“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunub
Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi işçilərinin peşə bayramı günü ilə əlaqədar 5 iyun 2026-cı il tarixdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mehman Mikayılov və idarənin kollektivi Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onların fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərində yeni uğurlar arzulayıb. O, ölkənin su təsərrüfatı və meliorasiya sahəsinin inkişafında bu sahə əməkdaşlarının mühüm rol oynadığını vurğulayıb.







