Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda qaz xətlərinin rənglənməsi işləri başlamışdır

16 fevral 2026 | 11:31

Oğuz rayonunda qaz təsərrüfatının yenilənməsi və təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə qaz xətlərinin rənglənməsi işlərinə başlanılıb. Görülən işlər çərçivəsində mövcud qaz boru xətləri xüsusi qoruyucu boya ilə örtülür.

Layihənin əsas məqsədi qaz xətlərinin korroziyadan qorunması, istismar müddətinin uzadılması və təhlükəsizlik standartlarının daha da gücləndirilməsidir. Eyni zamanda, xətlərin standartlara uyğun rənglənməsi onların vizual olaraq daha aydın seçilməsinə və mümkün risklərin qarşısının alınmasına xidmət edir.

Rəngləmə işləri mərhələli şəkildə həyata keçirilir və yaxın müddətdə rayonun digər ərazilərini də əhatə edəcək. İşlər zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunur və abonentlərin qaz təchizatında məhdudiyyət nəzərdə tutulmur.

Keçidlər