Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Vətən müharibəsi qəhrəmanı, şəhid Nail İbrahimlinin ailəsi ziyarət edilib

21 iyun 2026 | 18:57

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Oğuz rayonunda Vətən müharibəsi qəhrəmanı, şəhid Nail İbrahimlinin ailəsini ziyarət edib.Görüşdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov da iştirak edib.
Ziyarət zamanı şəhid ailəsinin üzvləri ilə görüşən Anar Ələkbərov onların sosial vəziyyəti və qayğıları ilə maraqlanıb, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüşdə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin daim uca tutulduğu vurğulanıb, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib.
Şəhid Nail İbrahimlinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər