Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Tərkeş kəndində səyyar vətəndaş qəbulu keçirilib

25 iyul 2025 | 13:43

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı və aidiyyəti qurumların rəhbərləri kənd sakinləri ilə görüş keçiriblər.

Görüşdə iştirak edən sakinlər, Qaraməryəm–İsmayıllı–Şəki magistralını dörd min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 iyun tarixli Sərəncamına əsasən Tərkeş və Dəymədağlı kəndlərinə yeni asfalt yolun çəkilişinə başlanılması münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Sakinlərin içməli su ilə təminatında yaranan çətinliklər və elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətləri dinlənilib.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov müraciətlə bağlı öz fikirlərini bildirib. Müraciətlərin qısa bir zamanda həll olunacağı qeyd olunub.

Keçidlər