YAP Oğuz rayon təşkilatının XII hesabat konfransı keçirilib
Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının XII hesabat konfransı keçirilib.
Tədbirdən əvvəl Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin məsul əməkdaşı Xəqani Tağıyev, təşkilatın əməkdaşları, partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra tədbir Oğuz Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında davam etdirilib. Əvvəlcə müstəqil Azərbaycanın xilaskarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, müstəqil Azərbaycan dövləti ilə eyni vaxtda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi bütün gücünü və bacarığını xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi və gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir.
Müzakirələr zamanı çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin məsul əməkdaşı Xəqani Tağıyev və digər iştirakçılar hesabat dövründə görülən işlərdən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixində gördüyü işlər, ölkəmizin ən yüksək zirvələri fəth etməsi üçün yaratdığı möhkəm təməl, eləcə də bu təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar və tarixi Zəfərimiz bundan sonra da respublikamızın dayanıqlı inkişafını təmin edəcək.
Bildirilib ki, sözlə əməl birliyini və monolitliyini qoruyan Yeni Azərbaycan Partiyasının ötən dövrdə əldə etdiyi uğurların miqyası böyükdür. Partiyanın qurultayında qəbul olunan qərarlar qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaradır.
YAP Oğuz rayon təşkilatının fəaliyyəti müsbət qiymətləndirilib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulanıb.
Konfransda YAP Oğuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.







