Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Ümumdünya Sağlamlıq Günü münasibətilə tədbir keçirilib

07 aprel 2026 | 15:11

Oğuzda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyəti və Oğuz Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, müəssisənin direktoru, eləcə də tibb müəssisəsinin kollektivi iştirak etmişdir.

Çıxış edənlər bu kimi tədbirlərin əhalinin sağlamlıq sahəsində maarifləndirilməsində mühüm rol oynadığını vurğulamış, sağlam cəmiyyətin formalaşmasında səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirmiş və bu istiqamətdə həyata keçirilən təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd etmişlər.

Sonda tibb işçiləri çıxış edərək sağlam həyat tərzinin qorunmasının əhəmiyyətindən bəhs etmiş, düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq durma və profilaktik müayinələrin vacibliyini diqqətə çatdırmışlar.

Keçidlər