Rayon haqqında
Mədəniyyət
OĞUZ RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ
AZ – 4800 Oğuz şəhəri H.Əliyev küç. 112.tel: (111) 5-21-00, 5-24-06: faks: 5-21-00
Oğuz rayon mədəniyyət və tuirzm şöbəsinin şəbəkəsində 27 klub müəssisəsi, o cümlədən 1 rayon, 3 kənd mədəniyyət evi, MKS və onun 31 filialı, rayon tarix – diyarşünaslıq muzeyi, H.Əliyev muzeyi, 7 - illik uşaq musiqi məktəbi, mədəniyyət və istirahət parkı vardır. Rayonda dövlət qeydiyyatına götürülmüş 32 tarix - mədəniyyət abidəsi mövcuddur.
Rayonun mədəniyyət və turizm şöbəsində 227 nəfər işçi çalışır.
Hazırda rayonun mədəni – maarif müəssisələrinə aşağıdakılar rəhbərçilik edirlər.
– Baxışova Ulduz Baxışalı qızı – mədəniyyət və turizm şöbəsinin müdiri
– Miayılova Səhər Mustafa qızı – MKS – nin direktoru
– Bəbirov Nadir Qədir oğlu – UMM – nın direktoru
– Xuduyeva Arizə Əmirxan qızı – Tarix – diyarşünaslıq muzeyinin direktoru
– Abbasova Mehriban Adil qızı – H.Əliyev muzeyinin direktoru
– Mikayılova Şərqiyyə Bayram qızı – rayon mədəniyyət evinin direktoru
Bu müəssisələrin rəhbərləri ali təhsillidir.
Oğuz rayonunda yerləşən tarixi – abidələr haqqında
məlumat
1. Surxay xan qalası - (XVIII əsr) inv № - si 315 – ölkə əhəmiyyətli.
2. Qala - (XVIII əsr) inv № - si 316 – ölkə əhəmiyyətli.
3. Qalabaşı yaşayış yeri - (XVI - XVIII əsr) inv № - si 5977 –yerli əhəmiyyətli.
4. Gavur qala - (VI - XIV əsr) inv № - si 1650 – ölkə əhəmiyyətli.
5. Balaşum yaşayış yeri- (XI - XVII əsr) inv № - si 1651 – ölkə əhəmiyyətli.
6. Cümə məscidi - (XIX əsr) inv № - si 4947 – yerli əhəmiyyətli.
7. Adıl körpüsü - (XIX əsr) inv № - si 4948 – yerli əhəmiyyətli.
8. Məscid - (XX əsr) inv № - si 4949 – yerli əhəmiyyətli.
9. Daşüz körpüsü - (XX əsr) inv № - si 4950 – yerli əhəmiyyətli.
10. Qala piri - (VII-XIV əsr) inv № - si 1637 – ölkə əhəmiyyətli.
11. Qala qalıqları - (VI-XIV əsr) inv № - si 1638 – ölkə əhəmiyyətli.
12. Nekropol - (tunc, dəmir dövrü) inv № - si 1639 – ölkə əhəmiyyətli.
13. Qala yaşayış yeri - (V-VIII əsr) inv № - si 1640 – ölkə əhəmiyyətli.
14. Nekropol - (tunc və ilk dəmir ) inv № - si 1641 – ölkə əhəmiyyətli.
15. Oğuz qalası - (V-VIII əsr) inv № - si 4938 – yerli əhəmiyyətli.
16. Alban kilsəsi - (V-VIII əsr) inv № - si 4939 – yerli əhəmiyyətli.
17. Kilsə - (V-VIII əsr) inv № - si 4940 – yerli əhəmiyyətli.
18. Qala yeri - (V-VIII əsr) inv № - si 1642 – ölkə əhəmiyyətli.
19. Türbə - (XV əsr) inv № - si 4942 – yerli əhəmiyyətli.
20. Nekropol (Qarabaldur) - (e.ə.IV əsr) inv № - si 1643 – ölkə əhəmiyyətli.
21. Molla qoruğu (Qarabalqır) - (I-IV əsrlər) inv № - si 1644 – ölkə əhəmiyyətli.
22. Govursandıq – (son orta əsrlər) inv № - si 1645 – ölkə əhəmiyyətli.
23. Böyük və kiçik qala – (antik dövr) inv № - si 1646 – ölkə əhəmiyyətli.
24. Tikanlı qoruq yaşayış yeri – (III – VIII əsrlər) inv № - si 1647 – ölkə əhəmiyyətli.
25. Məscid və minarə - (XIX əsr) inv № - si 4946 – yerli əhəmiyyətli.
26. Məscid - (XIX əsr) inv № - si 4945 – yerli əhəmiyyətli.
27. Məscid - (XIX əsr) inv № - si 4944 – yerli əhəmiyyətli.
28. Calud yaşayış yeri – (orta əsrlər) inv № - si 1648 – ölkə əhəmiyyətli.
29. Pir - (orta əsrlər) inv № - si 1649– ölkə əhəmiyyətli.
30. Məbəd - (orta əsrlər) inv № - si 4941 – yerli əhəmiyyətli.
31. Alban nekropolu – (orta əsrlər) inv № - si 5976 – yerli əhəmiyyətli.
32.Qüllə - (XIV əsr) inv № - si 4942– yerli əhəmiyyətli.
Son vaxtlar Oğuz rayonunun Kərimli kəndində 5 kurqan abidəsi aşkara çıxarılmışdır. Həmin kurqanların 2 – də qazıntı işləri aparılmış və çox qiymətli əşyalar aşkar olunmuşdur. Həmin kurqanlarda tikinti işləri başa çatdıqdan sonra maraqlı turizm abyektlərinə çevriləcəklər.
Oğuz rayonunda turizmin inkişaf etdirilməsi ilə əlaqədar görülmüş işlərə dair
MƏLUMAT
2008 – ci ildə rayonumuzda “Afra – otel” krort biznes mərkəzi istifadəyə verilmişdir. Həmin otelin açılışında ölkə prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Oteldə 65 turist və qonağın istirahəti üçün hər cür şərait vardır. Oteldə hər il beynəlxalq və ölkə əhəmiyyətli maraqlı tədbirlər keçirilir.
Son illər Oğuzda bir sıra turizm obyektləri də istifadəyə verilmişdir. Bu obyektlərdən Baş Daşağıl kəndindəki “Saf təbiət”, şəhərin şimalında yerləşən “Oğuz” istirahət mərkəzləri, “Palma” , “Oğuz eli”, “Gözəllik” ailəvi istirahət mərkəzləri rayonun qonaqlarına və turistlərə nümunəvi xidmət göstərirlər. Keçən il rayonun Xaçmaz kəndində və şəhər ərazisində yeni turizm obyektləri istifadəyə verilmişdir.
Kişik Oğuz şair və yazıçıları, elm və incəsənət adamları ilə də seçilmişdir. XIX əsrin birinci yarısında yaşamış Mücrim Kərim Vardani və Abdulla Padarlı Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin ən qüdrətli nümayəndələri olmuşlar. XX əsrdə Oğuzdan onlarla elmlər namizədi və doktorlar yetişmişdir. Onların bəziləri respublikamızda tanınmış alim və ziyalılar olmuşlar.
MÜCRİM KƏRİM VARDANİ
XIX əsrin birinci yarısında Vardanlı (indiki Kərimli) kəndində doğulmuş, yazıb yaratmışdır. Azərbaycan yazılı ədəbiyyatında aşıq şerinin görkəmli nümayəndələrindən biridir. Ruma, Türkiyəyə, Ərəbistana, Dağıstana və Rusiyaya səyahət etmiş, ərəb və fars dillərinə dərindən yiyələnmişdir.
Şair həm klassik qəzəl formasını, həm də Azərbaycan xalq şerini yaxşı bilmiş, hər iki formada ustalıqla öz qələmini sınamışdır. Yazdığı qəzəllər, qoşmalar, təcnislər, bağlamalar, mürebbelər, müstəzadlar, müxəmməslər, gəraylılar Azərbaycan sərhədlərindən kənarlarda da tanınmışdır.
Bakıda əlyazmalar fondunda saxlanılan əlyazmada bildirilir ki, o, öz divanını 1840-1841-ci illərdə tərtib edib bitirmiş və ona “Sünbülüstan” adı vermişdir.
Professor, xalq yazıçısı Əzizə Cəfərzadə 1978-ci ildə Mücrim Kərim Vardaninin şerlərini ayrıca kitab şəklində “Sünbülüstan” adı ilə Bakıda çap etdrmişdir.
Rayonun Kərimli kəndi Mücrim Kərimin adını daşıyır.
ABDULLA PADARLI
Oğuzun Padar kəndində doğulmuş, mükəmməl təhsil almış, ərəb və fars dillərinə yiyələnmişdir. İqdisadi cəhətdən ağır həyat keçirmiş, baramaçılıqla məşğul olmuşdur.
Bir müddət Ağdaş rayonu ərazisində yaşamış, burada mədrəsədə oxumuş, sonra təhsilini Dəməşq şəhərində (Suriya) davam etdirmişdir. Ərəbistanı, İranı, Türkiyəni, Qafqazı səyahət etmişdir. Müasirlərindən Qasım bəy Zakir, Mücrim Kərim Vardani, Qəmnak Şəkili və digərləri ilə sıx əlaqə saxlamış, Şirvan şairlərinin “Beytülsəfa” adlı ədəbi məclisinin iştirakçısı olmuşdur.
Abdulla Padarlının “Nəsihətnamə” adlı əlyazması Bakıda əlyazmalar fondunda saxlanılır. Yazdığı şerlərinin əksəriyyəti lirik qoşmalardan və realist şer nümunələrindən ibarətdir. Qoşmalarında Aşıq Ələsgər gözəlləmələrinin təsiri duyulur.
A.Padarlının seçilmiş şerlərinin professor Əzizə Cəfərzadə 1974-cü ildə ayrıca kitabça şəklində Bakıda çap etdirmişdir.
AŞIQ ƏHMƏD
Əhməd Mustafa oğlu XIX əsrin ilk illərində indiki Oğuz rayonunun Qarabaldır kəndində anadan olmuşdur. O, az bir müddət molla yanında olduqdan sonra aşıqlığa meyl göstərmiş, Şamaxıya gedərək Aşıq Səmədin şagirdi olmuş, təxminən 10 ilə yaxın bir dövrdə ondan aşıq sənətinin sirlərini öyrənmişdir. Gözəl səsə malik olub yaxşı məclis aparmağı, oynamağı,səlis danışmağı bacardığı, coxlu dastanlar bildiyinə görə tezliklə Aşıq Əhmədin adı Qəbələ, Ərəş, Şəki, Göycay və Şirvan mahallarına yayılır. O, nəinki bu mahallarda, hətta Dağıstanda da, bir cox toy şənliklərində çalıb oxumuşdur.
Gənc yaşlarında Nazlı adlı bir qızı sevir, lakin yoxsul olduğu üçün ala bilmir və buna görə də ömrü boyu evlənmir, sevgilisinin xəyalı ilə yaşayır.
Aşıq Əhməd 1830- 1850- ci illər arasında, əsasən Ağdaşda yaşamışdır. Ömrünün son illərini doğma kəndində keçirmiş, tez- tez Vardanlıya- Mücrüm Kərimin yanına gedib onun təşkil etdiyi ədəbi məclisin yığıncaqlarında iştirak etmişdir.
Aşıq Əhməd haqqında cəmi 2 yazılı məlumat vardır. Bunlar onun həmyerliləri və dostları Mücrüm Kərim Vardani və Abdulla Padarlının yazdıqları şerlərdir.
Təxminən 1869- 70- ci illərdə vəfat etmiş və vəsiyyətinə əsasən doğma kəndindən xeyli aralıda yerləşən bir təpənin üstündə dəfn olunmuşdur.
SALEH MUSTAFA OĞLU QAZIYEV
Saleh Mustafa oğlu Qazıyev 1883-cü ildə Oğuz rayonunu Xaçmaz kəndində dünyaya göz açmış, 1926-cı ildən etibarən ömrünü Azərbaycanda arxeologiya elminin inkişafına sərf etmişdir.
1934-1937-ci illərdə Azərbaycan Tarixi muzeyində elmi işçi və direktor olmuş, 50-ci illərin əvvələrindən ömrünün sonuna qədər isə Elmlər Akademiyasının Tarix institutunda arxeologiya və etnoqrafiya şöbəsinə rəhbərlik etmiş, eyni zamanda Dövlət Universitetinin tarix fakultəsində mühazirələr oxumuşdur.
S.M.Qazıyev 1946-1953-cü illərdə həyata keçirilmiş Mingəçevir arxeoloji ekspedisiyasına rəhbərlik etmiş və aşkar edilmiş 20 mindən artıq abidəyə ilk dəfə arxeoloji təsnifat vermişdir. Məşhur şair Səməd Vurğun həmin illərdə Mingəçevirdə tez-tez olardı və özünün “Muğan” poemasında Saleh Qazıyevə həsr etdiyi “Qoca alim” adlı şerində yazmışdır.
Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,
Qoca alim saxsı yığıb, yer altından tarix yazır.
Mingəcevir kompleksindən sonra həmyerlimiz Saleh Qazıyev qonşu Qəbələ rayonunda, Qafqaz Albaniyasının ilk paytaxtı olan qədim Qəbələ şəhərinin xarabalıqlarında ( indiki Çuxur Qəbələ kəndi yaxınlığında) geniş qazıntı işlərində rəhbərlik etmiş və “Qəbələ arxeoloji ekspedisiyası” əsərinin I cildində bu iş haqqında geniş məlumat vermişdir.
C. M. Qazıyev 1956- 1958-ci illərdə doğma Oğuz (o zaman Vartaşen adlanırdı) rayonunun Vardanlı (indi Kərimli adlanır) kəndi yaxınlığında qazıntılar aparmış və əldə edilən əşyalar əsasında tapılmış abidələrin eramızdan əvvəl I minilliyə aid olması müəyyən edilmişdir. 1957-ci ildə o, eyni zamanda, Qazax və Ağstafa ətrafındakı abidələri də tədqiq etmişdir.
Görkəmli alim, tarix elmləri namizədi Saleh Qazıyev “Azərbaycan abidələri “ (1948-ci il) bə “Qədim Mingəcevir” (1950) kitablarının müəllifidir, 4 cildlik “Azərbaycanın maddi mədəniyyəti” məcmuəsinin redaktoru olmuşdur. Sağlığında “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri və bir neçə medal ilə təltif edilmişdir.
ELMƏDDİN ƏLİBƏYZADƏ
Filologiya elmləri doktoru, mübariz dilçi, ədəbiyyatşünas, türkoloq, mədəniyyət tariximizin ən qədim dövrlərinin tədqiqatçısı Elməddin Əlibəyzadə “Avesta”nın, “Bilqamus” dastanının, “Orxan Yenisey” kitabələrinin, “Kitabi Dədə Qorqud”un, Nizami yaradacılığının xalqımızın mədəniyyət tarixində tutduğu yeri cəsarətlə, qeyrətlə, keçmişimizə, soykökümüzə sədaqətlə araşdıran böyük alimdir.
Elməddin Məhəmməd oğlu Əlibəyzadə 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olmuşdur. Kənddəki natamam orta məktəbi əla qiymətlərlə bitirmişdir. Sonra Şəki pedaqoji texnikumunda təhsil almışdır. Balakən rayonunda müəllim işləmişdir. 1941-45-ci illər müharibəsi dövrünün çətinliklərinə baxmayaraq təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Universitetini bitirmiş, aspiranturada oxumuşdur. Aspirantura təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Dilçilik İstitutunda işləməyə başlamışdır.
1954-cü ildə “Cəlil Məmmədquluzadənin Azərbaycan dilinin saflığı uğrunda mübarizədə rolu” mövzusunda dissertasiya müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsi almışdır.
1956-cı ildə Yerevan Dövlət Pedaqoji İstitutunda, 1957-58-ci illərdə Tbilisi Dövlət Pedaqoji İstitutunda işləmişdir. Sonra Bakıya qayıdıb yenidən Azərbaycan Elmlər Akademiyasında fəaliyyətini davam etdirmişdir. Hazırda Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işləyir.
57 ilə yaxın Elmlər Akadimiyasında çalışan Elməddin Əlibəyzadənin 13 kitabı, respublika mətbuatında və xaricdə (İraq və Türkiyə) 300-ə yaxın elmi məqaləsi çap olunmuşdur.
“Molla Pənah Vaqifin həyat və fəaliyyəti”, “İmadəddin Nəsimi”, “Aşıq Ələsgər”, “Ədəbi şəxsiyyət və dil”, “Qədim dünyamızın ulu kitabı”, “Ana kitabələr”, “Aəzrbaycan xalqının mənəvi mədəniyyət tarixi”, “Kitabi Dədə Qorqud”, “İqrar Əliyevin əleyihinə 9 məqalə və ona üç əlavə”, “Nizami və tariximiz”, “Avesta” “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir”, “Qisseyi Yusif” kitablarının müəllifidir.
ƏLFƏDDİN ABDULLAYEV
Əlfəddin Abdullayev Oğuz rayonunuun Xalxal-Qışlaq kəndində 1929-cu ilin aprel ayının 2-də anadan olmuşdur. İlk təhsilini rayon məktəbində almış, 1948-ci ildə sənədlərini tibb inustitutuna vermiş, müalicə-profilaktika fakultəsinə daxil olmuşdur. 1950-ci ildə institutu bitirmiş, təyinatla Cənubi Qazaxıstan vilayətinin Bostandq rayonuna işə göndərilmişdir. Əvvəllər Xocakənd kənd xəstəxanasında baş həkim, sonra rayon mərkəzində həkim-terapevt işləmişdir.
Üş il Qazaxıstanda işlədikdən sonra 1955-ci ildə Azərbaycana, doğma rayona qayıdır. Bir il rayon xəstəxanasında həkim-terapevt, 1956-cı ildən 1962-ci ilə qədər baş həkim işləyir. Sonra Elmlər Akademiyasının əyani aspiranturasına qəbul olunur. 1956-cı ildə müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi alır. 1965-ci ildən 1968-ci ilə qədər səhiyyə nazirliyinin dördüncü idarəsinin (Leçkomissiya) birinci poliklinikasında təxirə salınmaz xidmət üzrə baş həkimin müavini və həkim endokrinoloq işləyir. Eyni zamanda 1968-ci ilə qədər Azərbaycan Respublikası Nazirlər Sovetinin sədri Ənvər Nəzər oğlu Əlixanovun şəxsi həkimi olur. 1968-ci ildən 1970-ci ilə qədər tibb institutunun daxili xəstəliklər kafedrasının assistenti işləyir, tələbələrə dərs deyir. 1965-ci ildən 1969-cu ilə qədər tibb universiteti “Tibb kadrları” qəzetinin retaktoru olur. 1970-ci ilin iyulun 1-dən Bakı şəhəri Fuad Əfəndiyev adına 4 saylı klinik xəstəxanasının baş həkimi təyin olunur. Həmin tarixdən əvvəl işlədiyi kafedrada əvəzçilik üzrə yarım ştat ilk vaxtlar assisent, sonra isə dosent işləyir. Əlfəddin Abdullayev baş həkim olduğu xəstəxanada tibb universitetinin dörd kafedrası yerləşirdi.
ZİYAFƏT ƏLİYEVA
Ziyafət Mustafa qızı Əliyeva 1945- ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. İbtidai təhsili həmin kənddə, yeddillik təhsili Kərimli kəndində alıb. Tütünçü işləyən anasına kömək edən, bu peşənin sirlərinə erkən yaşlarından yiyələnməyə başlayır. Z. Əliyeva 1960- cı ildən tütüncü kimi əmək fəaliyyətinə başlayıb.
Zəhmətdən qorxmayan, hər il 4-4,3 ton tütün istehsal edən Ziyafət Əliyevanın şöhrəti tezliklə bütün respublikaya yayıldı. Qabaqcıl tütünçü “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görüldü.
Təhsilini yarımçıq qoyaraq əmək meydanına atılan Ziyafətin arzularının ən böyüyü ali təhsil almaq idi. Oxumaq təhsil almaq arzusuna çatmaq üçün çətin bir yol keçdikdən sonra qiyabi oxumağa başlayıb, orta təhsilini başa vuraraq atestat alıb. 1983- ildə qiyabi yolla Azərbaycan Kənd Təsərrüfatı İnstitunun aqronomluq fakultəsinə daxil olub. Alim- aqronom ixtisası ilə institutu bitirib.Z. Əliyeva 1984- 1987- ci illərdə briqadir, 1988-ci ilin əvvəllərindən 1992- ci ilin 8 iyununadək “ Qələbə” sovxozunun direktoru vəzifəsində çalışıb.
Rayonun klub müəssisələri haqqında
Sıra № - si | Adı, soyadı | Təhsili | İş yeri | Vəzifəsi |
1 | Mahmudova Aybəniz | orta | Qumlaq kənd klubu | müdir |
2 | Səmədova Aygün | orta ixtisas | Qumlaq kənd klubu | mədəni - kütləvi işçi |
3 | Eyyubova Təhminə | orta ixtisas | Şirvanlı kənd klubu | müdir |
4 | Mahmudov Nəsrullah | orta ixtisas | Şirvanlı kənd klubu | mədəni - kütləvi işçi |
5 | Cəbrayılova Arzu | orta ixtisas | Tatfılı kənd klubu | müdir |
6 | Ağayeva Ətrabə | orta ixtisas | Tatfılı kənd klubu | mədəni - kütləvi işçi |
7 | Əhmədov Ruslan | orta | Qarabulaq kənd klubu | müdir |
8 | Kərimova Flora | orta | Qarabulaq kənd klubu | mədəni - kütləvi işçi |
9 | İsmayılov Abil | orta | Astarxanovka kənd klubu | müdir |
10 | Əzizov Zaur | orta | Astarxanovka kənd klubu | mədəni - kütləvi işçi |
11 | Məmmədəliyeva Səyyarə | orta | Böyük Söyüdlü kənd klubu | müdir |
12 | Novruzov Mikayıl | orta | Böyük Söyüdlü kənd klubu | mədəni - kütləvi işçi |
13 | Kərimova Məşuqə | orta | Padar kənd klubu | müdir |
14 | Mahmudova Arzu | orta ixtisas | Padar kənd klubu | mədəni - kütləvi işçi |
15 | Daşdəmirov Söynalı | orta ixtisas | Yemişənli kənd klubu | müdir |
16 | Hacıalıyeva Xanımzər | orta ixtisas | Yemişənli kənd klubu | mədəni - kütləvi işçi |
17 | Salahov Əşrəf | orta ixtisas | Dəymədərə kənd klubu | müdir |
18 | Salahova Leyla | orta | Dəymədərə kənd klubu | mədəni - kütləvi işçi |
19 | Abbasova Rəsmiyyə | orta ixtisas | Xalxal kənd klubu | müdir |
20 | Allahverdiyev Azad | orta | Xalxal kənd klubu | mədəni - kütləvi işçi |
21 | Ulubəyova Sevil | orta | Xalxal-Qışlaq kənd klubu | müdir |
22 | Muradova Dilruba | orta | Xalxal-Qışlaq kənd klubu | mədəni - kütləvi işçi |
23 | Məmmədov Ələsgər | orta | Zərrab kənd klubu | müdir |
24 | Həşimov Mircəlal | orta | Zərrab kənd klubu | mədəni - kütləvi işçi |
25 | Əfəndiyev Şahin | orta | Ərmənət kənd klubu | müdir |
26 | Ağayeva Qönçə | orta | Ərmənət kənd klubu | mədəni - kütləvi işçi |
27 | Sərkərova Naimə | orta | Baş Daşağıl kənd klubu | müdir |
28 | Mustafayev Sərxan | orta | Baş Daşağıl kənd klubu | mədəni - kütləvi işçi |
29 | Abbasov Hicran | ali | Calud kənd klubu | müdir |
30 | Abbasova Esmira | orta ixtisas | Calud kənd klubu | mədəni - kütləvi işçi |
31 | Çələbiyeva Xatirə | ali | Bayan kənd klubu | müdir |
32 | Əmirahova Ramilə | orta ixtisas | Bayan kənd klubu | mədəni - kütləvi işçi |
33 | Dadaşova Seyran | orta | Filfilli kənd klubu | müdir |
34 | Cavadova Nuriyyə | orta ixtisas | Filfilli kənd klubu | mədəni - kütləvi işçi |
35 | İsmayılov Şair | orta ixtisas | Sincan kənd klubu | müdir |
36 | Lətifova Gülbəniz | orta | Sincan kənd klubu | mədəni - kütləvi işçi |
37 | Qasımova Simuzər | ali | Kərimli kənd klubu | müdir |
38 | Əfəndiyeva Natəvan | ali | Kərimli kənd klubu | mədəni - kütləvi işçi |
39 | İsgəndərova Nübar | orta | Bucaq kənd klubu | müdir |
40 | Baxışova Aynur | ali | Bucaq kənd klubu | mədəni - kütləvi işçi |
41 | Rəşidov Nəcəf | orta | Yenikənd kənd klubu | müdir |
42 | Tağıyeva Rübabə | orta | Yenikənd kənd klubu | mədəni - kütləvi işçi |
43 | Gülməmmədova Elza | orta ixtisas | Xaçmaz kənd klubu | müdir |
44 | Məmmədov Savalan | orta ixtisas | Xaçmaz kənd klubu | mədəni - kütləvi işçi |
45 | Kərimov İbrahim | orta ixtisas | Xaçmaz - Qışlaq kənd klubu | müdir |
46 | Xəlilov Emin | orta | Xaçmaz - Qışlaq kənd klubu | mədəni - kütləvi işçi |
47 | Babayev Hacı | orta | Xaçmaz kənd mədəniyyət evi | müdir |
48 | Babayeva Şəkər | orta | Xaçmaz kənd mədəniyyət evi | bədii - rəhbər |
49 | Məmmədova Dəyanət | orta ixtisas | Xaçmaz kənd mədəniyyət evi | metodist |
50 | Şəfiyeva Gülşən | orta ixtisas | Xaçmaz kənd mədəniyyət evi | mədəni - kütləvi işçi |
51 | Manafova Təranə | orta ixtisas | Yaqublu kənd mədəniyyət evi | müdir |
52 | Şirinova Sədaqət | orta | Yaqublu kənd mədəniyyət evi | bədii - rəhbər |
53 | İsmayılov Müşviq | orta | Yaqublu kənd mədəniyyət evi | metodist |
54 | Şunqarov Mehman | orta | Yaqublu kənd mədəniyyət evi | mədəni - kütləvi işçi |
55 | Kərimova Nurlanə | ali | Muxas kənd mədəniyyət evi | metodist |
56 | Manafov Məmməd | orta ixtisas | Muxas kənd mədəniyyət evi | müdir |
57 | Əhmədov Şirinbəy | orta ixtisas | Muxas kənd mədəniyyət evi | bədii - rəhbər |
