Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Uşaqlarda vətənpərvərlik hissinin formalaşdırılması” mövzusunda maarifləndirici görüş keçirilib

19 fevral 2026 | 10:55

Oğuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Uşaqlarda vətənpərvərlik hissinin formalaşdırılması” mövzusunda maarifləndirici görüş keçirilmişdir.
Tədbirdə Oğuz RİH-in əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, şəhid anası Kişvər Əliyeva, təhsil işçiləri və şagirdlər iştirak etmişlər.
Görüş zamanı uşaqlarda vətənpərvərlik ruhunun aşılanması, milli-mənəvi dəyərlərin təbliği, şəhid ailələrinə hörmət və ehtiramın vacibliyi barədə çıxışlar edilmiş, iştirakçılar arasında fikir mübadiləsi aparılmışdır. Tədbirin əsas məqsədi gənc nəslin vətənə bağlı, milli ruhda formalaşmasına töhfə vermək olmuşdur.

Keçidlər