Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Səyyar qəbul zamanı növbəti vətəndaş müraciətinin icrası təmin edildi

28 noyabr 2025 | 12:42

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun Kərimli kəndində keçirdiyi səyyar vətəndaş qəbulu zamanı vətəndaş Dürdanə Kərimova tərəfindən Kərimli kənd tam orta məktəbinin Qaraməryəm–İsmayıllı–Şəki magistral yoluna yaxın yerləşməsi ilə əlaqədar şagirdlərin təhlükəsizliyinin artırılması məqsədilə radarın məktəbin qarşısına köçürülməsi xahiş edilmişdir.

Vətəndaş müraciəti Oğuz Rayon İcra Hakimiyyəti yanında yol hərəkəti təhlükəsizliyi komissiyasında müzakirə olunmuş və məsələ operativ şəkildə həllini tapmışdır. Müraciət nəzərə alınaraq, Kərimli kəndində quraşdırılmış radarın yeri dəyişdirilmiş və həmin məktəbin qarşısına yerləşdirilmişdir.

Vətəndaşın səyyar qəbul zamanı qaldırdığı məsələ öz həllini tapmışdır.

Keçidlər