YAP Oğuz rayon təşkilatı Şəhid ailə üzvlərinə və Vətən Müharibəsi iştirakçısına üzvlük vəsiqələri təqdim olunub
Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatı tərəfindən YAP-a üzv qəbul olunmuş Şəhid ailə üzvlərinə və Vətən Müharibəsi iştirakçısına üzvlük vəsiqələrinin təqdim olunma mərasimi keçirilib.
Tədbridə Oğuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və təşkilatın əməkdaşları və partiya fəalları iştirak edib.
Çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz RİH Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Vasif İsgəndərov, Oğuz rayon Gənclər İdman sektorunun müdiri Şaiq Rüstəmov qeyd etdilər ki, Ümummili Lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası bugünə qədər ölkəmizin və xalqımızın maraqları naminə saysız-hesabsız uğurlara imza atmışdır. Möhtərəm Prezidentimiz, Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən müdrik YAP siyasəti nəticəsində Azərbaycan xalqının xoşbəxt və firavan gələcəyi layiqincə təmin edilib.Ümumxalq partiyasına çevrilən və xalqın böyük sevgisini qazanan YAP-ın sıraları günbəgün artmaqdadır.Qeyd olundu ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərlə 30 illik erməni işğalına son qoyulmuş, ölkəmiz sosial-iqtisadi, ictimai-siyasi və digər bütün sahələr üzrə böyük inkişaf yolu keçmiş, qızıl hərflərlərdən ibarət şanlı tarix yazılmışdır.
Çıxışlar zamanı bildirilib ki, şəhidlərimizin canı bahasına qazanılan tarixi Qələbə xalqımızın milli qürur mənbəyidir və şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Qeyd olunub ki, bu ailələr cəmiyyətimizin ən dəyərli təbəqəsi kimi daim diqqət mərkəzində saxlanılır və onlara göstərilən diqqət hər zaman davam etdiriləcək.Şəhid ailələrinin partiya sıralarında təmsil olunması Yeni Azərbaycan Partiyasının ideyalarına, dövlətçilik dəyərlərinə və həyata keçirilən siyasətə verilən dəstəyin ifadəsidir.
Sonda, göstərilən diqqət və qayğıya görə şəhid ailə üzvləri və müharibə iştirakçıları cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişdilər.







