Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Xaçmazqışlaq kənd sakinlərinin növbəti səyyar vətəndaş qəbulu keçirilib

11 noyabr 2026 | 12:26

11 noyabr 2026-cı il tarixində ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirovun və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Xaçmazqışlaq kənd sakinlərinin növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov çıxış edərək bildirib ki, dövlət başçısının diqqət və qayğısı ilə həyata keçirilən layihələr əhalinin rifahının yüksəldilməsinə, həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Həmçinin görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələr barədə məlumat verilib.
Bununla yanaşı, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”, mygov platformasının imkanları, eləcə də “Vətəndaş qəbulu və elektron xidmətlər üzrə dəstək mərkəzi”nin fəaliyyəti və sakinlər üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.
Sonda kənd sakinləri əhalinin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər