Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü münasibətilə tədbir keçirilib

14 iyul 2026 | 13:00

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü münasibətilə Oğuz rayonunda tədbir keçirilib.

Əvvəlcə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, əmək kollektivlərinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Daha sonra tədbir Oğuz Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər 1969-cu il 14 iyul tarixinin Azərbaycanın müasir inkişaf mərhələsinin başlanğıcı olduğunu qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkənin sosial-iqtisadi, elmi, mədəni və sənaye sahələrində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.

Çıxışlarda bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş qüdrətli dövlət kimi inkişafını davam etdirir və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Keçidlər