Oğuz şəhərində piyada keçidləri yenidən rənglənib
Oğuz şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə şəhərin avtomobil yollarında, küçə və prospektlərində yol cizgi və göstərici xətləri, eləcə də piyada keçidləri yenidən rənglənib. Zəruri hesab edilən ərazilərdə isə yeni piyada keçid zolaqları çəkilib.
Aparılan işlər yol hərəkətinin daha düzgün tənzimlənməsinə, sürücülərin və piyadaların təhlükəsizliyinin artırılmasına, xüsusilə də yolun hərəkət hissəsindən keçən vətəndaşlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.
Şəhərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər sakinlərin rahatlığı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.







