Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+99424)21-5-24-25 / (+99424) 21-5-25-42

Şuranın növbəti iclası keçirildi

29 dekabr 2025 | 16:19

29 dekabr 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilmişdir
İlk öncə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi” ilə əlaqədar arayış təqdim edilmiş daha sonra iclasın gündəliyində duran 3 məsələ müzakirə edilmişdir.
1. Şəhid ailələri və müharibə əlilləri ilə görülən işlər, onların sosial problemlərinin öyrənilməsi, aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər haqqında.
2. Rayonda məişət zorakılığının qarşısının alınması sahəsində"Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Qrup"u və aidiyyəti dövlət qurumları tərəfindən görülmüş işlərin təhlil edilməsi və məişət zorakılığına qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkil edilməsinin vəziyyəti haqqında.
3. Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi tərəfindən 2025-ci ildə görülmüş işlər, şöbəyə daxil olmuş ərizə və məktublara baxılması və icrasının vəziyyəti barədə.
İclasda Şura üzvləri, RİH aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Məruzələr ətrafında çıxış və müzakirələrdən sonra hesabat iclasının qərarı qəbul olunub.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov nəzərdə tutulan fəaliyyətlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə dair aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Keçidlər