Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

Paşayev Məhəbbət Vaqif oğlu

  

       Doğumu və Təhsili

    Məhəbbət Paşayev 5 avqust 1999-cu ildə Şəki rayonunun Bolludərə kəndində anadan olmuşdur. İlk təhsilini 2005-ci ildə Bolludərə kəndindəki məktəbdə almış, 2006-cı ildə ailəsi ilə birlikdə Oğuz şəhərinə köçmüşdür. Təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2016-cı ildə məktəbi bitirmişdir.

        Hərbi Xidmət

     Məhəbbət Paşayev 26 aprel 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goran, Ağcakənd və Ballıqaya bölgələrində keçirmiş, xidmət zamanı öz borcunu ləyaqətlə yerinə yetirmişdir. Əsgəri xidmətdə olduğu müddətdə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Xidmətini 1 oktyabr 2019-cu ildə uğurla başa vurmuşdur.

2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlamışdır.

       Vətən Müharibəsi

    Məhəbbət Paşayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlər zamanı göstərdiyi igidliklə fərqlənmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Məhəbbət Paşayev 30 sentyabr 2020-ci ildə Oğuz Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.

       Təltifləri

       1.   "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında                 qoyulmuş  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;

      2.    "Laçının azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak                 edərək     şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarxixli Sərəncamı ilə;

     3. "Suqovuşanın azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında                 iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyiə görə Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir     

            Xatirəsi
         Şəhid Məhəbbət Paşayevin adı əbədiləşdirilərək Oğuz şəhərindəki küçələrdən birinə verilmişdir

                                                                                                                             

Cəfərli Şahin Şamil oğlu

         Doğumu və Təhsili

Cəfərli Şahin 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olmuşdur. İlk təhsilini 2000-ci ildə həmin kənddə almış, 2011-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir.

         Hərbi Xidmət

Şahin Cəfərli 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olduğu müddətdə atasına komandanlıq tərəfindən dəfələrlə təşəkkür məktubları göndərilmişdir. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir. 2020-ci ilin sentyabr ayında səfərbərliklə bağlı hərbi təlim toplanışına cəlb edilmişdir.

        Vətən Müharibəsi

Cəfərli Şahin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1 oktyabr 2020-ci ildə səhər saatlarında Cəngavər döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Şahin Cəfərli 2 oktyabr 2020-ci ildə Xalxalqışlaq kənd qəbiristanlığında dəfn edilmişdir. Şəhidin ölümündən sonra bir övladı dünyaya gəlmişdir.

         Təltifləri

     1.  "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;

       2.   "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;

      3.   "Hərbi xidmətlərə görə" medalı – Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

          Xatirəsi
        Cəfərli Şahin Şamil oğlunun adı əbədiləşdirilərək Oğuz rayonunun Xalxalqışlaq kəndindəki küçələrdən birinə verilmişdir.

                                                                                                           

İsmayılov Vüsal Nəbi oğlu

     Doğumu və Təhsili
   Vüsal İsmayılov 9 aprel 1980-ci ildə Oğuz rayonunun Xalxal kəndində anadan olmuşdur. İlk təhsilini 1986-1997-ci illərdə şəhid Yaşar Şəfiyev adına Xalxal kənd tam orta məktəbində almışdır.

    Hərbi Xidmət
   1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2002-ci ildən etibarən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etmişdir. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsini icra etmiş, 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

Xidməti dövründə aşağıdakı təltiflərlə mükafatlandırılmışdır:

  1. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı (26.06.2012)
  2. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (26.06.2013)
  3. "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı (26.06.2017)
  4. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (26.06.2018)

     Vətən Müharibəsi
    Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibənin ilk günlərində cəbhənin yarılmasında qəhrəmanlıq göstərmişdir. 4 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş və Oğuz rayonunun Xalxal kəndində dəfn edilmişdir.

Ailəli olan Vüsal İsmayılovun bir qızı və iki oğlu yadigar qalmışdır.

