Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyaları davam etdirilir
08 noyabr 2026 | 11:38
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyaları keçirilir.
Aksiyalarda Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri fəal iştirak ediblər.
Aksiyaların əsas məqsədi ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi, ətraf mühitin mühafizəsinə töhfə verilməsi, ağacəkmə ənənələrinin təşviqi və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasından ibarət olub.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Gününə həsr olunan bu cür ekoloji tədbirlər həm ətraf mühitin qorunmasına, həm də Vətənimizin tarixi Zəfərinin təbiətə qayğı və quruculuq əməlləri ilə qeyd olunmasına xidmət edir.







