Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş milli intellektual “Xəmsə” yarışması keçirilmişdir.
22 aprel 2026 | 19:41
Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyasının Oğuz Rayon Təşkilatının, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz rayon Təhsil sektorunun dəstəyi ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş “Heydər Əliyev – Müstəqil Azərbaycanın memarıdır” adlı milli intellektual “Xəmsə” yarışması keçirilmişdir.
Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin intellektual inkişafını stimullaşdırmaq, onların asudə vaxtının səmərəli təşkilinə şərait yaratmaq, eləcə də bilikli və istedadlı şagirdlərin üzə çıxarılmasına nail olmaq olmuşdur.







