Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Xidmət təşkilatlarının səyyar qəbulu keçirildi

09 oktyabr 2026 | 14:07

Yaqublu inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi kəndlərin sakinləri üçün Yaqublu kənd tam orta məktəbin akt zalında xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə səyyar vətəndaş qəbulu təşkil olunmuşdur.

Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş müraciətlərinin yerində araşdırılması, mövcud problemlərin operativ həlli və əhaliyə göstərilən xidmətlərin əlçatanlığının artırılmasıdır. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilmişdir.

Vətəndaşlar tərəfindən əsasən yol, su, qaz, elektrik enerjisi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan bəzi problemlər yerində həllini tapmış, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti qurumlara yönləndirilərək icraya götürülmüşdür.

Bu cür səyyar görüşlər kənd sakinlərinin rayon mərkəzinə getmədən problemlərini həll etməsinə şərait yaradır, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Sakinlər göstərilən diqqət və həssas yanaşmaya görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər