Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Fəaliyyət

Oğuz rayonunda keçirilmiş tədbirlər (10 tədbir) haqqında
M ə l u m a t

1. “20 yanvar faciəsinin iyirmi birinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri cənab R. Mehdiyevin 117 saylı 20 dekabr 2010-cu il tarixli Sərəncamının icrası ilə əlaqədar Oğuz rayon İcra Hakimiyyətində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir.
19 yanvar 2011-ci il tarixdə Qanlı Yanvar faciəsinin 21 illiyi ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
20 yanvar 2011-ci il tarixdə isə 3 min nəfərdən çox rayon sakini “Şəhidlər Xiyabanı”nı ziyarət etmişdir. “Şəhidlər Xiyabanı”nda abidə önünə əklil, şəhid məzarları üzərinə gül-çiçək dəstələri qoyulmuşdur. Yanvarın 20-də saat 12:00 da Azərbaycanın hər yerində olduğu kimi, Oğuzda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Həmin gün şəhid ailələrinə yardımlar verilmişdir.
2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri cənab R. Mehdiyevin “Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən Oğuz rayon İcra Hakimiyyətinin tədbirlər planı hazırlanmışdır. Tədbirlər Planına əsasən rayonun bütün ərazisində rəsm sərgiləri təşkil edilmiş, ədəbi – bədii kompozisiyalar göstərilmişdir.
Təhsil müəssisələrində fevralın 26-da ilk dərs Xocalı soyqırımına həsr edilmiş, həmin gün saat 17:00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad olunmuşdur.
Rayon qəzetində Xocalı faciəsi ilə bağlı geniş yazılar verilmiş, hadisənin iştirakçıları ilə müsahibələr dərc edilmişdir.
Faciənin 19-cu ildönümü ilə bağlı tədbir keçirilmiş, tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur. Tədbirdə “Xocalı uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinə, Xocalı – qan yaddaşımızdır” mövzusunda inşa yazı müsabiqəsinin qalibinə hədiyyələr təqdim olunmuşdur.
3. Oğuz rayon İcra Hakimiyyəti Başçısnıın “Novruz bayramının Oğuz rayonunda qeyd olunması haqqında” Sərəncamına əsasən komissiya təşkil olunmuş, iş bölgüsü aparılmışdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq iməciliklər təşkil edilmişdir. Şəhərin və kəndlərin küçələri bayramsayağı bəzədilmiş, şüar və bayraqlar asılmışdır. Novruz bayramına həsr olunmuş mədəni-kütləvi tədbirlər keçirilmişdir. Şəhid ailələrinə və imkansızlara bayram sovqatları paylanmışdır.
Şəhərdəki “Sənubər” şadlıq sarayında ümumrayon şənliyi keçirilmişdir. Rayon ərazisində keçirilən Novruz şənlikləri bir neçə gün davam etmişdir.
4. RİH-nin hazırladığı geniş tədbirlər planına uyğun olaraq rayon ərazisində Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər keçirilmişdir.
31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar geniş ümumrayon tədbiri keçirilmişdir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Tədbir respublika və rayon qəzetlərində işıqlandırılmışdır.
5. Böyük Vətən Müharibəsində Qələbənin 66-cı ildönümünün keçirilməsinə dair RİH başçısının Sərəncamına əsasən 1941-1945-ci illər müharibəsində həlak olanların şərəfinə ucaldılmış abidənin önünə əklil, gül-çiçək qoyulmuşdur. Sonra Qələbənin 66-cı ildönümü münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Müharibə veteranlarına hədiyyələr təqdim olunmuş, “Sənubər” şadlıq evində bayram süfrəsi açılmışdır.
6. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar may ayının 10-da ilk öncə ulu öndərin şəhərin mərkəzindəki parkda abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Heydər Əliyevin xatirəsi yad olunmuşdur.
Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur. Rayonun ümumtəhsil məktəblərində keçirilmiş inşa yazı müsabiqəsinin, şahmat yarışının qaliblərinə hədiyyələr verilmişdir. Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunmuşdur.
Tədbir iştirakçıları adından ölkə prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuş, sonra konsert proqramı verilmişdir.
7. May ayının 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 93 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdən öncə H. Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
28 may Respublika Gününə həsr edilmiş tədbirdə geniş konsert verilmişdir.
8. 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq onun xatirəsi yad olunmuşdur.
15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar geniş tədbir keçirilmişdir. Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə ayrı-ayrı mövzularla çıxışlar dinlənilmişdir. Tədbir iştirakçıları adından müraciət ölkə prezidentinə ünvanlanmışdır.
Milli Qurtuluş gününə həsr olunmuş tədbir bayram konserti ilə başa çatmışdır.
9. Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə 25 iyun 2011-ci il tarixdə H. Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Tədbirin rəsmi hissəsi davam etdirilmişdir. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Rayon Hərbi Komissarlığının bir qrup işçisinə Fəxri Fərman verilmişdir.
Ölkə prezidentinə müraciət ünvanlanmışdır.
10. Heydər Əliyevin hakimiyyətə gəlişinin 42-ci və YAP Oğuz rayon təşkilatının yaranmasının 18-ci ildönümünə həsr olunmuş tədbirdən öncə ümummilli liderin abidəsi önünə gül-çiçək dəstələri qoyulmuş, xatirəsi yad olunmuşdur.
14 iyul 2011-ci il tarixdə keçirilən tədbirdə məruzə dinlənilmiş, çıxışlar olmuşdur.
Tədbirdə Respublika Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
 

Keçidlər