Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şuranın növbəti iclası keçirilmişdir

01 iyul 2026 | 17:30

           Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

           İclasın gündəliyində duran 4 məsələ müzakirə edilmişdir.

 

  1. Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar aidiyyəti üzrə Oğuz rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr barədə
  2. "18 iyun İnsan Hüquqları Günü" ilə əlaqədar təşkil edilən "İnsan Hüquqları Aylığı" çərçivəsində müxtəlif səpgidə tədbirlərin və bu sahədə maarifləndirmə işinin təşkil edilməsinin vəziyyəti haqqında
  3. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli  648 nömrəli fərmanı ilə təsdiq olunmuş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinin, vətəndaş müraciətlərinə baxılmasının və sənədlərlə işinRİHB İnzibati Ərazi Dairə üzrəümayəndəliklərində  yerinə yetirilməsi vəziyyəti barədə 
  4. Rayon İcra Hakimiyyətinin uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının uşaqlarla aparılan işin səmərəsinin artırılması, onların hüquq və mənafelərinin qorunması sahəsində 2026-cı ilin ötən dövrü ərzində fəaliyyəti haqqında

İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
          Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.

         Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Keçidlər