Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirilir

13 oktyabr 2026 | 09:46

Oğuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının fəaliyyət planına uyğun olaraq, Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Xidmətinin əməkdaşları ilə birgə rayonun ümumtəhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici tədbirlər və praktiki təlimlər keçirilir.

Tədbirlərin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydaları barədə məlumatlılığın artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və yol-nəqliyyat hadisələri nəticəsində yarana biləcək uşaq travmatizminin qarşısının alınmasıdır.

Maarifləndirici görüşlər zamanı şagirdlərə işıqforun siqnalları, yol nişanlarının mənası, piyada keçidlərindən istifadə qaydaları və yollarda təhlükəsiz davranış prinsipləri barədə ətraflı məlumat verilir.

Nəzəri biliklərin möhkəmləndirilməsi məqsədilə şagirdlərin iştirakı ilə məktəbyanı ərazilərdə praktiki təlimlər də təşkil olunur. Yol polisi əməkdaşları tərəfindən uşaqlara yolu təhlükəsiz keçmək qaydaları izah edilir, yerüstü piyada keçidlərindən düzgün istifadə və nizamlanmayan piyada keçidlərində diqqətli davranış qaydaları əyani şəkildə nümayiş etdirilir.

Görüşlər zamanı yol hərəkəti qaydalarına riayət edilməsinin hər bir hərəkət iştirakçısının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır, şagirdlərə yollarda diqqətli və məsuliyyətli davranmaları tövsiyə olunur.

Uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, onların təhlükəsiz davranış vərdişlərinin inkişaf etdirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər