Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Vətəndaş Müraciəti: Qazlaşdırılmamış dağ kəndlərinin odun yanacağı ilə təminatı müzakirə edilib

13 noyabr 2026 | 11:36

Oğuz rayonunda qazlaşdırılmamış dağ kəndlərinin odun yanacağı ilə təminatının yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov vətəndaş qəbulu zamanı sakinlər tərəfindən qaldırılan müraciətləri nəzərə alaraq, bu məsələ ilə bağlı 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Babayev və 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Anar Vəliyevlə görüş keçirib.

Görüşdə RİH başçısının Baş Daşağıl və Filfili kənd inzibati ərazi dairələri üzrə nümayəndələri də iştirak ediblər.

Müzakirələr zamanı odun yanacağının tədarükü və əhaliyə çatdırılması prosesində yaranan çətinliklər, mövcud problemlərin həlli yolları, eləcə də tədarük prosesinin sürətləndirilməsi istiqamətində görüləcək tədbirlər ətraflı müzakirə olunub.

Görüşün yekununda kənd sakinlərinin odun yanacağı ilə təminatının operativ və səmərəli təşkili, aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi vurğulanıb.

Keçidlər