Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Oğuzda növbəti təmizlik aksiyası keçirilmişdir

01 avqust 2025 | 13:55

01.08.2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərcivəsində Oğuz rayonu Oğuz çayının ətrafında Oğuz Rayon İcra Hakimiyyətinin, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Oğuz RİH-in Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin, Oğuz bələdiyyəsinin, Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin, Oğuz  Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin  əməkdaşlarının iştirakı ilə  iməcilik təşkil edilərək  təmizlik aksiyası həyata keçirilmişdir.

Keçirilən aksiyada ümumilikdə 45 nəfər iştirak etmişdir.

Aksiyada bərk məişət və plastik tullantılar polietilen torbalara toplanaraq, xüsusi ayrılmış maşınlar vasitəsi ilə tullantıların toplanması üçün nəzərdə tutulan poliqona daşınması təmin edilmişdir.

Bu tədbirlər davamlı xarakter daşıyır və bu işlər daim nəzarətdə saxlanılacaq.

Keçidlər