     Təltifləri

  1.    "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi tapşırıqlarını şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2.    "Füzulinin azad olunmasına görə" medalı – Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3.    "Döyüşdə fərqlənməyə görə" medalı – Döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

            Xatirəsi
       İsmayılov Vüsal Nəbi oğlunun adı əbədiləşdirilərək Oğuz rayonunun Xalxal kəndindəki küçələrdən birinə verilmişdir.

                               

 Əmrəhov Saməddin Şamil oğlu

    Doğumu və Təhsili

     Saməddin Əmrəhov 2 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində anadan olmuşdur. İlk təhsilini 1985-ci ildə Kəlbəcər şəhəri 3 nömrəli tam orta məktəbin 1-ci sinifində almışdır. 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəsi ilə birlikdə Oğuz rayonunun Calut kəndinə köçmüşdür. Təhsilini həmin kənddə yerləşən Calut kənd tam orta məktəbində davam etdirərək 1996-cı ildə 11-ci sinfi bitirmişdir.

      Hərbi Xidmət

     1996-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1998-ci ildə müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq fəaliyyətini davam etdirmişdir.

      Vətən Müharibəsi

      Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrəhov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, 4 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş və Oğuz rayonunun Calut kənd qəbiristanlığında dəfn edilmişdir.

Ailəli olan Saməddin Əmrəhovun bir oğlu və bir qızı yadigar qalmışdır.

                      Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra təltif edilmişdir.

         Xatirəsi
      Saməddin Əmrəhov Şamil oğlunun adı Oğuz rayonu Calut kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

 

                                                                       

Feyzullayev Beyrək Seyfullah oğlu

      Doğumu və Təhsili

      Beyrək Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub. 2003-cü ildə Malıx əsas məktəbinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. Daha sonra Ağdaş şəhərinin Abad kənd məktəbində 10-cu sinifi davam etdirib və 2014-cü ildə həmin məktəbi bitirib. Subay idi.

     Hərbi Xidmət

     Beyrək Fezullayev 2015-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb və 2016-cı ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub və sertifikat əldə edib. 2020-ci ildə sənədlərini toplayıb Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb.

     Vətən Müharibəsi

     Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00 - 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub. Şəhidimiz subay idi.

 

    Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Cəbrayılın azad olunmasına görə" medalı – Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə;
  4. "Füzulinin azad olunmasına görə" medalı – Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə;
  5. "Azərbaycan Bayrağı" ordeni – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 05.11.2021-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

         Xatirəsi
         Beyrək Fezullayev Seyfullah oğlunun adı Oğuz rayonu Baş Daşağıl kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Məmmədov Abit Asif oğlu

        Doğumu və Təhsili
 
       Abit Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olmuşdur. İlk təhsilini 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbində almış və 2011-ci ildə məktəbi bitirmişdir. Daha sonra Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır.
       
       Hərbi Xidmət
       Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
 
         Vətən Müharibəsi
       Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Abit Məmmədov, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1 oktyabr 2020-ci il səhər saatlarında, Cəngavər döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Abit Məmmədov 4 oktyabr 2020-ci ildə Dəymədərə kənd qəbiristanlığında dəfn edilmişdir.

Ailəli olan Abit Məmmədovun Əli adlı bir övladı yadigar qalmışdır.

         Təltifləri
  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə; 
  2. "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra təltif edilmişdir.

         Xatirəsi
      Abit Məmmədov Asif oğlunun adı əbədiləşdirilərək Oğuz rayonunun Dəymədərə kəndindəki yaşadığı küçəyə verilmişdir.

 

                                                                                                       

Babayev Elman Telman oğlu

 

      Doğumu və Təhsili
      Babayev Elman 1 noyabr 1994-cü ildə Oğuz rayonunun Padar kəndində anadan olmuşdur. İlk təhsilini 2001-ci ildə şəhid Arzu Əliyev adına Padar kənd tam orta məktəbində almışdır. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirmiş və 2012-ci ildə təhsilini başa vurmuşdur.
 
     Hərbi Xidmət
     Elman Babayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
 
     Vətən Müharibəsi
     2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Elman Babayev 1 oktyabr 2020-ci ildə səhər saatlarında Cəngavər döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 4 oktyabr 2020-ci ildə Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
     Ailəli olan Elman Babayevin iki övladı yadigar qalmışdır.
 
