Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şuranın növbəti iclası keçirilib

24 iyul 2026 | 12:43

       Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir.

       İclasın gündəliyində duran 3 məsələ müzakirə edilmişdir.

  1. Rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müvafiq qanunvericiliyin tələblərinin icrası, antinarkotik təbliğatın gücləndirilməsi və narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkil edilməsinin vəziyyəti haqqında
  2. Rayonda dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən tədbirlər, dini dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində  atılan  məqsədyönlü addımlar haqqında
  3. Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar Oğuz rayonunda görülmüş işlər (Qərargahın yaradılması, İş planının hazırlanması) və qarşıda duran vəzifələr barədə

       İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət                 sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
       Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.

       Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək           keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Keçidlər