Qurban bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq yardımı göstərilib
Qurban bayramı münasibətilə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə sosial dəstək göstərilib. Həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində ümumilikdə 100 ailəyə ərzaq yardımı təqdim olunub.
Ərzaq bağlamalarına vermişel, vafli, düyü, qənd, şəkər tozu, qarğıdalı yağı, çay, makaron məmulatları, qarabaşaq yarması və buğda unu daxil edilib.
Qeyd olunub ki, aksiya bayram günlərində aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, onlara sosial qayğının artırılması və cəmiyyətimizdə həmrəylik ənənələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.
Bildirilib ki, ölkəmizdə sosial müdafiə sahəsində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində həssas əhali qruplarına diqqət və qayğının göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən də bu istiqamətdə sosialyönümlü layihələrin və yardım aksiyalarının davam etdirilməsi nəzərdə tutulur.