       Təltifləri
  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra təltif edilmişdir.

        Xatirəsi
    Elman Babayev Telman oğlunun adı Oğuz şəhərindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Şirəlizadə Süleyman İlham oğlu

       Doğumu və Təhsili

      Süleyman Şirəlizadə 6 iyun 2001-ci ildə Oğuz rayonunun Padar kəndində anadan olub. 2007-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinə daxil olmuş və 2018-ci ildə məktəbi bitirmişdir.

      Hərbi Xidmət

    Süleyman Şirəlizadə 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlamış və döyüşlərə qatılmışdır.

      Vətən Müharibəsi

    Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Süleyman Şirəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Ağdərə istiqamətində savaşıb. Ağdərə istiqamətində "Tülkü dərəsi" deyilən ərazidə 5 oktyabr 2020-ci il tarixində şəhid olmuşdur. Süleyman Şirəlizadə 6 oktyabr 2020-ci il tarixində Oğuz rayonu Padar kəndində dəfn olunmuşdur. Şəhidimiz subay idi.

       Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Suqovuşanın azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə;
  3. "Cəsur döyüşçü" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş olduğuna görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə tətif edilmişdir.

         Xatirəsi
        Süleyman Şirəlizadə İlham oğlunun adı Padar kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Əfəndiyev Nurlan Mürvət oğlu

 

       Doğumu və Təhsili

       Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə daxil olmuş və 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Ailəsi sadə və zəhmətkeş kəndli ailəsi idi, bu səbəbdən Nurlan uşaqlıqdan zəhmətə bağlı böyümüşdür. Bütün təsərrüfat işlərində ailəsinə kömək edərdi. Bərbər ixtisasına yiyələnmiş və ən böyük arzusu yanğınsöndürmə işində işləmək idi. İdmanla da məşğul olmuş, xüsusilə qaçış növündə rayon yarışlarında iştirak etmişdir.

       Hərbi Xidmət

       Nurlan Əfəndiyev 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətində dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr almış və yaxşı xidmət etdiyi üçün iki dəfə məzuniyyətə buraxılmışdır.

       Vətən Müharibəsi

      Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1 oktyabr 2020-ci il tarixində səhər saatlarında, Cəngavər döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. 7 oktyabr 2020-ci ildə Xalxalqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur. Şəhidimiz subay idi.

       Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

       Xatirəsi
Nurlan Əfəndiyev Mürvət oğlunun adı Oğuz rayonu Xalxalqışlaq kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

Mustafayev Rasim Ərzuman oğlu

    Doğumu və Təhsili

  Mustafayev Rasim 28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 1997-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbinə daxil olmuş, 2008-ci ildə məktəbi bitirmişdir.

    Hərbi Xidmət

Rasim Mustafayev Azərbaycan Silahlı Qüvvələrində 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.

    Vətən Müharibəsi
Mustafayev Rasim 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətindəki döyüşlərdə iştirak etmiş, 1 oktyabr 2020-ci ildə səhər saatlarında, Cəngavər döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. Rasim Mustafayev 7 oktyabr 2020-ci ildə Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidimiz ailəlidir, bir övladı yadigar qalmışdır.

     Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

     Xatirəsi

  Mustafayev Rasim Ərzuman oğlunun adı Oğuz rayonu Xaçmaz kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

 

Nuralıyev Elşən Rövşən oğlu

   Doğumu və Təhsili

   Elşən Nurəliyev 16 dekabr 1997-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2006-cı ildə Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuş, 2017-ci ildə məktəbi bitirmişdir.

   Hərbi Xidmət

   Elşən Nurəliyev 2019-cu ilin aprelində Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə fərqləndiyinə görə məzuniyyətə buraxılmışdır. Hərbi xidmətinin başa çatmasına 5 gün qalmış Vətən müharibəsi başlamış və tankçı kimi 29 sentyabrda Goranboy, Ağcabədi, Füzuli istiqamətinə aparılmışdır.

    Vətən Müharibəsi

    Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elşən Nurəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Füzuli döyüşlərində savaşıb. Füzuli uğrunda gedən döyüşlərdə düşmən snayperindən açılan atəşlə Elşən Nurəliyev şəhidlik zirvəsinə yüksəlmişdir. Elşən Nurəliyev 12 oktyabr 2020-ci ildə Sincan kəndində dəfn olunmuşdur.

     Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Füzulinin azad olunmasına görə" medalı – Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Xocavəndin azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

    Xatirəsi

   Elşən Nurəliyev Rövşən oğlunun adı Oğuz rayonu Sincan kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

İsazadə Səfa Əmirxan oğlu

   Doğumu və Təhsili

   Səfa İsazadə 17 may 1999-cu ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxumuşdur.

   Hərbi Xidmət

   Səfa İsazadə 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

   Vətən Müharibəsi

   Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Səfa İsazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsində Talış-Suqovuşan döyüşlərində savaşıb. Talış kəndinin azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Səfa İsazadə oktyabrın 14-də Suqovuşan döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Səfa İsazadə oktyabrın 19-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidimiz subay idi.

    Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Suqovuşanın azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Cəsur döyüşçü" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş olduğuna görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

    Xatirəsi

    Səfa İsazadə Əmirxan oğlunun adı Oğuz rayonu Xaçmaz kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

 

Feyzullayev Zahir Eyvaz oğlu

     Doğumu və Təhsili

    Feyzullayev Zahir Eyvaz oğlu 24 dekabr 1992-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. 1999-2007-ci illərdə şəhid Ağasəf Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Oğuz şəhərində şəhid Emin Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

     Hərbi Xidmət

   Zahir Feyzullayev 1 yanvar 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmış və Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini başa vurmuşdur. 2013-cü ilin noyabrında Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü ilin yanvar ayında həmin kursu bitirmişdir. 2014-2018-ci illərdə N saylı hərbi hissədə müxtəlif vəzifələrdə xidmət etmişdir: xüsusi təyinatlı qrup komandiri, komandir müavini, qrup komandirinin müavini. 2018-ci ilin iyul ayından etibarən qrup komandiri vəzifəsində xidmətə başlamışdır. 2018-ci ilin iyul ayında kiçik leytenant, 2019-cu ilin iyul ayında leytenant rütbələrini almışdır. Vətəninə göstərdiyi xidmətlərinə və qəhrəmanlıqlarına görə  "Azərbaycan Ordusunun 100 illiyi", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə"  medalları və bir çox tərifnamələrə layiq görülmüşdür.

    Təlimlər və Kurslar

    Zahir Feyzullayev 2015-ci ildən etibarən bir sıra beynəlxalq təlim və kurslarda iştirak etmişdir:

  • 2015-ci il may ayında "Görüntülü hədəf qiymətləndirmə" kursu, Türkiyə, Ankara.
  • 2017-ci il aprel ayında "Hərbi sərbəst paraşut" kursu, Türkiyə, Ankara.
  • 2018-ci il oktyabr ayında "Statik təməl paraşüt" kursu, Türkiyə, Kayseri.
  • 2018-ci il noyabr ayında "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" kursu, Türkiyə, Kayseri.
  • 2019-cu il yanvar ayında "Qış-2019" təlimi, Türkiyə, Kars və Kayseri.

    Vətən Müharibəsi

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Feyzullayev Zahir 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli, Zəngilan və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə etmiş, eyni zamanda döyüş yoldaşlarının qisasını almış, döyüş meydanında fərqlənmişdir. Feyzullayev Zahir 20 oktyabr 2020-ci il tarixində Xocavəndin Tuğ kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 20 oktyabr 2020-ci ildə Oğuz rayonunun Muxas kəndində dəfn olunmuşdur. Şəhidimiz subay idi.

 

   Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 12.2020-ci il tarixli Sərəncamı ilə;
  2. "Şuşanın azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 12.2020-ci il tarixli Sərəncamı ilə;
  3. "Hərbi xidmətlərə görə" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 12.2020-ci il tarixli Sərəncamı ilə;
  4. "Füzulinin azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06.2021-ci il tarixli Sərəncamı ilə;
  5. "Xocavəndin azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06.2021-ci il tarixli Sərəncamı ilə;
  6. "III dərəcəli Vətənə Xidmətə Görə" ordeni – Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 06.2022-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

       Xatirəsi

     Feyzullayev Zahir Eyvaz oğlunun adı Oğuz rayonu Muxas kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Əliyev Anar Talıb oğlu

 

     Doğumu və Təhsili

    Əliyev Anar Talıb oğlu, 16 may 1991-ci ildə Oğuz rayonunda anadan olub. 1998-2009-cu illərdə Oğuz şəhər şəhid Emin Abdullayev adına 2 nömrəli tam orta məktəbdə oxumuşdur.

    Hərbi Xidmət

   Anar Əliyev, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

    Vətən Müharibəsi

    Anar Əliyev, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli döyüşlərində iştirak edib. Oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. 27 oktyabr 2020-ci ildə Oğuz Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, 1 oğlan övladı yadigar qalmışdır.

    Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  2. "Füzulinin azad olunmasına görə" medalı – Azərbaycanın Respublikası Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Döyüşdə fərqlənməyə görə" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş olduğuna görə Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə.

      Xatirəsi

    Əliyev Anar Talıb oğlunun adı Oğuz şəhərindəki küçələrdən birinə verilərək  əbədiləşdirilmişdir.

 

Əhmədli Nurlan Rəhim oğlu

    Doğumu və Təhsili

   Əhmədli Nurlan Rəhim oğlu 12 oktyabr 1996-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2003-cü ildə M. F. Axundov adına 1 nömrəli tam orta məktəbinə daxil olmuş və 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetinin radiotexnika mühəndisliyi fakültəsində Bakalavr təhsili almışdır.

   Hərbi Xidmət

   Nurlan Əhmədli 2019-cu ilin yanvarında Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2020-ci ilin iyulunda xidmətini uğurla başa vurmuşdur.

   Vətən Müharibəsi

   Nurlan Əhmədli, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində iştirak etmişdir. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Nurlan Əhmədli oktyabr ayının 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidimiz subay idi.

   Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  2. "Füzulinin azad olunmasına görə" medalı – Azərbaycanın Respublikası Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Döyüşdə fərqlənməyə görə" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş olduğuna görə Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə təltif olunmuşdur.

  Xatirəsi

  Əhmədli Nurlan Rəhim oğlunun adı Oğuz rayonu Xaçmaz kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Məmmədov Tural Arif oğlu

     Doğumu və Təhsili

    Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci ildə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinin I sinifinə başlamış və 2012-ci ildə məktəbi bitirmişdir.

    Hərbi Xidmət

   Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vurduqdan sonra Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.

     Vətən Müharibəsi

    Tural Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Suqovuşanın və Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, lakin həkimdən icazə alaraq yenidən döyüşlərə qatılmışdır. 29 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. 29 oktyabrda Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur. Şəhidimiz subay idi.

    Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  2. "Laçının azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Suqovuşanın azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyiə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə.
  4. "Azərbaycan Bayrağı" ordeni – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

     Xatirəsi

     Məmmədov Tural Arif oğlunun adı Oğuz rayonu Sincan kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Lillahov Fərid Loğman oğlu

    Doğumu və Təhsili

   Fərid Loğman oğlu Lillahov 6 mart 1999-cu ildə Oğuz rayonunun Baş Daşağıl kəndində anadan olub. 2005-2016-cı illərdə şəhid Əlövsət Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində təhsil alıb.

   Hərbi Xidmət

   Fərid Lillahov 2019-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb və 2020-ci ilin iyulunda hərbi xidmətini başa vurub.

   Vətən Müharibəsi

   Azərbaycan Ordusunun əsgəri olan Fərid Lillahov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 8 noyabr 2020-ci ildə Şuşa-Xankəndi döyüşləri zamanı qəhrəmancasına şəhid olub. 11 noyabr 2020-ci ildə Oğuz rayonunun Baş Daşağıl kəndində dəfn edilib. Şəhidimiz subay idi.

Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  2. "Cəsur döyüşçü" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Şuşanın azad olunmasına görə" medalı – Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

    Xatirəsi

   Lillahov Fərid Loğman oğlunun adı Oğuz rayonu Baş Daşağıl kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 


 

Vətən Müharibəsi Qəhrəmanı

İbrahimli Nail Nəriman oğlu

    Doğumu və Təhsili

    Nail İbrahimli 4 mart 1994-cü il tarixində Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. 2001–2011-ci illərdə şəhid Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir çox turnirlərdə iştirak edərək məktəbini təmsil etmişdir.

    Hərbi Xidməti

    2012-ci il aprelin 2-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. 2012–2013-cü illərdə Fövqəladə Hallar Nazirliyinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, Quba rayonunda "N" saylı hərbi hissədə xidmət etmişdir. 2019-cu il oktyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına daxil olmuş, 3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsində "Kiçik gizir" rütbəsi almışdır. Daha sonra Qazax rayonunda xidmətini davam etdirmişdir. Kəşfiyyat qrupuna daxil edilən Nail İbrahimli təlimlərdə fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə daxil olmuşdur.

 

    Vətən Müharibəsi

   27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladıqdan sonra Nail İbrahimli Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək çoxsaylı döyüş tapşırıqlarını uğurla icra etmişdir. Döyüşlər nəticəsində sentyabrın 27-də Ağdərə rayonu istiqamətində və Murovdağ silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Camışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.

    Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətində çətin və vacib tapşırıqları yerinə yetirən Nail İbrahimli pulemyotçu kimi ön cəbhədə vuruşmuş, Xudafərin körpüsünün azad olunmasında böyük rol oynamışdır. Bundan sonra o, Füzuli, Qubadlı və Zəngilan istiqamətində aparılan əməliyyatlarda iştirak etmişdir. Onun tərkibində olduğu xüsusi təyinatlı dəstələr bu istiqamətlərdə yerləşən strateji əhəmiyyətli və sərhədyanı məntəqələri işğaldan azad edirdi.

    Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin düşməndən azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələr, o cümlədən kiçik gizir İbrahimlinin də üzvü olduğu dəstənin əks-hücumu nəticəsində Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad edilmişdir.

   Sərhədyanı ərazidə yerləşən və strateji cəhətdən önəm daşıyan Arazboyu əməliyyatlarının mühüm hissələrindən biri olan bu döyüşlərdə Nail İbrahimli uğurlu əks-hücum taktikaları tətbiq etmiş, döyüşün idarə olunmasında və pulemyotçu olaraq aktiv iştirakında mühüm rol oynamışdır. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə birlikdə Azərbaycan-İran sərhədinin tam nəzarətə götürüldüyü elan edilmişdir. Kiçik gizir Nail İbrahimlinin iştirakı ilə Qubadlı istiqamətində strateji yüksəkliklər, yaşayış məntəqələri və Qubadlı şəhəri azad edildikdən sonra Laçın dəhlizi istiqamətində əməliyyatlara başlanılmışdır. Vətən Müharibəsi Qəhrəmanı, mayor Elvin Səfərovun sözlərinə görə, kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirmiş, döyüşlərdə əsas rolu oynamışdır. Mayor Səfərov qeyd etmişdir ki, İbrahimli döyüşlərdə "Hücum" və "PK" pulemyotlarından istifadə etmişdir. Ona və onun dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan Ordusunun Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq və üstünlük qazandıracaq "Nöqtə" əməliyyatında mühüm tapşırıq verilmişdir. Bu əməliyyatda üstünlük qazanan dəstə 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin mərkəzində növbəti tapşırığı icra edirdi. Döyüşün sağ və sol istiqamətindən həyata keçirilən əks-hücum zamanı, ön cəbhədə əməliyyatı idarə edən Nail İbrahimli 8 noyabr tarixində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuş, 12 noyabr 2020-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir. Şəhidimiz subay idi.

    Təltifləri

  1. "Vətən Müharibəsi Qəhrəmanı" –Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına ilə.
  2. "Vətən Uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Şuşanın azad olunmasına görə" medalı – Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə.
  4. "Füzulinin azad olunmasına görə" medalı – Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək qəhrəmanlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamı ilə.
  5. "Xocavəndin azad olunmasına görə" medalı – Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

      Xatirəsi

     Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 noyabr 2021-ci il qərarı ilə Oğuz şəhəri 3 nömrəli məktəb-liseyə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" Nail Nəriman oğlu İbrahimlinin adı verilmişdir. Həmçinin, İbrahimli Nail Nəriman oğlunun adı Oğuz rayonu Xaçmaz kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

 

Rəhimli Orxan Rəşid oğlu

     Doğumu və Təhsili

     Rəhimli Orxan Rəşid oğlu 28 aprel 1994-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Dağ mədən mühəndisliyi" üzrə ali təhsil alıb.

    Hərbi Xidmət

    Orxan Rəhimli 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini başa vurmuş. Daha sonra öz sahəsi üzrə Daşkəsən rayonunda əmək fəaliyyətinə başlamışdır.

    Vətən Müharibəsi

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri olan Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə şücaət göstərib. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, mübarizəsini davam etdirib. 8 noyabr 2020-ci ildə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidimiz subay idi.

   Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  2. "Cəsur döyüşçü" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Şuşanın azad olunmasına görə" medalı – Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

   Xatirəsi

   Rəhimli Orxan Rəşid oğlunun adı Oğuz rayonu Xaçmaz kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

 

Zaməddinov Fərid İmran oğlu

      Doğumu və Təhsili
     Zaməddinov Fərid İmran oğlu 11 may 1986-cı ildə Oğuz şəhərində anadan olub. 1992-2003-cü illərdə Oğuz şəhəri şəhid Emin Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.

    Hərbi Xidmət
   Fərid Zaməddinov 2003-2005-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən gizir kimi Ordu sıralarında xidmətini davam etdirib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

     Vətən Müharibəsi
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 10 noyabr 2020-ci ildə Ermənistanın təslim olmasının ardınca atəşkəsin imzalanmasına dəqiqələr qalmış qarşı tərəfin Talış istiqamətində atdığı mərminin partlaması nəticəsində qəhrəmancasına şəhid olub. 16 noyabr 2020-ci ildə Oğuz şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimiz ailəli idi. İki qızı və bir oğlu yadigar qalıb.

    Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə
  2. "Suqovuşanın azad olunmasına görə" medalı – Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

 

    Xatirəsi
    Fərid İmran oğlu Zaməddinovun adı Oğuz şəhərindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

 

 

Əhmədli Elşən Elbrus oğlu

    Doğumu və Təhsili

    Elşən Əhmədli 11 iyul 1997-ci ildə Oğuz şəhərində anadan olub. 2003-cü ildə  şəhid Emin Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır.

   Hərbi Xidmət

Elşən Əhmədli 2019-ci ildə Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-cu ildə xidmətini uğurla başa vurmuşdur

   Vətən Müharibəsi

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan snayperçi Elşən Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Əhmədli noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmiş, noyabr ayının 17-də Oğuz şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Şəhidimiz subay idi.

    Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.
  2. "Cəsur döyüşçü" medalı – Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı ilə.
  3. "Şuşanın azad olunmasına görə" medalı – Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

    Xatirəsi

    Əhmədli Elşən Elbrus oğlunun adı Oğuz şəhərindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

 

Cumuzadə Təbriz İldırım oğlu

Təbriz Cumuzadə 2000-ci il fevralın 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olub.[1] 2006–2017-ci illərdə Mingəçevir şəhərində İ. Zeynalov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Təbriz Cumuzadə 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cumuzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cumuzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində şəhid olmuşdur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Cumuzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Atakişili Kamil Araz oğlu

Kamil Atakişiyev 12 iyun 2000-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2006-2017-ci illərdə şəhid Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.


Kamil Atakişiyev 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Kamil Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayılda bir dəfə ayağından yaralanıb, bir neçə gün xəstəxanada yatdıqdan sonra yenidən özü israrla döyüşlərə qatılmışdı. Kamil Atakişiyev noyabrın 5-də Laçın dəhlizində qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.[1][2] Kamil Atakişiyev noyabrın 27-də Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Atakişiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Kərəmov Zaməddin Bahadur oğlu

Zaməddin Kərəmov 24 yanvar 2001-ci ildə Oğuz rayonunun Bucaq kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Bucaq kənd orta məktəbində təhsilini almışdır.

