Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

YAP Oğuz rayon təşkilatının yaranmasının 32-ci ildönümü qeyd olunub

17 iyul 2025 | 12:45

17 iyul 2025-ci il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının yaranmasının 32-ci ildönümü qeyd olunub.

Tədbirdə Oğuz  Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov, RİH-in məsul şəxsləri, YAP Oğuz rayon təşkilatının əməkdaşları, rayonun idarə, müəssisə rəhbərləri, partiya veteranları və ərazi partiya təşkilatlarının sədrləri iştirak etmişlər.

    Tədbirdə müasir və müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli lider Heydər Əliyevin, Vətən torpaqlarının azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin, ötən dövrdə dünyasını dəyişmiş partiya veteranlarının əziz və nurlu xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məruzə ilə çıxış edən YAP Oğuz  rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyinin əsasını qoydu: “Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var - xalqın partiyanın sədrinə olan sevgisi və inamı. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz uğurlu gələcəyini təmin etdi.”

Qumlaq ƏPT-nın sədri Qamət Nəbiyev,  Xaçmaz məktəblər ƏPT-nın sədri

Aynur Səfərova, Dövlət Aqrar İnkişaf Oğuz  rayon  şöbəsinin  rəisi, partiya  veteranı Azad Əliyev çıxışlarında bildiriblər ki, Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı: “Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.”

         Tədbiri yekunlaşdırmaq üçün söz Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirova verilmişdir. Cənab Cavid Əbdul-Qədirov çıxışında 1993-cü il iyul ayının 17-də təsis olunan rayon təşkilatının sıralarında birləşən partiya üzvləri sayının 5000-dən çox olduğunu, onlarının əksəriyyətini qadınlar, gənclər təşkil etdiyini qeyd etdi. Bildirdi ki, partiyanın fəalları rayonda keçirilən bütün ictima-siyasi tədbirlərdə fəal iştirak edirlər. Təsis olunduğu gündən bu günədək rayonda keçirilən bütün seçki və referendumlarda YAP-ın qələbəsi təmin olunmuşdur. Partiya sıralarının artması, partiya sıralarına əsasən gənclərin və qadınların daha çox cəlb olunması istiqamətində müntəzəm iş aparılır.  

     Bu gün YAP Oğuz rayon Təşkilatı rayonumuzda həyata keçirilən hüququ dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

     Sonda Oğuz  Rayon İcra Hakimiyyətinin başçısı cənab Cavid Əbdul-Qədirov YAP Oğuz rayon Təşkilatının yaranması günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, ümidvaram olduğunu qeyd etdi ki, YAP Oğuz rayon Təşkilatının sıralarında birləşən siyasi həmfikirlər partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, qalib xalqın qalib lideri İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycana möhtəşəm naliyyətlər qazandıracaqlar.

     Tədbirin sonunda partiyanın rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP üzvünə Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının fəxri fərmanları, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş yeni üzvlərinə isə partiyanın üzvlük vəsiqələri təqdim edilmişdir. 

Keçidlər