Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 10 may 2026-cı il tarixdə növbəti ağacəkmə aksiyası keçirilmişdir.

10 may 2026 | 16:57

      Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Millət Vəkili Eyvaz Qurbanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Oğuz rayon təşkilatının sədri, Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri, rayon ağsaqqallar şurasının sədri və rayonun idarə və müəssisə rəhbərləri iştirak etmişlər.
    Keçirilən ağacəkmə aksiyaları ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin mühafizəsinə ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin olunmasına mühüm töhfə verir. Yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunması istiqamətində tədbirlər “Şəhərsalma və Memarlıq ili” çərçivəsində bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər