Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Təmizlik aksiyaları davam etdirilir

29 iyul 2026 | 14:47

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Oğuz rayonu ərazisində genişmiqyaslı təmizlik aksiyaları davam etdirilir. Növbəti aksiya Böyük Söyüdlü kəndində keçirilib.

Aksiya zamanı kənd ərazisində sanitar-təmizlik işləri aparılıb, küçə və yolların kənarları, ictimai yerlər, yaşıllıq sahələri tullantılardan təmizlənib. Ərazinin abadlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması və sakinlər üçün daha səliqəli yaşayış mühitinin yaradılması məqsədilə həyata keçirilən tədbirdə yerli sakinlər və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Bu istiqamətdə tədbirlərin Oğuz rayonunun digər yaşayış məntəqələrində də davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər