nəfəri (48,4 faiz) qızlardır. Qızların  894 nəfəri (30,4 faiz) şəhərdə, 2045 nəfəri (69,6 faiz) kəndlərdə təhsil alır. Əvvəlki dərs ilinə nisbətən cari dərs ilində şagirdlərin sayı 121 nəfər (2,0 faiz), qızların sayı 37 nəfər (1,2 faiz) azalmışdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 796 müəllim, o cümlədən şəhərdə 159 müəllim (20,0 faiz), kəndlərdə 637 müəllim (80,0 faiz) məşğul olur. Müəllimlərin 673 nəfəri (84,5 faiz) qadınlardır. İki şəhər məktəbində dərslər iki növbəlidir. 287 şagird ikinci növbədə təhsil alır. 32 təhsil müəssisəsində təhsil bir dildə, 2 təhsil müəssisəsində təhsil iki dildə aparılır. Rayonda 18 məktəbəqədər daimi müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrə 691 uşaq cəlb edilmişdir.   

      Bələdiyyələr. 2023-cü ildə bələdiyyə büdcələrinin gəlirləri 530,4  min manat və ya əvvəlki ilə nisbətən 18,1 faiz çox olmuşdur. Büdcə gəlirlərinin 174,3 min manatı vergilər hesabına əldə edilmiş və ümumi gəlirin 32,9 faizini təşkil edərək 2022-ci ilə nisbətən 13,8 faiz çox olmuşdur. 2023-cü ildə fiziki şəxslərdən yığılmış torpaq vergisi əvvəlki ilə nisbətən 18,0 faiz artaraq 143,4 min manat olmuşdur. Fiziki şəxslərdən yığılmış əmlak vergisi əvvəlki ilə nisbətən 2,2 faiz azalaraq 30,9 min manat olmuşdur. Bələdiyyə büdcəsi gəlirlərinin 356,1 min manatını (67,1 faiz) vergi olmayan gəlirlər təşkil etmişdir. Bu, əvvəlki ilə nisbətən 20,3 faiz çoxdur. Vergi olmayan gəlirlərin 205,4 min manatı (57,7 faiz) bələdiyyə əmlakının özəlləşdirilməsindən, 114,8 min manatı (32,2 faiz) bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən, 1,3 min manatı (0,4 faiz) sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərinə görə ödənişlərdən, 31,8 min manatı (8,9 faiz) Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalardan  əldə edilmişdir. Bələdiyyə  büdcəsinə 2,8 min manat (0,8 faiz) digər gəlirlər daxil olmuşdur.

      Bələdiyyə büdcəsinin gəlirləri bələdiyyə xərclərinə öz təsirini göstərir. 2023-cü ildə bələdiyyələrin xərcləri 530,2 min manat və ya əvvəlki ilə nisbətən 91,5 min manat (20,9 faiz) çox olmuşdur. Xərclərin 373,2 min manatı (70,4 faiz) yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 2,1 min manatı ( 0,4 faiz) təhsil xərclərinə, 18,8 min manatı (3,5 faiz) sosial müdafiə və sosial təminat xərclərinə, 18,5 min manatı (3,5 faiz) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə bağlı xərclərə, 26,9 min manatı (5,1 faiz) nəqliyyat və rabitə xərclərinə, 29,3 min manatı (5,5 faiz) mənzil və kommunal təsərrüfatı xərclərinə, 15,4  min manatı (2,9 faiz) ətraf mühitin mühafizəsi xərclərinə,  46,0 min manatı (8,7 faiz)  digər xərclərə sərf olunmuşdur.

      Əməkhaqqı. 2023-cü ildə rayonda muzdla çalışan işçilərin siyahı tərkibi üzrə orta sayı 5050 nəfər olmuşdur. 473 nəfər işə qəbul olunmuş, 383 nəfər işdən çıxmışdır. İşləyənlərin 3675 nəfəri dövlət, 1375 nəfəri qeyri-dövlət müəssisələrində çalışır. İşləyən işçilərə 35405,7 min manat əməkhaqqı fondu hesablanmışdır. Rayon üzrə fərdi sahibkarlar da daxil olmaqla muzdla işləyən hər işçinin orta aylıq nominal əməkhaqqı 594,9 manat, əvvəlki ilə nisbətən 59,2  manat (11,0 faiz) çox olmuşdur. Dövlət müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 636,1 manat, qeyri-dövlət müəssisələrində işləyənlərin orta aylıq  nominal  əməkhaqqı  484,2  manat  olmuşdur.

cədvəl 9

01 yanvar 2024-cü il tarixinə işçilərin sayı, hesablanmış əməkhaqqı fondu və orta aylıq nominal əməkhaqqı

   S/S

Fəaliyyət növlərinin adı

İşçilərin sayı, nəfər

Hesablanmış əməkhaqqı fondu, min manatla

Orta aylıq nominal əməkhaqqı, manatla

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

1

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

 

126

 

742,8

 

494,6

 

114,6

2

Emal sənayesi

198

2031,6

855,4

93,8

3

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

 

 

134

 

 

1368,4

 

 

850,5

 

 

106,6

4

Su təchizatı, tullantıların təmizlənməsi və emalı

 

197

 

1564,8

 

661,9

 

111,3

5

Tikinti

130

782,8

502,1

117,8

6

Ticarət; nəqliyyat vasitələrinin təmiri

908

4136,2

390,9

103,2

7

Nəqliyyat və anbar təsərrüfatı

40

179,2

402,6

111,3

8

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

 

16

 

66,6

 

341,7

 

108,4

9

İnformasiya və rabitə

50

404,3

667,2

146,2

10

Maliyyə və sığorta fəaliyyəti

32

535,1

1411,9

127,5

11

Daşınmaz əmlakla əlaqədər əməliyyat

 

1

 

4,9

 

410,8

 

177,7

12

Peşə, elmi və texniki fəaliyyət

12

96,1

681,4

123,7

13

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

 

46

 

273,5

 

500,9

 

115,5

14

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

 

432

 

4633,8

 

901,3

 

111,6

15

Təhsil

1913

12008,8

536,7

110,6

16

Əhaliyə səhiyyə və sosial xidmətlərin  göstərilməsi

 

582

 

5048,3

 

733,4

 

113,6

17

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

 

222

 

1350,3

 

506,3

 

115,2

18

Digər sahələrdə xidmətlərin göstərilməsi

 

11

 

178,2

 

1291,6

 

154,9

X

Rayon üzrə cəmi:

5050

35405,7

594,9

111,0

   

    2023-cü ilin yekunları göstərir ki, Oğuz rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, dövlət müəssisələri Respublikamızda qazanılmış uğurlardan ilhamlanır, “Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla yerinə yetirilməsinə, rayonun sosial, iqtisadi problemlərinin həllinə öz layiqli  töhfələrini verirlər.

           

 

 

 

2022-ci il ərzində OĞUZ  RAYONUNUN SOSİAL, İQTİSADİ İNKİŞAFI HAQQINDA

 

      Ölkəmizdə aparılan iqtisadi islahatlar, neft strategiyası və yaradılmış potensial qlobal iqtisadi çağırışlara adekvat cavab verməyə imkan yaratmışdır. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ötən ildə də sosial, iqtisadi tərəqqi davam etmiş, bu siyasət Oğuz rayonunun iqtisadi inkişafına da öz müsbət təsirini göstərmişdir.

     Ümumi məhsul. Oğuz rayonunda 2022-ci ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 11,3 faiz artaraq 152836,0 min manat təşkil etmişdir.

                                                                                                                   

      Diaqramdan göründüyü kimi, istehsal olunmuş  məhsul və xidmətlərin ümumi həcmində 74,8 faizi istehsal sahələrinin, 25,2 faizi xidmət sahələrinin payına düşür. Əvvəlki ilə nisbətən məhsul buraxılışında istehsal sahələrinin payı 11,1 faiz, xidmət sahələrinin payı 12,1 faiz artmışdır.

                                                                                                                                1 №-li cədvəl

2022-ci ildə Oğuz rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

 

 

S/S

 

İqtisadiyyatın

sahələri

2022-ci il

faktiki

qiymətlərlə

(min manat)

2021-ci il

faktiki qiymətlərlə

(min manat)

qiymət

indeksi

(faizlə)

2022-ci il

2021-ci ilin

qiymətlərilə

(min manat)

fiziki

həcm

indeksi

(faizlə)

1.

Sənaye

30084,6

23321,6

109,4

27496,2

117,9

2.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

 

59431,1

 

49437,7

 

117,4

 

50614,9

 

102,4

3.

Tikinti-quraşdırma işləri

 

24833,4

 

30204,4

 

100,0

 

24833,4

 

82,2

4.

Nəqliyyat  və  anbar təsərrüfatı

 

3240,9

 

2447,5

 

100,0

 

3240,5

 

132,4

5.

İnformasiya və rabitə

835,2

744,1

100,0

835,2

112,2

6.

Ticarət; nəqliyyat vasitələrinin təmiri

 

34410,8

 

31135,0

 

114,48

 

30058,4

 

96,5

X

Y e k u n u

152836,0

137290,3

111,5

137078,6

99,8

 

      1 №-li cədvəldə əks olunduğu kimi, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq sahəsində 59431,1 min manatlıq və ya ümumi məhsulun 38,9 faizi qədər, sənayedə 30084,6 min manatlıq (19,7 %), tikintidə 24833,4 min manatlıq (16,2 %), nəqliyyat və anbar təsərrüfatında 3240,9 min manatlıq (2,1 %), informasiya və rabitə sahəsində 835,2 min manatlıq (0,6 %), ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 34410,8 min manatlıq (22,5 %) məhsul və xidmətlər istehsal olunmuşdur. Ümumi məhsulun həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,2 faiz azalaraq 137078,6 min manat olmuş, o cümlədən, sənayedə 17,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqcılıq sahəsində 2,4 faiz, nəqliyyat və anbar təsərrüfatında 32,4 faiz, informasiya və rabitə sahəsində 12,2 faiz artmış, tikinti-quraşdırma işlərində 17,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 3,5 faiz azalma müşahidə olunmuşdur.

     

                                                                                                                          2 №-li cədvəl

2022-ci ildə Oğuz rayonu üzrə makroiqtisadi göstəricilər.

S/S

 

G Ö S T Ə R İ C İ L Ə R

2022-ci il

yanvar-dekabr

ayları

(min manat)

2021-ci il

yanvar-dekabr aylarına nisbətən (müqayisəli qiymətlərlə, faizlə)

 

1.

Ümumi məhsul buraxılışı

152836,0

99,8

2.

Sənaye məhsulunun (iş və xidmətlərin)  həcmi

30084,6

117,9

3.

Əsas kapitala yönəldilən investisiyalar

28689,9

72,3

4.

Kənd təsərrüfatı məhsullarının ümumi həcmi

59431,1

102,4

5.

Nəqliyyat sektorunda yük daşınması, min ton

928,0

111,3

6.

İnformasiya və rabitə xidmətlərinin dəyəri

835,2

112,2

7.

Pərakəndə ticarət dövriyyəsi

107533,8

96,5

8.

Əhaliyə göstərilən ödənişli xidmətlər

13799,3

104,1

9.

Hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı (manat)

 

538,1

 

118,6

 

     Kənd təsərrüfatı. Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır və iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda kartof və tərəvəz məhsullarının istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi rayonun ümumi sahəsinin 36,5 faizini təşkil edir.     

    2022-ci ilin məhsulu üçün rayon üzrə ümumi əkin sahəsi 18315 hektar olmuş  və əvvəlki ilə nisbətən 327 hektar (1,8 %) azalmışdır. Əkin sahələrinin 110 hektarı bağların cərgələri arasındadır. 2022-ci  ilin məhsulu üçün əkin sahələrinin 17904 hektarı (97,8 %) ailə kəndli və ev təsərrüfatlarının, 25 hektarı (0,1 %) dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının, 386 hektarı (2,1 %) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının payına düşür. Ailə kəndli və ev təsərrüfatlarında əkin sahələri əvvəlki ilə nisbətən 16 hektar (0,1 %), dövlət  kənd təsərrüfatı müəssisə və təşkilatlarında 5 hektar (25,0 %) artmış, qeyri-dövlət  kənd təsərrüfatı müəssisə və təşkilatlarında isə 348 hektar (47,4 %) az olmuşdur. 16600 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər əkilmiş, 53264,7 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 2180,6 ton (3,9 %) azalmış, hər hektardan məhsuldarlıq isə 0,6 sentner/hektar azalaraq 32,1 sentner olmuşdur. 16253 hektar sahədə payızlıq taxıl əkilmiş,  51423 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 1967 ton (3,7 %) azalmış, hər hektardan məhsuldarlıq isə 0,9 sentner/hektar azalaraq 31,6 sentner olmuşdur. 11283 hektar sahədə dən üçün payızlıq buğda əkilmiş, 35117 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 3768 ton (9,7 %) azalmış, hər hektardan məhsuldarlıq isə 1,2 sentner/hektar azalaraq 31,1 sentner olmuşdur. 4970 hektar sahədə dən üçün payızlıq arpa əkilmiş, 16306 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 1801 ton (12,4 %) artmış, hər hektardan məhsuldarlıq isə 0,4 sentner/hektar azalaraq 32,8 sentner olmuşdur. Hesabat dövründə 42 hektar sahədə dən üçün vələmir əkilmiş və 137,0 ton məhsul istehsal edilmişdir.

                                                                                                           

                                                                                                                          3 №-li cədvəl

2022-ci ildə əkin sahələri haqqında məlumat               

                                                                                                                   (hektar)

S/S

 

Ə K İ N  S A H Ə L Ə R İ N İ N  A D I

2021-ci il

2022-ci il

F ə r q

+;-

faizlə

1.

Payızlıq taxıl

16423

16253

-170

99,0

1.1

                                       o cümlədən  buğda

12057

11283

-774

93,6

1.2

                                                            arpa

4366

4970

604

113,8

2.

Yazlıq dənli bitkilər

239

265

26

110,9

2.1

                     o cümlədən  dən üçün qarğıdalı

237

223

-14

94,1

2.2

                                                          vələmir

0

42

42

x

2.3

                                                          sorqo

2

0

-2

x

3.

Paxlalılar bitkilər

25

82

57

328,0

3.1

                                          o cümlədən  lobya

25

25

0

100,0

3.2

                                                              soya

0

57

57

x

4.

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər

16687

16600

-87

99,5

5.

Texniki bitkilər

220

67

-153

30,5

5.1

                                          o cümlədən  tütün

220

67

-153

30,5

6.

Kartof

298

351

53

117,8

7.

Tərəvəz

297

276

-21

92,9

8.

Bostan

2

5

3

250,0

9.

Yem bitkiləri

1138

1016

-122

89,3

9.1

              o cümlədən  birillik otlar

287

330

43

115,0

9.2

                                  cari ilin çoxillik otları

155

106

-49

68,4

9.3

                      keçən illərin əkilmiş çoxillik otları   

646

580

-66

89,8

9.4

Keçən ilin payızında əkilmiş yem bitkiləri

50

0

-50

x

10.

Çoxillik otlar

801

686

-115

85,6

10.1

                                           o cümlədən: yonca

797

682

-115

85,6

10.2

                                                                xaşa  

4

4

0

100,0

X

Əkin sahələri  cəmi:

18642

18315

-327

98,2

 

                    ondan  bağların cərgələri arasında

107

110

3

102,8

    

      Payızlıq taxıl sahələrinin tərkibində buğda sahələrinin xüsusi çəkisi əvvəlki ilə nisbətən 4,0 faiz azalmışdır. Yaz əkini qurtaranadək salamat qalmış payızlıq taxıl sahələrinin 20 hektarı (0,1 %) dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının, 386 hektarı (2,4 %) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarının, 15847 hektarı (97,5 %) ailə kəndli və ev təsərrüfatlarının payına düşür.

      Payızlıq taxılın 50649 tonu (98,5 %) ailə kəndli və ev təsərrüfatlarında, 24 tonu (0,1 %) dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında, 750 tonu (1,4 %) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında istehsal edilmişdir. Əvvəlki ilə nisbətən payızlıq taxıl istehsalı ailə kəndli və ev təsərrüfatlarında 254 ton (0,5 %), qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında 1687 ton (69,2 %), dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında 26 ton (52,0 %) azalmışdır. İstehsal edilmiş buğda məhsulunun 24689,8 tonu (70,3 %) ərzaqlıq yumşaq buğda növünə aiddir.   

     Ailə kəndli və ev təsərrüfatlarında 25 hektar dən üçün lobya sahəsindən 25 ton məhsul  istehsal  edilmiş və əvvəlki illə eyni olmuşdur. 2022-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 57 hektarında soya bitkisi əkilmiş və 59,4 ton məhsul istehsal edilmişdir.

    2022-ci ildə rayonda 223 hektar dən üçün qarğıdalı əkilmiş, 1563,3 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 466,0 ton (23,0 %) azalmış, hər hektardan məhsuldarlıq isə 20,9 sentner/hektar artaraq 70,1 sentner olmuşdur. Qarğıdalı sahələrinin  218 hektarı (97,8 %) ailə kəndli və ev təsərrüfatlarında, 5 hektarı (2,2 %) dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarında əkilmişdir.      

 

4 №-li cədvəl

                                      2022-ci ildə bitkiçilik məhsulları istehsalı

                                                                                                                                             (ton)

S/S

G Ö S T Ə R İ C İ L Ə R

 

2021- ci il

 

2022-ci il

        Fərq

+;-

faizlə

1.

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər cəmi:

 

55445,3

 

53264,7

 

-2180,6

 

96,1

1.2

        o cümlədən;  payızlıq taxıl

53390

51423

-1967,0

96,3

 

                                             ondan buğda

38885

35117

-3768,0

90,3

 

                                                        arpa

14505

16306

1801,0

112,4

1.3

        vələmir

0

137

137,0

x

1.4

        sorqo

1

0

-1

x

1.5

        qarğıdalı

2029,3

1563,3

-466,0

77,0

1.6

        lobya

25

25

0

100,0

1.7

        soya

0

116,4

116,4

x

2.

Tütün

368,0

196,3

-171,7

53,3

3.

Kartof

2727,8

4756,9

2029,1

174,4

4.

Tərəvəz

2651,7

2480,1

-171,6

93,5

5.

Bostan

19,4

49,2

29,8

253,6

6.

Üzüm

79,4

100,0

20,6

125,9

7.

Meyvə və giləmeyvə cəmi:

4246,0

4886,6

640,6

115,1

 

o cümlədən; meyvə

4029,2

4654,4

625,2

115,5

 

                                      ondan  tumlu

1662,0

1717,0

55,0

103,3

 

                                            bərkqabıqlılar

1114,8

1553,9

439,1

139,4

 

                                              ondan fındıq

714,5

1071,7

357,2

150,0

 

   2022-ci ildə rayonda 67 hektar tütün əkilmiş, 196,3 ton quru tütün istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 171,7 ton (46,7 %) azalmış, hər hektardan məhsuldarlıq isə 4,8 sentner/hektar artaraq 29,3 sentner olmuşdur. 2022-ci ildə 351 hektar kartof bitkisi əkilmiş, 4756,9 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 2029,1 ton        (74,4 %) artmış, hər hektardan məhsuldarlıq isə 44,0 sentner/hektar artaraq 135,5 sentner olmuşdur. 5 hektar sahədə ərzaq üçün bostan bitkiləri əkilmiş, 49,2 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 29,8 ton (2,5 dəfə) artmış, hər hektardan məhsuldarlıq isə 1,4 sentner/hektar artaraq 98,4 sentner olmuşdur. İstehsal edilmiş bostan məhsullarının  53,9 faizi qarpız, 46,1 faizi yemiş məhsuludur. 2022-ci ildə 276 hektar sahədə tərəvəz bitkiləri əkilmiş, 2480,1 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 171,6 ton (6,5 %) azalmış, hər hektardan məhsuldarlıq isə 0,6 sentner/hektar artaraq 89,9 sentner olmuşdur. Tərəvəzin 186,3 tonu (7,5 %) kələm, 410,2 tonu (16,5 %) xiyar, 514,7 tonu (20,8 %)  pomidor, 31,6 tonu (1,3 %) süfrə çuğunduru, 30,4 tonu (1,2 %) süfrə yerkökü, 245,7 tonu (9,9 %) baş soğan, 96,1 tonu (3,9 %) sarımsaq, 965,1 tonu (38,9 %) sair tərəvəz bitkiləridir. Sair tərəvəzin 3,9 faizi qabaq, 11,0 faizi  badımcan, 6,7 faizi şirin bibər, 4,4 faizi acı bibər, 3,5 faizi turp və 70,5 faizi digər tərəvəz bitkiləridir.

      Yem bitkilərinin ümumi əkin sahəsi 1016 hektar olmuş, 2070,1 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 205,9 ton (9,1 %) az olmuşdur. Yem üçün birillik otların səpini 330 hektar, bu ilin coxillik otları 106 hektar və keçən illərdə əkilmiş coxillik otlar 580 hektar olmuşdur. 2022-ci ildə 107 hektar sahədə silos, yaşıl yem və senaj üçün təkrar qarğıdalı əkilmiş və 2124 ton məhsul, həmcinin 109 hektar sahədə təkrar soya bitkisi əkilmiş və 57,0 ton məhsul istehsal edilmişdir.

        

5 №-li cədvəl

2022-ci ildə istehsal edilmiş bitkiçilik məhsullarının hər hektardan məhsuldarlığı

                                                                                                                            (sentner/hektar)

S/S

G Ö S T Ə R İ C İ L Ə R

2021-ci il

2022-ci il

F ə r q

     +,-

faizlə

1.

Payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər cəmi:

 

32,7

 

32,1

 

-0,6

 

98,2

1.1

        o cümlədən;  payızlıq taxıl

32,5

31,6

-0,9

97,2

 

                                           ondan  buğda

32,3

31,1

-1,2

96,3

 

                                                       arpa

33,2

32,8

-0,4

98,8

1.2

        vələmir

0,0

32,6

32,6

x

1.3

        sorqo

5,0

0,0

-5,0

x

1.4

        qarğıdalı

49,2

70,1

20,9

142,5

1.5

        lobya

10,0

10,0

0,0

100,0

1.6

        soya

0,0

10,4

10,4

x

2.

Tütün

24,5

29,3

4,8

119,6

3.

Kartof

91,5

135,5

44,0

148,1

4.

Tərəvəz

89,3

89,9

0,6

100,7

5.

Bostan

97,0

98,4

1,4

101,4

6.

Üzüm

23,2

32,3

9,1

139,2

7.

Meyvə və giləmeyvə cəmi:

15,0

17,0

2,0

113,3

 

                       o cümlədən; meyvə

14,5

16,4

1,9

113,1

 

                                           ondan  tumlu

51,9

53,6

1,7

103,3

 

                                            bərkqabıqlılar

5,5

7,4

1,9

134,5

 

                                                  ondan fındıq

3,8

5,6

1,8

147,4

        

      Rayonda 6228,6 hektar bağlar və giləmeyvəliklər mövcud olmuş, 4886,6 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 640,6 ton (15,1 %) artmış, hər hektardan məhsuldarlıq isə 2,0 sentner/hektar artaraq 17,0 sentner olmuşdur. 6177,2 hektar meyvə bağlarından 4654,4 ton məhsul istehsal edilmiş, əvvəlki ilə nisbətən istehsalın həcmi 625,2 ton  (15,5 %) artmış, hər hektardan məhsuldarlıq isə 1,9 sentner/hektar artaraq 16,4 sentner olmuşdur.

      2022-ci ildə ailə kəndli və ev təsərüfatlarında və qeyri-dövlət kənd təsərrüfatı müəssisələrində 289,9 hektar yeni bağlar salınmışdır. Yeni salınmış bağların 206 hektarı (71,1 %) fındıq, 83,9 hektarı (28,9 %) qoz bağlarıdır. Mövcud meyvə bağlarının 5509,4 hektarı (89,2 %) ailə kəndli və ev təsərrüfatlarına, 667,8 hektarı (10,8 %) qeyri-dövlət kənd təsərrüfatı müəssisə və təşkilatlarına məxsusdur. Meyvə və giləmeyvə bağlarının 2881,6 hektarı       (46,3 %) o cümlədən meyvə bağlarının 2832,1 (45,8 %) hektarı bar verən yaşda olan əkmələrdir.

      4369,5 hektarı fındıq bağlarından 1071,7 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 357,2 ton (50,0 %) artmış, hər hektardan məhsuldarlıq isə 1,8 sentner/hektar artaraq 5,6 sentner olmuşdur. Fındıq bağlarının 1917,6 hektarı (43,9 %) bar verən yaşdadır.     

     Hal-hazırda rayonda 31 hektar üzüm sahələrindən 100,0 ton məhsul istehsal edilmiş və əvvəlki ilə nisbətən istehsalın həcmi 20,6 ton (25,9 %) artmış, hər hektardan məhsuldarlıq isə 9,1 sentner/hektar artaraq 32,3 sentner olmuşdur. Bundan başqa, ailə kəndli və ev təsərrüfatlarında 8,5 ton talvar üzümü istehsal edilmişdir. Rayonda çəkil əkmələrinin ümumi sahəsi 23,8 hektardır.           

 

 

 

 

6 №-li cədvəl

          01 yanvar 2023-cü il tarixə mal-qaranın sayı.

 

S/S

    G Ö S T Ə R İ C İ L Ə R

        m i q d a r ı

        f ə r q:                 

 
 

 

2021-ci il

2022-ci il

   +, -

faizlə

 

1.

İri buynuzlu mal-qara

19916

19754

-162

99,2

 

2.

                     o cümlədən:   müəssisələrdə

382

274

-108

71,7

 

3.

                                                       əhalidə

19534

19480

-54

99,7

 

4.

İnək və camışlar

10349

10152

-197

98,1

 

5.

                     o cümlədən:   müəssisələrdə

201

78

-123

38,8

 

6.

                                                       əhalidə

10148

10074

-74

99,3

 

7.

Naxırda ana malın xüsusi çəkisi (faizlə)

52,0

51,4

-0,6

x

 

8.

Qoyun - keçilər

42067

43159

1092

102,6

 

9.

                     o cümlədən:   müəssisələrdə

2389

2394

5

100,2

 

10.

                                                       əhalidə

39678

40765

1087

102,7

 

11.

Ana qoyun-keçi, şişək və küərlər

30047

29984

-63

99,8

 

12.

                     o cümlədən:   müəssisələrdə

1299

985

-314

75,8

 

13.

                                                       əhalidə

28748

28999

251

100,9

 

14.

Dоnuzlаr

42

115

73

273,8

 

15.

                                 o cümlədən:  əhalidə

42

115

73

273,8

 

16.

Quşlar

126711

125477

-1234

99,0

 

17.

                                 o cümlədən:  əhalidə

126711

125477

-1234

99,0

 
 

18.

Arılar - ailə

7455

7489

34

100,5

 

19.

                                 o cümlədən:  əhalidə

7455

7489

34

100,5

 
 

20.

Аtlar

492

498

6

101,2

 

21.

                     o cümlədən:   müəssisələrdə

8

6

-2

75,0

 

22.

                                                       əhalidə

484

492

8

101,7

 

23.

Eşşəklər və qatırlar

204

189

-15

92,6

 

24.

                                o cümlədən:   əhalidə

204

189

-15

92,6

 

25.

                    Məhsul  istehsalı

 

       

26.

Ət (diri çəkidə, ton)                                       

2196,9

2147,5

-49,4

97,8

 

27.

Süd    (ton)

14235,8

14048,8

-187,0

98,7

 

28.

Yumurta   (min ədəd)

5395

5472

77

101,4

 

29.

Yun  ( ton)

93,8

73,1

-20,7

77,9

 
 

 

               

     6 №-li cədvəldən əks olunduğu kimi, 01 yanvar 2023-cü il tarixə rayonda iri buynuzlu mal-qaranın sayı 19754 baş və əvvəlki ilə nisbətən 162 baş (0,8 %) az olmuşdur. Mal-qaranın 19480 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmaqla mövcud mal-qaranın 98,6 faizini təşkil edir. Ailə kəndli və ev təsərrüfatlarında iri buynuzlu mal-qaranın sayı əvvəlki ilə nisbətən 54 baş (0,3 %) azalmışdır. İri buynuzlu mal-qaranın 10152 başını inək və camışlar təşkil etmiş və əvvəlki ilə nisbətən 197 baş (1,9 %) az olmuşdur. Naxırda ana malın xüsusi çəkisi 51,4 faiz olmuşdur. Ailə kəndli və ev təsərrüfatlarında inək və camışların sayı 10074 baş və əvvəlki ilə nisbətən 74 baş (0,7 %) az olmuşdur.

       2022-ci ildə mövcud qoyun və keçilərin sayı 43159 baş və ya əvvəlki ilə nisbətən 1092 baş (2,6 %) çox olmuşdur. Ailə kəndli və ev təsərrüfatlarında 40765 baş qoyun-keçi saxlanılır. Bu, əvvəlki ilə nisbətən 1087 baş (2,7 %) çox olmuşdur. Qoyun-keçilərin 29984 başı (69,5 %) ana qoyun-keçi, şişək və küərlərdir. Bu, əvvəlki ilə nisbətən 63 baş (0,2 %) az olmuşdur.

      Ailə kəndli və ev təsərrüfatlarında donuzların sayı 73 baş artaraq ( 2,7 dəfə) 115 baş olmuşdur. Quşların sayı əvvəlki ilə nisbətən 1234 baş (1,0 %) azalaraq 125477 baş olmuşdur. Arı ailələrinin sayı əvvəlki ilə nisbətən 34 ailə (0,5 %) artaraq 7489 ailə olmuşdur. Atların sayı əvvəlki ilə nisbətən 6 baş (1,2 %) artaraq 498 baş olmuşdur. Atların 492 başı (98,8 %) ailə kəndli və ev təsərrüfatlarına məxsusdur. Ailə kəndli və ev təsərrüfatlarında 189 baş eşşək və qatır saxlanılır ki, bu da əvvəlki ilə nisbətən 15 baş (7,4 %) az olmuşdur.

      2147,5 ton diri çəkidə ət, 14048,8 ton süd, 5472 min ədəd yumurta, 73,1 ton yun istehsal edilmişdir. Əvvəlki  ilə nisbətən ət istehsalı 49,4 ton (2,2 %), süd istehsalı 185,3 ton (1,3 %), yun istehsalı 20,4 ton (22,1 %) azalmış, yumurta istehsalı 77 min ədəd (1,4 %) artmışdır. Hesabat dövründə ailə kəndli və ev təsərrüfatlarında 2987,8 kq barama istehsal edilmiş, əvvəlki ilə nisbətən 3028,3 kq (50,3 %) az olmuşdur.

      Kənd təsərrüfatı, kənd təsərrüfatına xidmət və meşəçilik müəssisələrində çalışanların orta sayı 130 nəfər olmuş, onlara 669,5 min manat əməkhaqqı hesablanmışdır. Hər işçiyə düşən orta aylıq əməkhaqqı 431,7 manat olmuşdur. Bu, əvvəlki ilə nisbətən 58,2 manat (15,6 %) çoxdur.

     Sənaye. 01 yanvar 2023-cü il tarixinə 11 sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonun sənayesi əsasən qida məhsulları və ağac məmulatlarının istehsalı, suyun yığılması və paylanması, habelə elektrik enerjisi və təbii qazın bölüşdürülməsi sahələri ilə təmsil olunur.

    2022-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 29,0 faiz  artaraq 30084,6 min manat təşkil etmişdir.

    2022-ci ildə emal sənayesi üzrə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilə nisbətən 37,6 faiz artaraq 22711,4 min manatlıq, elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsi üzrə 9,2 faiz artaraq 6695,5 min manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə 677,7 min manatlıq  məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

     01 yanvar  2023-cü il tarixinə müəssisələrdə məhsul qalığı 1414,6 min manat olmuşdur.

     Sənaye sahəsində işləyənlərin orta sayı 491 nəfər, onlara hesablanmış əməkhaqqı fondu 4488,1 min manat, hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 762,0 manat, və ya əvvəlki  ilin müvafiq dövrünə nisbətən 101,0  manat (15,3 %) çox olmuşdur.

     Dövlət sektorunda işləyənlərin orta sayı 315 nəfər, onlara hesablanmış orta aylıq nominal əməkhaqqı 670,8 manat, qeyri-dövlət sektorunda və fiziki şəxslər üçün işləyənlərin orta sayı 176 nəfər, onlara hesablanmış orta aylıq nominal əməkhaqqı 920,9  manat olmuşdur.

      Ticarətdə əmtəə dövriyyəsi. Ticarət sahəsində 1 dövlət, 10 qeyri-dövlət müəssisəsi, bir yarmarka bazar fəaliyyət göstərmişdir.

      Pərakəndə ticarət dövriyyəsinin həcmi 107533,8 min manat olmuş, əvvəlki ilə nisbətən 12898,6 min manat (13,6 %) artmışdır. Hüquqi şəxslər üzrə əmtəə dövriyyəsinin 11,3 min manatı (0,1 %) dövlət mülkiyyətinin, 10170,5 min manatı (99,9 %) qeyri-dövlət mülkiyyətinin payına düşür. Ümumi əmtəə dövriyyəsinin həcmində hüquqi şəxslərin dövriyyəsi 10181,8 min manat (9,5 %), fiziki şəxslərin dövriyyəsi 97352,0 min manat (90,5 %) təşkil etmişdir. Hüquqi şəxslərin əmtəə dövriyyəsi əvvəlki ilə nisbətən 2262,8 min manat (28,6 %), fiziki şəxslərin əmtəə dövriyyəsi 10635,8 min manat (12,3 %) artmışdır. Fiziki şəxslər üzrə əmtəə dövriyyəsinin 12183,8 min manatı (12,5 %) bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin, 85168,2  min manatı (87,5 %) digər fiziki şəxslərin payına düşür.

      Əhalinin hər nəfərinə düşən əmtəə dövriyyəsinin həcmi 2363,17 manat olmuşdur. Bu, əvvəlki ilə nisbətən  266,27  manat  (12,7 %) çox olmuşdur.

      Ticarət təşkilatlarında işləyənlərin orta sayı 75 nəfər, onlara hesablanmış əməkhaqqı fondu 482,8 min manat, hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 536,44 manat, əvvəlki ilə nisbətən 74,34 manat  (16,1 %) çox olmuşdur. 2022-ci ildə fərdi sahibkarlar da daxil olmaqla ticarət sahəsində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,7 manat (2,3 %) artaraq 379,5 manat olmuşdur.

      Xidmət. 2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 13799,3 min manat olmuş və əvvəlki  ilə nisbətən müqayisəli qiymətlərlə 1790,5 min manat (14,9 %) artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin 5589,1 min manatı (40,5 %) hüquqi şəxslərin, 8210,2 min manatı (59,5 %) fiziki şəxslərin payına düşür. Ödənişli xidmətlərin 1401 min manatını (10,2 %) məişət xidmətləri təşkil etmişdir. 2022-ci ildə iaşə dövriyyəsi əvvəlki ilə nisbətən 869,9 min manat (57,2 %) artaraq  2391,9 min manat olmuşdur. İaşə dövriyyəsinin  111,9 min  manatı (4,7 %) hüquqi şəxslərin, 2280,0 min manatı (95,3 %) fiziki şəxslərin payına düşür.

      Xidmət təşkilatlarında işləyənlərin orta sayı 42 nəfər, onlara hesablanmış əməkhaqqı fondu 158,7 min manat, hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 314,9 manat olmuşdur. Əməkhaqqı əvvəlki ilə nisbətən 62,0 manat (24,5 %) çox olmuşdur.

      Rabitə və informasiya. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan aparıcı sahələrdən biri rabitədir. 2022-ci ildə rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 835,2 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmişdir. Xidmətlərin həcmi əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 91,1 min manat (12,2 %) artmışdır.      

     Şəhərlərarası və beynəlxalq telefon rabitəsi üzrə xidmətlərin həcmi 22,9 min manat, şəhər  telefon rabitəsi üzrə 78,0 min manat, kənd telefon rabitəsi üzrə 179,4 min manat, sair rabitə xidmətləri üzrə 554,9 min manat olmuşdur.

    Rabitə müəssisələrində işləyənlərin orta sayı 53 nəfər olmuş, onlara 290,6 min manat əməkhaqqı hesablanmışdır. Hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 456,2  manat və ya əvvəlki ilə nisbətən  106,7 manat (30,5 %) çox olmuşdur.

      Nəqliyyat. Avtomobil nəqliyyatı ölkənin sosial-iqtisadi həyatına ciddi təsir edən, ölkənin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən iqtisadi fəaliyyət növlərindən biridir. 

