Təmizlik aksiyaları “Şəhərsalma və Memarlıq İli” çərçivəsində davam edir
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuz rayonu ərazisində genişmiqyaslı təmizlik və abadlıq aksiyaları davam etdirilir.
Növbəti aksiya Kərimli kəndindən Yaqublu kəndinə gedən avtomobil yolunun ətrafında, eləcə də Yaqublu kəndi ərazisində təşkil olunub.
Aksiya zamanı ərazidə sanitar-təmizlik işləri aparılıb, yol kənarları və yaşıllıq zolaqları məişət tullantılarından təmizlənib. Ətraf mühitin mühafizəsi və ekoloji təmizliyin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.
Keçirilən aksiya rayonun sanitar vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması və yaşayış məntəqələrinin daha səliqəli saxlanılması məqsədi daşıyır. Eyni zamanda, bu cür tədbirlər əhali arasında ekoloji mədəniyyətin formalaşdırılmasına və ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.
Oğuz rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində abadlıq və təmizlik aksiyalarının bundan sonra da mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.







