Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

“Uşaq hüquqları aylığı” çərçivəsində rayonun ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

12 noyabr 2026 | 17:21

Ölkəmizdə elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində uşaqların hüquqlarının qorunması, onların cəmiyyətdə öz hüquq və vəzifələrini daha dərindən mənimsəməsi və hüquqi maarifləndirilməsi məqsədilə rayonun ümumtəhsil müəssisələrində növbəti tədbirlər keçirilib.

Həmin tədbirlərdə Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də Gənclər və İdman sektorunun əməkdaşları iştirak ediblər.

Tədbirlərdə çıxış edən aidiyyəti qurumların nümayəndələri BMT-nin “Uşaq Hüquqları Konvensiyası” və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarından irəli gələn tələblər barədə şagirdlərə ətraflı məlumat veriblər. Bildirilib ki, dövlət tərəfindən uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsi, keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı üçün bütün zəruri addımlar atılır.

Görüş zamanı məktəblilərə öz hüquqlarını bilməklə yanaşı, vəzifələrinə də məsuliyyətlə yanaşmağın vacibliyi izah edilib. Həmçinin uşaqların zərərli vərdişlərdən qorunması, erkən nikah hallarının qarşısının alınması, təhsildən yayınma hallarının yolverilməzliyi və asudə vaxtın səmərəli təşkili mövzularında geniş müzakirələr aparılıb.

İnteraktiv şəraitdə davam edən tədbirlərin sonunda şagirdləri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

Keçidlər