2019-cu ilin yanvarın 24-də hərbi xidmətə başlayıb. 2020-ci ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. İkinci Qarabağ müharibəsinə Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində qatılıb. Suqovuşan kəndinin alınmasında iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə ürəyindən aldığı qəlpə yarası nəticəsində şəhid olmuşdur. Müharibə bitəndən sonra axtarışlar nəticəsində şəhid Zaməddin Kərəmovun nəşi tapılıb və 16 dekabrda doğulduğu Bucaq kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaməddin Kərəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

     

Lətifov Rəvan Ömür oğlu

Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Xaçmaz kəndinə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisasına daxil olmuşdur. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun "N" saylı hərbi hissəsində Tank əleyhinə batareyada hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyyə işi üzrə təşkilatçı vəzifəsində işləmişdir. Daha sonra Oğuz rayonu Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışmışdır.[2]
    Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Milli Ordu sıralarına qoşulmuşdur. Bir ay ərzində Gəncə şəhərinin "N" saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak etdikdən sonra Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qatılıb. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Fizuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad edilməsində iştirak etmişdir. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmişdir.
     6 noyabr tarixində Rəvan Lətifovun iştirak etdiyi batareya Daşaltı-Şuşa istiqamətində hücuma keçir. Bu onun son döyüşü idi. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Rəvan Lətifov qəhrəmancasına şəhid olur. Onun ölüm xəbəri hər kəsi sarsıdır. O, 16 noyabr tarixində Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

Abbaslı Nail Adil oğlu

   Doğumu və Təhsili

   Nail Abbaslı 10 fevral 1997-ci ildə Oğuz rayonunun Qarabaldır kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Məktəbi başa vurduqdan sonra Mingəçevir Turizm Kollecinə sənədlərini verib və qəbul olunub.

  Hərbi Xidmət

  2015-ci ildə Bakı şəhərində N saylı hərbi hissədə əsgərlik xidmətinə başlayıb və nümunəvi əsgər kimi xidmətini başa vurub. 2021-ci ilin noyabr ayında "Komando"ya qəbul olunub və təlimlərdə həmişə yüksək göstəricilərlə ön sırada olub.

  Sentyabr təxribatları

  12-14 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmalar zamanı 13 sentyabrda şəhidlik zirvəsinə ucalıb. 14 sentyabr 2021-ci ildə Qarabaldır kənd qəbiristanlığında dəfn edilib. Şəhidimiz subay idi.

   Təltifləri

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 05.11.2022-ci il tarixli Sərəncamı ilə;
  2. "Azərbaycan Bayrağı" ordeni – Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin11.2022-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.

Beydiyev Röyal Nəsib oğlu

     Doğumu və Təhsili

     Beydiyev Röyal Nəsib oğlu 18 fevral 2005-ci ildə Qarabulaq kəndində doğulmuşdur. 2011-ci ilin sentyabrın 15-də Ə. Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin birinci sinfinə başlamış, 2021-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. Məktəbdə oxuduğu illərdə özünün nümunəvi davranışı ilə şagirdlər arasında seçilirdi. Fiziki cəhətdən sağlam olan Röyal, idmana marağı ilə tanınmış və xüsusilə hər gün futbol oynayırdı.

    Hərbi Xidmət

    2023-cü ilin aprel ayında hərbi xidmətə başlamış, xüsusi təyinatlı hərbi hissədə xidmət etmişdir.

    Lokal Xarakterli Antiterror Əməliyyatları

    2023-cü ilin sentyabr ayında Qarabağda başlanmış Lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. 20 sentyabr 2023-cü il tarixində qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixdə Qarabulaq kənd qəbirstanlığında dəfn olunmuşdur.

      Təltiflər

  1. "Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 07.11.2023-cü il tarixli Sərəncamı ilə;

 2."III dərəcəli Vətənə xidmətə görə" ordeni – Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 07.11.2023-cü il tarixli Sərəncamı ilə təltif edilmişdir.

     Xatirəsi

     Beydiyev Röyal Nəsib oğlunun adı Oğuz rayonu Qarabulaq kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

Keçidlər