Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Xaçmaz kəndində 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş intellektual bilik yarışı keçirilib

07 avqust 2026 | 10:49

     Oğuz Rayon İcra Hakimiyyəti, Təhsil Sektoru və Gənclər və İdman Sektorunun qarşılıqlı əməkdaşlığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Xaçmaz kəndində gənclər arasında intellektual bilik yarışı təşkil olunub.
     Yarışın keçirilməsində əsas məqsəd gənclərin intellektual potensialının üzə çıxarılması, dünyagörüşlərinin artırılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda fərqlənən komandalar müvafiq dərəcələrlə mükafatlandırılıblar.

Keçidlər