58 | İbrahimova Elnarə | orta ixtisas | Muxas kənd mədəniyyət evi | mədəni - kütləvi işçi |
Mərkəzi Kitabxana Sİsteminin filiallarında çalışan işçilər haqqında məlumat
Sıra № - si | Adı, soyadı | Təhsili | İş yeri | Vəzifəsi |
1 | Simanduyeva Maretta | orta ixtisas | Oğuz şəhər kitabxanası | baş kitabxanaçı |
2 | İdrisova Qətibə | orta | Muxas kənd kitabxanası | kitabxanaçı |
3 | Əzizova Təhmilə | orta | Xaçmaz-Qışlaq kənd kitabxanası | kitabxanaçı |
4 | Nəsibova Fidurə | ali | Kərimli kənd kitabxanası | baş kitabxanaçı |
5 | Ağababayeva Ruziyə | ali | Qumlaq kənd kitabxanası | baş kitabxanaçı |
6 | Əzizova Ramiyyə | ali | Sincan kənd kitabxanası | baş kitabxanaçı |
7 | Mütəlibova Sevil | orta ixtisas | Bucaq kənd kitabxanası | kitabxanaçı |
8 | Müzəffərova Aynur | orta ixtisas | Xaçmaz kənd kitabxanası | kitabxanaçı |
9 | Abdullayeva Mahniyar | orta ixtisas | Xalxal - Qışlaq kənd kitabxanası | kitabxanaçı |
10 | Mehdiyeva Aynurə | orta | Şirvanlı kənd kitabxanası | kitabxanaçı |
11 | Həmzəyeva Nəzakət | orta | Tayfılı kənd kitabxanası | kitabxanaçı |
12 | Hacıyeva Səbirə | orta | Mollalı kənd kitabxanası | kitabxanaçı |
13 | Mustafayeva Maygül | orta | Astarxanovka kənd kitabxanası | kitabxanaçı |
14 | Nurməmmədova Nigar | orta | Bayan kənd kitabxanası | kitabxanaçı |
15 | Hacıyeva Zivər | orta ixtisas | Xaçmaz kənd kitabxanası | kitabxanaçı |
16 | Rəsulova Gülmirə | orta ixtisas | Tərkeş kənd kitabxanası | kitabxanaçı |
17 | Abdullayeva İzulə | orta ixtisas | Dəymədərə kənd kitabxanası | kitabxanaçı |
18 | İbrahimova Sevil | orta | Qarabaldır kənd kitabxanası | kitabxanaçı |
19 | Hüsenova Nəzakət | orta ixtisas | Ərmənət kənd kitabxanası | kitabxanaçı |
20 | Ənsərova Məsmə | orta | Calud kənd kitabxanası | kitabxanaçı |
21 | Mirzəyeva Gövhər | orta | Yemişənli kənd kitabxanası | kitabxanaçı |
22 | Süleymanova Ceyhunə | orta | Qarabulaq kənd kitabxanası | kitabxanaçı |
23 | Məmmədova Kamilə | orta ixtisas | Padar kənd kitabxanası | kitabxanaçı |
24 | Məmmədova Turac | orta | Xaçmaz kənd kitabxanası | kitabxanaçı |
25 | Məmmədova Eminəxatun | orta | Baş Daşağıl kənd kitabxanası | kitabxanaçı |
26 | Mikayılov Kamran | orta | Top kənd kitabxanası | kitabxanaçı |
27 | Allahverdiyeva Sahibə | orta ixtisas | Zərrab kənd kitabxanası | kitabxanaçı |
28 | Verdiyeva Tovuz | orta ixtisas | Filfilli kənd kitabxanası | kitabxanaçı |
29 | Əhmədova Aidə | ali | Yaqublu kənd kitabxanası | kitabxanaçı |
30 | Hüseynova Almaz | orta | Böyük - Söyüdlü kənd kitabxanası | kitabxanaçı |
31 | Lətifova Məleykə | orta ixtisas | Kərimli 0,5 kənd kitabxanası | kitabxanaçı |
32 | Abbasova Ülviyyə | orta ixtisas | Xalxal kənd kitabxanası | kitabxanaçı |