Yaqublu kəndində səyyar vətəndaş qəbulu keçirilib
09 iyul 2025 | 15:27
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
Sakinlərin yol problemləri, bir neçə sakinin içməli su ilə təminatında qismən yaranan çətinliklər və sahibsiz itlərin sığınacağa yerləşdirilməsi ilə bağlı müraciətləri dinlənilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov müraciətlə bağlı öz fikirlərini bildirib. Müraciətlərin qısa bir zamanda həll olunacağı qeyd olunub.
Qeyd olunub ki, Yaqublu kəndində 11.12.2024-cü il tarixində keçirilən sonuncu səyyar qəbulda qeyd edilən 5 müraciətdən 2-si tam, 3-ü isə qismən həllini tapıb.







