Oğuz şəhərində yol infrastrukturu yenilənib
17 noyabr 2025 | 12:12
Oğuz şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində bir sıra küçələrdə yeni asfalt örtüyü salınıb. Layihə şəhərdaxili yol infrastrukturunun yaxşılaşdırılması, hərəkət təhlükəsizliyinin artırılması və sakinlər üçün daha komfortlu şərait yaradılması məqsədi daşıyır.
Yeni asfalt aşağıdakı küçələrdə çəkilib:
- Rəşid Behbudov küçəsi
- Salatın Əsgərova küçəsi
- Məhsəti Gəncəvi küçəsi
- Mirzə Şəfi Vazeh küçəsi
- Nuru Paşa küçəsi
- Abdurahman Əsgərov küçəsi
- M.F. Axundov küçəsi
- Cavanşir küçəsi
- Şərif İbrahimov küçəsi
- Həzi Aslanov küçəsi
- İntizam Rəhimov küçəsi
- İlham Ramazanov küçəsi
- Füzuli küçəsi
- Abbasqulu ağa Bakıxanov küçəsi
- Əhməd Cavad küçəsi
- Həsən bəy Zərdabi küçəsi
Görülən işlər şəhərin ümumi görünüşünün yaxşılaşdırılmasına töhfə verəcək.







