Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Ümumtəhsil müəssisələrində bayram tədbirləri keçirilib

19 mart 2026 | 17:23

Oğuz rayonun ümumtəhsil məktəblərində xalqımızın çoxəsrlik adət-ənənələrini özündə yaşadan Novruz bayramı və mənəvi saflıq rəmzi olan Ramazan bayramı münasibətilə silsilə tədbirlər keçirilmişdir. Bayram şənliklərində məktəb kollektivləri ilə yanaşı, Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları, İƏD üzrə nümayəndələr yaxından iştirak etmişlər.

Ümumilikdə təşkil olunan şənliklər Novruz bayramının milli-mənəvi dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətini bir daha nümayiş etdirmişdir.

Keçidlər