Bir qrup aztəminatlı ailəyə bayram sovqatı verilib
Qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Tədbir çərçivəsində rayon ərazisində yaşayan ümumilikdə 100 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir. Yardım paketi aşağıdakı məhsulları əhatə etmişdir: vermişel, toyuq əti, vafli, düyü, qənd, şəkər tozu, qarğıdalı yağı, çay, makaron məmulatları, qarabaşaq yarması və buğda unu.
Sözügedən aksiya əhalinin sosial müdafiəsinin gücləndirilməsi və bayram günlərində aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması məqsədi daşıyır.
İcra Hakimiyyəti tərəfindən sosial yönümlü tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.