     2022-ci ildə nəqliyyat  sektorunda faktiki qiymətlərlə məhsul buraxılışının həcmi (fiziki şəxslər də nəzərə alınmaqla)  3240,9 min manat və ya əvvəlki ilə nisbətən 793,4 min manat (32,4 %) çox olmuşdur. Nəqliyyat sektorunda məhsul buraxılışının fiziki həcm indeksi 132,4 faiz olmuşdur. Avtomobil nəqliyyatı ilə bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3196 min sərnişin, 928 min ton yük daşınmışdır. Bu, əvvəlki ilə nisbətən 663  min sərnişin (26,2 %), 170 min ton yük (11,3 %) çox olmuşdur.

      Nəqliyyat müəssisələrində işləyənlərin orta sayı 43 nəfər olmuş və onlara 180,1 min manat  əməkhaqqı hesablanmışdır. İşçilərin orta aylıq nominal əməkhaqqı 361,6  manat, və ya əvvəlki  ilə nisbətən 76,9  manat  (27,0 %) çox olmuşdur.

      Tikinti və mənzil kommunal xidmətləri. 2022-ci ildə 39 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, evlərin ümumi sahəsi 5115 m², yaşayış sahəsi 4363  m², dəyəri 1814 min manat olmuşdur. Rayon ərazisində fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən 1963,2 min manatlıq cari təmir işləri həyata keçirilmiş, əvvəlki ilə nisbətən 439,9 min manat (18,3 %) az olmuşdur. Tikinti müəssisələrində işləyən işçilərin orta sayı 117 nəfər olmuş və onlara 629,1 min manat əməkhaqqı hesablanmışdır. Hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 449,7 manat və ya əvvəlki ilə nisbətən 13,7 manat (3,1 %) çox olmuşdur.

    2022-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala 28689,9 min manatlıq investisiya yönəldilmiş və əvvəlki ilə nisbətən 10995,6 min manat (27,7 %) az olmuşdur. İnvestisiyaların 26416,3 min manatı (92,1 %) dövlət, 2273,6 min manatı (7,9 %) qeyri-dövlət mülkiyyətində olan müəssisələr tərəfindən yönəldilmişdir. 

     Əsas kapitala yönəldilmiş investisiyadan 24833,4 min manatı (86,6%) tikinti-quraşdırma işlərinə sərf edilmişdır. Tikinti-quraşdırma işlərinə yönəldilən investisiyaların 22715,1 min manatı (91,5 %) dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 2118,3 min manatı      (8,5%) isə qeyri-dövlət mülkiyyətində olan müəssisələrin payına  düşür. 2022-ci il bütün maliyyə mənbələri hesabına 67189,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

      “Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” (2019-2023) üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi.

      “Regionların sosial, iqtisadı inkişafına dair Dövlət Proqramın”da  barama istehsalının artırılması üçün 2022-ci ildə 190 qutu ipək qurdu toxumu gətirilərək əhaliyə paylanılmış, 2987 kq barama istehsal edilərək qəbul məntəqəsinə təhvil verilmişdir.

      5000 m² ərazidə tütün şitillikləri salınmış, 67 ha sahədə tütün əkilmiş və 196,3 ton quru tütün istehsal edilmişdir. Rayonda yaş tütün qəbulu və emalı ilə ikisi hüquqi, biri isə fiziki şəxs olmaqla 3 ədəd tütün qəbulu məntəqəsi fəaliyyət göstərir ki, həmin məntəqələrdə ümumilikdə 90 kamera quraşdırılmışdır.

      2022-ci il ərzində  rayon ərazisində 206 ha fındıq bağı salınmış, 10000 ədəd yerli tut tingi gətirilərək kəndlər üzrə fermerlərə paylanılmışdır. 

      Aqrolizinq ASC-nin Oğuz Aqroserviz filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.  

      Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun çiyin hissəsi, dayanacaqlar, körpülərin məhəccərləri və səkilər zibildən və tullantılardan təmizlənmiş, yolun çiyin hissələri avtoqreyderlə hamarlanmış, yol örtüyü avtoqreyderlə palçıqdan təmizlənmişdir.

    2022-ci il ərzində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Kərimli, Padar-Böyük Söyüdlü-Çayqovuşan, Baş Daşağıl avtomobil yollarında yararsız vəziyyətdə olan yol nişanları və yol nişan dirəkləri yenisi ilə əvəz olunmuşdur.

    2022-ci ildə 0,4 kv-luq şəbəkədə 48 ədəd qəzalı vəziyyətdə olan dayaq istismara yararlı ağac dayaqla əvəz olunmuş, 66 ədəd əyri dayaq dikəldilmiş, 53 ədəd yeni metal dayaq quraşdırılaraq 2607 metr Sip kabel xətti çəkilmiş, 1748 ədəd metal dayaq rənglənmiş, 524 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilmişdir.

  10 kv-luq EVX-də 3 ədəd yeni dəmir-beton dayaq quraşdırılmış, 32 ədəd qəzalı dayaq normal istismara yararlı dayaqla əvəz olunmuş, 38 ədəd əyri dayaq dikəldilmiş, 61 dayaq arası məsafədə xəttin qabarit ölçüləri normal vəziyyətə gətirilmişdir.

247 ədəd 10/0,4 kv-luq yarımstansiya cari təmir olunmuşdur. 10 ədəd 10/0,4 kv-luq yarımstansiya əsaslı təmir olunmuşdur. 5 ədəd 10/0,4 kv-luq yarımstansiya rənglənmişdir.

   Oğuz Elektrik Şəbəkəsində 1244 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunmuşdur.

     Zaqatala RQİİ-nin Oğuz xidmət sahəsi tərəfindən 2022-ci il ərzində şəhid, qazi və müharibə veteranları ailələrinin müraciətlərinə əsasən 13 ədəd fərdi yaşayış evi qazlaşdırılmış, 15 ədəd qaz xəttinin yeri dəyişdirilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar S.Vurğun küçəsində müxtəlif diametrli 250 p/m qaz xətti dayaqlar üzərinə qaldırılmış, karroziyaya uğramış hissələri yenisi ilə əvəz edilmiş və antipas boya ilə rənglənmişdir. Yaqublu kəndində ŞQTM-1000, S.Qazıyev küçəsində ŞQTM-500, 104 xidməti ərazisində RDUK-2V100/70 tipli qaz tənzimləyicilər quraşdırılmışdır.

   Oğuz xidmət sahəsi tərəfindən təbii fəlakət nəticəsində Bayan, Kərimli, Xaçmaz kəndlərində yararsız hala düşmüş müxtəlif diametrli qaz xəttləri dəyişdirilərək normal vəziyyətə gətirilmişdir. Rayonun Padar, Xaçmaz, Kərimli və Bayan kəndlərində 2600 p/m müxtəlif diametrli qaz xətləri kol-kosdan təmizlənmişdir. “Təmiz qaz” və “Dost MMC”-nin təhkim olunmuş işçiləri tərəfindən və 104 xidmətinə vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında 4521 ədəd aşkar edilmiş qaz sızması aradan qaldırılmışdır. İl ərzində istismar müddəti bitmiş 2500 ədəd qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

     Aztelekom MMC şimal-qərb regional filialının Oğuz şöbəsidə telefon və internetin daha keyfiyyətli işləməsi məqsədilə təmir və proflaktika işləri aparılmış, 3,4 km hava xətti bərpa edilmiş, 74 ədəd dirək yenisi ilə əvəz edilmiş, 400-dən çox kabel zədələnməsi bərpa edilmişdir.

    Mərkəzdə 4096 kart/nömrə tutumlu terminal tikilmiş (OLT) 600-ə yaxın yeni abunəçi kart/nömrə ilə təmin edilmişdir.

     Şəhərlərarası və beynəlxalq rabitənin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə əsas və alternativ olaraq Şəki və Qəbələ rayonları üzərindən müasir DWDM transmissiya avadanlığı istismara verilmiş, internetin sürətinin yüksəldilməsi üçün Kərimli, Qumlaq, Padar, Sincan, Xaçmaz və Böyük Söyüdlü istiqamətində ASP-901 tipli ROUTER-lər istifadəyə verilmişdir. Qeyd edilən bu işlərin yerinə yetrilməsi üçün 80244 metr yeraltı və yerüstü optik kabel çəkilmiş, 352 ədəd optik paylayıcı qutu montaj edilmişdir.

     Xaçmaz Qışlaq, Kərimli, Qumlaq, Yenikənd, Padar kəndlərində subartezian quyuları qazılaraq əhalinin istifadəsinə verilib.

     2022-ci ildə 7 ədəd subartezian quyusu cari təmir, 1 ədəd su quyusu  isə əsaslı təmir edilmişdir. 2022-ci ilin suvarma dövründə Oğuz SSİ tərəfindən sudan istifadə birliklərinə (su istifadəçilərinə) 35669 min m³ suvarma suyu verilmişdir və 37111 hektar sahədə rejimlə suvarılma işləri aparılmışdır.

     2022-ci il ərzində Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar şəhərin  8 küçəsində səkilərdə və Heydər Əliyev parkında ümumilikdə 540 m³ qum-çinqıl qatı hazırlanmış, 3845 m² beton səki daşları düzülmüş, 3870 m² sahədə asfalt-beton örtüyü salınmış, 572 m² sahədə tomet tavalar döşənmiş və  40 metr məsafədə D=300 mm, 370 metr məsafədə isə D=400 mm olan yarımkürə asbes boru su arxları quraşdırılmşdır.

     Oğuz şəhərində yolların təmiri işləri üzrə şəhərin  23 küçəsində ümümilikdə  3160 m³ qum-çinqıl qatının hazırlanması, 17560 m² sahədə qırmadaş əsasın hazırlanması, 17560 m² sahədə iri dənəli asfalt-beton hazırlanması və 24970 m² sahədə isə xırda dənəli asfalt-beton örtüyünün salınması işləri tam olaraq yerinə yetirilmişdir.

      2022-ci ildə Oğuz şəhərində ictimai yaşayış binalarının dam örtüklərinin təmiri məqsədilə  ümumilikdə 3 ictimai yaşayış binası üzrə 1810 m² dam örtüyünün təmiri işləri başa çatdırılmışdır.

     2022-ci il ərzində Oğuz Rayon Xaçmaz kənd 1№-li tam orta məktəbinin əsaslı təmiri yekunlaşdırılaraq istifadəyə verilib.

      Tərbirlər plananında nəzərdə tutulmuş qaydada digər məktəblərin əsaslı təmiri və əlavə korpusların tikintisi işlərinin başlanılması 2023-cü ildə və növbəti illərdə nəzərdə tutulub.  

      Yeni iş yerlərinin açılması. 2022-ci ildə rayonda 70 yeni iş yeri açılmışdır. Onlardan 23-ü yeni yaradılmış, 47-si mövcud  müəssisə və təşkilatlarda açılmışdır. 478 yeni fərdi sahibkarlıq  subyekti yaradılmışdır.

      Ərazi və əhali. Oğuz rayonunun ərazisi 1077 km², əhalisinin sayı 01 yanvar 2023-cü il tarixinə 45504 nəfər olmuşdur. Əhalinin 22979 nəfərini (50,5 %) kişilər, 22525 nəfərini       (49,5 %) qadınlar təşkil edir, 7544 nəfər (16,6 %) şəhərdə, 37960 nəfər (83,4 %) kənd yaşayış məntəqələrində  yaşayır.

7 №-li cədvəl

2022-ci ilin bəzi demoqrafik göstəriciləri.

S/S

 

G Ö S T Ə R İ C İ L Ə R

nəfər

 

əhalinin hər

1000 nəfərinə

2021-ci il

2022-ci il

2021-ci il

2022-ci il

1.

Ümumi artım

188

273

4,2

6,0

2.

Təbii artım

194

241

4,3

5,3

3.

Diri doğulanlar

530

479

11,7

10,6

4.

Ölənlər

336

238

7,4

5,3

4.1

      o cümlədən 1yaşa qədər ölən uşaqlar

 

0

 

1

 

0

 

0,02

4.1.1

             ondan hər 1000 nəfər diri doğulana

 

0

 

0

 

0

 

0

5.

Gələnlər

38

33

0,8

0,7

6.

Gedənlər

44

1

1,0

0,02

7.

Miqrasiya saldosu

-6

32

0,1

0,7

8.

Nikahlar              (vahid)

288

276

6,4

6,1

9.

Boşanmalar         (vahid)

64

64

1,4

1,4

   

 

    2022-ci ildə rayonda əhalinin sayı 273 nəfər artmışdır. İl ərzində 479 körpə diri doğulmuşdur. Bir yaşa qədər uşaq ölümü 1 nəfər olmuşdur. Hesabat dövründə 238 nəfər ölmüşdür. Diri doğulanların sayı əvvəlki iliə nisbətən 51 nəfər (9,6 %), ölənlərin sayı 98 nəfər (29,2 %) azalmışdır. Təbii artım əhalinin hər 1000 nəfərinə 5,3 nəfər olmuş, əvvəlki ilə nisbətən 23,3 % artmışdır. 2022-ci ildə 276 nikah qeydə alınmışdır. Rayonda boşanmaların sayı 64 vahid olmuşdur. Əvvəlki ilə nisbətən nikahlar 12 vahid  (4,2 %) azalmış, boşanmaların sayı eyni olmuşdur. Əvvəlki ilə nisbətən əhalinin hər 1000 nəfərinə diri doğulanların sayı 0,9 nəfər, ölənlərin sayı 2,1 nəfər, nikahların sayı 0,3 vahid azalmış, boşanmaların sayı eyni olmuşdur. Rayona 33 nəfər gəlmiş, 1 nəfər getmişdir.      

     Səhiyyə. 2022-ci ildə rayon əhalisinin sağlamlığını qorumaq məqsədi ilə 1 xəstəxana, 8 həkim məntəqəsi və 19 tibb məntəqəsi fəaliyyət göstərmiş, onlarda 78 həkim, 255 orta tibb işçisi çalışır. Xəstəxanalarda çarpayıların sayı 96-dır. Rayon əhalisinin hər 10000 nəfərinə 17,2  həkim 56,4 orta tibb işçisi,  21,2 xəstəxana çarpayısı düşür.

      Təhsil. Rayonda 34 dövlət gündüz ümumtəhsil məktəbi, o cümlədən 2 ibtidai, 4 ümumi orta və 28 tam orta məktəb vardır. Məktəblərdən 3-ü şəhərdə, 31-i kəndlərdə fəaliyyət göstərir.

      Ötən dərs ilinin yekunları üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən 402 nəfər atestat, 494 nəfər şəhadətnamə  almaq hüququ qazanmışdır. Məzunların 181 nəfəri ali təhsil  müəssisələrinə,  33 nəfəri  orta  ixtisas  təhsil  müəssisələrinə  qəbul  olmuşdur.

      2022/2023-cü dərs ilində rayonun məktəblərində 6188 şagird, o cümlədən 1735 nəfər

(28,0 %) şəhərdə, 4453 nəfər (72,0 %) kəndlərdə təhsil alır. Şagirdlərin 2976 nəfəri (48,1 %) qızlardır. Qızların  881 nəfəri (29,6 %) şəhərdə, 2095 nəfəri (70,4 %) kəndlərdə təhsil alır. Əvvəlki dərs ilinə nisbətən cari dərs ilində şagirdlərin sayı 79 nəfər (1,3 %), qızların sayı 27 nəfər (0,9 %) azalmışdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 879 müəllim, o cümlədən şəhərdə 178 müəllim (20,3 %), kəndlərdə 701 müəllim (79,7 %) məşğul olur. Müəllimlərin 711 nəfəri    (80,9 %) qadınlardır. İki şəhər məktəbində dərslər iki növbəlidir. 189 şagird ikinci növbədə təhsil alır. 32 təhsil müəssisəsində təhsil bir dildə, 2 təhsil müəssisəsində təhsil iki dildə aparılır. Rayonda 18 məktəbəqədər daimi müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrə 935 uşaq cəlb edilmişdir.   

     Mədəniyyət. 2022-ci ildə rayonda 4 mədəniyyət evi,17 klub, 24 kütləvi kitabxana, 2 muzey fəaliyyət göstərmişdır. Muzeylərdən biri H.Əliyev Mərkəzi, digəri tarix-diyarşünaslıq muzeyidir. Muzeylərin fondu 5274 eksponatdan ibarətdir ki, onun da 783-ü H.Əliyev Mərkəzinə, 4491-i tarix-diyarşünaslıq muzeyinə aiddir.

2022-ci ildə həmin fondun 405 eksponatı, o cümlədən, 300 vahid H.Əliyev Mərkəzinin, 105 vahid tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Muzeylərə fərdi gələnlərin sayı 1000 nəfər olmuşdur. Muzeylərdə 20 nəfər çalışır, onlardan 17 nəfəri qadınlardır. Muzeylərdə işləyənlərin 7 nəfəri mütəxəssisdir. Muzeylərin saxlanması üçün 116,3 min manat dövlət büdcəsi vəsaitindən istifadə edilmişdir. Bu vəsaitin 90,8 min manatı        (78,1 %)  əməkhaqqı xərcləridir.

Əmək bazarı. 01 yanvar 2023-cü il tarixə rayonda mövcud olan iqtisadi fəal əhalinin 4073 nəfəri muzdla çalışır. İşləyənlərin 3566 nəfəri dövlət, 507 nəfəri qeyri-dövlət müəssisələrində çalışır.

      Bələdiyyələr. 2022-ci ildə bələdiyyə büdcələrinin gəlirləri 447,2  min manat və ya əvvəlki ilə nisbətən 5,9 faiz az olmuşdur. Büdcə gəlirlərinin 153,1 min manatı vergilər hesabına əldə edilmiş, və ümumi gəlirin 34,2 faizini təşkil edərək  2021-ci ilə nisbətən 23,6 faiz çox olmuşdur. 2022-ci ildə fiziki şəxslərdən yığılmış torpaq vergisi əvvəlki ilə nisbətən 22 faiz artaraq 121,5 min manat olmuşdur. Fiziki şəxslərdən yığılmış əmlak vergisi əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 31,6 min manat olmuşdur. Bələdiyyə büdcəsi gəlirlərinin 294,1 min manatını (65,8 %) vergi olmayan gəlirlər təşkil etmişdir. Bu, əvvəlki ilə nisbətən 15,4 faiz azdır. Vergi olmayan gəlirlərin 157,5 min manatı (53,6 %) bələdiyyə əmlakının özəlləşdirilməsindən, 97,4 min manatı (33,1 %) bələdiyyə əmlakının icarəyə və istifadəyə verilməsindən, 30,0 min manatı (10,2 %) Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalardan  əldə edilmişdir. Bələdiyyə  büdcəsinə 9,2 min manat (3,1 %) digər gəlirlər daxil olmuşdur.

      Bələdiyyə büdcəsinin gəlirləri bələdiyyə xərclərinə öz təsirini göstərir. 2022-ci ildə bələdiyyələrin xərcləri 438,7 min manat, və ya əvvəlki ilə nisbətən 44,2 min manat (9,2 %) az olmuşdur. Xərclərin 357,3 min manatı (81,4 %) yerli özünüidarəetmə orqanlarının saxlanmasına, 1,2 min manatı ( 0,3 %) təhsil xərclərinə, 5,4 min manatı (1,2 %) sosial müdafiə və sosial təminat xərclərinə, 10,7 min manatı (2,4 %) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə bağlı xərclərə, 13,9 min manatı (3,2 %) nəqliyyat və rabitə xərclərinə, 5,5 min manatı (1,3 %) mənzil və kommunal təsərrüfatı xərclərinə, 5,3  min manatı (1,2 %) ətraf mühitin mühafizəsi xərclərinə,  39,4 min manatı (9,0 %) digər xərclərə sərf olunmuşdur.

      Bələdiyyələrdə işləyənlərin orta sayı 68 nəfər, hesablanmış əməkhaqqı fondu  306,5 min manat, hər işçinin orta aylıq nominal əməkhaqqı 375,6 manat olmuş və əvvəlki ilə nisbətən 39,6 manat  (11,8 %) çox artmışdır.  

      Əməkhaqqı. 2022-ci ildə rayonda muzdla çalışan işçilərin siyahı tərkibi üzrə orta sayı 4073 nəfər olmuşdur. 636 nəfər işə qəbul olunmuş, 412 nəfər işdən çıxmışdır. İşləyənlərin 3566 nəfəri dövlət, 507 nəfəri qeyri-dövlət müəssisələrində çalışır. İşləyən işçilərə 331287,4 min manat əməkhaqqı fondu hesablanmışdır. Rayon üzrə fərdi sahibkarlar da daxil olmaqla muzdla işləyən hər işçinin orta aylıq nominal əməkhaqqı 538,1  manat,  əvvəlki ilə nisbətən 84,3 manat (18,6 %) çox olmuşdur. Dövlət müəssisələrində işləyənlərin orta aylıq nominal əməkhaqqı 571,2 manat, qeyri-dövlət müəssisələrində işləyənlərin orta aylıq  nominal  əməkhaqqı  456,7  manat  olmuşdur.

      Təhsil işçilərinin orta sayı 1905 nəfər, hesablanmış əməkhaqqı fondu 10811,3 min manat, hər işçiyə düşən orta aylıq  nominal əməkhaqqı 485,4 manat və əvvəlki ilə nisbətən 95,2 manat (24,4 %) çox olmuşdur. Səhiyyə və sosial xidmətlər sahəsində işləyənlərin orta sayı 542 nəfər, hesablanmış əməkhaqqı  fondu 4140,5 min manat, hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 645,8 manatdır. Bu, əvvəlki ilə nisbətən 81,7 manat (14,5 %) çoxdur. Mədəniyyət və turizm sahəsində fəaliyyət göstərənlərin sayı 224 nəfər, hesablanmış əməkhaqqı fondu 1179,5 min manat, hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı 439,5 manatdır. Bu, əvvəlki ilə nisbətən 80,3 manat   (22,3 %) çoxdur. Dövlət idarəetməsi, məcburi sosial təminat sahəsində işləyənlərin orta sayı 515 nəfər, hesablanmış əməkhaqqı fondu 4944,6 min manat, hər işçiyə düşən orta aylıq nominal əməkhaqqı  813,9 manat, əvvəlki ilə nisbətən 134,0  manat (19,7 %) çox olmuşdur.

      2022-ci ilin yekunları göstərir ki, Oğuz rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, dövlət müəssisələri Respublikamızda qazanılmış uğurlardan ilhamlanır, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla yerinə yetirilməsinə, rayonun sosial, iqtisadi problemlərinin həllinə öz layiqli  töhfələrini verirlər.     

Keçidlər