Rayon haqqında
Səhiyyə
Oğuz Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin tabeliyində fəaliyyət
göstərən tibb müəssisələrinin fəliyyətinə dair
Məlumat
Oğuz tibb müəssisələri təxminən 45.0 min rayon əhalisinə səhiyyə xidməti göstərir. Rayon tibb müəssisələrində 60 həkim, 256 orta tibb işçisi və 230 sair işçilər fəaliyyət göstərirlər. 01 yanvar 2020-cu ildən etibarən rayon səhiyyəsində aparılan struktur dəyişikliklərindən sonra rayon üzrə stasionar çarpayıların sayı 96 çarpayı təşkil etmişdir. Bundan əlavə kəndlərdə 2 ASM,3 kənd həkim məntəqəsi, 24 tibb məntəqəsi fəaliyyət göstərir. Çarpayı fondu 96 ədədir.
| Oğuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumat |
|||
| Müəssisənin adı | Müəssisənin rəhbəri | Müəssisənin ünvanı | |
| 1 | Oğuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi | Anar Əzizov | Oğuz şəhəri, Dədə Qorqud küçəsi |
| 2 | Oguz ASM | Sevda Haşimova | Oğuz şəhəri, Dədə Qorqud küçəsi |
| 3 | Xaçmaz ASM | Azər Sərkərov | Xaçmaz kəndi |
| 4 | Sincan kənd həkim məntəqəsi | Çimnaz Seyidova | Sincan kəndi |
| 5 | Padar kənd həkim məntəqəsi | Vakant | Padar kəndi |
| 6 | Kərimli kənd həkim məntəqəsi | Səid Hacıyev | Kərimli kənli |
| 7 | Qarabulaq kənd tibb məntəqəsi | Tural Osmanov | Qarabulaq kəndi |
| 8 | Çaldaş kənd tibb məntəqəsi | Samirə Mustafayeva | Çaldaş kəndi |
| 9 | Şirvanlı kənd tibb məntəqəsi | Səmurət Mehdiyeva | Şirvanlı kəndi |
| 10 | Tayıflı kənd tibb məntəqəsi | Nəzakət Əliyeva | Tayıflı kəndi |
| 11 | Tərkeş kənd tibb məntəqəsi | Sucayət İbrahimova | Tərkəş kəndi |
| 12 | Mollalı kənd tibb məntəqəsi | Vakant | Mollalı kəndi |
| 13 | Qarabaldır kənd tibb məntəqəsi | Rubabə Məmmədova | Qarabaldır kəndi |
| 14 | Yaqublu kənd tibb məntəqəsi | Aytən Sadıqova | Yaqublu kəndi |
| 15 | Zərrab kənd tibb məntəqəsi | Ayna Manafli | Zərrab kəndi |
| 16 | Dəymədərə kənd tibb məntəqəsi | Aygun Abbullayeva | Dəymədərə kəndi |
| 17 | Yemişənli kənd tibb məntəqəsi | Nigar Məmmədhüseynova | Yemişənli kəndi |
| 18 | Ərmənət kənd tibb məntəqəsi | Nigar Abrurahmanova | Ərmənət kəndi |
| 19 | Daşüz kənd tibb məntəqəsi | Zeynəb Əzizli | Daşüz yaşayış məntəqəsi |
| 20 | Baş Daşağıl kənd tibb məntəqəsi | Punhan Səmədova | Baş Daşağıl kəndi |
| 21 | Muxas kənd tibb məntəqəsi | İlhamə Usubova | Muxas kəndi |
| 22 | Maluq kənd tibb məntəqəsi | Şəhla Məmmədova | Maluq yaşayış məntəqəsi |
| 23 | Calud kənd tibb məntəqəsi | Gulnarə Kərəmli | Calud kəndi |
| 24 | Fil-filli kənd tibb məntəqəsi | Maygül Sərkərova | Filfilli kəndi |
| 25 | Xaçmazqışlaq kənd tibb məntəqəsi | Mətanət Rəfiyeva | Xaçmazqışlaq kəndi |
| 26 | Bayan kənd tibb məntəqəsi | Xalisə Bayramaliyeva | Bayan kəndi |
| 27 | Xalxal kənd tibb məntəqəsi | Validə Mutəllimova | Xalxal kəndi |
| 28 | Bucaq kənd tibb məntəqəsi | Leyla Rəşidova | Bucaq kəndi |
| 29 | Qumlaq kənd tibb məntəqəsi | Mahirə Zeynalova | Qumlaq kəndi |
| 30 | Böyuk Söyüdlü kənd tibb məntəqəsi | Arzu Yusubova | Böyük Söyüdlü kəndi |
Son illər ərzində Rayon səhiyyəsinin müasirləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Oğuz MRX –sı yeni, müasir təlabata cavab verən xəstəxana binası ilə təmin olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə xəstəxana müasir tibbi aparatlarla və tibbi avadanlıqlarla təhciz edilmişdir.
Bunlardan:
“ Medison-8000” markalı USM aparatı - 1ədəd
“Chirana” markalı narkoz aparatı - 3 ədəd
“Chirana” markalı süni tənəffüs aparati - 1 ədəd
Yaponya istehsalı olan filüoqrafiya aparatı - 1 ədəd
Koreya istehsalı olan rentgen aparatı - 1 ədəd
“Smart” markalı EKQ aparatı - 5 ədəd
“Trismed”markalı EKQ aparatı - 1 ədəd
Koreya istehsalı olan yenidoğulmuş üçün küves - 3 ədəd
BM-5 markalı xəstə müşahidəsi üçün monitor - 15 ədəd
Dozatorlar - 10 ədəd
“Sonason” markalı EXO.KQ aparatı - 1 ədəd
“Dental” markalı stomatoloji aparat - 1ədəd
“Holter” aparati -1 ədəd
“USM Dopler EC-60” markali aparat- 1 ədəd
Oksigen Kondensatorlari -2 ədəd
Fizioterapevtik aparatlar -5 ədəd
Oksigen stansiyasi -2 ədəd
Təcili və təxirəsalınmaz yardım şöbəsi 2 ədəd “Mersedes Vita” və 1 ədəd “Mersedes Sprinter” markalı ambulansla təmin edilmişdir.
Oğuz səhiyyə sistemində 01 yanvar 2020-ci ildən başlanan struktur dəyişiklikləri tamamlanmışdır. İcbari Tibbi Sigorta tətbiq olunmuşdur. Xəstəxanaya müraciət edən xəstələrə yüksək səviyyədə xidmət göstərilməkdədir. Xəstələr hər bir şəraiti olan palatalara yerləşdirilir, təmiz yataq, yemək və 200 sayda dərman preparatları, 45 sayda tibbi ləvazimatlar və köməkçi materiallarla pulsuz təmin olunurlar. Xəstəxananın tibbi heyyəti, həkim və orta tibb işçiləri müntəzəm olaraq ixtisasartırma kurslarına göndərilirlər. Uşaq poliklinikasında qeydiyyatda olan 2006-2024 təvəllüdlü uşaqların Elektron Sağlamlıq Kartları ilə təminatı , aparılan peyvənd işlərinin kartlara yüklənməsi işi uğurla aparılmaqdadır. Xəstəxananın bütün tibbi personalı TƏBİB tərəfindən təşkil olunmuş kompüter proqramları və digər seminarlara, konfranslara, kurslara cəlb olunmuşdur.
Gigiyena və Epidemiologiya Mərkəzi
Ünvan: Oğuz şəhəri H.Əliyev pr.8 Telefon: 5-22-75, faks(0111)5-22-75
GEM – in direktoru: Əzizov Nahid Həmid oğlu
GEM – in şöbələri: Epidemioloji şöbə, sanitar şöbə
Şöbələri: Sanitariya-gigiyena, Epidemioloji, dezinfeksiya bölməsi,
Laboratoriyaları: Bakterioloji, Parazitoloji
Müəssisə, Azərbaycan Respublikasının Konustitusiyasını, əhalinin sağlamlığının qorunması haqqında qanunu, sanitariya – salamatlıq haqqında qanunu və digər direktiv sənədləri rəhbər tutaraq rayon ərazisində Dövlət sanitar nəzarətini həyata keçirir.







