Xaçmazqışlaq kəndində səyyar vətəndaş qəbulu keçirilib və şəhid ailəsi ziyarət edilib
8 aprel 2026-cı il tarixdə ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həllinin təmin edilməsi məqsədilə Xaçmazqışlaq kəndində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.
RİH başçısı Cavid Əbdul-Qədirov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də rayonumuzda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Eyni zamanda, vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzinin” sakinlərimizin xidmətində mövcud olduğunu xatırladıb.
Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.
Kənd sakinləri görülmüş işlərə və sosial problemlərin həllinə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov şəhid Əhmədov Vüqar Osman oğlunun ailəsini ziyarət etmişdir.
Hüquq mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi görüş zamanı şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
Şəhid valideyini dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.







