Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi Oğuzda böyük ehtiramla anıldı
12 dekabr 2024 | 15:08
12 dekabr Anım günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı Cavid Əbdul-Qədirov, YAP Oğuz rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kollektivləri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini dərin minnətdarlıq hissi ilə anıblar.