Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda şəhərdaxili yolların rənglənməsi və nişanlanması işləri aparılır

17 fevral 2026 | 09:38

Oğuz şəhərində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən şəhərdaxili yolların rənglənməsi və nişanlanması işləri davam etdirilir. Görülən işlər çərçivəsində piyada keçidləri yenilənir, yolun hərəkət zolaqlarını ayıran xətlər çəkilir, dayanma və parklanma yerləri işarələnir.

Bu tədbirlər yol hərəkəti təhlükəsizliyinin artırılması, sürücü və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir. Eyni zamanda aparılan yenidənqurma işləri şəhərin ümumi görünüşünün yaxşılaşmasına və nəqliyyatın daha nizamlı təşkilinə xidmət edir.

Keçidlər