Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü qeyd olunub

20 noyabr 2026 | 12:38

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, təşkilatın əməkdaşları, partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra tədbir Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov partiyanın yaranma tarixi, 34 illik fəaliyyəti və keçdiyi şərəfli inkişaf yolu haqqında danışıb. O, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı olan Yeni Azərbaycan Partiyasının bu gün ümumxalq partiyasına çevrildiyini, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdə mühüm rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti Azərbaycanın siyasi, iqtisadi və ictimai həyatında mühüm yer tutur. Ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycanın suverenliyi tam bərpa olunub.

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında irəli sürdüyü vəzifələrdən bəhs edib. Bildirib ki, qarşıya qoyulan hədəflərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi Azərbaycanın yeni inkişaf mərhələsində davamlı uğurlar qazanmasına geniş imkanlar yaradır.

Natiq vurğulayıb ki, zamanın tələbi və xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrilib. Partiyanın bütün uğurlarının təməlində xalqın inamı və etimadı dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən digər iştirakçılar da Yeni Azərbaycan Partiyasının 34 il ərzində şərəfli və məsuliyyətli inkişaf yolu keçdiyini, həyata keçirdiyi siyasi fəaliyyətlə xalqın partiyasına çevrildiyini bildiriblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasət Azərbaycanın bugünkü inkişafının və gələcək tərəqqisinin əsasını təşkil edir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup partiya fəalına isə təşəkkürnamələr təqdim edilib.

Keçidlər