Yeni zibil konteynerləri istifadəyə verilib
Oğuz Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Şəhər Təsərrüfatı Birliyi üçün alınmış yeni, müasir tipli qapalı zibil konteynerləri təqdim olunub.
Ərazi üzrə məişət tullantılarının toplanması və daşınmasının daha səmərəli təşkili məqsədilə alınmış konteynerlərin müvafiq ərazilərdə quraşdırılması nəzərdə tutulur. Eyni zamanda, konteynerlərin yerləşdirildiyi ərazilərdə sanitar-gigiyenik vəziyyətə nəzarət ediləcək, tullantıların xüsusi texnikalar vasitəsilə müəyyən edilmiş qrafikə uyğun olaraq vaxtında daşınması təmin olunacaq.
Görülən tədbirlər ərazilərin təmizliyinin qorunmasına, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsinə və əhalinin sağlamlığı üçün əlverişli sanitar şəraitin yaradılmasına xidmət edir.







