Bir qrup aztəminatlı ailələrə bayram sovqatı verilib
18 mart 2026 | 18:58
Ramazan və Novruz bayramları münasibətilə Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən sosial dəstək tədbirləri həyata keçirilmişdir. Tədbir çərçivəsində rayon ərazisində yaşayan ümumilikdə 104 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir. Yardım paketi aşağıdakı məhsulları əhatə etmişdir: vermişel, toyuq əti, vafli, düyü, qənd, şəkər tozu, qarğıdalı yağı, çay, makaron məmulatları, qarabaşaq yarması və buğda unu.
Sözügedən aksiya əhalinin sosial müdafiəsinin gücləndirilməsi və bayram günlərində aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması məqsədi daşıyır.
İcra Hakimiyyəti tərəfindən sosial yönümlü tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.







